Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 169 170 171 172 173 174 175 176 177 » #
    Bu günədək ölkədə 55 mindən cox insan AH1N1 virusuna qarşı peyvənd olunub
    Ölkədə indiyədək 55 mindən cox insan AH1N1 virusuna (“donuz qripi”) qarşı peyvənd olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektoruun müdiri Viktor Qasımov verib. Onun sözlərinə görə, peyvəndləmə prosesi Bakı da daxil olmaqla bütün bölgələrdə aparılır. V.Qasımov qeyd edib ki, peyvəndləmə hələki hamilə qadınlar, ağciyər xroniki xəstəliyi olanlar və həkimlər arasında aparılıb. Paytaxtda peyvənd olunmalı olan 42 min nəfərdən artıq 33 mini bu əməliyyatdan keçib. Sektor müdiri əlavə edib ki, peyvəndləmə əməliyyatı daha iki həftə davam edəcək. Ümumilkdə 55 mindən artıq dozada peyvənd istifadə olunub. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycana “donuz qripi”nə qarşı 172 min doza peyvənd göndərib. Peyvəndin ilk partiyası - 90 min doza yanvarın 8-də, ikinci hissəsi - 82 min doza isə yanvarın 14-də ölkəyə gətirilib.
    09.02.10 Məqaləni oxumaq
     
    Baş prokuror Zakir Qaralov: “Daşkəsəndəki Hərbi Hissədə baş verən qanlı hadisənin tam və hərtərəfli istintaqı təmin ediləcək”
    Daşkəsən rayonu ərazisində yerləşən N saylı Hərbi Hissədə baş verən və 6 hərbçinin ölümü ilə nəticələnən qanlı hadisənin tam və hərtərəfli istintaqı təmin ediləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı rəhbərlik etdiyi qurumun kollegiya iclasında Baş prokuror Zakir Qaralov səsləndirib. Z.Qaralov bildirib ki, Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən fəaliyyət istiqamətləri üzrə iş daha da təkmilləşdiriləcək. Onun sözlərinə görə, məsələ ilə bağlı hərbi cinayətlərin profilaktikası üçün zəruri tədbirlərin görülməsi, bu qəbildən olan hadisələrin qarşısının alınması üçün Müdafiə və Milli Təhlükəsizlik nazirliklərinin müvafiq qurumları ilə əlaqəli şəkildə kompleks profilaktik tədbirlərin həyata keçirilməsi təmin ediləcək.
    09.02.10 Məqaləni oxumaq
     
    Qafqaz Müsəlmanları İdarəsi qanvermə aksiyası keçirəcək
    Fevralın 4-5-də Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məhərrəm ayının 40-cı günü ilə əlaqədar Səhiyyə Nazirliyi ilə birgə qanvermə aksiyası keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində Qafqaz Müsəlmanları İdarəsi mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova verib. Onun sözlərinə görə, qanvermə kampaniyası fevralın 4-dü Təzəpir, fevralın 5-də isə Əjdərbəy məscidində, Buzovnadakı Əli-Qədəmgah ziyarətgahında və Şüvəlandakı Mirmövsüm Ağa ziyarətgahında təşkil ediləcək. R.Dadaşova kampaniya zamanı toplanacaq qanın talassemiya xəstəliyindən əziyyət çəkən xəstələr üçün tədarük ediləcəyini vurğulayıb. Qeyd edək ki, bu aksiyaya qoşulmaq istəyənlər könüllü şəkildə sözügedən məscid və ziyarətgahlara gedə bilərlər.
    04.02.10 Məqaləni oxumaq
     
    Misir Mərdanov: “Məcburi köçkünlərin yataqxanalardan köçürülməsi mərhələli şəkildə həyata keçirilməlidir”
    Bu ildən ali məktəblərin yataqxanalarında məskunlaşan məcburi köçkünlər köçürüləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Misir Mərdanov verib. M.Mərdanov hesab edir ki, məcburi köçkünlərin hamısını birdən köçürmək mümkün deyil və bu proses mərhələli şəkildə həyata keçirilməlidir. “Bu barədə Nazirlər Kabinetinin iclasında ölkə prezidenti tərəfindən müəyyən təlimat verilib. Baş nazirin müavini Əli Həsənov da həmin məlumata əsasən yataqxanalarda məskunlaşan məcburi köçkünlərin köçürülməsi ilə bağlı açıqlama verib. Ölkə prezidentinin tapşırığı var ki, ali məktəblərin, ümumiyyətlə, təhsil müəssisələrinin özündə və yataqxanalarında məskunlaşan məcburi köçkünlər üçün evlər tikilsin və onlar ora köçürülsün”,-deyən M.Mərdanov vurğulayıb. Onun sözlərinə görə, ali məktəblərin yataqxanalarında məskunlaşan məcburi köçkünlərin hamısını birdən köçürmək mümkün deyil.
    03.02.10 Məqaləni oxumaq
     
    “Azərbaycan gəncləri - dünən, bu gün, sabah” mövzusunda Dəyirmi masa keçirilib
    Bu gün “Gənclər günü” ilə əlaqədar olaraq Bakıda Gənclər və İdman Nazirliyinin (GİN) Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi tərəfindən “Azərbaycan gəncləri-dünən, bu gün, sabah” adlı Dəyirmi masa keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə GİN-in nazir müavini İntiqam Babayev ötən ildə Azərbaycanda gənclərlə bağlı uğurlu layihələrdən danışıb. O, qeyd edib ki, gənclərin sosial durumu dövlət siyasətində başlıca meyarlardan biridir. İ.Babayev təmsil etdiyi qurum tərəfindən gənclər haqqında qanuna edilən təkliflərdən və dəyişikliklərdən bəhs edib. “Son müddəalara əsasən hazırda ölkədə 14-29 yaş həddi gənc insanlar kimi, 35 yaşa qədər isə gənc ailə kimi nəzərə alınır”,-deyə nazir müavini söyləyib.
    03.02.10 Məqaləni oxumaq
     
    Yaşil çayin özəlliyi
    Ötən il Azərbaycanda yaşıl çay yarpağı yığımı 32,9% azalaraq 307,3 ton təşkil edib. Yaşıl çay Camellia sinensis yarpaqlarından əldə edilən çaydır. Eyni bitkidən əldə edilən qara çay üçün yarpaqlar yavaş-yavaş qurudulur, yaşıl çayın isə yarpaqları toplanır-toplanmaz qovrularaq tez qurudulması həyata keçirilir. Hər iki çayda da kafein var, amma yaşıl çaydakı kafein miqdarı daha azdır. Hər iki çayda da antioksidan maddələr var, amma yaşıl çay daha az işləmdən keçdiyi üçün onda antioksidan miqdarı da çoxdur.
    Susuzluğu yatırmaq və sağlamlıq üçün faydasından əlavə çay qədimdən gözəlliyin qorunması üçün də istifadə edilib. Yaşıl çay antioksidləşdiricilərin mənbəyidir.
    03.02.10 Məqaləni oxumaq
     
    Ötən il ölkədə bağlanan 90 min nigahdan 8 mini boşanma ilə nəticlənib
    Ötən il Azərbaycanda 90 min nigah qeydə alınıb. Bunlardan 5 mini 18 yaşdan aşağı qızlarla bağlanan nigahlardır. KƏLAMİNFO xəbər verir ki, bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli jurnalistlərə açıqlamasında bildirib. Millət vəkili 18 yaşdan aşağı qızlarla bağlanan nigahlar barədə göstərilən rəqəmin artıq düşündürücü olduğunu söyləyib. “Ölkədə qeydə alınan 90 min nigahdan təxminən 8 mindən artığı boşanma faktı ilə nəticələnib. Belə boşanma hallarının kökündə əsasən erkən yaşda bağlanan nigahlar durur”,-deyə H.Rəcəbli əlavə edib. Komitə sədri Milli Məclisin növbəti sessiyalarında bu məslələyə baxılacağını da vurğulayıb.
    02.02.10 Məqaləni oxumaq
     
    Q.Məmmədov: “Ölkədə pirat xəritə və atlasların çıxarılması faktları mövcuddur”
    Ötən il kartoqrafiya sahəsində fəaliyyət göstərməsi üçün təşkilatlar tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə (DTXK) 7 müraciət daxil olub. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri DTXK-nin sədri Qərib Məmmədov rəhbərlik etdiyi qurumun hesabat yığıncağında söyləyib. O qeyd edib ki, quruma təqdim olunan sənədlərin ekspertizadan keçirmək və müvafiq komissiyaların qərarı ilə onlara lisenziya verilib, Nəticədə dövlət büdcəsinə 7700 manat məbləğində vəsait ödənilib. Ölkədə pirat xəritə və atlasların çıxarılması faktlarının da mövcudluğunu açıqlayan Q.Məmmədov bildirib ki, bu məqsədlə 8 reyd keçirilib və müəyyən edilən saxta kartoqrafiya materiallarının satışdan götürülməsi üçün müvafiq tədbirlər görülüb. Onun sözlərinə görə, 6 müəssisə və təşkilatda geodeziya-kartoqrafiya sahəsində fəaliyyətlərinin olub-olmaması barədə araşdırmalar aparılıb və bu sahədə fəaliyyət göstərən müəssisələrin işində aşkar edilən bəzi çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb.
    02.02.10 Məqaləni oxumaq
     
    YAP-ın 500 mininci üzvünə partiya vəsiqəsi təqdim edilib
    Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) 500 mininci üzvünə partiya vəsiqəsinin təqdimolunma mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, partiyanın mərkəzi qərargahında keçirilən mərasimdə çıxış edən YAP sədrinin müavini, icra katibi Əli Əhmədov əvvəlcə 2 Fevral – Gənclər Günü münasibətilə gəncləri təbrik edib. Ə.Əhmədov bildirib ki, Azərbaycanda dövlət gənclər siyasəti ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib.
    02.02.10 Məqaləni oxumaq
     
    İKT Xocalı faciəsinə dinc əhalinin kütləvi qətliamı və “insanlığa qarşı cinayət” kimi qiymət verib
    İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının Uqandanın Kambala şəhərində keçirilən VI konfransında 51 ölkənin parlament nümayəndələrinin iştirakı ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyasına dəstək çərçivəsində xüsusi qətnamə qəbul edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyindən veriblər. Qətnamədə bildirilir: “İslam Konfansı Təşkilatı Parlament İttifaqı İslam Konfransı Gənclər Forumunun baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş və erməni hərbi birləşmələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı Xocalı şəhərində törədilmiş kütləvi qırğın haqqında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına yönələn “Xocalıya ədalət” beynəlxalq kampaniyasını dəstəkləyir. Üzv dövlətlərin parlamentlərini insanlığa qarşı bu cinayəti düzgün və müvafiq şəkildə tanımağa, sözü gedən kampaniyaya milli və beynəlxalq səviyyədə tam dəstək verməyə çağırır”.
    02.02.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 169 170 171 172 173 174 175 176 177 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30