Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 165 166 167 168 169 170 171 172 173 » #
    AzərTac-ın 90 illik yubileyi qeyd edildi
    Bu gün Gənc Tamaşaçılar Teatrında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTac) yaranmasının 90 illiyi ilə bağlı yubiley tədbiri keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov mərasim iştirakçılarına prezident İlham Əliyevin təbrikini çatdırdı və bildirdi ki, bir neçə gün öncə ölkə rəhbərliyinin müvafiq Sərəncamı ilə Agentliyin 19 əməkdaşı dövlət mükafatları ilə təltif edilib. AzərTac-ın Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yadigarı olduğunu diqqətə çatdıran Ə.Həsənov mətbu orqanın keçdiyi yola diqqəti çəkdi və bildirdi ki, AzərTac fəaliyyəti dövründə çətin və şərəfli yol keçib. O bildirdi ki, Agentlik bütün dövrlərdə Azərbaycan ictimaiyyətini dünyada, eləcədə ölkədə baş verən ictimai-siyasi, mədəni və digər xəbərlərlə yaxından tanış edib və məlumatlandırıb.
    01.03.10 Məqaləni oxumaq
     
    GVB “Xocalı qan yaddaşımızdar” mövzusunda tədbir kecirib
    Gənc Vətənpərvərlər Birliyi Gənclər və İdman Nazirliyinin İdman Kompleksində “Xocalı qan yaddaşımızdar” mövzusunda tədbir keçirib. GVB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən KƏLAMİNFO-ya verilən məlumata görə, tədbirdə birliyin İdarə Heyətinin üzvləri, idman federasiyalarının nümayəndələri, məşqçilər, idmançılar və valideyinlər iştirak edib. Tədbirdə əvvəlcə soyqrım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. GVB-in sədri Müqamət Əliyev bildirib ki, birliyin İdarə Heyətinin qərarı ilə fevral ayı “Xocalı soyqrımı XX əsrin ən dəhşətli faciəsi” elan olunub. O, GVB-nin Təşkilat Komitəsi tərəfindən fevral ayı ərzində faciə ilə bağlı silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. “Ermənilər 1992-ci il fevralın 25-dən 26-a keçen gecə, Xankəndindəki Rusiyanın 366-cı motoatıcı alayanın köməyi ilə Xocalı şəhərində misli görünməmiş soyqrımı həyata keçiriblər. Nəticədə bir gecədə 613 dinc əhali, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca öldürülüb. Onlardan 56-sı xüsusi qədarlıq və işgəncələrlə qətlə yetirilib, 27 ailə tamam məhv edilib, 230 ailə başcısını itirib, 1275 nəfər əsr alınıb, 150 nəfərin taleyindən isə hələ də xəbər yoxdur”,-deyə M.Əliyev vurğulayıb.
    27.02.10 Məqaləni oxumaq
     
    Ölkədə “Quş qripi” xəstəliyinə görə vəziyyət sabitdir
    Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) ölkə ərazisində “quş qripi” xəstəliyinə görə başlanan növbəti monitorinqin nəticələrini açıqlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya DBX-nin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli verib. Y.Xanvəlinin sözlərinə görə, monitorinq DBX, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Ovçular Cəmiyyətinin əməkdaşlarının iştirakı ilə aparılıb. Monitorinqlər Abşeron yarımadası, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, respublikanın dənizsahili zonalarında həyata keçirilib. Bu monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 24 baş çöl quşunun patoloji materialı, ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1272 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyalarında müvafiq müayinələrdən keçirilib.
    26.02.10 Məqaləni oxumaq
     
    ADU-da “Qış Kampı” layihəsinin hesabatı keçiriləcək
    Sabah Azərbaycan Dillər Universitetinin (ADU) Amerika Resurs Mərkəzində “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyi (İB) həyata keçirdiyi “Qış Kamp” layihəsi ilə bağlı hesabat verəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya İB-in sədri Zərifə Quliyeva verib. Qeyd edək ki, “Qış kampı” layihəsinin məqsədi əlil və kimsəsiz uşaqların təlimləri və inkişafı üçün düşərgə yaratmaqdır. “Qış kampı”nda təlimləri keçən işçi komandası və fəal kimsəsiz uşaqlar sertifikatlarla təltif olunacaqlar.
    26.02.10 Məqaləni oxumaq
     
    AMEA Geologiya İnstitutunda beynəlxalq seminar keçiriləcək
    Martın 1-3-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunda “Çökmə örtüyünün geoloji mühitinin fiziki-mexaniki vəziyyətinə müasir geodinamikanın təsiri” mövzusunda beynəlxalq seminar keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Geologiya İnstitutundan veriblər. Tədbirdə Azərbaycan, Almaniya, Fransa, Rusiya və Gürcüstan alimləri Qafqazın və Cənubi Xəzər hövzəsinin geodinamik şəraiti və seysmik təhlükələrini müzakirə edəcəklər. Seminarın 3-cü günü görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, Rusiya Təbii Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycanda paleomaqnitizm elminin banisi, mərhum Tofiq İsmayılzadənin anadan olmasının 80 illiyinə həsr olunacaq.
    26.02.10 Məqaləni oxumaq
     
    “İrəli” İB Hollandiyanın Rotterdam şəhərində aksiya keçirəcək
    “İrəli” İctimai Birliyi fevralın 26-da Hollandiyanın Rotterdam şəhərində Xocalı faciəsinin 18-ci ildönümüni ilə bağlı aksiya keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İrəli” İctimai Birliyindən veriblər. Rotterdam bələdiyyəsinin qarşısından başlanan və 200 nəfərin iştirak edəcəyi yürüş şəhər mərkəzinə qədər davam edəcək. Hollandiya-Azərbaycan Həmrəylik Cəmiyyəti və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə 300-dən artıq yerli və xarici vətəndaşların iştirakı gözlənilir. Qeyd edək ki, Hollandiyada Xocalı soyqırımı ilə əlaqədar tədbirlərin keçirilməsinə Hollandiya-Azərbaycan Həmrəylik Cəmiyyətinin sədri Elxan İsazadə və “İrəli” İctimai Birliyinin Hollandiyadakı təmsilçisi Hafiz Mehdiyev rəhbərlik edir.
    26.02.10 Məqaləni oxumaq
     
    YAP “Xocalı faciəsini dünyaya çatdıraq: hər birimiz bir təbliğatçı olaq” mövzusunda anım mərasimi keçirib
    Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı “Xocalı faciəsini dünyaya çatdıraq: hər birimiz bir təbliğatçı olaq” mövzusunda anım mərasimi keçirib. KƏLAMİNFO xəbər verir ki, YAP-ın Nərimanov rayon təşkilatının qərargahında keçirilən tədbirdə Milli Məclisin deputatları, partiya fəalları və faciənin canlı şahidləri iştirak ediblər. Mərasim iştirakçıları əvvəlcə Xocalı faciəsinin qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
    25.02.10 Məqaləni oxumaq
     
    Hindistanda Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı seminar və sərgi keçirilib
    Bu gün Azərbaycanın Hindistandakı səfirliyi Hindistanın Camia Millia İslamia Universiteti ilə birgə Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı seminar və sərgi keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya səfirlikdən veriblər. Tədbirdə universitet administrasiyasının təmsilçiləri, professorlar və tələbələr iştirak edib. Tədbirdə səfir T.Qarayev çıxış edərək Xocalı soyqırımı haqqında dinləyicilərə ətraflı məlumat verib, Dağlıq Qarabağın işğalının hələ də davam etməsindən, bunun nəticəsi olaraq 1 milyona yaxın insanın qaçqın və məcburi köçkün düşməsindən danışıb. Səfir işğal altında olan torpaqlarda ermənilərin qədim Azərbaycan abidələrinin məhv etmələrindən və törətdikləri digər bəşəri, mədəni və maddi cinayətlər barədə məlumat verib. Tədbirin ikinci hissəsində iştirakçılara soyqırım haqqında sənədli film, video görüntülər və foto sərgi nümayiş etdirilib. Yekun olaraq iştirakçılardan Dünya Liderlərinə ünvanlanacaq “Xocalıya Ədalət” kampaniyası üçün imza toplanılıb.
    25.02.10 Məqaləni oxumaq
     
    “Xocalıya Ədalət” müsiqi manifestinin klip təqdimatı keçirilib
    Bu gün “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində “Xocalıya Ədalət” müsiqi manifestinin kilip təqdimatı keçirilib. KƏLAMİNFO xəbər verir ki, klip təqdimatından sonra çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin başçısı Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” müsiqi layihəsi ermənilərin Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə siyasətini diqqətə çatdıran daha bir əhəmiyyətli vasitə olacaq. İslam Konfransı Gənclər Forumunun Baş katibi, “Xocalıya Ədalət” beynəlxalq məlumat və təbliğat kampaniyasının koordinatoru Elşad İsgəndərov bu vaxta qədər 130 min xarici ölkə vətəndaşının bu kampaniyaya dəstək verdiyini nəzərə çatdırıb O, sabahdan başlayaraq Vaşinqton, Vyana, London kimi dünyanın 20 ölkəsində “Xocalıya Ədalət” müsiqi manifestinin klip təqdimatının keçiriləcəyini vurğulayıb.
    24.02.10 Məqaləni oxumaq
     
    QMİ dünya xalqlarına, dövlət başçılarına, parlamentlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Hacı Allahşükür Paşazadə Xocalı faciəsilə bağlı dünya xalqlarına, dövlət başçılarına, parlamentlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya QMİ-nin mətbuat katibi Rəhimə Dadaşova verib. QMİ-nin sədri A.Paşazadənin müraciətində bildirilir: “Xocalı faciəsi bu günədək dünya səviyyəsində qınaq obyektinə çevrilməmiş, onun baiskarları lənətlənməmişdir. 1992-ci il fevralın 26-da Xocalının 10 mindən artıq dinc, silahsız, müdafiəsiz əhalisinin erməni quldurlarının amansız basqınına məruz qalması, 613 nəfərin qətlə yetirilməsi, qocalara, uşaqlara, hamilə qadınlara belə rəhm olunmaması, 1275 nəfərin əsir götürülərək ağır işgəncələrə məruz qalması, meydlərin üzərində təhqiramiz həqarətlər edilməsi kimi vəhşiliklərə biganə qalmaq bəşəriyyətə baş ucalığı gətirə bilməz. Bütün dünya sözdə etiraf edir ki, hər bir cinayətkar, terrorçu milli və dini mənsubiyyətindən asılı olmayaraq məsuliyyətə cəlb olunmalı və beynəlxalq hüquq qarşısında cavab verməlidir”.
    24.02.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 165 166 167 168 169 170 171 172 173 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30