Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 174 175 176 177 178 179 180 181 182 » #
    Respondentlərin yalnız 35% pensiyaların məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğunu deyib
    Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında əhalinin sığorta-pensiya islahatları barədə nə dərəcədə məlumatlı olmasını öyrənmək və vətəndaşların daha az informasiyaya malik olduğu sahələr istiqamətində təbliğat işlərini gücləndirmək məqsədi ilə keçirilən növbəti interaktiv sorğu yekunlaşıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan veriblər. Sorğu zamanı respondentlərə “Fərdi uçot sisteminin tətbiqindən sonra pensiyanızın miqdarının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğunu bilirsinizmi” sualı ünvanlanıb. Sorğunun nəticələrinə əsasən, respondentlərin 33,6%-i bu suala “xeyr”, 31,5%-i isə “bu barədə məlumatım yoxdur” cavabını veriblər. Sorğuya qatılanların 34,9% isə fərdi uçot sisteminin tətbiqindən sonra pensiyanın miqdarının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğunu bildiyini vurğulayıb. Sorğunun nəticələri göstərir ki, respondentlərin ümumilikdə 65,1% pensiyanın miqdarının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğundan məlumatsızdır.
    07.01.10 Məqaləni oxumaq
     
    Azərbaycana "A H1N1" virusuna qarşı vaksinlər yanvarın 7-də gətiriləcək
    Azərbaycana "A H1N1" virusuna qarşı vaksinlər yanvarın 7-da gətiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov verib. Ş.Qurbanov bildirib ki, vaksinlər ölkəyə əvvəlcədən müəyyən olunmuş miqdarda, yəni 170 min doza həcmində gətiriləcək. “Bu da əhalinin təqribən 2 faizi üçün nəzərdə tutulub. Peyvəndlərin ilk partiyası əhalinin risk qrupuna aid olan təbəqəsinə, əsasən tibb işçilərinə, gömrük-sərhəd xidmətinin əməkdaşlarına, bronxial xəstələrə və hamilə qadınlara vurulacaq”, - deyən Ş.Qurbanov qeyd edib ki, Azərbaycanda xəstəliklə bağlı vəziyyət hələlik stabil olduğu üçün vaksinlərin göndərilməsində bir az ləngimələr yaranıb.
    06.01.10 Məqaləni oxumaq
     
    Hərbçilərimiz Almaniyada keçirilən beynəlxalq tədbirlərdə iştirak edəcəklər
    Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun Fərdi Tərəfdaşlıq Planına uyğun olaraq Almaniyada keçirilən bir sıra tədbirlərdə iştirak edəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər. Hərbçilərimiz yanvarın 7-dən 2011-ci il iyul ayının 30-dək Naumburq- Münhen şəhərlərində Alman dili kursu və Həkimlərin təkmilləşdirilməsi kurslarında, yanvarın 7-dən 2012-ci il oktyabrın 30-dək Hürt-Drezden şəhərində Alman dili və Quru Qoşunları zabiti kursunda (Dağ atıcı ixtisası üzrə), qeyd edilən tarixlərdə Hürt-Drezden şəhərində Alman dili və Quru Qoşunları zabiti kurslarında (Artilleriya ixtisası üzrə) və Hürt-Flentsburq şəhərində Alman dili kursu və Hərbi Dəniz Qüvvələri zabiti kursunda iştirak edəcəklər.
    05.01.10 Məqaləni oxumaq
     
    Azərbaycanın uşaq və gənclərin sülh şəbəkəsinin üzvləri Heydər Əliyev Fondunda olublar
    Bu gün Azərbaycanın uşaq və gənclərin sülh şəbəkəsinin üzvləri Heydər Əliyev Fondunda olublar. KƏLAMİNFO xəbər verir ki, qonaqlara Fondun tarixi və fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, əsas məqsədi ulu öndərin zəngin irsinin öyrənilməsi və təbliği olan Fond yarandığı gündən səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdə bir sıra layihələr həyata keçirib. Fond, həmçinin uşaq və gənclərin sağlam, milli mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət edir. Qonaqlar ümummilli liderin şəxsi arxivindən götürülmüş eksponatlara, təhsil ocaqlarında fərqləndiyini əks etdirən diplomlara, təltif olunduğu müxtəlif orden və medallara baxıblar.
    05.01.10 Məqaləni oxumaq
     
    Milli Məclis Dünya Azərbaycanlılarına müraciət qəbul etdi
    Bu gün Milli Məclis adından Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciət qəbul olundu. KƏLAMİNFO xəbər verir ki, müraciətin mətnini millət vəkili Jalə Əliyeva oxudu. Müraciətdə Azərbaycan xalqını təbrik edən millət vəkilləri azərbaycanlıları həmişə vahid mövqedən çıxış etməyə dəvət etdilər. Müraciətdə, həmçinin Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında dünya azərbaycanlılarının böyük rolu olduğu və bu yöndə fəaliyyətin davam etdirilməli olduğu bildirilib. Müraciət səsə qoyularaq qəbul olundu. Spiker Oqtay Əsədov seçiciləri və millət vəkillərini həm Dünya Azərbaycanlılarının Həmrəylik Günü, həm də Yeni il münasibətilə təbrik etdi. Sonra Oqtay Əsədov Milli Məclisin payız sessiyasını bağlı elan etdi. Sonda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
    30.12.09 Məqaləni oxumaq
     
    “Aşura günü” ilə əlaqədar keçirilən qanvermə aksiyalarında 1200 litr qan tədarük olunub
    Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə “Aşura günü” qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər. Qanvermə aksiyalarında 2773 nəfər könüllü olaraq qan verib, nəticədə 1200 litr (1,2 t) qan tədarük olunub. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq. Qeyd edək ki, aksiyalar Bakı şəhərində yerləşən “Təzə pir”, “Şah Abbas”, “Cümə”, “Mirmövsüm Ağa”, “Qaraçuxur”, “Göy məscid” (Əjdər bəy), “Bibiheybət” məscidlərində, həmçinin Sumqayıt, Gəncə, Masallı, Lənkəran, Cəlilabad şəhərlərindəki məscidlərdə və ET Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankında keçirilib. Xatırladaq ki, keçən il “Aşura günündə” isə 2137 nəfər könüllü olaraq qan verib, 1110 litr (1,1 t) qan tədarük olunub.
    29.12.09 Məqaləni oxumaq
     
    Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının II Məclisinin iclası olub
    Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) II Məclisinin iclası olub. KƏLAMİNFO xəbər verir ki, məclis üzvləri, respublikanın şəhər və rayonlarından həmkarlar ittifaqları təşkilatlarının nümayəndələrinin iştirak etdiyi iclasda çıxış edən AHİK sədri Səttar Mehbalıyev “Respublikada həmkarlar ittifaqı hərəkatının inkişaf meylləri, problemlər və vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Sədr son illərdə ölkə başçısının diqqət və qayğısı sayəsində “Həmkarlar ittifaqları haqqında” Qanuna, “Əmək Məcəlləsi”, “İnzibati Xətalar Məcəlləsinə” edilən dəyişikliklərin həmkarlar ittifaqının nüfuz və səlahiyyətlərinin artmasına xidmət etdiyini bildirib. “Bu gün Azərbaycanda həmkarlar hərəkatı inkişafdadır, vətəndaş cəmiyyətinin tərkib hissəsi kimi üzərinə düşən vəzifələri yerinə yetirməyə səy göstərir, sosial əməkdaşlıq prinsiplərinə əsaslanaraq əməkçilərin hüquqları və mənafelərinin müdafiəsində real işlər görür”,- deyə S.Mehbalıyev bildirib.
    28.12.09 Məqaləni oxumaq
     
    Bələdiyyə seçkiləri səsvermə gününün monitorinqi barədə konfrans keçirildi
    Bu gün “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzinin təşəbbüsü ilə Azərbaycanda bələdiyyə seçkilərinin səsvermə gününün monitorinqi barədə mətbuat konfransı keçirildi. KƏLAMİNFO xəbər verir ki, təşkilatın direktoru Eldar İsmayılov Azərbaycanda keçirilən bələdiyyə seçkilərinin normal keçirildiyini bildirdi. O rəhbəri olduğu təşkilatın könüllü müşahidəçilərin gücü ilə ölkənin 30 Seçki Dairəsində bələdiyyə seçkilərinin müşahidəsini apardıqlarını qeyd etdi. E.İsmayılov bildirib ki, ümumilikdə bəzi hallar istisna olmaqla, seçicilər tərəfindən qutulara topa bulletenlərin atılması, bir seçicinin bir neçə məntəqədə səs verməsi halları, səsvermə prosesində icra hakimiyyəti və hüqüq-mühavizə orqanlarının kobud müdaxiləsi kimi mənfi hallar yox dərəcəsinə enib. Onun sözlərinə görə, səsvermə zamanı vətəndaşların bələdiyyə seçkilərinə marağı azalıb. E.İsmayılov bildirib ki, həm səsvermə, həm də bütün seçki prosesi göstərdi ki, son dövrdə yerli özünü idarəetmə sisteminin təkminləşdirilməsi yolunda atılan adımlar özünü doğruldur və bələdiyyələrin bizim cəmiyyətimizdə rolunun ciddi şəkildə artmasına səbəb olur.
    26.12.09 Məqaləni oxumaq
     
    MSK bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb
    Mərkəzi Seçki Komissiyası (MSK) ölkə keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb. MSK-nın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, seçici siyahılarına daxil edilmiş seçicilərin sayı 4 588 728 nəfər olub. Onlardan1 462 074 nəfəri səsvermədə iştirak edib. Səsvermədə seçicilərin fəallığı 31.86% olub. Məlumatda həmçinin bildirilir ki, respublika üzrə bələdiyyələrin ümumi sayı 1718-dir. Seçilməli olan ümumi bələdiyyə üzvlərinin sayı isə 15 682 nəfərdir. Respublika üzrə məntəqələrin ümumi sayı 4813, hesabat vermiş məntəqələrin sayı 4668 (97%), məlumatları verilmiş bələdiyyələrin sayı 1673, protokolları tam daxil olmuş bələdiyyələrin sayı 1651, protokolları tam daxil olmuş bələdiyyələr üzrə liderlik edən namizədlərin sayı isə 15 033-dür.
    25.12.09 Məqaləni oxumaq
     
    “Keçid dövrü başa çatdı: gələcəyə baxışâ€ť adlı konfrans keçirilib
    Bu gün Yeni Azərbaycan Partiyası (YAP) “Keçid dövrü başa çatdı: gələcəyə baxışâ€ť adlı konfrans keçirib. KƏLAMİNFO xəbər verir ki, konfransda YAP-ın İdarə Heyətinin, Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları və hökumət nümayəndələri iştirak ediblər. Konfransı giriş sözü ilə açan YAP Sədrinin müavini Əli Əhmədov Bakı Dövlət Universitetinin 90 illik yubileyi münasibətilə keçirilən mərasimdə prezident İlham Əliyevin Azərbaycanda keçid dövrünün başa çatdığını elan etdiyini bildirib. “Qlobal iqtisadi böhran Azərbaycanın iqtisadiyyatının nə qədər dayanıqlı olduğunu göstərdi. Keçid dövrünün başa çatması həm iqtisadiyyat, həm də həyatın digər sahələrində yeni mərhələnin başlanğıcıdır. Bu mərhələnin öz hədəfləri və vəzifələri var”,-deyə Ə.Əhmədov vurğulayıb. YAP funksioneri qeyd edib ki, keçid dövrünün başa çatması Azərbaycanda islahatların əhəmiyyətli keyfiyyət mərhələsinə gəlib çatmasından xəbər verir. “İqtisadiyyatda bazar münasibətləri tam formalaşıb. Digər tərəfdən, keçid dövrünün başa çatması sosial və iqtisadi inkişaf göstəriciləri sırasında əhəmiyyətli yer tutan orta təbəqənin formalaşmasını da özündə ehtiva edir. Azərbaycanda keçid dövrünün başa çatması ölkəmizdə çox əhəmiyyətli bir nailiyyət olan orta təbəqənin formalaşdığını və bu prosesin keyfiyyət mərhələsinə çatdığını sübuta yetirir”,-deyə Ə. Əhmədov əlavə edib. Konfransda iqtisadi inkişaf naziri Şahin Mustafayev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov və Milli Məclisin komitə sədri Şəmsəddin Hacıyev çıxış edərək keçid dövrünün özəlliklərindən, son illər iqtisadi sahədə qazanılmış uğurlardan ətraflı bəhs ediblər.
    24.12.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 174 175 176 177 178 179 180 181 182 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30