Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  161 162 163 164 165 166 167 168 169  #
    Dissertasiyaların Elektron Məlumat Bazasının təqdimat mərasimi keçiriləcək
    Aprelin 2-də M.F.Axundov adına Milli Kitabxanada Azərbaycanda müdafiə olunan dissertasiyaların Elektron Məlumat Bazasının təqdimat mərasimi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Kitabxanadan veriblər. Bundan sonra Milli Kitabxananın oxucuları Rusiya Dövlət Milli Kitabxanasının 350 min nüsxədən artıq dissertasiya və avtoreferatlarının tam elektron mətnindən istifadə etməklə yanaşı, respublikamızda müdafiə olunan dissertasiyaların 2000 min nüsxədən artıq resursunun elektron mətnindən istifadə etmək hüququ əldə edəcəklər.
    30.03.10 Məqaləni oxumaq
     
    Ombudsman ATƏT-in Azərbaycan nümayəndəliyinin şöbə müdirini qəbul edib
    Ombudsman Elmira Suleymanova ATƏT-in Azərbaycan nümayəndəliyi Qanunun aliliyi şöbəsinin rəhbəri Monika Martinezi qəbul edib. Görüşün məqsədi ATƏT-lə Ombudsman təsisatının gələcək birgə əməkdaşlığının perspektivlərini müəyyənləşdirmək olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ombudsman Aparatından veriblər. Müvəkkil qonağın təmsil etdiyi qurumla səmərəli əməkdaşlıq əlaqələrindən danışıb. M.Martinez təmsil etdiyi qurumun Müvəkkilin təklifini dəstəkləyərək Ombudsman təsisatının əməkdaşları üçün maarifləndirici təlim keçirməyi planlaşdırdığını söyləyib. E.Süleymanova ardıcıl keçirilməsi məqsədəuyğun olan bu mühüm tədbirlərdə dövlət qurumları, QHT-lər, vətəndaş cəmiyyəti nümayəndələri, beynəlxalq mütəxəssislər, həmçinin milli insan hüquqları institutları nümayəndələrinin də ekspert qismində iştirakının zəruriliyini vurğulayıb.
    20.03.10 Məqaləni oxumaq
     
    Ombudsman Maştağa qəsəbəsindəki 1 saylı Respublika Psixiatriya Xəstəxanasına baxış keçirib
    Ombudsman Elmira Süleymanova və səhiyyə nazirinin müavini Elsevər Ağayev Novruz bayramı ərəfəsində Maştağa qəsəbəsindəki 1 saylı Respublika Psixiatriya Xəstəxanasına baş çəkib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ombudsman Aparatının mətbuat xidmətindən veriblər. Müvəkkil xəstəxananın korpuslarına, o cümlədən yeni korpuslara baxıb, təmirə ehtiyacı olan şöbələrdə olub. Ombudsmana bu yaxınlarda xəstələri başqa şöbələrə yerləşdirməklə, həmin şöbələrin əsaslı təmir ediləcəyi bildirilib. E.Süleymanova xəstələrin saxlanma şəraiti, müalicə prosesi ilə də tanış olub. O, palatalarda xəstələrlə, eyni zamanda onlara baş çəkməyə gəlmiş qohumları, yaxınları ilə görüşüb. E.Süleymanova psixonevroloji xəstələrin istismar, zorakılıq, sui-istifadə, təhqiredici rəftardan qorunmasının zəruriliyini və cəmiyyətin onlara dəstək verməsinin vacibliyini bildirib.
    19.03.10 Məqaləni oxumaq
     
    İşiqforsuz Cəlilabad
    Qırmızı rəng qan rəngi olduğu üçün əsrlər boyu təhlükənin, təxribatın və ölümün simvolu sayılıb. Dəmir yolunun ilk dəfə fəaliyyətə başladığı 1830-cu ildən xəbərdarlıq işığının rəngi yaşıl, keçmək siqnalının rəngi isə ağ olub. Bir müddət sonra ağ siqnal problem yaratmağa başlayıb. Ağ rəngli “keç” siqnalı digər küçə işıqları ilə səhv salınırdı. Amma bundan daha pisi “dur” işərələrinə qoyulan qırmızı lupaların sınıb töküldükdən sonra  yanan işıqların  ağarması, “keç” işarəsi kimi qəbul olunur, bu da qəzaya səbəb olurdu.
    18.03.10 Məqaləni oxumaq
     
    Müdafiəmiz güclənir
    İndi Azərbaycan “Zəfər”, “Zəfər-K”, “İnam” tapançaları, PKT, PKM, “İstiqlal-1” pulemyotları və digər məhsulları özü istehsal edir
    Son illər Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə aparılan yenidənqurma və əsaslı təmir, eləcə də quraşdırılan modern avadanlıq və tətbiq edilən yeni texnologiya hesabına ən müasir standartlara cavab verən müdafiə təyinatlı məhsulların istehsalı genişləndirilib. Ötən il Müdafiə Sənayesi Nazirliyinin müəssisələri 2008-ci illə müqayisədə ümumi məhsul istehsalını 1,5 dəfə artırıb. Müdafiə təyinatlı məhsulların istehsal həcmi 2009-cu ildə 2008-ci illə müqayisədə 3 dəfə, 2005-ci illə müqayisədə isə 17,9 dəfə artıb. Dünyanın bir sıra dövlətlərinin müvafiq qurumları ilə sıx əməkdaşlıq edən Müdafiə Sənayesi Nazirliyi müdafiə təyinatlı məhsullarla yanaşı, yeni növ mülki avadanlığın istehsalına da başlayıb.
    18.03.10 Məqaləni oxumaq
     
    Ədalətli təhsil
    Cəlilabad rayonu üzrə 2007/2008-ci tədris ilində 2365 şagird atestat alıb. Bunlardan 591 nəfər ali və orta ixtisas məktəblərinə sənəd verib. Sənəd verənlərdən 98 məzun tələbə adını qazanıb.
    Cəlilabad rayonu üzrə 2008/2009-cu tədris ilində 2000 şagird orta məktəbi bitirərək atestat alıb. Bunlardan 683 nəfər ali və orta ixtisas məktəblərinə sənəd verib. Sənəd verənlərdən 132 məzun tələbə adını qazanıb.
    Cəlilabad rayonu üzrə 2009/2010-cu tədris ilində 1279 nəfər atestat alıb. Bunlardan 623 nəfər qəbul imtahanlarında iştirak edib. İştirak edənlərdən isə 139 nəfər tələbə adını qazanıb.
    18.03.10 Məqaləni oxumaq
     
    Miqrasiya orqanları işçilərinin peşə bayramı günü təsis edildi
    Martın 19-u Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradıldığı gün - miqrasiya orqanları işçilərinin peşə bayramı günü kimi təsis edilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, AR Prezidentinin 19 mart 2007-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yaradılıb və Əsasnaməsi təsdiq edilib. Azərbaycan prezidentinin 25 iyul 2006-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı (2006-2008-ci illər)” təsdiq edilmişdir.
    18.03.10 Məqaləni oxumaq
     
    Bu gün prezidentin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamının icrasına başlanılıb
    Bu gün prezident İlham Əliyevin dünən imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamının icrasına başlanılıb. KƏLAMİNFO xəbər verir ki, bu gün səhərdən başlayaraq əfv olunmuş məhbuslar evlərinə buraxılır. Qeyd edək ki, prezident İlham Əliyevin bu Sərəncamı ilə 72 nəfər əfv olunub. Onlardan 62-si cəzasının çəkilməmiş hissəsindən azad edilib. Cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan, yeddi məhkum isə cəzasının çəkilməmiş hissəsindən azad olunub. Bir nəfərin cərimə cəzası ləğv olunub, bir nəfərin isə ömürlük məhkumluğu 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib.
    18.03.10 Məqaləni oxumaq
     
    “İrəli” İB tələbələrə diplom təqdim edəcək
    “İrəli” İctimai Birliyi Novruz bayramı münasibətilə sabah Bakı Musiqi Akademiyasında musiqili tədbir təşkil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İrəli” İctimai Birliyindən veriblər. İctimai Birlik 2009-cu ilin sonunda Azərbaycanda bələdiyyə seçkilərinin keçirildiyini nəzərə alaraq “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində vətəndaşların hüquqi bilikləri və seçkilərə marağını artırmaq məqsədilə tədbirlər həyata keçirib. Respublikanın bir çox şəhər və rayonlarında gənc fəallar üçün “Bələdiyyələrin statusu” və ”Seçkiqabağı təşviqatın təşkili” mövzuları üzrə müasir kompüter texnologiyasından istifadə olunmaqla təqdimatlar və interaktiv müzakirələr aparılıb. Bir neçə şəhər və rayonda təlimlərlə yanaşı, Bakı Musiqi Akademiyasının gənc tələbələrinin ifasında “Gələcək Gənclərlə Gələcək” şüarı altında klassik Azərbaycan musiqisi konsertləri də keçirilib. Qeyd edək ki, sabah konsert proqramının yekun bağlanışı ilə əlaqədar layihədə iştirak edən tələbələrə diplom təqdim olunacaq.
    18.03.10 Məqaləni oxumaq
     
    Milli Məclisdə “Gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Qanun layihəsi hazırlanır
    Milli Məclisdə “Gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Qanun layihəsi hazırlanır. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli verib. H.Rəcəbli bildirib ki, bu gün gənc ailələrə qayğı dövlətin diqqət mərkəzindədir. Onun sözlərinə görə, mütəxəssislər tərəfindən qanun layihəsi üzərində iş aparılır, bu istiqamətdə dünya təcrübəsi öyrənilir. Komitə sədri qeyd edib ki, sənəddə gənc ailələrə bir sıra sosial güzəştlər nəzərdə tutulur.
    17.03.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  161 162 163 164 165 166 167 168 169  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30