Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 167 168 169 170 171 172 173 174 175 » #
    BŞTİ təhsil müəssisələrində Xocalı soyqırımının qeyd edilməsi məqsədilə xüsusi Tədbirlər Planı hazırlayıb
    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Xocalı soyqırımının on səkkizinci ildönümünün qeyd edilməsi məqsədilə xüsusi Tədbirlər Planı təsdiq olunub. BŞTİ-dən KƏLAMİNFO-ya verilən məlumata görə, tədbirlər planına müvafiq olaraq təhsil müəssisələrinin rəhbərlərinə tapşırıq verilib ki, Xocalı soyqırımının on səkkizinci ildönümünün qeyd olunması məqsədilə ümumtəhsil məktəblərində, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində toplantılar, ədəbi-bədii gecələr keçirilsin, sənədli və bədii filmlər nümayiş etdirilsin, soyqırımın şahidi olanlarla və müharibə veteranları ilə görüşlər təşkil edilsin, “Xocalı faciəsi XX əsrin ən dəhşətli faciəsidir” mövzusunda inşa yazı müsabiqəsi təşkil olunsun, soyqırıma həsr olunan foto-stendlər, guşələr hazırlansın, divar qəzeti buraxılsın, rəsm sərgiləri təşkil olunsun. Tədbirlər planında o da qeyd olunub ki, 18-26 fevral tarixlərində təhsil müəssisələrinin əməkdaşlarının və şagirdlərin Xocalı soyqırımı abidəsinə ziyarəti təşkil edilsin. Fevralın 26-da isə ümumtəhsil məktəblərində, məktəbəqədər, məktəbdənkənar tərbiyə müəssisələrində ilk dərs və məşğələlər Xocalı soyqırımına həsr olunsun.
    18.02.10 Məqaləni oxumaq
     
    Sumqayıtda “Xocalı” soyqırımı ilə bağlı kompleks tədbirlər keçiriləcək
    Sumqayıt şəhərində Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı bir sıra kompleks tədbirlər həyata keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Sumqayıt şəhər İcra Hakimiyyətindən veriblər. Faciə ilə bağlı şəhər İcra hakimiyyəti başçısının imzaladığı sərəncama əsasən şəhərin bütün idarə, müəssisə və təşkilatlarında Xocalı soyqırımına həsr olunan anım mərasimləri keçiriləcək. Sumqayıtda Xocalı rayonu məcburi köçkünlərin yaşadıqları yerlərdə onların sosial problemləri ilə yaxından tanış olmaq məqsədilə 18-25 fevral 2010-ci il tarixinə kimi görüşlər təşkil ediləcək. Şəhərin mədəniyyət evlərində faciəyə həsr olunmuş ədəbi-bədii kompozisiyalar, sənədli və bədii filmlər nümayiş etdiriləcək, xatirə gecələri keçiriləcək.
    17.02.10 Məqaləni oxumaq
     
    Bakıda erkən nigah vəziyyətinin təhlili üzrə monitorinqin təqdimatı keçirilib
    Bu gün Bakıda BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) ilə birlikdə “Uşaq hüquqlarının qorunması kontekstində Azərbaycanda erkən nigah vəziyyətinin təhlili üzrə təqdimat” adlı monitorinqin təqdimat mərasimini keçirib. KƏLAMİNFO xəbər verir ki, AQUPDK-nin sədri Hicran Hüseynova keçirilən monitorinqin nəticələri barədə məlumat verib. O, qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə erkən nikahların durumu ilə bağlı monitorinq 2008-2009-cu illəri əhatə edib. Aparılan tədqiqatlar ölkənin dörd bölgəsində - Bakı/Abşeron, Quba, Lənkəran və Ağstafada aparılıb. “Bu bölgələrdə 488 respondentdən ibarət 40 fokus qrupu müşahidə prosesinə cəlb olunub. Respondentlər erkən nigaha girən şəxslər və onların valideynlərindən ibarətdir. Müşahidə prosesi çərçivəsində səhiyyə işçiləri, psixoloqlar, polislər, hüquqşünaslar, sosial işçilər, müəllimlərin bu problemə baxışları da öyrənilib”,-deyə H.Hüseynova bildirib.
    17.02.10 Məqaləni oxumaq
     
    KİV-də cəmiyyətin sosial və mənəvi dəyərlərini əhatə edən problemlərə az üstünlük verilir
    Son illər ölkə mətbuatı əksər hallarda sensasion və eksterimal xəbərlərin, çıxışların axtarışındadır. Cəmiyyətin sosial və mənəvi dəyərlərini əhatə edən problemlərə az üstünlük verilir. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə millət vəkili Elmira Axundova çıxış edib. E.Axundovanın sözlərinə görə, hazırda ictimai şüurda müəyyən sosial və mənəvi problemlərin çözülməsinə ehtiyac var və bunun da asan həlli KİV orqanlarının fəaliyyəti ilə mümkündür. “Çox yaxşı olardı ki, mətbuat orqanlarımız hansısa aidiyyatı mütəxəssislərin, politoloqların və s. iştirakı ilə gündəlik olaraq sosial və mənəvi dəyərləri əhatə edən rubrikalar təşkil etsinlər. Erkən nigahdan daşınma, yeniyetmələrdə cinayətkarlıq meyillərinin yox olması, maarifçiliyə meyl və s. belə çıxışlarla ictimai şüura asan çatdırıla bilər”,-deyə millət vəkili vurğulayıb.
    16.02.10 Məqaləni oxumaq
     
    XİN sözçüsü: “Xocalı soyqırımının ildönümü ilə bağlı dünyanın hər yerində tədbirlər keçiriləcək”
    Xocalı soyqırımının ildönümü ilə bağlı bu il də dünyanın müxtəlif ölkələrində Azərbaycanın səfirlikləri vasitəsilə müxtəlif tədbirlər həyata keçiriləcək, foto, video və digər materiallar nümayiş etdiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bildirib. “Bu iş artıq neçə illərdir həyata keçirilir. İlbəil bu kimi tədbirlərin effekti artır, çünki ildən-ilə faciə ilə bağlı materiallar artır və təkmilləşir”,-deyən XİN sözçüsü qeyd edib ki, bu həftənin sonundan başlayaraq Xocalı soyqırımı ilə bağlı dünyanın hər yerində tədbirlər keçiriləcək. Onun sözlərinə görə, həmin tədbirlərə Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin təmsilçiləri ilə yanaşı, Azərbaycan diasporunun nümayəndələri də qatılacaqlar.
    16.02.10 Məqaləni oxumaq
     
    DQİDK dindarlarla polis əməkdaşları arasında baş verən qarşıdurma ilə bağlı bəyanat yayıb
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) fevralın 13-də Bakıda dindarlarla polis əməkdaşları arasında baş verən qarşıdurma ilə bağlı bəyanat yayıb. Komitədən KƏLAMİNFO-ya verilən məlumata görə, bəyanatda bildirilib ki, qeyd olunan tarixdə İslam Peyğəmbəri Həzrət Mühəmmədin (s) vəfatı ilə əlaqədar Bakı şəhərinin Füzuli meydanından Şəhidlər Xiyabanına yürüş təşkil edilməsi dinlə əlaqəsi olmayan bir qrup şəxsin məqsədli şəkildə planlaşdırdığı və cəmiyyətdə qarşıdurma yaratmağa, tolerantlıq mühitini pozmağa xidmət edən uğursuz cəhddir. “Müəyyən dairələrin təsirinə düşən kiçik bir qrupun din pərdəsi altında asayişi pozması, ictimai fikiri çaşdıraraq zərərli təbliğat aparması qanuna zidd hərəkətdir. Buna görə də həmin qanunsuz aksiyanın qarşısı hüquq-mühafizə orqanları tərəfindən alınıb. Respublikamızda vətəndaşların əqidə seçiminə hörmətlə yanaşılır, lakin dini ekstremizmin, dini dözümsüzlük ideyalarının təbliği qəbuledilməzdir. Dindən siyasi məqsədlər üçün istifadəyə çalışan, insanları radikallığa çağıran qüvvələrin pozuculuq cəhdlərinə, xalqımızın yüzillər boyu formalaşmış tolerantlıq ənənələrinə xələl gətirməsinə və ölkədəki dini-etiqad azadlığından sui-istifadəsinə yol verilə bilməz”,-deyə Komitənin bəyanatında əks olunub.
    16.02.10 Məqaləni oxumaq
     
    Bir qrup dindarla polis arasında baş verən toqquşma ilə bağlı cinayət işi qaldırılıb
    Azərbaycanda bir qrup dindarla polis arasında baş verən toqquşma ilə bağlı cinayət işi qaldırılıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğunun yaydığı birgə bəyanatda məlumat verilir. Məlumatda bildirilib ki, fevralın 13-də saat 15.00 radələrində Hacı Sultanəli məscidindən ibadətdən çıxan təxminən 60-70 nəfərdən ibarət bir qrup şəxs özləri ilə götürdükləri, üzərində dini sözlər yazılan şüarlar və əvvəlcədən hazırlanan gül çələngi ilə İcra Hakimiyyəti orqanlarını xəbərdar etmədən və müvafiq icazə almadan Füzuli meydanı istiqamətində qanunsuz yürüş etməyə cəhd göstərib. İcazəsiz yürüşün qarşısını almaq istəyən Yasamal rayon Polis İdarəsi Post Patrul Xidməti bölüyünün əməkdaşları yürüş iştirakçıları tərəfindən müqavimətlə qarşılaşıblar. Nəticədə polis əməkdaşlarından bir neçəsi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
    16.02.10 Məqaləni oxumaq
     
    Zərərli dini ədəbiyyatın yayılması ilə məşğul olanlar ifşa edilib
    Şəki şəhərində qanunla qadağan olunan dini ədəbiyyat, audio və videokasetlər polis tərəfindən aşkar edilərək götürülüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Daxili İşlər Nazirliyindən (DİN) veriblər. Həyata keçirilən tədbirlər nəticəsində Şəki şəhər sakinləri Şahin Səmədov, Ələsgər Aslanov, Əsmayə Həsənova, Kəmalə Əzizova, Rəsul Quliyev, Əsabəli Adipur, Rəfiqə Mustafayeva və Mehriban Əhmədovanın qadınlar və məktəb yaşlı uşaqlar arasında dini təriqətlərdən birini təbliğ etmələri müəyyən edilib. Onların evlərinə baxış zamanı qanunla qadağan olunan 1130 ədəd dini kitab, 500 ədəd broşura və buklet, 200 ədəd disk, 110 ədəd audio və videokasetlər aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
    16.02.10 Məqaləni oxumaq
     
    TQDK qəbul imtahanlarının nəzarətçiləri üçün seminar-məşğələlərin əksər mərhələsini başa çatdırıb
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) növbəti tədris ili üçün Respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün seminar-məşğələlərin əksər mərhələsini artıq başa çatdırıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Artıq Bakının Binəqədi, Xətai və Əzizbəyov rayonları üzrə TQDK-nın nəzarətçilər bazasına təqdim olunmuş müəllimlər üçün məşğələlər başa çatıb. Fevralın 16-dan isə təsdiq olumuş cədvəl üzrə məşğələlər davam etdiriləcək. Seminar-məşğələlərin məqsədi nəzarətçi-müəllimləri qəbul imtahanının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməyə hazırlamaqdır. Seminarlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təşkilat şöbəsinin məsul əməkdaşları tərəfindən aparılır. Seminar-məşğələlərdə iştirak edən müəllimlər (xüsusən ilk dəfə cəlb olunan nəzarətçilər) TQDK tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar.
    16.02.10 Məqaləni oxumaq
     
    Dindarlar birgə bəyanat yayıblar
    Bir qrup dindar fevralın 13-də Bakıda İslam Peyğəmbərinin (s) vəfatı və İmam Həsənin (ə) şəhadətə yetişməsinin ildönümünü ilə bağlı keçirilən tədbirin polis tərəfindən dağıdılması ilə bağlı bəyanat yayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Birlik Təşkilatı və “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyindən veriblər. “Bir qrup dindar bu matəm gününü qeyd etmək, Qarabağ uğrunda vuruşan və Xocalı şəhidlərinin ruhuna hörmət olaraq əllərində əklil Şəhidlər Xiyabanını ziyarət etmək istəyiblər. Onlar məscidlərin birində günorta namazını qılaraq əklili qoymaq üçün Şəhidlər Xiyabanına yollanıblar. Polis dindarlara qarşı zor tətbiq edərək dinc nümayişi dağıdıb”,-deyə bəyanatda qeyd olunub.
    15.02.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 167 168 169 170 171 172 173 174 175 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30