Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 163 164 165 166 167 168 169 170 171 » #
    Ə.Həsənov: “Dağlıq Qarabağ narkotik vasitələrin becərilməsi, tranziti və terrorçu qruplaşmaların hazırlanması üçün əsas ərazilərdən biridir”
    “Birləşmiş Millətlər Təşkilatı dünyada narkotik vasitələrin üç tranzit marşrutunu öz hesabatına daxil edib. Bunlar Əfqanıstan-Azərbaycan, Əfqanıstan-Azərbaycan-Orta Asiya və Əfqanıstan-İran-Azərbaycan marşrutlarıdır. BMT Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisini narkotik vasitələrin əsas tranzit məkanı olmasını bilsə də, bunu öz hesabatlarına daxil etmək istəmir. Bu gün ermənilərin nəzarətində olan Dağlıq Qarabağ dünyada narkotik vasitələrin ən böyük tranzit məkanı hesab olunur”. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Əli Həsənov çıxış edib.
    11.03.10 Məqaləni oxumaq
     
    Şeyxülislam Hacı Allahşükür Paşazadə “Aypara və Ulduz” ordeni ilə təltif olunub
    Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəyə “İNTERSAFETY” Terrorizim, korrupsiya, narkomaniya və ekoloji cinayətkarlığa qarşı Beynəlxalq Təhlükəsizlik İttifaqının (UNCOPA) ali dərəcəli “Aypara və Ulduz” ordeninin təqdim olunması mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, mərasimdə “İNTERSAFETY” Beynəlxalq Təhlükəsizlik İttifaqının (UNCOPA) MDB üzrə nümayəndəsi Vəli Yusifov bildirib ki, beynəlxalq aləmdə müsəlmanların mənəvi inteqrasiyasının dərinləşməsi istiqamətində uzunmüddətli və davamlı fəaliyyətinə, tolerantlığın təmin edilməsinə, həmçinin Qafqazda dinlərarası münasibətlərin möhkəmləndirilməsi işinə verdiyi böyük töhvələrə görə A.Paşazadə “İNTERSAFETY” Beynəlxalq Təhlükəsizlik İttifaqının (UNCOPA) “Aypara və Ulduz” ordeninə layiq görülüb.
    11.03.10 Məqaləni oxumaq
     
    Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclası keçirilib
    Bu gün Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclası keçirilib. KƏLAMİNFO xəbər verir ki, komissiyanın sədri, Baş nazirin müavini Əli Həsənov bildirib ki, ölkə Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”ın yerinə yetirilməsi istiqamətində komissiya və aidiyyatı dövlət təşkilatları bir sıra qabaqlayıcı profilaktik tədbirlər həyata keçirirlər.
    11.03.10 Məqaləni oxumaq
     
    Məktəblərdə mətbuat katiblikləri yaradılır
    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində olan məktəblərdə mətbuat katiblikləri yaradılır. Bu məqsədlə BŞTİ-də Nəsimi rayonunda yerləşən məktəblərin direktor və mətbuat katibləri ilə görüş keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya BŞTİ-dən veriblər. Pilot kimi həyata keçiriləcək bu layihədə məqsəd mətbuatla məktəblərin əməkdaşlığını formalaşdırmaq, təhsil müəssisələrinə müraciət edən mətbuat orqanlarının qeydiyyatını aparmaq, məktəbin nailiyyətləri barədə ictimaiyyəti məlumatlandırmaqdır.
    11.03.10 Məqaləni oxumaq
     
    TürkPA-nın Baş katibi Ramil Həsənov TBMM-nin yubiley tədbirlərində iştirak etmək üçün Ankaraya gedir
    Martın 13-15-i tarixlərində Türkdilli ölkələrin Parlament Assambleyasının (Türk PA) Baş katibi Ramil Həsənov Türkiyə Böyük Millət Məclisinin 90 illik yubiley tədbirlərində iştirak etmək üçün Ankarada səfərdə olacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Türk PA-nın Baş katibliyindən bildiriblər. R.Həsənov səfər zamanı TürkPA-nın gələcək fəaliyyəti və perspektivlərini müzakirə etmək üçün Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahinlə görüşəcək. "Yubiley tədbirləri zamanı Baş katibin Türkiyə Parlamentinin Baş katibi Alı Osman Koca və Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Mustafa Kabakçı ilə də görüşləri nəzərdə tutulub".
    11.03.10 Məqaləni oxumaq
     
    Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 90 illiyinə həsr olunan yubiley mərasimi keçirilib
    Bu gün MTN-nin Mədəniyyət Mərkəzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 90 illiyinə həsr olunan yubiley mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov rəhbəri olduğu qurum haqqında məlumat verib. “Azərbaycan Qızıl Aypara Cəmiyyəti respublikada müxtəlif sosial-tibbi, humanitar və digər layihələri uğurla həyata keçirir. Müxtəlif mövzularda apardığı maarifləndirmə işləri əhalinin sağlamlığı, fəlakətlər zamanı davranış qaydaları, ilk yardım və digər vərdişlərin mənimsənilməsində əhəmiyyətli rol oynayıb. Cəmiyyətimiz heç bir maddi maraq güdmədən öz fəaliyyətini bu gün də davam etdirir. Ümumiyyətlə, son illərdə Azərbaycan Prezidenti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü İlham Əliyevin qayğısı sayəsində cəmiyyətimiz dinamik inkişafdadır”,-deyə N.Aslanov bildirib.
    11.03.10 Məqaləni oxumaq
     
    Azərbaycanda “Fəxri gənc” mükafatı təsis edilib
    AR Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Gənclər və İdman Nazirliyi ilə birgə təsis etdiyi “Fəxri gənc” mükafatının növbəti təqdimat mərasimini keçirəcək. KƏLAMİNFO xəbər verir ki, cari il martın 11-də Beynəlxalq Muğam Mərkəzində baş tutacaq mərasimdə 12 nominasiya üzrə qalib gəncə mükafat veriləcək. “Fəxri gənc” mükafatı istedadlı gənclərin üzə çıxarılması, onların bilik və bacarığını dövlət müstəqilliyimizin möhkəmlənməsinə və demokratik dövlət quruculuğu işlərinə yönəldilməsi, bədən tərbiyəsi və idmanın inkişafı məqsədilə təsis edilib. Burada beynəlxalq gənclər təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi, savadlı və perspektivli gənclərin ölkəmizin milli maraqları və mənafeyi naminə xidmətlərinin daha da stimullaşdırılması və ümumilikdə gənclər işinin inkişafına tövhə vermək məqsədi də nəzərdə tutulub.
    11.03.10 Məqaləni oxumaq
     
    “Uşaqların ailələrə verilməsi və nativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması” layihəsinə start verildi
    Bu gün Təhsil Nazirliyində “Uşaqların ailələrə verilməsi və nativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması” layihəsinin həyata keçirilməsi üçün birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, Memorandum təhsil naziri Misir Mərdanov, əmək və əhalinin sosial müdafiəsi naziri (ƏƏSMN) Füzuli Ələkbərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və UNİCEF-in ölkəmizdəki rəsmi nümayəndəsi Mark Herevard arasında imzalanıb. İmzalanmadan əvvəl çıxış edən M.Mərdanov bildirib ki, bu layihə iki il əvvəl dövlət başçısı tərəfindən təsdiqlənmiş “Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və nativ qayğı Dövlət Proqramı” çərçivəsində hazırlanıb. “İki il əvvəl bu işə başlarkən ölkədə 55 internat evi vardı.
    10.03.10 Məqaləni oxumaq
     
    Milli Məclis Elmira Süleymanovanı növbəti dəfə ombudsman seçdi
    Bu gün Milli Məclisin növbəti plenar iclası keçirildi. KƏLAMİNFO xəbər verir ki, parlamentin sədri Oqtay Əsədov əvvəlcə bütün qadın millət vəkillərini, Milli Məclisin xanım əməkdaşlarını, həmçinin parlamentin işini işıqlandıran xanım jurnalistləri 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Sonra iclasda Azərbaycanın insan hüquqları üzrə yeni müvəkkili seçilməsi məsələsi müzakirə olunub. Spiker O.Əsədov üç namizəddən ilk olaraq E.Süleymanovanın namizədliyini səsverməyə çıxarıb. Səsvermədə iştirak edən deputatlardan 106 nəfəri E.Süleymanovanın namizədliyini dəstəkləyib, 7 deputat onun əleyhinə səs verib. Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanovun namizədliyini isə 3 nəfər deputat dəstəkləyib, 66 nəfər əleyhinə, 18 nəfər bitərəf, 2 nəfər səsvermədə iştirak etməyib.
    06.03.10 Məqaləni oxumaq
     
    Tomas Hammarberq Azərbaycanın KİV nümayəndələrilə görüşüb
    Bu gün Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammarberq Azərbaycanın media nümayəndələri ilə görüşüb. KƏLAMİNFO xəbər verir ki, görüşdə Azərbaycanda yazılı və internet medianın vəziyyəti, Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaranmasından sonrakı vəziyyət, həbsdə olan jurnalistlərlə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, T.Hammarberq Azərbaycanda hökumət və dövlət rəsmiləri ilə keçirdiyi görüşlərdə medianın vəziyyəti ilə bağlı fikirlərini bölüşüb və həbsdə olan jurnalistlərin vəziyyəti ilə maraqlanıb.
    05.03.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 163 164 165 166 167 168 169 170 171 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30