Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  180 181 182 183 184 185 186 187 188  #
    Ombudsman Aparatı bələdiyyə seçkiləri ərəfəsində polis şöbələrinin əməkdaşları üçün regional seminarlar keçirir
    Ombudsman Aparatı bələdiyyə seçkiləri ərəfəsində Daxili İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyası ilə birgə respublikanın müxtəlif rayonlarının polis şöbələrinin əməkdaşları üçün regional seminarlar keçirir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ombudsman Aparatından veriblər. Keçirilən regional seminarlarda bələdiyyə seçkilərinin ölkəmizin həyatında xüsusi əhəmiyyət kəsb etdiyi, səsvermənin mütəşəkkil, demokratik, şəffaf və qüsursuz keçirilməsinin zəruriliyi vurğulanıb. Eyni zamanda, seçki kampaniyası dövründə vətəndaşların qanunla müəyyən olunmuş hüquqlarının təmin edilməsinin vacibliyi, icra hakimiyyəti orqanları və polisin seçki prosesinə müdaxiləsi, seçki komissiyaları üzvlərinə təzyiq və təsir göstərilməsinin yolverilməzliyi, habelə ictimai qaydaların pozulması hallarının qarşısının alınmasının zəruriliyi diqqətə çatdırılıb. Seminarlar Lənkəran, Masallı, Astara Biləsuvar, Şirvan, Saatlı, Sabirabad, İmişli və digər rayonlarda təşkil olunub.
    02.12.09 Məqaləni oxumaq
     
    Noyabrda 2, 618, 691 kvadratmetr ərazi mina və PHS-dən təmizlənib
    Cari ilin noyabr ayında Azərbaycanın 2, 618, 691 kvadratmetr ərazisi mina və partlamayan hərbi sursatlardan (PHS) təmizlənib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) veriblər. Məlumata görə, əməliyyatlar zamanı 26, 395 PHS və mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 425 mütəxəssis, 115 yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edib. Noyabr ayında mina/PHS hadisəsi baş verməyib. Qeyd edək ki, ümumilikdə ANAMA tərəfindən indiyədək 118, 320, 758 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilən mina və PHS-lərin sayı isə 530, 787 olub. Hazırda təşkilat tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Tovuz, Ağstafa, Göygöl rayonlarında və Bakı şəhərinin Qaradağ rayonunun ərazisində aparılır.
    02.12.09 Məqaləni oxumaq
     
    Milli Məclisdə “Qadınlara qarşı zorakılığa yox deyək!” mövzusunda dinləmələr keçiriləcək
    Sabah Milli Məclisdə “Qadınlara qarşı zorakılığa yox deyək!” mövzusunda dinləmələr keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya MM-dən veriblər. Tədbirdə BMT, Avropa Şurası, ATƏT-in və ölkəmizdə fəaliyyət göstərən digər beynəlxalq qurumların, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirli, Respublika Baş Prokurorluğunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edəcəklər. Dəyirmi masaya həmçinin qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də ölkədə qadın problemlərinin işıqlandırılması və bu sahə ilə bağlı maarifləndirmə işi ilə məşğul olan kütləvi informasiya vasitələrinin məsul işçiləri də dəvət olunub. Tədbirdə mühüm sosial problem olan məişət zorakılığının, o cümlədən qadınlara qarşı zorakılığın aradan qaldırılması və bu sahədə qarşıya çıxan problemlər ətrafında geniş fikir mübadiləsi aparılacaq. Tədbirin sonunda dinləmələrin yekunu kimi müraciətin qəbul edilməsi gözlənilir.
    01.12.09 Məqaləni oxumaq
     
    KİV DDF fərdi jurnalist yazılarının mükafatlandırılması ilə bağlı elan etdiyi müsabiqənin müddətini uzadıb
    Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fərdi jurnalist yazılarının mükafatlandırılması ilə bağlı elan etdiyi müsabiqənin müddətini dekabrın 12-si saat 16:00-dək uzadıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan veriblər. Qeyd edək ki, əvvəl yazıların təqdim olunması vaxtı dekabrın 5-dək idi.
    01.12.09 Məqaləni oxumaq
     
    Qurban Bayramı ilə əlaqədar ətin qiymətində artım qeydə alınmayıb
    İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti ət satışı məntəqələrində bayram günləri də daxil olmaqla gündəlik monitorinqlər keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya İqtisadi İnkişaf Nazirliyindən veriblər. Paytaxtda, eləcə də respublikanın digər şəhər və rayonlarında aparılan monitorinqlər zamanı satışda olan ətin qiymətində artım qeydə alınmayıb.
    01.12.09 Məqaləni oxumaq
     
    Bələdiyyə seçkilərində Ümid Partiyası ölkə üzrə 400 nəfər namizədlə iştirak edəcək
    Qarşıdan gələn bələdiyyə seçkilərinə Ümid Partiyasının təqdim etdiyi 1300 nəfər namizəddən yekun olaraq 400 nəfər rəsmi qeydə alınıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində partiyanın sədr müavini Ənvər Ağazadə verib. Onun sözlərinə görə, qeydə alınan namizədlərin hamısı sırf partiya xətti ilə irəli sürülən partiya üzvləridir. Ə.Ağazadə qeyd edib ki, partiya tərəfindən namizədlər respublika ərazisində 100 seçki dairəsində 350 bələdiyyə üzrə namizəd kimi iştirak edəcəklər. Partiyanın Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq noyabrın 26-dan təbliğat-təşviqat kampaniyasına başladığını deyən Ə.Ağazadə müvafiq olaraq bu prosesin partiyanın yerli təşkilatları tərəfindən həyata keçirilidiyini vurğulayıb. O, bildirib ki, bununla bağlı partiya sədri, millət vəkili İqbal Ağazadənin rəhbərliyi ilə partiya tərəfindən dəstək alan müvafiq bələdiyyə üzrə hər bir namizəd təbliğat-təşviaq kampaniyasını öz regionu üzrə sərbəst həyata keçirir.
    01.12.09 Məqaləni oxumaq
     
    Bu gün Ümumdünya AİDS-lə Mübarizə Günüdür
    Bu gün “Hyatt Regency” mehmanxanasında Ümumdünya AİDS Gününə həsr olunan Dəyirmi masa keçirildi. KƏLAMİNFO xəbər verir ki, konfrans Respublika Səhiyyə Nazirliyi, UNAİDS, UNHCR və digər təşkilatların birgə dəstəyi ilə baş tutub. Tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova, Azərbaycanda BMT HİV üzrə birgə qrupun sədri Cəmilə Cərrahova, Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin aparıcı məsləhətçisi Təranə Nazarova, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin həkimi Rəfail Mehdiyev və digər rəsmilər çıxış ediblər. Konfransda Azərbaycanda HİV/AİDS-lə bağlı epidomoloji vəziyyət, Pentensiar xidməti və bir sıra xidməti müəssisələrdə HİV infeksiyası/AİDS-in diaqnostikası, müalicəsi və profilaktikası məsələləri müzakirə olunub.
    01.12.09 Məqaləni oxumaq
     
    Ölkədə 7 nəfər cinayətkar tutularaq istintaq orqanlarına təhvil verilib
    Daxili işlər orqanları tərəfindən gün ərzində qeydə alınan 31 cinayət faktından 20-nin, həmçinin ötən günlərdən bağlı qalan 1 cinayətin üstü açılıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Daxili İşlər Nazirliyindən (DİN) veriblər. AR Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Ölkədə 8 yanğın hadisəsi qeydə alınıb. Nəticədə 1 nəfər yaralanıb. Həyata keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 28 nəfər tutulub.
    27.11.09 Məqaləni oxumaq
     
    Zərdabi Mətbuat Mərkəzi apardığı sorğunun nəticələrini açıqladı
    Bu gün Mətbuat Şurasında (MŞ) Zərdabi Mətbuat Mərkəzi (ZMM) Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirdiyi “Medianın ilk mənbədən informasiya alması: mövcud tendensiyaların monitorinqi və peşəkarlığa dəstək” layihəsi çərçivəsində “Azərbaycanda ilk mənbədən informasiya alınması sahəsində vəziyyət: problemlər və həll yolları” mövzusunda Dəyirmi masa keçirdi. KƏLAMİNFO xəbər verir tədbirdə çıxış edən ZMM-nin sədri Rəhim Hüseynzadə həyata keçirdikləri bir aylıq sorğunun nəticələrini açıqladı. O qeyd etdi ki, sorğuda KİV-in ilk mənbə ilə iş xüsusiyyətləri, qarşıya çıxan problemlər, bu sahədəki çatışmazlıqlar barədə statistik rəqəmlər əks olunub.
    26.11.09 Məqaləni oxumaq
     
    Qeydiyyatdan keçmiş 1000-dən çox QHT tapılmır
    Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Azərbaycan QHT-ləri” məlumat kitabını nəşr etmək üçün hazırlıq işlərini yekunlaşdırmaq üzrədir. Bu işə Şura bir neçə ay əvvəl başlamış və mümkün olan bütün mənbələrdən QHT-lər haqqında məlumat toplamışdır. Artıq 1000-ə yaxın təşkilat haqqında informasiya yığılaraq elektron bazaya daxil edilmiş və nəşr üçün hazırlanmışdır. Bu barədə məlumatı KƏLAMİNFO-ya Şuradan veriblər. Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş və siyahı üzrə Şuraya təqdim edilmiş 2427 QHT-nin 2058-i müstəqil qeyri-hökumət təşkilatı, 179-u idman təşkilatları, 150-si başqa QHT-lərin filial və şöbələri, 40-ı isə hüquq məsləhətxanasıdır. Qeyd edək ki, QHT-lərin böyük bir qismi ilə əlaqə yaratmaq hələlik mümkün olmayıb.
    26.11.09 Məqaləni oxumaq
     
    Səhifələr : #  180 181 182 183 184 185 186 187 188  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30