Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 162 163 164 165 166 167 168 169 170 » #
    QHT-lərə Dövlət Dəstəyi Şurası jurnalistlər üçün müsabiqə elan edib
    Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası QHT fəaliyyətinin işıqlandırılması üzrə jurnalistlər üçün müsabiqə elan edib. Şuradan KƏLAMİNFO-ya verilən məlumata görə, müsabiqənin mövzusu “Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında qeyri-hökumət təşkilatlarının rolu və vəzifələri” olacaq. Məqalə 7-10 000 kompyuter işarəsi həcmində olmalıdır. Başqa müsabiqələrdə iştirak edən yazılar qəbul olunmur.
    17.03.10 Məqaləni oxumaq
     
    Bakıda yanan 67 saylı orta məktəbin təmiri ilə bağlı Baş nazirə müraciət edilib
    Təhsil naziri Misir Mərdanov Bakının Sabunçu rayonunda yanan 67 saylı orta məktəbin binasının təmiri ilə bağlı Baş nazir Artur Rasizadəyə müraciət edib. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə M.Mərdanov söyləyib. O qeyd edib ki, bu gün Baş nazirə göndərilən məktubda yanan orta məktəbin bərpası üçün vəsait lazım olduğu qeyd edilib. “Yəqin ki, müvafiq vəsait ayrılacaq və biz həmin məktəbi bərpa edəcəyik”,-deyən M.Mərdanov bildirib ki, haqqında bəhs olunan orta məktəbdə təhsil alan şagirdlər yaxınlıqdakı peşə məktəblərində və orta məktəblərdə yerləşdiriləcəklər. Qeyd edək ki, 67 saylı orta məktəbdə martın 10-da yanğın baş verib. Yanğın məktəb binasının 500 kv.metr ərazisini əhatə edib. Əsasən binanın tavanına ciddi ziyan dəyib. Yanğın nəticəsində xəsarət alan olmayıb.
    17.03.10 Məqaləni oxumaq
     
    Xırdalandakı məcburi köçkünlər məskunlaşan binada yanğın baş verib
    Abşeron rayonu, Xırdalan şəhərində ümumi sahəsi 2000 kv.m. olan birmərtəbəli ət kombinatının inzibati binasında məskunlaşan ayrı-ayrı məcburi köçkünlərə məxsus binada yanğın baş verib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) veriblər. Nəticədə məcburi köçkünlərin yaşadığı ümumilikdə 150 kv.m evlərin yanar konstruksiyaları yanıb. Hadisə zamanı binada olan 45 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
    16.03.10 Məqaləni oxumaq
     
    Təhsil naziri tələbələrin xaricə qaçırılmaları ilə bağlı məlumatlara münasibət bildirdi
    Təhsil naziri Misir Mərdanov Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) tələbələrinin xaricə qaçırılmaları ilə bağlı məlumatlara münasibət bildirib. KƏLAMİNFO xəbər verir ki, M.Mərdanov bu məsələ ilə bağlı bir neçə ali məktəbin rektoru ilə danışdığını söyləyib. O qeyd edib ki, həmişə olduğu kimi, ali məktəb tələbələri arasında dərslərə mütəmadi davam etməyənlər də var və ADNA-nın 5 tələbəsi artıq 10 gündür dərslərə getmir. “Hər ali təhsil müəssisəsinin daxili qaydası var ki, uzun müddət üzüsüz dərs buraxan tələbəni ali məktəbdən xaric etsin.
    16.03.10 Məqaləni oxumaq
     
    “Narkomanlığa yox deyək” mövzusunda tədbir keçirilib
    Səbail rayon İcra hakimiyyəti Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının təşkilatçılığı ilə 189 saylı orta məktəbdə “Narkomanlığa yox deyək” mövzusunda tədbir keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səbail rayon İcra Hakimiyyətindən veriblər. Tədbiri giriş sözü ilə 189 saylı orta məktəbin direktoru, əməkdar müəllim Bela Cəlilova açaraq müasir dövrün ən qorxulu fəsadlarından olan narkomaniya, onun fəsadları barədə məlumat verib. Tədbirdə Səbail rayon Məhkəməsi, Bakı şəhər Narkoloji Dispanseri, QİÇS-lə Mübarizə Mərkəzi, rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların Profilaktika işinin təşkili və Narkomaniya ilə Mübarizə bölmələri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri mövzu ilə bağlı çıxışlar edib, şagirdləri maraqlandıran çoxsaylı sualları cavablandırıblar.
    16.03.10 Məqaləni oxumaq
     
    Bakıda “Demokratik cəmiyyətdə media: beynəlxalq və milli təcrübə” mövzusunda beynəlxalq konfrans keçirilib
    Bu gün Bakıda, “Grescent Beach” otelində İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu və Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) birgə təşkilatçılığı ilə “Demokratik cəmiyyətdə media: beynəlxalq və milli təcrübə” mövzusunda konfrans keçirilib. KƏLAMİNFO xəbər verir ki, konfransa media məsələləri üzrə yerli və beynəlxalq mütəxəssislər, yerli media qurumlarının rəhbərləri, millət vəkilləri qatılıb. Belçika Konstitusiya Məhkəməsinin hakimi Jan-Pol Murman bildirib ki, inkişaf edən media demokratik dövlətlərin ən vacib sahələrindən biridir. O, Azərbaycanda medianın inkişafını ölkənin demokratikləşməsi və stabilliyi üçün önəmli olduğunu vurğulayıb. Konfransda çıxış edən Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən və xüsusilə də ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə demokratik-hüquqi dövlət quruculuğu ilə yanaşı, iqtisadiyyatın da ikişafı özünü qabarıq biruzə verib.
    13.03.10 Məqaləni oxumaq
     
    Avropa Şurası Azərbaycanda parlament seçkiləri ilə bağlı yardım proqramı qəbul edib
    Avropa Şurası (AŞ) Azərbaycanda parlament seçkiləri ilə bağlı yardım proqramı qəbul edib. KƏLAMİNFO Avropa Şurasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Komitənin daimi nümayəndələr səviyyəsində keçirilən 1079 saylı iclasında cari ilin noyabrında Azərbaycanda keçiriləcək parlament seçkiləri müzakirə olunub və yardım proqramı təsdiqlənib. İclas iştirakçıları Azərbaycan hakimiyyətini azad və ədalətli seçkilərin keçirilməsini təmin etmək üçün bütün lazımi tədbirləri görməyə çağırıb.
    13.03.10 Məqaləni oxumaq
     
    Allahşükür Paşazadə: “Qəsdən adam öldürənlərin, narkotikə görə həbs edilənlərin əfv olunması işinə qarışmıram”
    Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının üzvü olmağıma baxmayaraq komissiyanın iclaslarında qəsdən adam öldürənlər, narkotikə görə həbs edilənlərin əfv olunması işinə qarışmıram. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı QMİ-nin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə müsahibəsində bildirib. “Mən ağır cinayətlər törədən şəxslərdən başqa bütün müraciət edən məhkumların azadlığa buraxılmasına müsbət baxıram. Hər bir insan müəyyən səhvlər edə bilər. O, səhvlərin müəyyən hissəsini bağışlamaq lazımdır. Həbs olunan insanların da müəyyən bir hissəsi var ki, etdikləri cinayət hadisələrindən peşmançılıq hissi keçirirlər. Bu cür insanların əfv olunmasının tərafdarıyam”,-deyə Şeyx vurğulayıb. A.Paşazadə həbsdəki jurnalistlərin də azadlığa buraxılmasının tərəfdarı olduğunu bildirib. O, qeyd edib ki, biz öz sözümüzü deyirik, lakin həbsdə olan insanların əfv olunub-olunmaması dövlət başçısının səlahiyyəti çərçivəsində həll olunur.
    12.03.10 Məqaləni oxumaq
     
    Milli təhlükəsizlik orqanlarının yaranmasının 91-ci ildönümü ərəfəsində tədbir keçirilib
    Azərbaycan milli təhlükəsizlik orqanlarının yaranmasının 91-ci ildönümü ərəfəsində Yasamal rayonundakı 60 nömrəli orta məktəbdə tədbir keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai əlaqələr mərkəzindən veriblər. Tədbirdə çıxış edən məktəbin direktor müavini Qorxmaz Şükürov kollektiv adından MTN-nin şəxsi heyətini qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edib. O, belə bir görüşün Azərbaycanın Milli Qəhrəmanı Paşa Nəzərovun adını daşıdığı məktəbdə keçirildiyi üçün milli təhlükəsizlik naziri Eldar Mahmudova minnətdarlığını bildirib.
    11.03.10 Məqaləni oxumaq
     
    ATƏT-in söz və media azadlığı üzrə yeni nümayəndəsi təyin olunub
    ATƏT-in söz və media azadlığı üzrə yeni nümayəndəsi təyin olunub. KƏLAMİNFO ATƏT-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifəyə Bosniya-Herseqovinadan olan Dunya Miyatoviç təyin olunub. Üç il müddətinə bu vəzifəni icra edəcək D.Miyatoviç bu postda Mikloş Haraştini əvəzləyəcək. Xatırladaq ki, D.Miyatoviç kütləvi informasiya vasitələri haqqında qanunvericilik sahəsində mütəxəssisdir. Bosniya və Herseqovina kommunikasiyaların nizamlanması agentliyinin təsisçilərindən biri olan Miyatoviç eyni zamanda Mətbuat Şurasının formalaşdırılmasında da yaxından iştirak edib. D.Miyatoviç bu posta seçilən ilk qadındır. O həmçinin media eksperti qismində Ermənistan, İordaniya, Serbiya, Qaradağ, Sloveniya, Avstriya, Mərakeş və İraqda da çalışıb.
    11.03.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 162 163 164 165 166 167 168 169 170 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30