Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 173 174 175 176 177 178 179 180 181 » #
    ABŞ və Norveç səfirliyininin nümayəndələri Naxçıvana Bənəniyar kəndində baş verən hadisələrlə bağlı getmirlər
    ABŞ səfirliyinin müşaviri Conna Qenson və Norveç səfirliyinin birinci katibi Lars Hansen Naxçıvana bir günlük səfərə gediblər. Bu barədə KƏLAMİNFO-ya Amerikanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Diplomat C.Qensonun Naxçıvana səfərində əsas məqsəd vətəndaş cəmiyyəti nümayəndələri ilə ünsiyyət qurmaqdır. Səfər adi tanışlıq məqsədi daşıyır, belə səfərlər tez-tez keçirilir. “Nümayəndələrin Naxçıvana getməsində əsas məqsəd qeyri-hökumət təşkilatlarının nümayəndələri, rəsmi şəxslərlə görüşməkdən ibarətdir”,-deyə ABŞ səfirliyindən bildirilib. Qeyd edək ki, səfərin Bənəniyar kəndində olan hadisələrlə heç bir əlaqəsi yoxdur və qonaqların kəndə gedəcəyi faktı təsdiqlənmir.
    13.01.10 Məqaləni oxumaq
     
    “20 Yanvar” faciəsinə həsr olunmuş poçt markası buraxılıb
    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “Azərmarka’ şirkəti dövriyyəyə “20 Yanvar” faciəsinin 20-ci ildönümünə həsr olunmuş poçt markası buraxıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya RİTN-nin mətbuat xidmətindən veriblər. İyirmi min tirajla çap olunmuş markanın nominal dəyəri 1 manat təşkil edir. Qeyd edək ki, 20 Yanvar xalqımızın yenilməzliyini, ölkənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə əzmini nümayiş etdirən Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir.
    13.01.10 Məqaləni oxumaq
     
    MSK bələdiyyə seçkilərində qalib olan namizədlərin statistikasını açıqlayıb
    Mərkəzi Seçki Komissiyası (MSK) ötən il dekabr ayının 23-də keçirilən bələdiyyə seçkilərində qalib olan namizədlərin statistikasını açıqlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya MSK-nın mətbuat xidmətindən veriblər. Səsvermə nəticəsində 15591 bələdiyyə üzvü seçilib. Onların 4809-u fərdi qaydada, 77-si təşəbbüs qrupları, 10 705 nəfəri isə siyasi partiyalar tərəfindən namizədliyi irəli sürülənlərdir. Yeni Azərbaycan Partiyasının (YAP) irəli sürdüyü namizədlərdən 10290-ı, Böyük Quruluş Partiyasının (BQP) namizədlərindən 132-si, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) namizədlərindən 81-i, Ana Vətən Partiyasının (AVP) namizədlərindən 62-si, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) namizədlərindən 61-i, Ümid Partiyasının (ÜP) namizədlərindən 41-i, Azərbaycan Demokratik İslahatlar Partiyasının (DİP) namizədlərindən 15-i, Vətəndaş Birliyi Partiyası (VBP) namizədlərindən 14-ü, Azərbaycan Sosial Rifah Partiyası (SRP) namizədlərindən 5-i, Müsavat Partiyası (MP) namizədlərindən isə 4-ü seçkilərdə qalib gəlib.
    13.01.10 Məqaləni oxumaq
     
    Azərbaycan İstiqlal Muzeyində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar sərgi təşkil olunacaq
    Yanvarın 18-də Azərbaycan İstiqlal Muzeyində fotoqraf Oqtay Məmmədova həsr olunan və 20 Yanvar faciəsi ilə əlaqədar sərgi təşkil olunacaq. Azərbaycan İstiqlal Muzeyindən KƏLAMİNFO-ya verilən məlumata görə, sərgi 20 Yanvar faciəsinin 20 illiyi ilə əlaqədar keçiriləcək və burada fotoqrafın 30-a yaxın əsəri nümayiş olunacaq. Sərgidə həmçinin O.Məmmədovun şəxsi əşyaları da nümayiş olunacaq. Tədbirdə incəsənət işçiləri, Milli Məclisin deputatları, hökumət nümayəndələri və fotoqrafın yaxınları iştirak edəcəklər.
    12.01.10 Məqaləni oxumaq
     
    Qırğızstanın Kant şəhərində 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı böyük mərasim keçiriləcək
    Yanvarın 18-də Qırğızstanda azərbaycanlıların kompakt yaşadığı Kant şəhərində 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı böyük mərasim keçiriləcək. Qırqızstandakı Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu və “Azəri” İctimai Birliyinin birgə təşkil etdiyi tədbirdə Türkiyə, Qazaxstan, Özbəkstanın Qırğızstandakı səfirləri, Kant rayonu icra başçısı, Qırğızstan parlamentinin deputatları, diasporumuzun nümayəndələri, jurnalistlər iştirak edəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Qırğızstandakı Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondundan veriblər.
    11.01.10 Məqaləni oxumaq
     
    Millət vəkili S.Rüstəmxanlı Yardımlı rayon sakinləri ilə görüşüb
    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bir neçə gün əvvəl baş verən qasırğa nəticəsində ziyan çəkən Yardımlı rayon sakinlərilə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dünya Azərbaycanlıları Konqresindən (DAK) veriblər. S.Rüstəmxanlı daha çox dağıntılara məruz qalan kəndlərdə təbii fəlakətin ziyan vurduğu tikililərlə tanış olub. S.Rüstəmxanlı bildirib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) yerli şöbəsləri qasırğanın törətdiyi fəsadları aradan qaldırmaq üçün çalışmalarına baxmayaraq, hələ də bəzi kəndlərin enerji təminatı, telefon rabitə sistemi təmin edilməyib və elektrik dirəklərinin bərpası başa çatmayıb. Evləri daha çox dağıntıya məruz qalan sakinlər isə bərpa işlərinin gecikməsindən narahatlıqlarını ifadə ediblər. Yerli icra strukturlarından isə bildirilib ki, dağıntıların miqyası böyük olduğu üçün fəlakətin qarşısını qısa müddətdə aradan qaldırmaq mümkün deyil və yalnız kommunikasiya xətlərinin bərpasından sonra dağıntıya məruz qalan evlərin sakinlərinə maddi və texniki yardımların göstərilməsinə başlanacaq.
    09.01.10 Məqaləni oxumaq
     
    Sumqayıtda “20 Yanvar” faciəsinin 20-ci ildönümü ilə bağlı bir sıra tədbirlər keçiriləcək
    Sumqayıt şəhərində “20 Yanvar” faciəsinin 20-ci ildönümü ilə bağlı bir sıra tədbirlər həyata keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Sumqayıt şəhər İcra Hakimiyyətindən veriblər. Belə ki, 18-20 yanvar 2010-cu il tarixlərində şəhərin Tarix Muzeyində faciə ilə bağlı sərgi, şəhər kitabxanalarında Dəyirmi masalar, oxucu konfransları, tematik guşələr, şəhərin ümumtəhsil, orta ixtisas və ali təhsil ocaqlarında müvafiq tədbirlər təşkil ediləcək. Ümumilikdə isə 20 yanvar tarixində şəhər rəhbərliyi tərəfindən şəhərdə yerləşən “20 Yanvar” abidəsi və “Şəhidlər Xiyabanı”nı, daha sonra Ceyranbatan ərazisində, Bakı-Quba yolunda yerləşən faciədə şəhid olan Sumqayıt alimlərinin xatirə abidəsi ziyarət ediləcək.
    08.01.10 Məqaləni oxumaq
     
    Bakının “20 Yanvar” meydanında inşa olunan memorial kompleksin açılış mərasimi keçiriləcək
    Bakıda yanvar faciəsinin növbəti ildönümü ərəfəsində “20 Yanvar” meydanında faciə qurbanlarının xatirəsinə həsr olunmuş memorial kompleks açılacaq. KƏLAMİNFO xəbər verir ki, artıq kompleksdə son tamamlama işləri aparılır. Kompleksdə faciəni əks etdirən abidə də ucaldılıb. Qeyd edək ki, 1990-cı ilin yanvar ayının 19-dan 20-ə keçən gecə ən dəhşətli hadisələr məhz Bakının Yasamal rayonunda baş verib. Burada onlarla dinc əhali qətlə yetirilib. Xatırladaq ki, 1990-cı ilin yanvar ayının 19-dan 20-ə keçən gecə Bakı şəhərində əhali nümayişinin qovulması məqsədilə sovet qoşunları daxil edilib və nəticədə 130-dan artıq dinc əhali vəhşicəsinə qətlə yetirilib.
    08.01.10 Məqaləni oxumaq
     
    Naxçıvan MR-ın Bakı nümayəndəliyi Bənəniyar hadisələri ilə bağlı məlumat yayıb
    Naxçıvan Muxtar Respublikasının (MR) Bakıdakı nümayəndəliyi Bənəniyar hadisələri ilə bağlı məlumat yayıb. Muxtar Respublikanın Bakı nümayəndəliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, ötən il dekabr ayının 28-də Culfa rayonunun Bənəniyar kəndində həyatına sui-qəsd etməyə cəhd göstərən şəxs Culfa rayonunun Bənəniyar kənd sakini, 1974-cü il təvəllüdlü Əliyev Yunis Kamal oğlu Naxçıvan MR-in Psixi Xəstəliklər Dispanserində qeydiyyatda olub və müalicə alıb. Bu ailənin digər üzvləri – anası Əliyeva Şərəbanı Qardaşxan qızı, dayıları Quliyev Vasif Qardaşxan oğlu və Quliyev Yusif Qardaşxan oğlu da həmin dispanserdə qeydiyyatda olub, müalicə alıb və həkim nəzarətində saxlanılıblar.
    08.01.10 Məqaləni oxumaq
     
    ANAMA dekabr ayında 3,582,751 kv/m ərazini mina və PHS-dən təmizləyib
    Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 2009-cu ilin dekabr ayı ərzində 3,582,751 kv/m ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Ümumilikdə ay ərzində 45,524 PHS və mina aşkar edilərək zərərsizləşdirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ANAMA-nın mətbuat xidmətindən veriblər. Əməliyyatlarda 425 nəfər mütəxəssis və 115 nəfər yardımçı heyət iştirak edib. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edib. İndiyədək cəmi 121,903,509 kv/m ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı isə 576,311-dir. Agentlik tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Tovuz, Ağstafa, Göygöl rayonlarında və Bakı şəhəri, Qaradağ rayonu ərazisində aparılır.
    08.01.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 173 174 175 176 177 178 179 180 181 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30