Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 176 177 178 179 180 181 182 183 184 » #
    “Bələdiyyələrin 10 illik fəaliyyəti, yaranması və inkişaf problemləri” mövzusunda konfrans keçirildi
    Bu gün Azərbaycan Regional İnkişaf Mərkəzi tərəfindən “Bələdiyyələrin 10 illik fəaliyyəti, yaranması və inkişaf problemləri” mövzusunda konfrans keçirildi. KƏLAMİNFO xəbər verir ki, Regional İnkişaf Mərkəzinin sədri Çingiz İsmayılov bildirdi ki, bələdiyyələr respublikamızda ərazi idarəetmə sahəsində yeni institut olmasına baxmayaraq, qəbul olunmuş qanunlar onlara yerli səviyyədə müxtəlif sosial məsələlərin həlli üçün kifayət qədər səlahiyyətlər verib. O, Regional İnkişaf Mərkəzi tərəfindən bələdiyyələrin fəaliyyəti ilə bağlı bir çox rayonlarda sosioloji sorğu aparıldığını vurğuladı. Ç.İsmayılov sorğuda iştirak edən respondentlərin əksəriyyətinin bələdiyyələrin işindən narazı olduqlarını qeyd etdi. Ç.İsmayılov sorğu zamanı bələdiyyələrin 62%-nin binasının və internet resurslarının olmaması problemi ilə də üzləşdiklərini bildirdi.
    16.12.09 Məqaləni oxumaq
     
    Azərbaycan Uşaqlarının I Forumu keçiriləcək
    Cari ilin 17-18 dekabr tarixlərində Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və “NUR” Uşaq və Gənclərin İctimai Birliyi Bakı şəhərində 2009-cu il- “Uşaq İli” çərçivəsində Azərbaycan Uşaqlarının I Forumunu keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AQUPDK-nin mətbuat xidmətindən veriblər. Forum iştirakçıları bu məqsədlə sabah ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Forumun açılış mərasimi dekabrın 17-i Bakıda “Landmark” otelində olacaq. Bağlanş mərasimi isə 18 dekabrda Dövlət Gənc Tamaşaçılar Teatrında qeyd olunacaq.
    15.12.09 Məqaləni oxumaq
     
    MSK-da müşahidəçilərin qeydiyyatı başa çatıb
    Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar müşahidə aparmaq üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edənlərin qeydiyyat müddəti başa çatıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya MSK-nın mətbuat katibi Azər Sarıyev verib. A.Sarıyev bildirib ki, ümumilikdə yerli özünüidarəetmə orqanlarına keçirilən seçkiləri müşahidə etmək üçün MSK-da qeydiyyatdan keçənlərin sayı 1138-dir. “Bunlardan 802-i öz təşəbbüsü ilə qeydə alınanlardır. 176 nəfər QHT-lər tərəfindən, yerdə qalanlar isə siyasi partiyalar tərəfindən irəli sürilən müşahidəçilərdir”,-deyə A.Sarıyev vurğulayıb. A.Sarıyev Dairə Seçki Komissiyaları çərçivəsində müşahidə aparmaq istəyənlərin isə qeydiyyatının davam etdiyini, bu prosesin seçkilərə 5 gün qalana kimi davam edəcəyini söyləyib.
    15.12.09 Məqaləni oxumaq
     
    Qafqaz Universitetində Beynəlxalq Keyfiyyət Akademiyasının prezidenti ilə görüş keçirildi
    Bu gün Qafqaz Universitetində Azərbaycanda səfərdə olan Beynəlxalq Keyfiyyət Akademiyasının prezidenti Qreqori Vatsonla görüş keçirildi. KƏLAMİNFO xəbər verir ki, görüşdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç bildirdi ki, qonaq ali təhsil ocağında üç günlük seminar aparacaq. Seminarda Azərbaycanda fəaliyyət göstərən 20-dən artıq şirkətin menecerləri və rəhbərlərinin iştirak edəcəyini diqqətə çatdıran A.Saniç qeyd etdi ki, ilk dəfə keçirilən bu seminar davamlı olacaq.
    14.12.09 Məqaləni oxumaq
     
    BDU, Dövlət Gömrük və Statistika Komitələrinin əməkdaşları ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər
    Bu gün Bakı Dövlət Universitetinin kollektivi ümummilli lider Heydər Əliyevin vəfatının altıncı ildönümü münasibətilə Fəxri Xiyabana gələrək ulu öndərin xatirəsini yad ediblər, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib. KƏLAMİNFO xəbər verir ki, bu gün Dövlət Gömrük Komitəsinin kollektivi də umummilli lider Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramlarını bildirmək üçün Heydər Əliyev Fondunda olublar. Qonaqlar Fondun zəngin ekspozisiyası ilə tanış olublar. Onlar ümummilli liderin fenomen şəxsiyyət, mahir diplomat, görkəmli siyasətçi, nəcib insan, mehriban ailə başçısı olduğunu əks etdirən fotoşəkillərə baxıblar. Qonaqlar ulu öndərin həyatına həsr edilən “Böyük ömrün anları” filmini seyr ediblər. Bu gün həmçinin Dövlət Statistika Komitəsinin əməkdaşları da Heydər Əliyev Fondunda olublar.
    12.12.09 Məqaləni oxumaq
     
    Gələn həftə Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilə bilər
    Gələn həftə Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilə bilər. KƏLAMİNFO-nun komissiyadan əldə etdiyi məlumata görə, iclasın keçiriləcəyi konkret vaxt hələlik məlum deyil. İclasda müxtəlif növ müraciətlərə baxılacaq və araşdırılacaq. Qeyd olunub ki, Əfvə kimlərin və nə qədər məhbusun salınacağı isə dövlət başçısının səlahiyyətinə aid məsələdir. Komissiya yalnız müraciətlərə baxır və onları araşdırır.
    11.12.09 Məqaləni oxumaq
     
    İordaniyada ümummilli lider Heydər Əliyevin vəfatının altıncı ildönümü ilə əlaqədər anım mərasimi keçirilib
    Ümummilli lider Heydər Əliyevin vəfatının altıncı ildönümü ilə əlaqədar Azərbaycanın İordaniyadakı səfirliyində anım mərasimi keçirilib. Azərbaycanın İordaniyadakı səfirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, mərasimdə İordaniyanın siyasi-iqtisadi dairələri, Əmman meriyası, yerli qəbilələrin və Qafqaz icmalarının nümayəndələri, habelə İordaniya-Azərbaycan Dostluq Cəmiyyəti İdarə Heyətinin sədri, baş katibi və fəal üzvləri, yerli KİV-lərin, İordaniyada yaşayan Azərbaycan icmasının nümayəndələri, səfirliyin əməkdaşları iştirak ediblər. Səfirliyin mərasim salonunda Heydər Əliyevin həyat yolunu, dövlət başçısı kimi fəaliyyətini əks etdirən fotosərgi təşkil olunub, iştirakçılara ulu öndərə həsr edilmiş Azərbaycan, ərəb və ingilis dillərində kitablar təqdim edilib. Tədbirdə ümummilli liderinin həyat və fəaliyyətinə həsr olunan videokasetdən süjetlər nümayiş etdirilib.
    11.12.09 Məqaləni oxumaq
     
    Fizuli Ələkbərov: “Son 3 ildə ünvanlı sosial yardım alanlar arasında yoxsulluq səviyyəsi 20% azalıb”
    Ölkədə ünvanlı sosial yardım siyasətinin uğurla həyata keçirilməsi nəticəsində son 3 il ərzində yardım alanlar arasında yoxsulluq səviyyəsi 20% azalıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov çıxış edib. F.Ələkbərovun sözlərinə görə, Dünya Bankı bu göstəricini ünvanlı sosial yardım mexanizmi tətbiq edilən ölkələr sırasında ən səmərəli nəticə hesab edib. Həmçinin müəyyən olunub ki, sosial proqramların icrası üçün ayrılan vəsaitlərin istifadə edilməsində səmərəlilik göstəriciləri başqa ölkələrə nisbətən Azərbaycanda daha yüksəkdir. Nazir həmçinin bildirib ki, sosial yardımın təyin edilməsində ünvanlılıq prinsipi təqribən 90% təmin edilir.
    11.12.09 Məqaləni oxumaq
     
    Deputat Gültəkin Hacıbəyli “Avropada miqrasiya və qadınlara qarşı zorakılıq” mövzusunda toplantıya qatılmaq üçün Parisə gedib
    Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Gültəkin Hacıbəyli Avropa Şurası Parlament Assambleyası, Parlamentlərarası İttifaqın və Beynəlxalq Miqrasiya Təşkilatının təşəbbüsü ilə keçirilən “Avropada miqrasiya və qadınlara qarşı zorakılıq” mövzusunda toplantıya qatılmaq üçün Parisə səfər edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya parlamentdən veriblər. Tədbirdə gender bərabərliyi, qadın zorakılığına qarşı mübarizə, miqrant qadınların hüquqi müdafiəsi, onların işlə təminatı və digər məsələlər müzakirə ediləcək. Deputatımız müzakirə olunan məsələlərə öz münasibətini bildirəcək.
    11.12.09 Məqaləni oxumaq
     
    YAP Nərimanov rayonunda yaşayan seçicilərlə görüş keçirib
    Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri dekabrın 23-də keçiriləcək bələdiyyə seçikləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Nərimanov rayonunda yaşayan seçicilərlə görüş keçiriblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya YAP-ın mətbuat xidmətindən verblər. YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri - Milli Məclisin deputatı Əhməd Vəliyev və YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev seçicilər qarşısında çıxış edərək yerli özünüidarəetmə orqanlarının cəmiyyətdəki rolundan danışıblar. Qeyd olunub ki, vətəndaşlar yaşadıqları ərazilərdə fəaliyyət göstərən bələdiyyələrlə sıx təmasda olmalı, yerli problemlərin həll olunmasında birgə çalışmalıdırlar. Səlahiyyətli nümayəndələr YAP-ın fəaliyyətinin əsas qayəsinin xalqa xidmət təşkil etdiyini deyərək seçiciləri partiyanın namizədlərinə səs verməyə çağırıblar.
    10.12.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 176 177 178 179 180 181 182 183 184 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30