Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 160 161 162 163 164 165 166 167 168 » #
    Azərbaycanlı uşaqlar Türkiyə prezidenti A.Gül və Baş nazir R.T.Ərdoğanla görüşəcəklər
    Aprelin 14-də Türkiyədə 32-ci Beynəlxalq Uşaq Festivalı keçiriləcək. Festivalda Azərbaycanı Musiqili Komediya Teatrında yeni fəaliyyətə başlayan “Təbəssüm” Uşaq Studiyası təmsil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya “Təbəssüm” Uşaq Studiyasından veriblər. Festivalın təşkilatçısı Türkiyənin TRT televiziya kanalıdır. Festivala dünyanın 47 ölkəsindən uşaq kollektivləri dəvət olunub. “Təbəssüm” festivalda 8 yaşdan 13 yaşa qədər olan, 20 solistdən ibarət heyətlə çıxış edəcək. Uşaq bayramı layihəsi çərçivəsində Türkiyənin prezidenti Abdulla Gül və Baş nazir R.T.Ərdoğanla görüş keçiriləcək. Bu görüşdə Azərbaycanı 11 yaşlı Vaqif Əsədov təmsil edəcək.
    05.04.10 Məqaləni oxumaq
     
    MM-də “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi”i dinlənildi
    Bu gün Milli Məclisin növbəti iclası keçirildi. KƏLAMİNFO xəbər verir ki, iclasda çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanın Kəlbəcər rayonunun işğalından 17 il ötdüyünü bildirdi. Kəlbəcərin işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən 822 nömrəli qətnamə qəbul edildiyini xatırladan O.Əsədov sənəddə Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş torpaqlarının dərhal, qeyri-şərtsiz azad olunmasının tələb edildiyini vurğuladı. Spiker prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində torpaqlarımızın tezliklə işğaldan azad olunacağına əminliyini bildirdi.
    03.04.10 Məqaləni oxumaq
     
    Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar ölkəmizin Qırğızıstandakı səfirliyi mərasim təşkil edib
    Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar ölkəmizin Qırğızıstandakı səfirliyi mərasim təşkil edib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə paytaxtdakı diasporumuzun üzvləri, azərbaycanlı tələbələr, jurnalistlər iştirak ediblər. Azərbaycanın Qırğızıstandakı səfiri Arif Ağayev ermənilərin azərbaycanlılara qarşı törətdikləri qanlı vəhşiliklər və cinayətlər barədə geniş məlumat verib, ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə bu hadisələrə hüquqi-siyasi qiymətin verdiyini diqqətə çatdırıb. Səfir ermənilərin Türkiyəyə qarşı qaldırdıqları soyqırımı iddiasının tamamilə yalan və əsassız olduğunu diqqətə çatdırıb. Sonra səfir xalq şairi Zəlimxan Yaqubun Azərbaycandan Orta Asiyaya sürgün olunmuş və represiyaya məruz qalmış soydaşlarımıza həsr etdiyi, Almatıda Azərbaycan dilində çap olunmuş “Sürgün” kitabı haqqında məlumat verib.
    02.04.10 Məqaləni oxumaq
     
    Azərbaycanın Özbəkistandakı səfirliyində 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı mərasim keçirilib
    Azərbaycanın Özbəkistandakı səfirliyində 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı mərasim keçirilib. KƏLAMİNFO xəbər verir ki, müvəqqəti işlər vəkili Akif Əliyev ermənilərin zaman-zaman Azərbaycana qarşı apardığı soyqırımı siyasəti haqqında geniş məlumat verib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın 20 faizinin işğal edilməsi, azərbaycanlıların Qərbi Azərbaycan torpaqlarından qovulması, indiki Ermənistan ərazisində tarixi adların-toponimlərin dəyişdirilməsi, Xocalı soyqırımı və digər faciələr haqqında danışıb.
    01.04.10 Məqaləni oxumaq
     
    Bu gün ermənilərin azərbaycanlılara qarşı törətdiyi mart soyqırımından 92 il ötür
    Bu gün ermənilərin 1918-ci il martın 31-də azərbaycanlılara qarşı törətdiyi soyqırımından 92 il ötür. KƏLAMİNFO xəbər verir ki, ermənilərin 92 il əvvəl xalqımıza qarşı törətdiyi qətliam Azərbaycan müstəqillik qazandıqdan sonra öz siyasi qiymətini alıb. Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 1998-ci ildən 31 mart azərbaycanlıların soyqırım günü kimi qeyd edilir. Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakış şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. Dənizdən dənizə böyük Ermənistan xülyasını nəyin bahasına olursa olsun gerçəkləşdirmək istəyən ermənilər soyqırımı siyasətini həyata keçirməkdə davam ediblər.
    01.04.10 Məqaləni oxumaq
     
    KİV nümayəndələri Quba şəhərindəki soyqırım məzarlığını ziyarət ediblər
    Bu gün Parlament Jurnalistləri Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən bir sıra xarici və yerli KİV nümayəndələri Quba şəhərindəki soyqırım məzarlığını ziyarət ediblər. KƏLAMİNFO xəbər verir ki, soyqırım məzarlığında düzənlənən tədbirdə Qubadakı azsaylı millətlərin nümayəndələri də iştirak edib. Qubuda təşkil olunacaq tədbirə yəhudi, tat və rus icmalarının nümayəndələri də dəvət edilib. Qeyd edək ki, 1918-ci ildə ermənilər Qubada Azərbaycan türkləri, müsəlmanlarla yanaşı, digər millətlərin nümayəndələrini də qətlə yetiriblər.
    31.03.10 Məqaləni oxumaq
     
    Respondentlərin 38%-i “Sosial sığorta haqlarını ödəyərkən gəlirlərinizi düzgün göstərirsinizmi” sualına xeyr cavabı verib
    Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında keçirilən növbəti interaktiv sorğu başa çatıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan veriblər. Bu dəfəki sorğu zamanı respondentlərə “Sosial sığorta haqlarını ödəyərkən gəlirlərinizi düzgün göstərirsinizmi” sualı ünvanlanıb. Sorğunun yekun nəticələrinə əsasən, respondentlərin 51,6%-i sosial sığorta haqlarını ödəyərkən gəlirlərini düzgün göstərdiyini bildirib. Sorğuya qatılanların 38,1%-i isə “Sosial sığorta haqlarını ödəyərkən gəlirlərinizi düzgün göstərirsinizmi” sualına “xeyr”, 10,3% isə “ehtiyac görmürəm” cavabını veriblər.
    31.03.10 Məqaləni oxumaq
     
    Ombudsman Elmira Süleymanova Cenevrədə Beynəlxalq Əlaqələndirmə Komitəsinin sessiyasında iştirak edib
    Ombudsman Elmira Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəvəti ilə Beynəlxalq Əlaqələndirmə Komitəsinin (BƏK) Cenevrədə keçirilən 23-cü sessiyasında iştirak edib. Ombudsman Aparatından KƏLAMİNFO-ya verilən məlumata görə, sessiyanın gündəliyinə insan hüquqları ilə bağlı bir sıra aktual mövzular, o cümlədən ayrı-seçkiliyin aradan qaldırılması, qadın hüquqları, gender bərabərliyi, uşaq hüquqlarının müdafiəsi sahəsində milli təsisatların fəaliyyəti, uşaqlara qarşı zorakılığın aradan qaldırılması, insan hüquqları üzrə təhsil və maarifləndirmə və s. məsələlər daxil edilib. E.Süleymanova sessiyanın “Rasizm və diskriminasiya əleyhinə Durban konfransı”, “Qadın hüquqları, gender bərabərliyi, uşaq hüquqlarının müdafiəsi sahəsində milli təsisatların fəaliyyəti” bölmələrində çıxışlar edib. Ombudsman azərbaycanlıların etnik təmizləməyə məruz qaldığını, Ermənistanın Azərbaycana qarşı 20 ildən çox davam edən təcavüzü nəticəsində 1 mln. insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, insan hüquqlarının kütləvi şəkildə pozulduğunu və bu təcavüzün beynəlxalq hüquq prinsiplərinə və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə zidd olduğunu qeyd edib.
    31.03.10 Məqaləni oxumaq
     
    Şeyxülislam Allahşükür Paşazadə 31 mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib
    Amid İsbəndərov/AZADİNFORM. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə 31 mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib. QMİ-nin mətbuat xidmətindən AZADİNFORM-a verilən məlumata görə, A.Paşazadə Azərbaycan dindarlarının iradəsini ifadə edərək, dinindən, dilindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq dünyanın bütün sülhpərvər insanlarına müraciət etdiyini, Azərbaycan xalqının son yüzillik tarixində üzləşdiyi müsibətləri bəyan etmək istədiyini bildirib:
    30.03.10 Məqaləni oxumaq
     
    Sumqayıtda “31 Mart - Azərbaycanlıların soyqırımı” günü ilə bağlı konfrans keçiriləcək
    Sabah Sumqayıt Dövlət Universitetində “31 Mart - Azərbaycanlıların soyqırımı” günü ilə bağlı elmi-nəzəri konfrans keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Sumqayıt şəhər İcra Hakimiyyətindən veriblər. Konfransdan əvvəl universitetin foyesində şəhər məktəblilərinin mövzu ilə bağlı əl işlərindən ibarət sərgi təşkil ediləcək. Konfrans zamanı soyqırımın faktlarını əks etdirən sənədli kadrlar və slaydlar nümayiş olunacaq. Qeyd edək ki, ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da 31 martın Azərbaycanlıların Soyqırım günü kimi qeyd edilməsi haqqında fərman verib. Bu vaxtdan dünya azərbaycanlıları hər ilin bu gününü soyqırımı qurbanlarının günü kimi qeyd edir.
    30.03.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 160 161 162 163 164 165 166 167 168 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30