Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  175 176 177 178 179 180 181 182 183  #
    AZADİNFORM-un layihəsi başa çatdı
    AZADİNFORM İnformasiya Agentliyi Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra vəziyyətinin işıqlandırılmasında yerli mətbuatın fəaliyyətinin dəstəklənməsi layihəsini uğurla başa çatdırdı.
    24.12.09 Məqaləni oxumaq
     
    Ağsu Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib
    Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Ağsu Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsindən veriblər. Aksiya zamanı 140 nəfər könüllü olaraq qan verib. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
    19.12.09 Məqaləni oxumaq
     
    DMX-yə 40 mindən artıq əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib
    Cari ilin 11 ayı ərzində Dövlət Miqrasiya Xidmətinə (DMX) 40 mindən artıq əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı DMX-nin rəisi Arzu Rəhimov verib. Son illər Azərbaycana gələn əcnəbilərin sayında artımın müşahidə olunduğunu vurğulayan A.Rəhimov onların əsəsən sərhəd dövlətləri olan Gürcüstan, Türkiyə, İrandan olduqlarını söyləyib. Onun sözlərinə görə, əcnəbilər arasında Böyük Britaniya və ABŞ-dan gələnlər də çoxluq təşkil edir. A.Rəhimov ümumilikdə ölkəmizə 130-dan artıq ölkədən əcnəbi gəldiyini açıqlayıb.
    18.12.09 Məqaləni oxumaq
     
    Bu günə qədər 598 əcnəbi vətəndaş ölkədən deportasiya olunub
    Cari ilin ötən dövrü ərzində Daxili İşlər Nazirliyinin (DİN) Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsi 598 əcnəbi vətəndaşı ölkə ərazisindən çıxarıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı (DİN) Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin şöbə rəisi Y.Ağayev verib. Ölkədən çıxarılanların əsəsən Pakistan (329), Çin (80), Əfqanıstan (20), İran (20), Türkmənistan (21), Türkiyə (43), Gürcüstan (20) və Banqladeş (20) vətəndaşlarının olduğunu açıqlayan Y.Ağayev qeyd edib ki, qalanları isə müxtəlif ölkələrin hər birindən 3-4 nəfər olub. Ölkədən çıxarılanların əsasən DİN-in Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsi (318), Dövlət Miqrasiya Xidməti (135), Milli Təhlükəsizlik Nazirliyi (13) və digər müvafiq qurumlar tərəfindən tutulduğunu diqqətə çatdıran şöbə rəisi əlavə edib ki, tutulan şəxslər biavasitə təmsil etdiyi qurum tərəfindən ölkədən deportasiya olunublar.
    18.12.09 Məqaləni oxumaq
     
    YAP-ın səlahiyyətli nümayəndələri Qubada partiyanın bələdiyyə üzvlüyünə namizədləri ilə görüş keçiriblər
    Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri Quba şəhərində partiyanın bələdiyyə üzvlüyünə namizədləri ilə görüş keçiriblər. YAP-ın mətbuat xdmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, Milli Məclisin Elm və təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev və deputat Əhəd Abıyev iştirak edib. Görüşdə YAP-ın Quba rayon təşkilatının sədri Fuad Orucov bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində həyata keçirilən hazırlıq işləri və seçicilərlə görüşlər barədə ətraflı məlumat verib.
    18.12.09 Məqaləni oxumaq
     
    Sumqayıtda müəllimlər üçün insan hüquqlarının tədrisi mövzusunda təlim təşkil edilib
    Sumqayıtda orta ümumtəhsil məktəblərində çalışan gənc müəllimlər üçün insan hüquqlarının tədrisi mövzusunda təlim təşkil edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Sumqayıt İcra Aparatından verilib. Təlim Avropa Gənclər Fondunun maliyyə dəstəyi ilə şəhər Gənc Müəllimlər Şurası, Gənclər və İdman Baş İdarəsi və Təhsil Şöbəsinin birgə təşəbbüsü ilə həyata keçirilib. Sumqayıtda 5 gün davam edən bu təlimdə əsasən orta məktəblərdə şagirdlərlə sosial sahədə işləyən şəxslər - psixoloqlar, uşaq birliyi təşkilatlarının rəhbərləri, konstitusiya hüququ, insan və cəmiyyət dərslərini tədris edən müəllimlərdən ibarət 25 nəfər iştirak edib.
    17.12.09 Məqaləni oxumaq
     
    I Uşaq Forumu öz işinə başlayıb
    Bu gün Bakıda Azərbaycanda ilk dəfə olaraq 2009- Uşaq İli çərçivəsində I Uşaq Forumu öz işinə başlayıb. Azərbaycan Hökuməti, Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və “NUR” Uşaq və Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə təşkil olunan Forumda millət vəkili Mehriban Əliyevanın təbrik məktubu oxunub. Məktubda Forum iştirakçılarını ürəkdən salamlayan M.Əliyeva bu gün ölkəmizdə uşaqların parlaq böyüməsini və dövlət tərəfindən onlara yaradılan yüksək şəraiti diqqətə çatdırıb. M.Əliyeva Heydər Əliyev Fondunun yarandığı gündən uşaqların təhsil, səhiyyə və s. problemləri ilə yaxından maraqlandığını və bu sahədə iri layihələr həyata keçirdiyini bildirib.
    17.12.09 Məqaləni oxumaq
     
    Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyada səfərdə olub
    Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyada səfərdə olub. Məhkəmənin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, səfər Almaniya Federal Konstitusiya Məhkəməsinin dəvəti və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə baş tutub. Səfər çərçivəsində nümayəndə heyəti bir sıra görüşlər keçirib. Almaniya Federal Konstitusiya Məhkəməsinin sədr əvəzi Andreas Vosküxle və bir sıra hakimlərlə keçirilmiş görüşlərdə konstitusiya ədalət mühakiməsi sahəsində hüquqi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Berlin şəhərində Almaniya İdarəçilik İnstututunda hazırlıq kursları keçən Qafqaz ölkələrinin dövlət qulluqçuları üçün Almaniyanın konstitusiya hüququ üzrə alim və mütəxəssislərin iştirakı ilə Azərbaycan Konstitusiya Məhkəməsinin son illərdəki fəaliyyətinə dair məruzə və mülahizələr təqdim edilib.
    17.12.09 Məqaləni oxumaq
     
    “Qlobal İstiləşmə və İqlim Dəyişkənliyi” mövzusunda Dəyirmi masa keçirildi
    Bu gün Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu tərəfindən “Qlobal İstiləşmə və İqlim Dəyişkənliyi” mövzusunda Dəyirmi masa keçirildi. KƏLAMİNFO xəbər verir ki, Fondun prezidenti Rauf Sultanov bildirdi ki, bu cür tədbirlərin keçirilməsində məqsəd dünyada və ölkəmizdə olan “Qlobal İstiləşmə və İqlim Dəyişkənliyi” problemini ictimaiyyətə çatdırmaq, bunun üçün görülən işlər və mövzuya aid müzakirələrə şərait yaratmaqdır. Tədbirdə Fondun ekoloq-eksperti Sadiq Rzayev Azərbaycanın ümumtəhsil məktəblərində də bu problemlə əlaqədar maariflədirici işlərin aparıldığını bildirdi.
    16.12.09 Məqaləni oxumaq
     
    Hakimliyə namizədlər üçün “Qərarların qəbulu, məhkəmə iclasının idarə olunması və məhkəmə çəkişməsi” adlı təlim keçirilib
    Bu gün Ədliyyə Akademiyasında ABŞ Ədliyyə Departamentinin və Azərbaycan Məhkəmə-Hüquq Şurasının birgə təşkilatçılığı ilə hakimliyə namizədlər üçün “Qərarların qəbulu, məhkəmə iclasının idarə olunması və məhkəmə çəkişməsi” adlı təlim keçirilib. KƏLAMİNFO xəbər verir ki, təlimdə ABŞ-ın Luiziana ştatının federal hakimi xanım Helen Berriqan ölkəsinin ədliyyə sistemi barədə ətraflı məlumat verib. H.Berriqan, həmçinin iş təcrübəsi müddətində qarşılaşdığı çətinliklərdən danışmış və onların həlli yollarını hakimliyə namizədlərlə bölüşüb. Xanım H.Berriqan Bakıda olmağından məmnunluğunu bildirib, Azərbaycanın məhkəmə sistemində görülmüş işləri yüksək qiymətləndirib. Təlim iştirakçıları işlərini qruplara bölərək davam etdiriblər.
    16.12.09 Məqaləni oxumaq
     
    Səhifələr : #  175 176 177 178 179 180 181 182 183  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30