Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 170 171 172 173 174 175 176 177 178 » #
    Ölkə əhalisinin 31%-ni gənclər təşkil edir
    Cari ilin əvvəlinə ölkə əhalisinin 2,8 mln. nəfərini və ya 31%-ni 14-29 yaşında olan gənclər təşkil edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dövlət Statistika Komitəsindən veriblər. Onların 49% kişilər, 51% isə qadınlardır. Son 5 ildə gənc analar tərəfindən doğulan uşaqların sayı təqribən 9% artıb və bütövlükdə doğulan körpələrin 82,3% gənc ailələrdə dünyaya göz açıb. Ötən ildə ölkədə nikaha daxil olanların 75,1%-ni gənclər təşkil edib və son beş ildə nikah bağlayan gənclərin sayı 12% artıb. Ölkə üzrə ilk dəfə nikaha daxil olan kişilərin orta yaşı 27, qadınların orta yaşı isə 23-dür. Bundan başqa ötən il erkən nikaha (18 yaşa qədər) daxil olan qadınların sayı əvvəlki ilə nisbətən 10,4% artaraq 6,9% çatıb.
    01.02.10 Məqaləni oxumaq
     
    Azərbaycanda 455 yeni HİV-ə yoluxma faktı aşkar olunub
    Azərbaycan HİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxil və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan infeksion narkotik istifadəçiləri arasında yayılıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər. Ölkədə təkcə 2009-cu il ərzində aşkar olunan HİV-ə yoluxma hallarının 62,2%-i, ümumilikdə isə 1987-2010-cu il tarixinə olan dövrdə bütün yoluxma hallarının 62,6%-i infeksion narkotik istifadəsi nəticəsində baş verib. Ötən il ərzində Azərbaycanda 455 yeni HİV-ə yoluxma faktı aşkar olunaraq qeydiyyata alınıb. Onlardan 437-si ölkə vətəndaşı, 18 nəfəri isə əcnəbi vətəndaşdır. Qeydiyyata alınmış 437 Azərbaycan vətəndaşından 362-i kişi, 75-i qadındır.
    01.02.10 Məqaləni oxumaq
     
    N saylı Hərbi Hissədə 6 hərbçinin ölümü, 2-nin isə yaralanması ilə nəticələnən ağır faciə baş verib
    Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsində 6 hərbçinin ölümü ilə nəticələnən ağır hadisə baş verib. Müdafiə Nazirliyin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, yanvarın 28-də saat 18.00 radələrində N saylı Hərbi Hissədə 2 əsgərin avtomat silahdan açdığı atəş nəticəsində 4 hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb.
    Sonra əsgərlər özlərini güllələyərək öldürüblər. Hadisə ilə əlaqədar cinayət işi qaldırılıb, hazırda araşdırma aparılır. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
    30.01.10 Məqaləni oxumaq
     
    Sərhəd pozucularının sayı 2008-ci illə müqaisədə 13% azalıb
    2009-cu il ərzində tutulan sərhəd pozucularının sayı 2008-ci illə müqayisədə 13% azalıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2009-cu ildəki xidməti-döyüş fəaliyyətinin təhlilinə həsr olunmuş kollegiya iclasında Sərhəd Qoşunlarının Komandanı Elçin Quliyev məlumat verib. E.Quliyev qeyd edib ki, 2009-cu il ərzində dövlət sərhədi və sərhəd rejimi pozuntularında iştirakı olan 4899 nəfər saxlanılıb, bunların 355 nəfəri sərhəd pozucusu olub. O, ötən il ərzində tutulan sərhəd pozucularının 39,2%-nin (96 halda 139 nəfər) Azərbaycandan müvafiq ölkələrə keçərkən, 60,8%-nin isə (144 halda 216 nəfər) müvafiq ölkələrdən Azərbaycana gələrkən saxlanıldığını bildirib. Rəisin sözlərinə görə, il ərzində dövlət sərhəddinin quru hissəsində sərhədi pozmağa cəhd edərkən tutulan Azərbaycan vətəndaşlarının 49,3%-ni sərhədyanı rayonların sakinləri təşkil edir.
    30.01.10 Məqaləni oxumaq
     
    YAP-da “Erməni təcavüzkarlığı yeni məlumatlarla” mövzusunda mətbuat konfransı keçirildi
    Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov “Erməni təcavüzkarlığı yeni məlumatlarla” mövzusunda mətbuat konfransı keçirdi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən Y.Mahmudov onun rəhbərliyi altında fəaliyyət göstərən institutun alimləri tərəfindən ermənilərin Azərbaycana qarşı təcavüzkarlığı və soyqrımından bəhs edən və konkret faktlara əsaslanan çoxsaylı kitabların nəşr olunduğunu bildirdi. Dağlıq Qarabağ problemindən bəhs edən Y.Mahmudov qeyd etdi ki, bu məsələ Cənubi Qafqaza Çar Rusiyası tərəfindən köçürülən gəlmə ermənilər tərəfindən ortaya atılıb.
    29.01.10 Məqaləni oxumaq
     
    Ölkədə əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin fərdi icazələrinin vaxtının uzadılmasından büdcəyə 4 577 835 manat vəsait köçürülüb
    Ötən il Dövlət Məşğulluq Xidməti tərəfindən 28 382 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə təmin olunub. Eyni zamada 4827 nəfər isə müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2009-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclasında nazir Füzuli Ələkbərov bildirib. Onun sözlərinə görə, ötən il respublikanın 57 şəhər və rayonlarında Əmək Yarmarkaları təşkil olunub. “Bu yarmarkalarda 24190 boş (vakant) iş yerlərinin hesabına 8132 nəfər işsiz vətəndaş münasib işlərlə təmin olunub, 866 nəfər peşə hazırlığı kurslarına cəlb edilib”.-deyən F.Ələkbərov hazırda respublikamızda müvaffiq fərdi icazə əsasında 80 ölkədən 5784 nəfərin əmək fəaliyyəti ilə məşğul olduğunu söyləyib. O, bunun da ötən ilin müvaffiq dövründəkindən 1,4 dəfə çox olduğunu bildirib. Nazir həmçinin qeyd edib ki, 2009-cu ildə əcnəbilər üçün nəzərdə tutulan müddəti üzadılan fərdi icazələrin sayı ötən ilin müvaffiq dövrü ilə müqayisədə 3,4 dəfə çox olub.
    29.01.10 Məqaləni oxumaq
     
    Azərbaycanda qeydiyyatdan keçən ixtiralar, faydalı modellər, sənaye nümunələri bülleten şəklində çap olunub
    Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəsmi orqanı olan “İxtiralar. Faydalı modellər. Sənaye nümunələri” bülleteninin növbəti sayı çap olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən veriblər. Bülletendə ötən il Azərbaycanda qeydiyyatdan keçən ixtiralar, faydalı modellər, sənaye nümunələri çap olunub. Bülletendə əsasən torpağın mineral azotla zənginəşdirilməsi üsulu, qan damarlarının funksional vəziyyətinin indikasiyası üsulu, naftalan neftindən naften yağının alınması üsulu, plastik sürtkünün alınması üsulu, neft kəmərinin çöküntülərdən təmizlənməsi üçün tərkib, mayelərdə səsin yayılma sürətinin ölçülməsi üçün qurğuların patent hüquqları öz əksini tapıb.
    28.01.10 Məqaləni oxumaq
     
    Los-Ancelesin Kaliforniya Universitetində “Azadlığa aparan yol və Qanlı Yanvar” mövzusunda seminar təşkil edilib
    Los-Ancelesin Kaliforniya Universitetində (UCLA) Yaxın Şərq Araşdırmaları Mərkəzinin dəstəyi ilə 1990-cı ilin yanvar faciəsinə həsr olunmuş “Azadlığa aparan yol və Qanlı Yanvar” mövzusunda seminar təşkil edilib. Azərbaycanın ABŞ-ın Los-Ancelesdəki Baş konsulluğundan KƏLAMİNFO-ya verilən məlumata görə, seminarda Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov məruzə ilə çıxış edib. Diplomat faciə ilə nəticələnən qanlı Yanvar hadisələrinin tarixinə toxunub, o vaxtkı Kreml rəhbərliyinin Azərbaycana qarşı sərt mövqeyi barədə məlumat verib. 20 Yanvar hadisələrinin ölkəmizin müstəqilliyinin təməlinin qoyulmasında mühüm rol oynadığını bildirən baş konsul, keçmiş SSRİ rəhbərliyinin Azərbaycana və digər respublikalara qarşı tətbiq etdiyi zorakılıq siyasətinin sonda Moskvaya qarşı çevrildiyini və imperiyanın süqutuna səbəb olduğunu vurğulayıb. Diplomat 20 yanvar hadisələrindən sonra ağır məqamda Azərbaycana xalqımızın ümummilli lideri Heydər Əliyevin dəstəyinin böyük rol oynadığını xüsusi qeyd edib.
    27.01.10 Məqaləni oxumaq
     
    “Əmək Birjaları” tərəfindən 3938 nəfər işsiz vətəndaş müvəqqəti xarakterli işlərlə təmin olunub
    Ötən il Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən “Əmək Birjaları” tərəfindən 3938 nəfər işsiz vətəndaş müvəqqəti xarakterli işlərlə təmin olunub. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin rəisi Anar Bədəlbəyli verib. A.Bədəlbəylinin sözlərinə görə, bunların 2182 nəfəri qadın, 1875 nəfəri gənc, 186 nəfəri qaçqın və məcburi köçkün, 32 nəfəri isə əlil vətəndaşlardır. O, həmçinin məzunların və tələbələrin əmək bazarına inteqrasiyası məqsədi ilə “Karyerada ilk addım” devizi altında tədbirlərin də keçirildiyini qeyd edib. Bu tədbirlərə 470 müəssisə tərəfindən 2351 boş (vakant) iş yerlərinin təqdim edildiyini diqqətə çatdıran idarə rəisi tədbirlər nəticəsində 431 nəfərin münasib işlərlə təmin olunduğunu vurğulayıb. A.Bədəlbəyli hesabat dövründə Bakı, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən “Peşəyönümü metodiki kabinetləri” və Respublikanın rayon (şəhər) Məşğulluq Mərkəzləri vasitəsi ilə 20882 nəfər işaxtaran vətəndaşa, eləcə də orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə peşəyönümü məsləhətlərin verildiyini qeyd edib.
    27.01.10 Məqaləni oxumaq
     
    Məşğulluq Mərkəzləri ötən il işsiz və işaxtaranların yalnız 1,3%-ni əhatə edə bilib
    Məşğulluq Mərkəzləri ölkədə işsiz və işaxtaranların yalnız 1,3%-ni əhatə edə bilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin rəisi Anar Bədəlbəyli verib. A.Bədəlbəylinin sözlərinə görə, 2009-cu ildə ölkədə işsizliyin səviyyəsi 6,1%-dən 6%-ə enib. İdarə rəisi Məşğulluq Mərkəzləri tərəfindən işsizlərə verilən müavinətlərin məbləğinin də son illər ərzində 24 manatdan 55 manata qədər artırıldığını bildirib. A.Bədəlbəyli işsizlik müavinətinin bir dəfəlik verilməsi istiqamətində Beynəlxalq Əmək Təşkilatı ilə danışıqlar aparıldığını da qeyd edib. O, bildirib ki, altı ay ərzində 55 manatlıq müavinətlər toplanaraq bir dəfəlik müavinət şəklində işsiz vətandaşa veriləcək və onun fərdi məşğulluğuna yardım ediləcək. A.Bədəlbəyli bunun üçün işsiz vətəndaşın mütləq fərdi əmək ilə məşğul olması istiqamətində biznes-planın təqdim olunmasını vacib sayıb. Baş Məşğulluq İdarəsinin rəisi həmçinin cari ilin fevral-mart aylarında İsmayıllı rayonunda məşğulluq məsələlərinə dair müvafiq tədbirin keçiriləcəyini də vurğulayıb.
    26.01.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 170 171 172 173 174 175 176 177 178 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30