Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 179 180 181 182 183 184 185 186 187 » #
    AZADİNFORM İA “Lənkəran” qəzetində Dəyirmi masa keçirib
    AZADİNFORM İnformasiya Agentliyi Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra vəziyyətinin işıqlandırılmasında yerli mətbuatın fəaliyyətinin dəstəklənməsi layihəsi çərçivəsində Lənkəran rayonunda nəşr olunan “Lənkəran” qəzetində Dəyirmi masa keçirib. Dəyirmi masada qəzetin kollektivi, ictimaiyyətin nümayəndələri iştirak edib.
    04.12.09 Məqaləni oxumaq
     
    AZADİNFORM İA “Lerik” qəzetində treninq keçirib
    AZADİNFORM İnformasiya Agentliyi Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun dəstəyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra vəziyyətinin işıqlandırılmasında yerli mətbuatın fəaliyyətinin dəstəklənməsi layihəsi çərçivəsində Lerik rayonunda nəşr olunan “Lerik” qəzetinin redaksiyasında monitorinq aparıb və qəzet əməkdaşları üçün treninq keçirib. 
    04.12.09 Məqaləni oxumaq
     
    RİTN Cəlilabad, Lerik və Lənkəranda televiziyaların yayım keyfiyyətini gücləndirib
    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən “Azərbaycan Respublikası pegionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə Tədbirlər Planının 4.3.6-cı (Lənkəran qtisadi rayonu) bəndinə uyğun olaraq Cəlilabad, Lerik və Lənkəran rayonlarında bir sıra işlər görülüb.  Bu barədə məlumatı AZADİNFORM-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən veriblər. 
    Məlumatda Cəlilabad rayon mərkəzi ATS-nin rekonstruksiyasının başa çatdırıldığı, mövcud ATS-lərin elektron tipli ATS-lərlə əvəz olunduğu bildirilib. Rekonstruksiya layihəsi çərçivəsində Cəlilabad rayon mərkəzi ATS-nin tutumu 1692 nömrə artırılıb.
    04.12.09 Məqaləni oxumaq
     
    Cənub bölgəsində məktəb tikintisi və təmiri davam edir
    Azərbaycan Respublikası “2009-2013-cü illər regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası yerlərdə davam etdirilir. Bütün sahələrdə olduğu kimi təhsillə, xüsusilə məktəb tikintisi və təmiri ilə bağlı regionda görülən işlərin bəzisi artıq başa çatdırılıb. Bu barədə məlumatı AZADİNFORM-a Təhsil Nazirliyindən veriblər. 
    04.12.09 Məqaləni oxumaq
     
    Bakıda I Milli İnternet Forumu keçirilir
    Bu gün Bakıda I Milli İnternet Forumu öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, forumda açılış nitqi ilə “YUMROO” Şirkətinin baş direktoru Anar Yolçiyev çıxış edib. Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə çıxışında bildirib ki, bu forum Azərbaycanın İKT sektorunun inkişafı istiqamətində görülən işlər arasında növbəti addımdır. E.Vəlizadə forumun əsas məqsədinin bu sahədə gedən proseslərin qiymətləndirilməsi və ölkənin İKT sahəsində gələcəkdə görüləcək işləri müəyyən etməkdən ibarət olduğunu vurğulayıb. Nazir müavini 1994-cü ildə ABŞ-da ilk internet saytının fəaliyyətə başladığını, Azərbaycanda isə ilk internet saytının 1995-ci ildə yaradıldığını və bunun Azərbaycan Milli Elmlər Akademiyasına mənsub olduğunu qeyd edib.
    04.12.09 Məqaləni oxumaq
     
    Nazir müavini Elmir Vəlizadə: “Dünyada orta hesabla 30% insan internetdən istifadə etmək istəmir”
    Hazırda dünyada internet istifadəçilərinin sayı 1,4 mlrd. nəfər təşkil edir. Azərbaycan da bu proseslərdən kənarda qalmır və internet istifadəçilərinin sayının artırılması, geniş zolaqlı internetin inkişafı üçün addımlar atır. KƏLAMİNFO xəbər verir ki, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə I Milli İnternet-forumunda bildirib. E.Vəlizadənin sözlərinə görə, bu gün internet istifadəçiləri arasında 18-24 yaş arasında olan gənclər üstünlük təşkil edir. O, həmçinin 18-45 yaş arası insanların da ən fəal internet istifadəçiləri hesab olunduqlarını söyləyib.
    03.12.09 Məqaləni oxumaq
     
    Azərbaycanda internetin inkişafında özəl şirkətlərin fəaliyyəti çox genişdir
    Azərbaycanda internetin dəyərinin 2008-ci ildən başlayaraq dəfələrlə aşağı salınmasına başlanılıb. Bu isə sonsuzluğa qədər aşağı salına bilməz. Bunun müəyyən dəyəri var və bu həmin dəyərdə qalmalıdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə açıqlamasında bildirib. E.Vəlizadə internet tariflərini müəyyən dərəcədə bazarın özünün tənzimlədiyini bildirib. “Lakin ümumilikdə sözügedən sahədə azalma tendensiyası mövcuddur və bu gələcəkdə də davam etdiriləcək.
    03.12.09 Məqaləni oxumaq
     
    QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lərin auditi məsələsini öz üzərinə götürmək istəyir
    QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lərin audit olunması ilə bağlı hökumət qarşısında məsələ qaldırb. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev verib. A.Quliyev təklif edib ki, Şuranın maliyyələşdirdiyi QHT-lərin audit xərcini Şura özü ödəsin. Auditlə bağlı qanunvericiliyin tələbini xatırladan A.Quliyev təşkilatların audit olunması ilə bağlı mənbələrin də tapılmasına ehtiyac olduğunu söyləyib. “Bilirsiniz ki, Şura 5 minlə 20 min manat arasında qrantlar verir. Bu vəsaitin də bir hissəsinin auditə getməsi doğru olmaz”,-deyə A.Quliyev əlavə edib.
    03.12.09 Məqaləni oxumaq
     
    “QHT-lərin fəaliyyətində səmərəli idarəetmə, şəffaflıq və hesabatlılıq” mövzusunda seminar keçirildi
    Bu gün “Avropa” otelində “QHT-lərin fəaliyyətində səmərəli idarəetmə, şəffaflıq və hesabatlılıq” mövzusunda seminar keçirildi. KƏLAMİNFO xəbər verir ki, seminarda çıxış edən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev tədbirdə müzakirə olunacaq məsələlərin səmrəli idarəolma, şəffaflıq, hesabatlılılıq və vətəndaş cəmiyyətinin əsaslarından biri olduğunu bildirdi. QHT-lərin faliyyətində sözügedən prinsiplərin əsas götürülməsinin vacib olduğunu diqqətə çatdıran Ə.Nuriyev qeyd etdi ki, təşkilatlar hər zaman bu prinsiplərlə çalışsalar da onların təkmilləşdirilməsinə ehtiyac var.
    03.12.09 Məqaləni oxumaq
     
    AMEA-nın Xarici əlaqələr şöbəsinin rəisi Ədalət Həsənov Ukraynaya gedib
    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Xarici əlaqələr şöbəsinin rəisi, fizika-riyaziyyat elmləri doktoru Ədalət Həsənov Ukraynaya səfər edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Səfərdə məqsəd bu ölkənin Elm Texnoloji Mərkəzinin Kiyev şəhərində keçiriləcək illik iclasında iştirak etməkdir.
    02.12.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 179 180 181 182 183 184 185 186 187 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30