Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 182 183 184 185 186 187 188 189 190 » #
    Azərbaycanda MDB məkanında ilk dəfə olaraq internetə "parol"suz giriş imkanı verən xidmətin tətbiqinə başlayıb
    Ölkə əhalisinin daha geniş kütlələri üçün internetdən istifadəni sadələşdirmək məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom.Net" internet provayderi "Aztelekom" İstehsalat Birliyi şəbəkəsinin abunəçiləri üçün MDB məkanında ilk dəfə olaraq internetə "parol"suz giriş imkanı verən xidmətin tətbiqinə başlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər.
    18.11.09 Məqaləni oxumaq
     
    Axıska türklərinin öz tarixi torpaqlarından zorla sürgün edilməsinin 65-ci ili tamam olması ilə bağlı Dəyirmi masa keçirildi
    Bu gün Atatürk Mərkəzində Axıska türklərinin Gürcüstandakı öz tarixi ata-baba torpaqlarından zorla sürgün edilmələrinin 65-ci ili tamam olması ilə bağlı Dəyirmi masa keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən Axıska Türklərinin “Vətən” Cəmiyyətinin Mərkəzi Şurasının sədri İbrahim Burhanov 12 647 soydaşının vətənləri Gürcüstana qayıtmaq üçün ərizə ilə müraciət etmə işlərinə yardımçı olduqlarını bildirib. O, toplanan sənədlərdən 11 623 nəfərin ərizəsinin cəmiyyət tərəfindən qeydiyyata alındığını, 4600 nəfərin isə sənədlərinin natariat qaydada təsdiq edilərək ingilis dilinə tərcümə olunduğunu söyləyib. İ.Burhanov bu sənədlərdən 3258-nin Gürcüstanın Azərbaycandakı səfirliyinə təqdim edildiyini bildirib.
    18.11.09 Məqaləni oxumaq
     
    Səhiyyə Nazirliyinin “donuz qripi” ilə bağlı hazırladığı xüsusi plakatlar Təhsil Nazirliyinə təqdim olunub
    Sel nəticəsində yararsız hala düşən məktəblərdə bərpa işləri davam etdirilir. Bu tip məktəblər elə də çox deyil və bunların sayı 3-4-dür. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Misir Mərdanov söyləyib. “Biz çalışırıq ki, tədris pozulmasın. Müvəqqəti olaraq şagirdləri başqa məktəblərdə yerləşdirmək şərtilə həmin məktəblərin hamısı bərpa olunacaq”,-deyə M.Mərdanov məsələ ilə bağlı son məlumatları açıqlayıb. Xatırladaq ki, bir neçə ay öncə güclü sel nəticəsində Salyan və Hacıqabul rayonlarında ciddi problemlər yaşanıb. Həmin problemlər arasında bir neçə məktəbin sıradan çıxması da olub.
    18.11.09 Məqaləni oxumaq
     
    “Narkomaniyanın genefondumuza təsiri: xarici və yerli təcrübələrin öyrənilməsi” adlı elmi-praktik konfrans keçirilib
    Bu gün Bakıda, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası (AJQA) “Qazelli” Natural Kosmetika Beynəlxalq MMC ilə birlikdə təşkil etdikləri “Narkomaniyanın genefondumuza təsiri: xarici və yerli təcrübələrin öyrənilməsi” adlı elmi-praktik konfrans öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, konfransda çıxış edən AJQA-nın prezidenti Sevil Yusifova son zamanlar qlobal aləmdə narkotik maddələr dövriyyəsinin çoxaldığını diqqətə çatdırıb. Azərbaycandan da bu prosesin yan keçmədiyini bildirən S.Yusifova buna əsas səbəbi son dövrlər yaxın şərqdə aramsız baş verən müharibələri göstərib. S.Yusifova narkomaniya kimi qorxulu bir bəlaya qarşı bütün dünyada olduğu kimi ölkəmizdə də birgə mübarizənin və buna qarşı qanunların gücləndirilməsini zəruri amil sayıb. O, qeyd edib ki, ölkəmizdə, xüsusən də regionlarda narkotik vasitələrin dövriyyəsi çoxalıb.
    18.11.09 Məqaləni oxumaq
     
    Qiymətlər artandan sonra metroda sərnişinlərin sayında 10 faiz azalma var
    Qiymətlər artandan sonra metroda sərnişinlərin sayında 10 faiz azalma var. Bu barədə məlumatı KƏLAMİNFO-ya açıqlamasında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov verib. Yeni ildən Bakı metrosunda gediş haqlarının 20 qəpiyə qaldırılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirən T.Əhmədov bu barədə heç bir məlumata malik olmadığını söyləyib. “Qiymət məsələsi Tarif Şurasının işidir. Tarif Şurası nə vaxt və necə qiymət müəyyənləşdirəcəksə, biz də onunla işləyəcəyik”,-deyə T.Əhmədov əlavə edib. Qeyd edək ki, Bakı Metropolitenində gediş haqqı 13 il 5 qəpik, cari ilin oktyabrın 1-dən isə 15 qəpiyə qaldırılıb.
    18.11.09 Məqaləni oxumaq
     
    Bakıda “Azərbaycan sahibkarlarının Avropa İttifaqına güzəştli şərtlərlə ixrac imkanları” mövzusunda seminarlara start verilib
    Bu gün Bakıda, “Park İnn” otelində İqtisadi İnkişaf Nazirliyi Avropa İttifaqının “İqtisadi İnkişaf Nazirliyinə Dəstək Layihəsi” ilə birgə “Azərbaycan sahibkarlarının Avropa İttifaqına güzəştli şərtlərlə ixrac imkanları” mövzusunda seminarlara start verilib. KƏLAMİNFO xəbər verir ki, seminarı giriş sözü ilə açan İqtisadi İnkişaf Nazirliyinin Aparat rəhbəri Samir Vəliyev Azərbaycanda yaradılan əlverişli biznes mühiti və ölkəmizin ixrac potensialı barədə ətraflı məlumat verib. O, qeyri-neft məhsullarının xarici bazarlara çıxarılmasında “GSP+” Proqramının əhəmiyyətini vurğulayıb. S.Vəliyevin sözlərinə görə, “GSP+” proqramının tətbiqi Azərbaycan məhsullarının xarici bazarlara ixracının asanlaşdırılması və ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası baxımından vacibdir. Samir Vəliyev iş adamlarını seminarlarda fəal iştiraka dəvət edib.
    18.11.09 Məqaləni oxumaq
     
    Qanunsuz ovlanmış quşların satıldığı aşkar edilib
    Su bataqlıq quşlarının miqrasiya mövsümünün başlanması və “quş qripi” xəstəliyi təhlükəsinə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 və 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinin əməkdaşları nəzarət etdikləri inzibati ərazilərdə (Masallı, Lənkəran, Lerik, Cəlilabad, Astara, Yardımlı), (Şirvan, Sabirabad, Neftçala, Biləsuvar, Salyan, Hacıqabul) monitorinq və reydlər keçiriblər. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, vəhşi çöl quşlarının yaşadığı, qışladığı, çoxalıb artdığı ərazilərdə keçirilən monitorinqlər zamanı xəstə, halsız quşlara və ya quş cəsədlərinə rast gəlinməyib. Lənkəran şəhərinin mərkəzi bazarında keçirilən reydlər zamanı isə qanunsuz olaraq ovlanmış 12 ədəd qaşqaldaq quşunun satıldığı aşkar edilib. Faktla bağlı akt tərtib olunub və çöl quşları götürülərək Lənkəran rayon Baytarlıq İdarəsi mütəxəssislərinin iştirakı ilə yandırılaraq məhv edilib.
    18.11.09 Məqaləni oxumaq
     
    Layihələrin 60 faizi yekunlaşıb
    Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihələrin 60 faizi yekunlaşıb. Bu barədə məlumatı Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərəsət Qurbanov verib. Hazırda Katiblik tərəfindən monitorinqlərin yekunlarına dair sənəd üzərində iş aparıldığını vurğulayan F.Qurbanov ilin sonunda yekun məlumatların ictimaiyyətə açıqlanacağını söyləyib. F.Qurbanov QHT-lər tərəfindən həyata keçirilən layihələrin icra vəziyyəti ilə bağlı məsələyə də münasibət bildirib və qeyd edib ki, layihələrin icrasını keyfiyyət baxımından ötən illərə nisbətən uğurlu hesab etmək olar. İcraçı direktor layihələrin icrası ilə bağlı məlumatların işıqlandırılmasında QHT ilə mətbuatın əməkdaşlıq etməsində Şuranın rolu məsələsinə də münasibətini açıqlayıb.
    17.11.09 Məqaləni oxumaq
     
    Məzahir Pənahov bələdiyyə seçkilərinin namizədlərin güclü rəqabəti şəraitində keçiriləcəyinə inanır
    Qarşıdan gələn bələdiyyə seçkiləri namizədlərin güclü rəqabəti şəraitində keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib. Bələdiyyə seçkilərinin daha güclü rəqabət fonunda keçirilməsi üçün xeyli sayda namizədlərin qeydiyyatdan keçdiklərini diqqətə çatdıran M.Pənahov hazırda qeydiyyat prosesinin davam etdiyini vurğulayıb. Bu vaxta qədər 30 mindən çox vətəndaşın namizədliyinin rəsmi olaraq qeydiyyata alındığını söyləyən MSK sədri bildirib ki, proses davam edir və qeydiyyat mərhələsi noyabrın 23-də başa çatacaq. “Seçkilərin bələdiyyələrdəki 16 min yer uğrunda keçirildiyini nəzərə alsaq, seçkilərin güclü rəqabət şəraitində keçəcəyini söyləmək olar”,-deyən M. Pənahov seçki prosesinin geridə qalan mərhələsinin ciddi problemlər olmadan sakit keçdiyini qeyd edib. O, namizəd olmaq istəyən bütün vətəndaşlara lazımı şəraitin yaradıldığını vurğulayıb. M.Pənahov qanuna müvafiq olaraq siyasi partiya və bloklara təbliğat-təşviqat kampaniyası dövründə İctimai Televiziya və Radioda pulsuz efir vaxtı ayrılacağını da bildirib.
    17.11.09 Məqaləni oxumaq
     
    Bakıda “Azərbaycanda Diffamasiya və İfadə azadlığı” adlı konfrans öz işinə başlayıb
    Bu gün Bakıda, Avropa Şurasının Azərbaycandakı nümayəndəliyi ilə Mətbuat Şurasının birgə təşkil etdiyi “Azərbaycanda Diffamasiya (nüfuzun qorunması) və İfadə azadlığı” adlı konfrans öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, konfransda çıxış edən Avropa Şurasının Azərbaycandakı İnformasiya Ofisinin direktoru İlqar İbrahimli bildirib ki, tədbir Diffamasiya haqqında hazırlanan qanun və ümumiyyətlə jurnalist fəaliyyəti ətrafında yeni fikirlərin ortaya çıxarılması ilə bağlıdır. Avropa Şurası Baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi xanım Veronika Kotek diffomasiyanın hər hansı bir şəxsin informasiya ötürməsində digər şəxslərin nüfuzuna xələl gətirməməsində özünü göstərən başlıca amil olduğunu söyləyib.
    16.11.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 182 183 184 185 186 187 188 189 190 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30