Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 166 167 168 169 170 171 172 173 174 » #
    Xocalı soyqırımı haqqında ingilis dilində yeni kitablar işıq üzü görüb
    Bu gün Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Xocalı soyqırımı ilə bağlı erməni vəhşiliyini əks etdirən kitabların təqdimatını keçirib. KƏLAMİNFO xəbər verir ki, AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyli kitabların 18 il bundan əvvəl ermənilər tərəfindən Xocalıda törədilmiş soyqırımın dolğun faktlardan bəhs etdiyini bildirib. V.Əlibəyli “Faciədən danışan iki şəkil” və “Tarixi faktlar və erməni uydurmaları” adlı kitabların ingilis dilində nəşr olunduğunu, xaricdə yayılmasının nəzərdə tutulduğunu vurğulayıb. “Kitablardakı faktlar əsasən o dövrdə faciə haqqında əsl faktları işıqlandıran xarici mətbatın yazılarına əsaslanıb. Birinci kitbatda üstünlük təşkil edən soyqırımı əks etdirən fotolar azərbaycanlı fotograflar M.Həsənoğluya və İ.Cəfərova məxsusdur. İkinci kitab isə faktları öz miflərinə uyğun dəyişdirən ermənilərə xarici mətbuat gözü ilə cavabdır”,-deyə V.Əlibəyli diqqətə çatdırıb.
    23.02.10 Məqaləni oxumaq
     
    Xocalı soyqırımı haqqında ingilis dilində yeni kitablar işıq üzü görüb
    Bu gün Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Xocalı soyqırımı ilə bağlı erməni vəhşiliyini əks etdirən kitabların təqdimatını keçirib. KƏLAMİNFO xəbər verir ki, AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyli kitabların 18 il bundan əvvəl ermənilər tərəfindən Xocalıda törədilmiş soyqırımın dolğun faktlardan bəhs etdiyini bildirib. V.Əlibəyli “Faciədən danışan iki şəkil” və “Tarixi faktlar və erməni uydurmaları” adlı kitabların ingilis dilində nəşr olunduğunu, xaricdə yayılmasının nəzərdə tutulduğunu vurğulayıb. “Kitablardakı faktlar əsasən o dövrdə faciə haqqında əsl faktları işıqlandıran xarici mətbatın yazılarına əsaslanıb. Birinci kitbatda üstünlük təşkil edən soyqırımı əks etdirən fotolar azərbaycanlı fotograflar M.Həsənoğluya və İ.Cəfərova məxsusdur. İkinci kitab isə faktları öz miflərinə uyğun dəyişdirən ermənilərə xarici mətbuat gözü ilə cavabdır”,-deyə V.Əlibəyli diqqətə çatdırıb.
    23.02.10 Məqaləni oxumaq
     
    İranın Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib
    Bu gün Dünya Azərbaycanlıları Konqresi (DAK) Vətəndaş Həmrəyliyi Partiyasi ilə birgə İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. KƏLAMİNFO xəbər verir ki, DAK-ın Daimi Şurasının sədri Əjdər Tağızadə aksiyanın keçirilməsinin əsas səbəblərini açıqlayıb. Sədrin sözlərinə görə, Təbrizdə “Ənsar-e Hizbullah” təşkilatının fəalları Azərbaycan əleyhinə kəskin şüarlar səsləndiriblər. Buna cavabı olaraq DAK nümayəndələrinin də İranın Azərbaycandakı səfirliyi qarşısında sivill şəkildə etiraz aksiyası keçirdiklərini bildirən Ə.Tağızadə “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!”, “İslamçı dövlət, işğalçı dövət”, “Azərbaycan, Azərbaycan”, İranda həps olunan Azərbaycanlılara azadlıq kimi şüarlar səsləndirdiklərini söyləyib. Aksiya iştirakçıları Ermənistan prezidenti Serj Sarkisyanın İranın dövlət başçısı Əhmədnejatın qucaqlaşmış formada fotoşəkillərini havaya qaldırıblar. Bu şəkillərlə aksiya iştirakçıları İran və Ermənistan dostluğuna etirazlarını bildiriblər.
    23.02.10 Məqaləni oxumaq
     
    Ombudsman Xocalı soyqırımının ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara Bəyanat ünvanladı
    Bu gün Ombudsman Elmira Süleymanova Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar BMT-nin Baş katibi, Baş katibin müavini, Uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, ATƏT, Avropa Şurası, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutları, Asiya Ombudsmanlar Assosiasiyası, Beynəlxalq Sülh Bürosu, Universal Sülh Federasiyası, müxtəlif ölkələrin ombudsmanları, Azərbaycanın xaricdəki, xarici ölkələrin ölkəmizdəki səfirlikləri və Azərbaycanın diaspor təşkilatlarına Bəyanat ünvanlayıb. Bəyanatda Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin dəhşətli nümunəsi olduğu bildirilir.
    22.02.10 Məqaləni oxumaq
     
    Çexiyanın Lidiçe və Xocalı şəhərlərinin qardaşlaşması barədə protokol imzalanacaq
    Fevralın 26-da Çexiyanın Lidiçe və Xocalı şəhərlərinin qardaşlaşması barədə protokol imzalanacaq. Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) KƏLAMİNFO-ya verilən məlumata görə, protokolu hər iki şəhərin İcra Hakimiyyəti başçıları imzalayacaqlar. Mərasim Azər-Çex Cəmiyyətinin təşkilatçılığı, DİDK və Azərbaycanın Çexiyadakı səfirliyinin dəstəyi ilə Lidiçe Xatirə Kompleksində Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar keçiriləcək tədbir çərçivəsində baş tutacaq. Həmin gün Lidiçe Muzeyində Heydər Əliyev Fondunun hazırladığı fotosərgi təqdim olunacaq, çexiyalı mütəxəssis Helena Masnikova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məruzə ilə çıxış edəcək və Xocalı qətliamından bəhs edən sənədli film göstəriləcək.
    22.02.10 Məqaləni oxumaq
     
    Sumqayıtda Xocalı faciəsi ilə bağlı e-mail aksiyası təşkil edilib
    Sumqayıt Gənclər və İdman Baş İdarəsi şəhər gənclər təşkilatlarının təşəbbüsü ilə Xocalı faciəsi ilə bağlı 17 fevral 2010-cu ildən başlayaraq e-mail aksiyası təşkil edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Sumqayıt şəhər İcra Hakimiyyətindən veriblər. E-mail aksiyası 26 fevral 2010-cu il tarixədək davam edəcək. E-mail aksiyasına şəhərdə fəaliyyət göstərən gənclər təşkilatlarının üzvləri, ali və orta ixtisas məktəblərində təhsil alan tələbələr, habelə müxtəlif idarə, müəssisə və təşkilatlarda çalışan gənclər qoşulub. Aksiya çərçivəsində gənclər Xocalı soyqırımı haqqında ingilis və rus dillərində qısa məlumat və video lentləri xarici ölkələrin hökumət nümayəndələrinə, habelə beynəlxalq təşkilatlarının nümayəndələrinə, xarici ölkələrdəki gənclər təşkilatlarına elektron poçt vasitəsilə məlumat göndərirlər. Qeyd edək ki, aksiyanın təşkilində Sumqayıt İnformasiya Texnologiyaları Akademiyası, İREX-in Sumqayıt nümayəndəliyi texniki dəstək göstərir.
    22.02.10 Məqaləni oxumaq
     
    Xocalı faciəsinin 18-ci ildönümü münasibətilə sərgi keçiriləcək
    Fevralın 25-də Milli Kitabxanada Xocalı faciəsinin 18-ci ildönümü münasibətilə “Xocalı soyqırımı-əsrin faciəsi” adlı kitab sərgisinin açılışı olacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Kitabxanadan veriblər. Həmin gün “Xocalı soyqırımı rabitəçilərin yaddaşında” kitabının da təqdimat mərasimi keçiriləcək.
    20.02.10 Məqaləni oxumaq
     
    Əflatun Amaşov: “Reket nəşr”lərin arxasında gizli havadarlar durur
    Köhnə qazet və jurnalları yeni adla qeydiyyatdan keçirərək nəşrlərini davam etdirən “reket jurnalistika” rəhbərləri var. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərə müsahibəsində bildirib. Şura sədri “Gündəlik Bakı” və “Təzadlar” qəzetlərinin, həmçinin “Mozalan” jurnalını bütün sərhədləri aşan nəşrlər adlandırıb. Onun sözlərinə görə, bu cür qəzet və jurnallar Mətbuat Şurasının rəhbərliyini məhkəməyə verməklə kifayətlənməyərək, Şuranın İdarə Heyətinin üzvlərinin ünvanına hədə-qorxu gəlməkdən belə çəkinmirlər. “Mətbuat Şurası bəzi “reket nəşr”lərin arxasında gizli havadarların olmasını, onların maliyyələşdirilərək məkrli sifarişlərin icrasına cəlb edilmələrini yolverilməz hal sayır. Şura bununla bağlı kifayət qədər tutarlı faktlara malikdir. Gizli sponsorlar sırasında dövlət orqanlarında çalışan bəzi məmurların mövcudluğu isə xüsusilə təəssüf doğurur”,-Ə.Amaşov əlavə edib.
    19.02.10 Məqaləni oxumaq
     
    Mətbuat Şurası mətbuatın “qara siyahı”sını tərtib edib
    Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarını, ölkə qanunvericiliyinin tələblərini kobud və mütəmadi pozan 94 qəzet və jurnalın “qara siyahı”sı tərtib edilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, “reket jurnalistika”ya qarşı mübarizə aparmaq üçün ölkə jurnalistlərin V qurultayının iştirakçısı olan yüzlərlə tanınmış media təmsilçisi qrumun bu istiqamətdəki fəaliyyətinin intensiv xarakter alması təşəbbüsünü irəli sürüb. Şurada “reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının yaradıldığını diqqətə çatdıran Ə.Amaşov qeyd edib ki, peşə prinsiplərinə etinasız yanaşan media orqanlarına qarşı ictimai qınağın təsir gücünü artırmaq məqsədilə mütəmadi olaraq mətbuatın “qara siyahı”sı tərtib edilir.
    18.02.10 Məqaləni oxumaq
     
    Beynəlxalq Ana Dili Gününə həsr olunan seminar keçiriləcək
    Sabah Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda Beynəlxalq Ana Dili Gününə həsr olunan seminar keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Tədbirdə “Kompyuter linqvistikası: müasir vəziyyəti və inkişaf tendensiyaları”, “Maşın tərcüməsi: mövcud yanaşmalar və problemlər”, “Azərbaycanda terminologiya sahəsində mövcud vəziyyət və problemlər” mövzusunda məruzələr dinləniləcək, müasir dövrdə Azərbaycan dilinin inkişafına təsir edən amillər, komputer linqvistikasının müasir vəziyyəti, inkişaf perspektivləri, bu sahədə əldə olunan nailiyyətlər və problemlər ətrafında fikir mübadiləsi aparılacaq.
    18.02.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 166 167 168 169 170 171 172 173 174 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30