Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 183 184 185 186 187 188 189 190 191 » #
    ATƏT-in Bakı ofisinin rəhbəri Azərbaycanda keçirilən seçkilərdə demokratik irəliləyişin olması qənaətindədir
    Azərbaycanda seçkilər sahəsində demokratik irəliləyişin olması qənaəti var. Amma bununla bərabər bəzi problemlər də mövcuddur. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel söyləyib. Azərbaycan qanunlarına görə, hərbçilərin də ümumi seçki məntəqələrində səs verməli olduqlarını diqqətə çatdıran B.Cankorkel bildirib ki, bir sıra hallarda hərbi hissələrin özündə seçki məntəqələri də yaradılır. “Biz istəyirik ki, hərbçilərin səsvermə məsələsi qanunlara tam uyğun olaraq tətbiq edilsin. Amma belə görünür ki, bu, tam belə deyil”,-deyə diplomat əlavə edib. Təmsil etdiyi təşkilatın Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda ötən il keçirilən prezident seçkiləri ilə bağlı hazırladığı hesabata toxunan səfir həmin hesabatda bəzi problemlərin yer aldığını söyləyib. O, seçki məntəqələrində veb-kameraların quraşdırılması, seçici siyahılarının dəqiq hazırlanması, dövlət nümayəndələrinin prosesə müdaxiləsinin daha az olmasını müsbət hal kimi dəyərləndirib.
    16.11.09 Məqaləni oxumaq
     
    Bələdiyyə seçkilərini Avropa Şurasının nümayəndələri də müşahidə edəcəklər
    Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin müşahidə missiyası Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərini izləyəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə müsahibəsində Avropa Şurası Baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek söyləyib. Xanım Kotek bildirib ki, müşahidə missiyası kiçik və qısamüddətli olacaq. Missiyanın seçkilərdən bir neçə gün əvvəl Azərbaycana gələcəyini diqqətə çatdıran V.Kotek qeyd edib ki, missiya seçki günü müşahidə aparacaq. Onun sözlərinə görə, missiyanın tərkibi hələ tam formalaşdırılmayıb.
    16.11.09 Məqaləni oxumaq
     
    Ölkə ərazisində quş qripi ilə əlaqədar növbəti monitorinqlərə başlanılıb
    Bu gün ölkə ərazisində köçəri quşların miqyasını nəzərə alaraq quş qripi ilə əlaqədar növbəti monitorinqlərə başlanılıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dövlət Baytarlıq Xidmətindən (DBX) veriblər. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti monitorinqi DBX, Səhiyyə və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də “Ovçular” Cəmiyyətinin mütəxəssis və əvəkdaşlarının iştirakı ilə aparır. On gün davam edəcək nəzarət tədbirlərinin Abşeron yarmadası, Dəvəçi, alyan, Ağcabədi və Lənkəran rayonlarındakı Milli qoru və parklarda, həmçinin ölkənin dəniz sahil zonalarında və digər həyata keçirilməsi nəzərdə tutulur. Ölkə ərazisində köçəri və ev quşlarına görə aparılacaq monitorinqin nəticələri noyabrın 27-də ictimaiyyət üçün açıqlanacaq.
    16.11.09 Məqaləni oxumaq
     
    Uşaq Hüquqları Konvensiyasının 20 illiyi münasibəti ilə Dəyirmi masa keçiriləcək
    Noyabrın 19-da Atatürk Mərkəzində, BMT Baş Assambleyasının qəbul etdiyi Uşaq Hüquqları Konvensiyasının 20 illiyi münasibəti ilə Dəyirmi masa keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisindən veriblər. Yığıncaqda çıxış və təqdimatlar ediləcək və AR Uşaq Hüquqları Konvensiyasını 1992 ildə ratifikasiya etməsindən sonra ölkədə həyata keçirilən tədbirlər müzakirə olunacaq. Bundan əlavə tədbirdə Azərbaycanın Konvensiyanın həyata keçirməsində üzləşdiyi əsas problemlər, Konvensiyanın həyata keçirilməsində əldə edilən nailiyyətlər və misallar, gələcəkdə yarana biləcək çətinliklər və potensial problemlərin müəyyən edilməsi, Konvensiyanın həyata keçirilməsinin sürətləndirilməsi üçün məsləhətlərə toxunulacaq.
    16.11.09 Məqaləni oxumaq
     
    Noyabrın 16-da quş qripi ilə əlaqədar növbəti monitorinqlərə start veriləcək
    Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti noyabrın 16-da köçəri quşların miqyasını nəzərə alaraq quş qripi ilə əlaqədar növbəti monitorinqlərə start verəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dövlət Baytarlıq Xidmətindən (DBX) veriblər. Monitorinq DBX, Səhiyyə və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də “Ovçular” Cəmiyyətinin mütəxəssis və əvəkdaşlarının iştirakı ilə aparılacaq. Nəzarət tədbirinin Abşeron yarmadası, Dəvəçi, Alyan, Ağcabədi və Lənkəran rayonlarındakı Milli qoru və parklarda, həmçinin ölkənin dəniz sahil zonalarında və digər həyata keçirilməsi nəzərdə tutulur. Ölkə ərazisində köçəri və ev quşlarına görə aparılacaq monitorinqin nəticələri noyabrın 27-də ictimaiyyət üçün açıqlanacaq.
    14.11.09 Məqaləni oxumaq
     
    Ölkədə ötən illə müqayisədə 7,4% çox məhsul istehsal edilib və sənaye xarakterli xidmətlər göstərilib
    Ölkədə 17,7 mlrd. manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 7,4% çox məhsul istehsal edilib və sənaye xarakterli xidmətlər göstərilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dövlət Statistika Komitəsindən veriblər. Əsas sənaye məhsulları olan xam neftin hasilatı 12,1% artaraq 42,3 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 2,8% artaraq 13,5 mlrd. kub metr olub. Sənaye məhsulunun beşdə dörd hissəsi özəl bölmənin payına düşüb, ümumi istehsalın 92,7%-i sənaye mallarının (əmtəələrin), 7,3%-i isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranıb. Sənaye fəaliyyətinin 75% mədənçıxarma, 19,7% emal, 5,3% isə elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində həyata keçirilib. İstehsal edilən sənaye məhsulunun böyük əksəriyyəti istehlakçılara göndərilib. Bununla yanaşı, noyabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 235,2 mln. manatlıq və ya əvvəlki ayla müqayisədə 7 mln. manat çox hazır məhsul ehtiyatı olub.
    13.11.09 Məqaləni oxumaq
     
    QKDK-nin sədri Rüfət Aslanlı: “2010-cu ildə dünya iqtisadiyyatda artım tendensiyası gözlənilir”
    Cari il dünya iqtisadiyyatı 1,8%-lik daralma ilə bitəcək. Buna baxmayaraq 2010-cu ildə iqtisadiyyatda artım tendensiyası gözlənilir. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı çıxış edib. R.Aslanlı ötən dövr ərzində dünyada və Azərbaycanda baş verən qlobal iqtisadi proseslərə dair geniş məlumat verib. O, tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, ötən dövr ərzində ÜDM 6,1%, sənaye istehsalı 5%, kənd təsərrüfatı istehsalı 3% artıb, eləcə də, ölkədə investisiya aktivliyi davam edərək, əsas kapitala yönəldilən investisiyalar 5,2 mlrd. manata çatıb.
    13.11.09 Məqaləni oxumaq
     
    Azərbaycanda A(H1N1) virusuna yoluxmuş xəstələrin müalicəsi başa çatıb
    Azərbaycanda A(H1N1) virusuna yoluxmuş xəstələrdən artıq xəstəxana şəraitində müalicə alan şəxs qalmayıb. Xəstələrin hamısı müalicə kursunu uğurla başa vuraraq evə buraxılıblar. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər. Ev şəraitində müalicə alanların vəziyyəti isə yaxşıdır. Bu gün aparılan yoxlamalar nəticəsində isə ölkə ərazisində əlavə olaraq heç kimdə virus aşkarlanmayıb. Nazirlikdən həmçinin bildiriblər ki, A(H1N1) virusdan qorunmaq üçün vətəndaşlar istifadə etdikləri qoruyucu maskaları maksimum 2 saatdan bir dəyişdirməlidirlər. Xatırladaq ki, Azərbaycanda bu virusa ümumilikdə 11 nəfər yoluxub və artıq onların müalicəsi başa çatıb.
    13.11.09 Məqaləni oxumaq
     
    YUNESKO-nun elan etdiyi müsabiqədə azərbaycanlılarda iştirak edə bilərlər
    YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsi tərəfindən 2010-2013-cü illərdə dörd illik vəzifələr üzrə vakant yerlər elan edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər. Namizəd təbiət elmləri, eləcə də sosial və humanitar elmlər, o cümlədən hüquq, insan hüquqları, fəlsəfə, təhsil və kommunikasiya sahələrindən biri üzrə mütəxəssis olmalı, bir neçə xarici dildə sərbəst danışıq, oxu və yazı bacarıqlarına malik olmalı, seçildiyi təqdirdə, Beynəlxalq Bioetika Komitəsi çərçivəsində ona aid müvafiq vəzifələri yerinə yetirmək bacarıqlarına malik olmalıdır.
    12.11.09 Məqaləni oxumaq
     
    Konstitusiya Məhkəməsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
    Bu gün Azərbaycan Konstitusiya Məhkəməsinin kollektivi 12 noyabr Konstitusiya Günü münasibətilə Fəxri Xiyabana gələrək, ilk milli Konstitusiyanın müəllifi, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül-çiçək dəstələri düzülüb.
    12.11.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 183 184 185 186 187 188 189 190 191 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30