Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 164 165 166 167 168 169 170 171 172 » #
    Azərbaycanda bütün elmi işçilərin 50%-ni qadınlar təşkil edir
    Cari ilin mart ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,9%-ni və ya 4 mln. 592 min nəfərini qadınlar təşkil edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dövlət Statistika Komitəsindən veriblər. Qadınların 59,4%-i nəsilvermə qabiliyyətinə malik olub, onların hər biri orta hesabla dünyaya 2 uşaq gətirib. Ötən il doğulan 152,1 min körpənin 46%-ni qızlar təşkil edib. Hazırda ölkədə 31 doğum evi, 321 qadın məsləhətxanası, 592 uşaq poliklinikası və ambulatoriyası, 1735 feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Bu gün qadınlar arasında gözlənilən ömür uzunluğu kişilər arasında gözləniləndən 5,2 yaş yüksəkdir və 76,1 yaş təşkil edir. Ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,7% təşkil edir. Ümumi təhsil müəssisələrində müəllimlərin 74%, orta ixtisas təhsil müəssisələrində 73%, ali təhsil müəssisələrində 47%, həkimlərin 62% qadınlardır.
    05.03.10 Məqaləni oxumaq
     
    Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadze Bakıda səfərdədir
    Azərbaycanda səfərdə olan Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadzenin başçılıq etdiyi nümayəndə heyəti bu gün səhər Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. D.Kirkitadze jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan və Gürcüstan strateji tərəfdaşdırlar. Qubernator Azərbaycan hökumətinə Gürcüstanda yaşayan soydaşlarına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq edib.
    04.03.10 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Məcburi köçkünlərin çoxu hələ də ağır şəraitdə yaşayır”
    Bu günə qədər məcburi köçkünlər üçün 2,9 mlrd. manat vəsait ayrılıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənov BMT-nin Qaçqınlar üzrə Ali Komssarlığının Azərbaycan nümayəndəliyinin təşkil etdyi tədbirdə söyləyib. Onun sözlərinə görə, vəsaitin 1 mlrd. 300 mln. manatı dövlət büdcəsindən, 770 mln. manatı Dövlət Neft Fondundan və 780 mln. isə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatlar tərəfindən ayrılıb. Son 8 ildə məcburi köçkünlər üçün 64 yaşayış məntəqəsinin salındığını diqqətə çatdıran Ə.Həsənov burada 18 mindən artıq evin tikildiyini söyləyib. Yaşayış massivlərində 123 məktəbin tikildiyini söyləyən Ə.Həsənov ərazinin xəstəxana, uşaq bağçası, o cümlədən bütün infrastrukturla tam təmin edildiyini qeyd edib. Ə.Həsənov tikilən evlərə 100 minə yaxın əhalinin köçürüldüyünü vurğulayıb. Bildirib ki, 600 minə yaxın məcburi köçkün isə hələdə ağır vəziyyətdə yaşayır. Onun sözlərinə görə, təkcə Bakıda 216 min məcburi köçkün ağır vəziyyətdə yaşayır, 70 yataqxanada 14 min ailə məskunlaşıb.
    04.03.10 Məqaləni oxumaq
     
    SAMF reklamların yazılışında dövlət dilinin monitorinqini aparıb
    Söz Azadlığını Müdafiə Fondu (SAMF) reklamlarda, xidmət obyektlərində, o cümlədən media qurumlarında Azərbaycan dilinin qorunması ilə bağlı monitorinqlərə start verib. SAMF-dan KƏLAMİNFO-ya verilən məlumata görə, ilk tədbir kimi reklam lövhələrinin yazılışı zamanı 30 sentyabr 2002-ci il tarixli “Dövlət dili haqqında” AR Qanununun tələblərinə necə əməl olunmasını aydınlaşdırmaq istiqamətində monitorinqlərə başlanılıb. İlk monitorinq Bakı şəhərinin 10 mərkəzi küçə və prospektində mövcud olan 442 xidmət sahəsindəki reklam xarakterli lövhələri əhatə edib. Araşdırmalar nəticəsində bəlli olub ki, reklamların dili, konkret olaraq reklamlar hazırlanarkən dövlət dilinin tələblərinin qorunması ilə bağlı problemlər bir neçə il öncəki vəziyyətlə müqayisədə nisbətən yaxşılaşsa da, qənaətbəxşlik çərçivəsindən xeyli kənardadır.
    03.03.10 Məqaləni oxumaq
     
    Ə.Həsənov: “Sülhün əldə edilməsindən sonra Qayıdış Proqramının icrasına başlanacaq”
    Məcburi köçkünlərin öz doğma yerlərinə qayıtması üçün Qayıdış Proqramı tam hazırdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənov BMT-nin Qaçqınlar üzrə Ali Komssarlığının Azərbaycan nümayəndəliyinin təşkil etdiyi tədbirdə söyləyib. Ə.Həsənov vurğulayıb ki, sülhün əldə edilməsindən sonra Qayıdış Proqramının icrasına başlanılacaq. Sözügedən proqramla bağlı kiçik layihə həyata keçirildiyini diqqətə çatdıran Ə.Həsənov qeyd edib ki, Qayıdış Proqramının icrası ilə bağlı müəyyən təcrübə əldə edilib. “Təbii ki, məcburi köçkünlərin vəziyyəti ilə bağlı bizim hələ də beynəlxalq humanitar təşkilatlar, donorlar və digər maraqlı qurumların dəstəyinə ehtiyacımız var. O vaxta qədər ki, məcburi köçkünlər doğma yerlərinə qayıdacaq”, - deyə Ə.Həsənov əlavə edib.
    03.03.10 Məqaləni oxumaq
     
    Bəzi məhkəmələrdə həbs-qətimkan tədbirinin seçilməsi üçün lazımı praktika hələ yetişməyib
    Artıq 2000-ci ildən bəri respublikada həbs-qətimkan tədbirinin seçilməsi səlahiyyəti prokurorluqdan məhkəmə sisteminə keçməsinə baxmayaraq, hələ də bu sahədə kifayət qədər lazımı praktika formalaşmayıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib. R.Rzayev qeyd edib ki, bu istiqamətdə Bakıda və Sumqayıtda araşdırmalar aparılıb və acınacaqlı faktlar ortaya çıxıb. Sədr bu problemin Ali Məhkəmənin ötən ilin noyabrında keçirilən plenumunda müzakirəyə çıxarıldığını da vurğulayıb. “Təəssüf edirəm ki, həbs-qətimkan tədbirinə üstünlük verirlər. Azərbaycanda girov qətimkan tədbiri tətbiq olunmur, başqa yerə getməmək, ev dustaqlığı qətimkan tədbirləri seçilmir. Həbs ən ağır, ən sərt qətimkan tədbiridir və bu tədbir istənilən halda seçilmir. Əgər şəxsin istintaqdan qaçıb gizlənməsi, istintaqa təsir etməsi üçün əsaslar olarsa, həbs seçilməlidir. Məhkəmə həbslə bağlı qərar qəbul edərkən bu halları əsaslandırmalıdır”,-deyə R.Rzayev bildirib. Ali Məhkəmənin sədri bu sahədə pozuntulara yol verdiyi üçün 3 hakimin səlahiyyətinə xitam verildiyini, bir neçə hakimə töhmət verildiyini, bəzilərinin isə tutduqları vəzifədən aşağı pilləyə endirildiyini vurğulayıb.
    03.03.10 Məqaləni oxumaq
     
    Azərbaycanda Avropa Məhkəməsinin qərarları tam olaraq yerinə yetirilir
    Ötən il ölkəmizdən Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) hüquq pozuntuları ilə bağlı olunan şikayətlərdən 7-i təmin edilib. Bu qərarların 3-ü hüquqi qüvvəyə minib, digər 4-ü isə məhkəmə qərarının qəbul olunmasından sonra 3 ay müddətində qüvvəyə minəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə Ali Məhkəmənin sədri Ramiz Rzayev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, indiyə kimi Azərbaycanla bağlı AİHM-də 26 işə baxılıb və 23-ü hüquq pozuntuları ilə bağlı olduğundan təmin edilib. R.Rzayev ötən il AİHM-ə bütün Avropadan 35 min 560 iş daxil olduğunu, onlardan 33 min 65-nin rədd edildiyini, 2395 işə baxıldığını vurğulayıb. Sədr bildirib ki, bununla müqayisədə Azərbaycandan müraciətlər çox azdır. “AİHM-nin qəbul etdiyi qərarları icra etməmək ən böyük məsuliyyətdir və bunun üçün müqəssir ölkəyə ən ağır sanksiya verilir. Ölkəmizdə AİHM-in qərarları tam olaraq yerinə yetirilir”,-deyə R.Rzayev əlavə edib.
    02.03.10 Məqaləni oxumaq
     
    Ali Məhkəmədə ötən ilin hesabatı ilə bağlı mətbuat konfransı keçirilib
    Bu gün Bakıda Ali Məhkəmənin sədri Ramiz Rzayev inzibati binalarında ötən ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, R.Rzayev ilk növbədə Ali Məhkəmənin son dövrlərdə maddi-texniki bazası, infrastrukturunun inkişafından bəhs edib. O, ötən il müddətində Ali Məhkəmənin müasir standartlara cavab verən yeni binası istifadəyə verilərək qurumun dəftərxanasının elektronlaşdırıldığını, zallarda cəzaçəkmə müəssisələri ilə birbaşa videobağlantı sisteminin yaradıldığını bildirib. R.Rzayev növbəti ildə də yerli məhkəmələr üçün yeni inzibati binanın istifadəyə veriləcəyini vurğulayıb.
    02.03.10 Məqaləni oxumaq
     
    Bu gün AzərTAc-ın 90 yaşı tamam olur
    Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın 90 yaşı tamam olur. KƏLAMİNFO xəbər verir ki, şərqdə ilk xəbər agentliklərindən biri olan AzərTAc-ın yaranması bilavasitə Xalq Cümhuriyyəti hökumətinin adı ilə bağlıdır. 1919-cu il martın 3-də Xalq Cümhuriyyəti hökuməti - Nazirlər Şurasının iclasında Azərbaycan Teleqraf Agentliyinin təşkili barədə məsələ müzakirə olunub. 1920-ci il fevralın 2-də hökumətin növbəti iclasında Azərbaycan Teleqraf Ajanslığının ştatlarının layihəsi və Əsasnaməsinin müəyyən dəyişikliklərlə parlamentə çıxarılması qərara alınıb. 1920-ci il martın 2-də “Azərbaycan” qəzetində ilk dəfə olaraq “AzərTAc” imzası ilə xəbərlər dərc olunub. Təxminən bir ay sonra, 1920-ci il martın 25-də Azərbaycan Teleqraf Agentliyindən Xalq Maarif Nazirliyinə göndərilmiş 17 nömrəli təliqə qurumun məhz martın 1-də yarandığını təsdiq edib.
    02.03.10 Məqaləni oxumaq
     
    Milli Məclisin növbəti iclası martın 5-də keçiriləcək
    Milli Məclisin növbəti iclası martın 5-də keçiriləcək. Parlamentdən KƏLAMİNFO-ya verilən məlumata görə, iclasın gündəliyinə 13 məsələ daxil edilib. İclasda yeni ombudsmanın seçilməsi məsələsi də müzakirə olunacaq. Deputatlar Azərbaycan və Fransa hökumətləri arasında imzalanan diplomatik pasporta malik şəxslərin viza rejimindən qısa müddətə azad edilməsi, iki ölkədə mədəniyyət mərkəzlərinin təsis edilməsi və fəaliyyət göstərməsi haqda sazişləri, Silahlı Qüvvələrdə daxili xidmət haqda qanuna dəyişiklik edilməsi, konstitusiya referendumu aktının tətbiqi ilə əlaqədar bəzi qanunlara əlavə və dəyişikliklər edilməsi haqda layihələri müzakirə edəcəklər. İclasın gündəliyində cinayət yolu ilə əldə edilən pul vəsaiti və digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə bəzi qanunlara əlavə və dəyişikliklər edilməsi və ikinci oxunuşda “Məhkəmələrin fəaliyyəti haqda informasiya əldə etmək barədə” Qanun layihəsi də var.
    01.03.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 164 165 166 167 168 169 170 171 172 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30