Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 168 169 170 171 172 173 174 175 176 » #
    Bakıda ölkəmizdə erkən nigah vəziyyətinin təhlili üzrə təqdimat keçiriləcək
    Sabah Bakıda “Uşaq hüquqlarının qorunması kontekstində Azərbaycanda erkən nigah vəziyyətinin təhlili üzrə təqdimat” adlı mərasim keçiriləcək. Mərasimi BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) ilə birgə təşkil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AQUPDK-nin mətbuat xidmətindən veriblər. Mərasim zamanı ölkəmizdə erkən nigahlar, o cümlədən onların baş vermə səbəblərinin öyrənilməsi üzrə araşdırmanın yekunları təhlil olunacaq.
    15.02.10 Məqaləni oxumaq
     
    Azərbaycanda Milli Etalon Mərkəzi açılacaq
    Cari il aprel ayının ortalarında Azərbaycanda Milli Etalon Mərkəzinin açılışı planlaşdırılır. KƏLAMİNFO xəbər verir ki, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov məlumat verib. R.Həsənovun sözlərinə görə, komitənin nəzdində yaradılan mərkəzdə qüvvə, təzyiq, sıxlıq, özlülük, elektrik kəmiyyətləri və temperatur üzrə dövlət etalonları laboratoriyaları qurulub. Əlavə olaraq isə bir sıra 2-ci səviyyəli etalonlar alınıb. Komitə sədri bildirib ki, göstərilən istiqamətlərin tam komplektləşdirilməsi məqsədilə Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində həyata keçirilən Twinniq Layihəsinin maliyyə dəstəyi ilə 1 mln. avro həcmində alınan avadanlığın respublikaya gətirilməsi və quraşdırılması cari ilin aprel ayında yekunlaşacaq. Vaxt etalonunun alınaraq Azərbaycana gətirilməsinə münasibət bildirən R.Həsənov bunun strateji etalon və siyasi bir məsələ olduğunu, bu səbəbdən də bir çox iri ölkələrin bunda maraqlı olmadığını qeyd edib. O, cari ildə vaxt etalonunun daxili vəsaitlər hesabına alınaraq Azərbaycana gətiriləcəyini vurğulayıb.
    13.02.10 Məqaləni oxumaq
     
    Parlamentdə ölkədə yaranan enerji böhranı müzakirə olundu
    Bu gün Milli Məclisin növbəti iclası keçirildi. KƏLAMİNFO xəbər verir ki, iclasın cari məsələlər müzakirə olunan hissəsində çıxış edən millət vəkilləri Bakıda qarlı hava şəraiti ilə əlaqədar yaranan enerji böhranını müzakirə ediblər. Deputat İqbal Ağazadə Bakıda hava şəraiti ilə bağlı yaranan problemlərin ciddi qüsur yaratdığını bildirdi. O, müvafiq qurumların səlahiyyət bölgüsünü apara bilməməsindən sadə vətəndaşların əziyyət çəkdiklərini söylədi. Millət vəkili təklif etdi ki, Bakı şəhərinin kommunal təchizatı ilə bağlı məsələ bələdiyyələrin sərəncamına verilməlidir və Bakı şəhər bələdiyyəsi yaradılmalıdır.
    12.02.10 Məqaləni oxumaq
     
    Bu gün - 11 fevral vergi işçilərinin peşə bayramı günüdür
    Bu gün - 11 fevral vergi işçilərinin peşə bayramı günüdür. KƏLAMİNFO xəbər verir ki, bu münasibətlə Vergilər Nazirliyin əməkdaşları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı üstünə əklil qoyublar. Daha sonra vergi orqanlarının əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər. Qeyd edək ki, 11 fevral 2005-ci il tarixində prezident İlham Əliyev vergi işçiləri gününün təsis edilməsi haqqda Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il fevral ayının 11-i tarixi “Vergi işçilərinin peşə bayramı günü” kimi qeyd edilir. Bu gün həmçinin, Azərbaycan Respublikası prezidentinin 11 fevral 2000-ci il tarixli Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin bazasında dövlətin vahid vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən, bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Azərbaycan Respublikası Vergilər Nazirliyi yaradılıb.
    12.02.10 Məqaləni oxumaq
     
    YAP parlament seçkilərində gənclərə və qadınlara üstünlük verəcək
    Yeni Azərbaycan Partiyası (YAP) bu il keçiriləcək parlament seçkilərində gənclər və qadınlara üstünlük verəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə Milli Məclis sədrinin müavini, YAP icraçı katibinin müavini Bahar Muradova verib. B.Muradova bildirib ki, bu qərar təmsil etdiyi partiya tərəfindən seçilən taktikadır. “Bizim iştirakımızla keçirilən bütün kampaniyalarda bu taktikaya üstünlük veriləcək”,-deyə B.Muradova vurğulayıb. B.Muradova YAP-ın parlament seçkilərində qələbəyə iddialı olduğunu bildirib. “Biz qələbəyə iddialıyıq və buna nail olacağıq. Deputat yerlərimizin sayını isə seçicilər müəyyənləşdirəcək”,-deyə vitse-spiker vurğulayıb.
    11.02.10 Məqaləni oxumaq
     
    Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu hesabatını təqdim etdi
    Bu gün “Trend” İnformasiya Agentliyində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2009-cu ilin yekunları və cari ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirildi. KƏLAMİNFO xəbər verir ki, hesabat məruzəsini Fondun sədri Vüqar Səfərli təqdim edib. O, bildirdi ki, quruma ötən il dövlət büdcəsindən 1 mln. 304 min 160 manat vəsait ayrılıb. “Həmin vəsaitdən Fondun saxlanılması üçün 204 min 160 manat, inventar avadanlıqların alınması, mətbu nəşrlərin tərtib olunması, xüsusi bülletenlərin buraxılması, müxtəlif tədbirlərin keçirilməsi, ezamiyyə, ekspertlər, bank və Fondun fəaliyyəti ilə bağlı digər xərclərə 103 min 110, Azərbaycanda fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, KİV-lərin fəaliyyətini dəstəkləmək, infomasiya kommunikasiya texnologiyalarının tətbiqini stimulaşdırmaq, KİV-lər arasında səmərəli əməkdaşlığı genişləndirmək və digər bu kimi proqramlar və layihələrin dəstəklənməsi üçün isə 1 mln. 100 min manat vəsait ayrılıb.
    10.02.10 Məqaləni oxumaq
     
    Vaşinqtonda Xocalı faciəsinin ildönümünə həsr edilmiş tədbir keçiriləcək
    Fevralın 26-da Vaşinqtonda Corc Vaşinton Universitetində Xocalı faciəsinin ildönümünə həsr edilmiş tədbir keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Azərbaycan-Amerika Şurası yayıb. Tədbir Azərbaycan-Amerika Şurası (AAŞ), Azərbaycanın Amerika İcması (ASA), Corc Vaşinqton Universitetinin Türkiyə Tələbə Assosiasiyası (GWU-VST), Türkiyə-Amerika Assosiasiyayaları Assambleyası (ATAA), Vaşinqton Türklərinin Amerika Assosiasiyası (ATA-DC) və "Pax Turcica"nın təşəbbüsü ilə təşkil olunacaq.
    10.02.10 Məqaləni oxumaq
     
    PA-nın rəhbəri “Xocalı soyqırımının on səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı”nı təsdiq edib
    Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə “Xocalı soyqırımının on səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib. KƏLAMİNFO xəbər verir ki, tədbirlər planında Xətai rayonunda, Naftalan şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması, Xocalı sakinlərinin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlara müraciətinin yayılması, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində və diaspor təşkilatlarında bu dəhşətli hadisə ilə bağlı mətbuat konfranslarının, anma mərasimlərinin və s. keçirilməsi, xarici KİV və teleradio kanallarında materialların hazırlanması və yayılması nəzərdə tutulub. Sənədə əsasən, idarə və təşkilatlarda, teatr-konsert müəssisələrində, sərgi salonlarında, ali və orta təhsil ocaqlarında xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər keçiriləcək, milli azadlıq uğrunda mübarizəyə həsr olunmuş sənədli və bədii filmlər nümayiş etdiriləcək. Rəsmi dövlət strukturları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların iştirakı ilə xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda şəhid ailələrinə yardım göstəriləcək.
    10.02.10 Məqaləni oxumaq
     
    "Zəfər" mükafatının təqdimat mərasimi keçiriləcək
    Sabah Gənclər və İdman Nazirliyi (GİN) və "Sportsman" jurnalının təşkilatçılığı ilə "Zəfər" Yüksək İdman Nailiyyətlər Mükafatının təqdimat mərasimi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya GİN-in mətbuat xidmətindən veriblər. Tədbir Milli Olimpiya Komitəsi və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının dəstəyi ilə gerçəkləşir. Tədbir zamanı müxtəlif nominasiyalar üzrə qaliblərin təltif olunması, təbriklər, konsert proqramı nəzərdə tutulub.
    09.02.10 Məqaləni oxumaq
     
    Bakıda və respublikanın bir çox rayonlarında elektrik enerjisinin verilişində problem yaranıb
    Bu gün saat 11:55 radələrində paytaxt Bakıda, eləcə də respublikanın bir çox rayonlarında elektrik enerjisinin verilişində problem yaranıb. KƏLAMİNFO xəbər verir ki, bir çox dövlət müəssisələrində, eləcə də strateji əhəmiyyətli dövlət obyektlərində elektrik olmayıb. İşığın olmaması metronun işinə də mənfi təsir edib. Sahil, Nizami, İçərişəhər, Elmlər Akademiyası və digər stansiyalarda qatarlar dayanıb, sərnişinlər vaqonlarda qalıblar. Elektrik enerjisinin dayanması nəticəsində yüzlərlə insan qatarlarda qalıb. Bir qism sərnişin isə metronun platformasında kömək gözləyib. Metroya giriş-çıxışı təmin edən eskalatorlar işləməyib, nəticədə sərnişin hərəkətində tıxac yaranıb. Stansiya daxilində gərgin izdiham yaşanıb. Metroya giriş müvəqqəti dayandırılıb. Vətəndaşlar metro stansiyalarından və tunellərdən çıxarılıb və stansiyaya buraxılmayb. Təxminən saat 12:15-də elektrik enerjisi qismən bərpa olunub. Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq ixtisaslaşdırılmış briqadaları metro stansiyalarından əhalinin evakuasiyasına başlayıblar. Qeyd edək ki, Bakı və ətraf rayonların elektrik verilişinin təminatı “Bakıelektrikşəbəkə” ASC vasitəsilə həyata keçirilir. İlkin məlumatlara görə, elektrik təchizatının kəsilməsinə səbəb sistem qəzasıdır.
    09.02.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 168 169 170 171 172 173 174 175 176 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30