Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 185 186 187 188 189 190 191 192 » #
    “Geologiya elmlərin təmasında: Azərbaycanda fənlərarası tədqiqatların vəziyyəti və inkişaf perspektivləri” adlı ümumrespublika müsabiqəsi başa çatıb
    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu, Dövlət Neft Şirkəti və Azərbaycan Geoloqlarının Milli Komitəsinin keçirdiyi “Geologiya elmlərin təmasında: Azərbaycanda fənlərarası tədqiqatların vəziyyəti və inkişaf perspektivləri” adlı ümumrespublika müsabiqəsi başa çatıb. Bu münasibətlə bu gün Geologiya İnstitutunda müsabiqənin nəticələrinə dair tədbir keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya İnstitutdan veriblər. Tədbirdə AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə çıxış edərək bildirib ki, müsabiqə gənc geoloq-alim, aspirant, magistr və bakalavrlar üçün nəzərdə tutulub. Onu keçirməkdə məqsəd elmi tədqiqatlara meyl göstərən istedadlı gənclərin aşkar edilməsi və onlara dəstək verilməsidir.
    06.11.09 Məqaləni oxumaq
     
    Səfər Əbiyev Silahlı Qüvvələrdə A/H1N1 virusuna qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi ilə bağlı əmr imzalayıb
    Müdafiə naziri Səfər Əbiyev Silahlı Qüvvələrdə A/H1N1 virusuna (“donuz qripi”) qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi ilə bağlı xüsusi əmr imzalayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu verib. Əmrin bir neçə gün bundan əvvəl imzalandığını bildirən E.Sabiroğlu qeyd edib ki, artıq əmrin icrasına başlanıb. E. Sabiroğlunun sözlərinə görə, nazirliyin şəxsi heyətinə “donuz qripi”nin yayılmasının qarşısının alınması, hərbi qulluqçuların virusa yoluxmaması istiqamətində müvafiq göstərişlər verilib.
    06.11.09 Məqaləni oxumaq
     
    MDB Gənclər ili çərçivəsində Azərbaycanda bir sıra tədbirlər keçiriləcək
    Bu il MDB İcrayə Komitəsi tərəfindən, MDB ölkələrində Gənclər İli elan olunub. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə müsahibəsində gənclər və idman nazirinin müavini İntiqam Babayev verib. Gənclər ili çərçivəsində Azərbaycanda bir sıra tədbirlərin keçiriləcəyini vurğulayan İ.Babayev qeyd edib ki, tədbirdə əsasən MDB ölkələrindən gələn yaradıcı gənclərlər iştirak edəcək. Onun sözlərinə görə, burada həmçinin sərgi və konsertlər də nümayiş olunacaq. Tədbirlər çərçivəsində Dəyirmi masaların təşkil olunacağını diqqətə çatdıran İ.Babayevin sözlərinə görə, tədbirlərdə MDB ölkələri gənclərinin əməkdaşlığının daha da genişləndirməsi məsələləri müzakirə olunacaq. O, hazırda ölkədə bir sıra tədbirlərin başladığı və burada MDB ölkələrindən 100 yaxın gəncin iştirak etdiyini qeyd edib.
    05.11.09 Məqaləni oxumaq
     
    Bakıda NANO Texnologiyası üzrə beynəlxalq konfrans keçirilib
    Bu gün Bakıda “BakuTel-2009” Beynəlxalq Sərgi və Konfransı çərçivəsində NANO Texnologiyası üzrə beynəlxalq konfrans keçirilib. KƏLAMİNFO xəbər verir ki, konfransa sədrlik edən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Yeni Texnologiyalar Mərkəzinin direktoru Sevda Abdullayeva bu texnologiyanın son dövrlər ölkəmizdə tətbiqinin sürətlənməsindən danışıb. S.Abdullayeva müasir dövrdə bu sahədə kəşflərini Azərbaycana gələrək ilk təqdim edən yaponiyalı alim Yoşikazu Nokoyamanı konfrans iştirakçılarına təqdim edib. Yaponiya Osaka Universitetinin Mexaniki Mühəndislik Departamentinin professoru Yoşikazu Nokoyama geniş mühazirə ilə çıxış edərək bu sahədə hazırladığı iki layihəni iştirakçılara təqdim edib. O qeyd edib ki, bunlar NANO karbon materiallarının manipulyasiyası və Tətbiqetmə texnologiyasının inkişafı haqqında olan layihələrdir.
    05.11.09 Məqaləni oxumaq
     
    Səhiyyə Nazirliyi: “Məktəblidə vəba xəstəliyi aşkar edilməyib”
    Bakı şəhəri, Sabunçu rayonunun 67 nömrəli məktəbinin şagirdi qastrit diaqnozu ilə 5 Âą-li Uşaq yoluxucu xəstəxanasına qəbul edilib. Təlimata uyğun olaraq xəstədən nümunə götürülərək Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xüsusi təhlükəli infeksiyalar laboratoriyasında müayinə edilib və xəstədə NAQ-vibrionu (Xeyberq) daşıyıcılığı aşkar edilib. Bu barədə məlumatı Səhiyyə Nazirliyi mətbuat xidmətindən veriblər. NAQ vibrionları vəba xəstəliyinin törədiciləri olmayıb, bu xəstəliklə heç bir əlaqəsi yoxdur. Bu vibrionlar yalnız kəskin bağırsaq infeksiyaları törədə bilər. NAQ vibrionunun daşıyıcılığı aşkar edildiyinə görə xəstənin oxuduğu məktəbdə adi bağırsaq infeksiyaları ocaqlarında aparılan tədbirlər həyata keçirilib.
    04.11.09 Məqaləni oxumaq
     
    Azərbaycanda “donuz qripi”
    Azərbaycan vətəndaşında da A/H1N1 qripi qeydə alınıb. Bu barədə məlumatı Səhiyyə Nazirliyindən veriblər. Qripə yoluxan sakin Ukraynanın İvanovo-Frankovsk vilayətində müvəqqəti yaşayan və oktyabrın sonunda respublikaya gələn, Kürdəmir rayon sakinidir. Xəstə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda hospitallaşdırılıb və həkimlərin müşahidəsi altında spesifik müalicə kursu keçir. Hazırda xəstə ilə təmasda olmuş şəxslər arasında kompleks profilaktik tədbirlər həyata keçirilir.
    04.11.09 Məqaləni oxumaq
     
    Komitə rəsmisi: “BDU-nun yataqxanasında məskunlaşan qaçqınların köçürülməsi barədə məlumatımız yoxdur”
    Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında məskunlaşan qaçqınların harasa köçürülməsi nəzərdə tutulmayıb. Bu barədə açıqlamanı KƏLAMİNFO-ya müsahibəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Departament direktoru Sənan Hüseynov bildirib. S.Hüseynov qeyd edib ki, qaçqınların harasa köçürülməsi ölkə prezidentinin Sərancamı və təsdiq etdiyi müvafiq Dövlət Proqramı əsasında həyata keçirilir. “Prezident tərəfindən təsdiq olunan müvafiq proqrama əsasən yeni tikilən binalara fin, məktəb, hərbi hissə, yol kənarı və digər bu kimi yerlərdə məskunlaşan qaçqın və məcburi köçkünlər köçürülür”,-deyən S.Hüseynov bildirib ki, həmin proqrama əsasən BDU-nun yataqxansında yaşayan qaçqınların harasa kösürülməsi nəzərdə tutulmayıb. “Qaçqınlar və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması birbaşa ölkə rəhbərinin təsdiq etdiyi Dövlət Proqramı və müvafiq Sərancamlarla reallaşır. Komitə tərəfinlən həyata keçirilən işlər də bu istiqamətdə aparılır.
    04.11.09 Məqaləni oxumaq
     
    Azərbaycan əhalisinin sayı 9 mln. nəfərə çatır
    Azərbaycan əhalisinin sayı ilin əvvəlinə nisbətən 76 min nəfər artaraq 8 mln. 973 min nəfərə çatıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dövlət Statistika Komitəsindən veriblər. Əhalinin 49%-ni kişilər, 51%-ni qadınlar təşkil edib. Hər 1000 nəfər kişiyə 1041 nəfər qadın düşür. Cari ilin yanvar-sentyabr aylarında dünyaya gələn 109,5 min körpənin 54,1%-i oğlan, 45,9%-i qızlar olub. Doğulanların 1196-sı əkiz, 18-i üçəmdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfəri hesabı ilə doğulanların sayı 16,5-dən 16,6-ya qədər artıb, ölənlərin sayı isə 6,1-dən 6-a qədər azalıb. Bu dövrdə ölkədə 54,6 min nikah və 5,8 min boşanma qeydə alınıb. Ötən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 8,1-dən 8,2-yə qədər artıb, boşanmaların sayı eyni səviyyədə (0,9) qalıb.
    03.11.09 Məqaləni oxumaq
     
    “2005-ci ildə İnformasiya əldə etmək haqqında” qanun mövzusunda hesabatın təqdimatını keçirib
    ARTİCLE 19 beynəlxalq təşkilatı Azərbaycanla bağlı “2005-ci ildə İnformasiya əldə etmək haqqında” qanun mövzusunda hesabatın təqdimatını keçirib. Bu gün Bakıda ARTİCLE 19 Beynəlxalq Təşkilatı Azərbaycanla bağlı “2005-ci ildə İnformasiya əldə etmək haqqında” qanun mövzusunda hazırladığı hesabatın təqdimatı ilə bağlı mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, təşkilatın Avropa proqramları üzrə baş proqram rəhbəri, xanım Natali Leskot bir neçə ay ərzində aparılan araşdırma zamanı “İnformasiya əldə etmək haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məqamların aşkarlandığını bildirib. Onun sözlərinə görə, müxtəlif orqanlara göndərilən informasiya sorğularına cavab heç də operativ verilmir, yaxud cavab verməkdən imtina olunur, cavab verəndə də qoyulan sualı məzmununa uyğun olmayan tərzdə cavablandırırlar.
    03.11.09 Məqaləni oxumaq
     
    YAP namizədlərinin 2000-dən çoxunun namizədliyi qeydə alınıb
    Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülən bələdiyyələrə namizədlərin qeydə alınması üçün imzatoplama kampaniyası başa çatdırılıb. Hazırda imzalarını Dairə Seçki Komissiyalarına təqdim edən namizədlərin qeydə alınması prosesi davam edir. YAP-ın mətbuat xidmətindən KƏLAMİNFO-ya bildiriblər ki, bu günə kimi imza vərəqələrini təqdim edənlərin 2000 nəfəri Dairə Seçki Komissiyaları tərəfindən bələdiyyələrə namizəd kimi qeydə alınıb. 
    03.11.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 185 186 187 188 189 190 191 192 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30