Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 171 172 173 174 175 176 177 178 179 » #
    Bakıda GİN ilə İranın Milli Gənclər Təşkilatı arasında Müştərək Komitənin iclası keçiriləcək
    Sabah Bakıda Gənclər və İdman Nazirliyi və İran İslam Respublikasının Milli Gənclər Təşkilatı arasında Müştərək Komitənin iclası keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər. Nazirlikdə baş tutacaq iclasda icraiyyə planının imzalanması mərasiminin keçirilməsi də planlaşdırılır. İclasda ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Milli Gənclər Təşkilatının sədr müavini Mohammad Sadegh Akbari, İran Milli Gənclər Təşkilatının Ərdəbil vilayət şöbəsinin müdiri Faramaz K. Dezfoulie - Alireza Abdi, Elmi tədqiqat xidmətinin baş direktoru Seyyed Mahdi Faghihi iştirak edəcəklər.
    26.01.10 Məqaləni oxumaq
     
    Məşğulluq Xidmətləri tərəfindən 5687 nəfərə 4 mln. 50 min manat həcmində işsizlik müavinəti verilib
    Ötən il ərzində Məşğulluq Xidmətləri tərəfindən 5086 nəfərə qanunamüvafiq qaydada işsiz statusu verilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin rəisi Anar Bədəlbəyli çıxış edib. Onun sözlərinə görə, bu müddət ərzində 5687 nəfərə 4 mln. 50 min manat həcmində işsizlik müavinəti təyin edilib. O bildirib ki, 2009-cu ildə Bakı, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən “Peşəyönümü metodiki kabinetləri” və Respublikanın rayon (şəhər) Məşğulluq Mərkəzləri vasitəsi ilə 20882 nəfər işaxtaran vətəndaşa, eləcə də orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə peşəyönümü məsləhətlər verilib. A.Bədəlbəyli ötən ilin oktyabr ayından başlayaraq bu tədbirlərin respublikanın bütün regionlarında təşkil edildiyini vurğulayıb.
    26.01.10 Məqaləni oxumaq
     
    Ötən il Məşğulluq Xidməti orqanlarına müraciət edənlərin 61%-i münasib işlə təmin edilib
    Ötən il Məşğulluq Xidməti orqanlarına 46467 nəfər işaxtaran vətəndaş müraciət edib ki, onlardan da 28382 nəfər münasib işlə təmin edilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin rəisi Anar Bədəlbəyli verib. A.Bədəlbəylinin sözlərinə görə, bu dövr ərzində 1508 nəfər işhaqqı ödənilən ictimai işlərə cəlb olunub. İdarə rəisi bildirib ki, hesabat dövründə Məşğulluq Xidməti orqanları tərəfindən 4827 nəfər peşə hazırlığına kurslarına cəlb edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 42,3% çoxdur.
    26.01.10 Məqaləni oxumaq
     
    Bakıda Mixail Qusmanın “Formula vlasti” adlı iki cildlik nəşrinin təqdimatı keçirldi
    Bu gün Bakı şəhərində, M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi ilə birgə İTAR-TASS İnformasiya Agentliyinin Baş direktorunun birinci müavini, görkəmli jurnalist Mixail Qusmanın “Formula vlasti” adlı iki cildlik nəşrinin təqdimatı keçirldi. KƏLAMİNFO xəbər verir ki, təqdimatda çıxış edən Milli Kitabxananın Məsləhət Şurasının sədri, xalq yazıçısı Çingiz Abdullayev əslən azərbaycanlı olan müəllifin nəşrlərinin təqdimatını Bakıda keçirməsini heç də təsadüfi saymayıb. Ç.Abdullayev qeyd edib ki, hər iki cild dünyanın 55 ölkəsinin liderləri ilə müsahibə və müsahibələrə verilən şərhlərdən ibarətdir. Müəllifin kitabın qəhramanları ilə sərbəst söhbətlərində tək onların hakimiyyətə gəlişi deyil, həmçinin onların şəxsi həyatından və yüksək siyasətdən uzaq olan mövzulardan da bəhs edilib. Təqdimatda müəllif M.Qusman isə nəşrlərinin təqdimatının Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumu ərəfəsində baş tutmasını böyük fəxr hissi kimi xarakterizə edib. O, kitablarının Azərbaycan oxucuları arasında geniş maraq dairəsinə səbəb olacağına əminliyini bildirib. Tədbir millət vəkili Elmira Axundova, Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin və digər qonaqların iştirakı ilə davam edib.
    26.01.10 Məqaləni oxumaq
     
    Arif Vəliyev: “Azərbaycanın ali məktəblərində 42 xarici ölkədən 5285 nəfər təhsil alır”
    Azərbaycanın ali məktəblərində 42 xarici ölkədən 5285 nəfər təhsil alır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib. A.Vəliyevin sözlərinə görə, əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Çin Xalq Respublikası, Türkmənistan və İraq vətəndaşları üstünlük təşkil edir. “Əvvəlki illə müqayisədə 2009/-2010-cu tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə ali təhsil alan tələbələrin sayı 25 faiz artaraq 2081 nəfər təşkil edib. Xaricdə ali təhsil alan gənclərin 43%-i Azərbaycanın regionlarındandır. Tələbələrin əsas hissəsi Türkiyə və Rusiyada təhsil alırlar”,-deyə A.Vəliyev bildirib.
    23.01.10 Məqaləni oxumaq
     
    İndiyədək ölkədə A(H1N1) virusuna qarşı 4142 nəfər peyvənd olunub
    Cari ilin 20 yanvar tarixinə qədər ölkə ərazisində yeni gətirilmiş vaksinlərlə A(H1N1) virusuna qarşı 4142 nəfər peyvənd olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Respublika Gigiyena və Epidemologiya Mərkəzinin direktoru Emin Babayev verib. O, qeyd edib ki, vaksinlər ölkəyə gətirildiyi zamandan peyvəndləmə Bakıda, Sumqayıtda və Abşeronda həkimlər, hamilə qadınlar və ağciyərin xroniki xəstəlikləri olan insanlar arasında aparılıb. Yalnız dünən Milli Matəm günü ilə əlaqədar peyvəndləmə aparılmadığını deyən E.Babayev bu gundən prosesin davam etdiriləcəyini və gələn həftədən respublikanın bölgələrində də peyvəndləmənin başlanacağını bildirib. “Gətirilən vaksinlərin miqdarına görə növbəti 3 həftədə ölkədə virus əlehinə peyvənd aparılacaq və davam etdirilməsi üçün də əlavə vaksinlərin gətirilməsini gözləyirik”,-deyə, Mərkəz direktoru vurğulayıb.
    22.01.10 Məqaləni oxumaq
     
    Azərbaycanda xərçəng xəstəliyinə düçar olanların sayı artır
    Proqnozlara görə 2050-ci ildə dünya üzrə xərçənglə ilk dəfə xəstələnənlərin ümumi sayı 24 milyona, bu xəstəlikdən ölənlərin sayı isə 16 milyona çatacaq. Azərbaycanda da xərçəng xəstəliyinə düçar olanların sayı artıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyindən veriblər. Məlumata görə, son 5 il ərzində bu xəstəlikdən ölüm göstəricisi də artmaqdadır. Bunun əsas səbəblərindən biri şiş əleyhinə preparatların olmaması və çatışmazlığı, eləcə də bu preparatların çox baha olmasıdır. Rəsmi məlumatlara görə, ölkəmizdə 8 minə yaxın bədxassəli şiş xəstəsi var. Bundan 4 mindən çoxu qadın, 3500-dən çoxu kişidir. Qadınlarda xərçəng ən çox süd vəzi və uşaqlıq boyununda, kişilərdə isə mədə və ağciyərdə rast gəlinir. Azərbaycanda bu xəstəliyin ən yayılmış forması süd vəzisi və prostat xərçəngidir.
    21.01.10 Məqaləni oxumaq
     
    Azərbaycan həm qanlı, həm də şanlı tarixini yad edir
    Bu gün M.F.Axundov adına Milli Kitabxanada 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunan tədbir keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov bildirdi ki, 20 Yanvar xalqımızın yaddaşına həm qanlı, həm də şanlı səhifə kimi daxil olub. O qeyd etdi ki, 20 Yanvar faciəsində həlak olanlar azadlıq və müstəqilliyimiz uğurunda şəhid olublar. Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanov isə bildirdi ki, bu faciədən nəticə çıxarılmalı və belə qanlı hadisələrin təkrarlanmasına yol verilməməlidir. Ombudsman Elmira Süleymanova tarixdə buna oxşar faciənin olmadığını söylədi. O, dövlətin öz vətəndaşını xüsusi qəddarlıqla qətlə yetirməsinin tarixdə görünməmiş hadisə adlandırdı. Tədbirdə iştirak edən millət vəkilləri Aqil Abbas, Həvva Məmmədova, Tahir Rzayev faciə ilə bağlı fikirlərini bildirdilər. Qeyd etdilər ki, 20 Yanvarda şəhid olanların sayı hələ də dəqiqləşdirilməyib. Onlar təklif etdilər ki, hansısa dövlət qurumu bütün şəhidlərimizin adlarını dəqiqləşdirməli və onu toplu halda çap etdirərək vətəndaşlarımız, eləcə də dünya ictimaiyyətinə çatdırılmalıdır. Qeyd edək ki, tədbirdə 20 Yanvar, Qarabağ və Xocalı ilə bağlı məlumatları özündə əks etdirən “Şəhidlər” adlı biblioqrafiyanın təqdimatı da oldu. Xatırladaq ki, biblioqrafiya 200 nüsxə ilə çap edilib.
    20.01.10 Məqaləni oxumaq
     
    Azərbaycan vətəndaşı olan 1720 qız əcnəbilərlə nigaha girib
    Ötən ildə azərbaycanlılarla əcnəbilər arasında bağlanılan nikahların sayı artıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin (VVARX) rəisi Reyhanə Kərimova jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, ötən il Azərbaycan vətəndaşı olan 1720 qız əcnəbilərlə nigaha girib. R.Kərimova əvvəlki illərlə müqayisədə əcnəbilərlə nikah bağlayan azərbaycanlıların sayında artım olduğunu söyləyib. O, qeyd edib ki, Azərbaycan vətəndaşları indiyədək 60-dan çox ölkədən olan əcnəbi ilə ailə həyatı qurublar. “Faktlara nəzər salanda görmək olar ki, beynəlmiləl nikaha isti münasibət bəsləyən müasir azərbaycanlılar sevib-sevdiyi əcnəbi oğlanların dili, dini, irqinə fərq qoymayıblar. Əcnəbilərə ərə gedən azərbaycanlı qadınlar daha çox türklərlə izdivac bağlayıblar. Azərbaycanlıların xoşbəxt etdiyi əcnəbilərin sırasında İran, Almaniya, İsrail, ABŞ, Böyük Britaniya, Pakistan, Əfqanıstan, İsveç, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Səudiyyə Ərəbistanının vətəndaşları da var”-deyə, R.Kərimova vurğulayıb.
    19.01.10 Məqaləni oxumaq
     
    Marneulidə 20 yanvar və 1989-cu ildə Tbilisidə baş vermiş hadisələrə həsr olunan tədbirlər keçiriləcək
    Bu gün Marneulidə 20 yanvar və 1989-cu il aprelin 9-da Tbilisidə baş vermiş hadisələrə həsr olunan tədbirlər keçirilib. Tədbir Gürcüstanın Kvemo Kartli qubernatorunun ofisi, Azərbaycanın Gürcüstandakı səfirliyi, Gürcüstanın Regional İnkişaf və Reinteqrasiya nazirlikləri ilə birgə təşkil olunacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyindən veriblər. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri, Regional İnkişaf, Reinteqrasiya nazirləri, Kvemo Kartlinin qubernatoru, deputatlar və digər yüksək vəzifəli şəxslərin iştirakı nəzərdə tutulub. Tədbirin rəsmi hissəsi Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Teatrı truppasının hazırladığı teatr səhnələri ilə davam etdiriləcək. Tbilisidəki “Varlıq’ Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlı və gürcü ziyalıların iştirakı ilə Dəyirmi masa təşkil olunacaq və 20 ildəki keçmiş haqqında film nümayiş etdiriləcək.
    19.01.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 171 172 173 174 175 176 177 178 179 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30