Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 158 159 160 161 162 163 164 165 166 » #
    “Uydurma tarixin görünən və görünməyən tərəfləri” adlı konfrans keçirilib
    Bu gün Azərbaycan Jurnalist Qadınlar Assosasiyası və TREND İnformasiya Agentliyinin təşkilatçılığı ilə “Uydurma tarixin görünən və görünməyən tərəfləri” adlı konfrans keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə Assosasiyanın prezidenti Sevil Yusifova bildirib ki, konfransın keçirilməsində məqsəd ermənilərin qaldırdığı qondarma soyqırım iddialarına qarşı ciddi faktlar və elmi araşdırmaları ictimaiyətə təqdim etməkdir. Onun sözlərinə görə, tədbir həmçinin Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığını bir daha dünyaya nümayiş etdirmək, həqiqətlərin aşkar olunmasında elm adamları və medianın əməkdaşlığına nail olmaqdır.
    23.04.10 Məqaləni oxumaq
     
    Rəqəmli televiziya yayımına keçid 2012-ci ildə baş tutacaq
    Azərbaycanda rəqəmli televiziya yayımına keçidin 2012-ci ildə başa çatdırılması planlaşdırılır. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dövlət Radiotezliklər İdarəsindən (DRİ) veriblər. Beynəlxalq Telekommunikasiya İttifaqının qərarına əsasən 2015-ci ilədək bütün dünyada televiziya və radio verilişləri rəqəmli yayıma keçiriləcək və həmin vaxtdan etibarən əvvəlki radio və televizorların istehsalı dayandırılacaq. Bu sistemə keçid keyfiyyəti artırmaqla yanaşı, yeni xidmətlərin göstərilməsinə şərait yaradacaq.
    23.04.10 Məqaləni oxumaq
     
    Nuşirəvan Məhərrəmli: “Ölkədə teleradioların fəaliyyəti ictimaiyyəti ciddi narahat edir”
    Ölkədə teleradioların fəaliyyəti ictimaiyyəti ciddi narahat edir. Buna “Qaynar xətt”imizə daxil olan çoxsaylı müraciətlərdə də şahid oluruq. Bu barədə açıqlama ilə Milli Televiziya və Radio Şurasının sədri Nüşirəvan Məhərrəmli çıxış edib. “MTRŞ yarandığı ilk gündən qarşısına məqsəd qoyub ki, inzibati yollarla deyil, qarşılıqlı anlaşma şəraitində problemləri həll etsin. Hazırda ən narahedici məsələ verilişlərin keyfiyyətidir. Ötən il aparılan danışıqlardan sonra bu vəziyyət yaxşılğa doğru hiss olunurdusa, cari ilin fevral, mart və aprel aylarında aparılan araşdırmalar göstərdi ki, şou xarakterli verilişlərin artma tendensiyası var. Son zaman qalmaqallardan bəhs edən verilişlərin sayı artmaqdadır, aparıcıların səhnə, geyim mədəniyyətinin aşağı səviyyədə olması hiss edilir. İstərdik ki, televiziyalarda 50%-dən çox yerli istehsallı filmlər, kliplər nümayiş olunsun. MTRŞ reklam bazarına bilavasitə təsir edə bilmir, ancaq mədəniyyət kanalının yaradılması digər kanalların reklam bazarına təsir edə bilər”,-deyə MTRŞ sədri əlavə etdi.
    22.04.10 Məqaləni oxumaq
     
    Ölkə telekanallarında milli filmlərin nümayişi problemə çevrilib
    Hazırda ölkə telekanallarında milli filmlərin nümayişi problemə çevrilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nüşrəvan Məhərrəmli çıxış edib. N.Məhərrəmli qeyd edib ki, hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına 8 bədii film çəkilir. “Son beş ildə təxminən 40-dan çox film çəkilib. Buna baxmayaraq, mən hələ də bu müddət ərzində çəkilən filmləri telekanallarımızın efirində görməmişəm. Mən bu məsələni Mədəniyyət və Turizm Nazirliyi ilə müzakirə edəcəm. Əgər dövlət büdcəsindən pul ayrılıb bu filmlər çəkilirsə, telekanallarımızda da onların nümayiş etdirilməsinə kəskin ehtiyac var”,-deyə MTRŞ sədri vurğulayıb.
    21.04.10 Məqaləni oxumaq
     
    BDU-da “Erməni saxtakarlığı və vandalizmi: Azərbaycan jurnalistləri bu barədə nə düşünür?” mövzusunda Dəyirmi masa keçirildi
    Bu gün Bakı Dövlət Universitetində (BDU) “Erməni saxtakarlığı və vandalizmi: Azərbaycan jurnalistləri bu barədə nə düşünür?” mövzusunda Dəyirmi masa keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirdi ki, son vaxtlar erməni yalanları, saxta “soyqırımı” iddiaları sistemli hal olaraq aktuallaşıb. Azərbaycan torpaqlarında özlərinə dövlət quran ermənilərin hər il ənənəvi olaraq bütün dünyada saxta təbliğat apardıqlarını diqqətə çatdıran A.Məhərrəmov bildirib ki, hətta onlar bir sıra hallarda dünyanın bəzi tanınmış şəxslərini də bu təbliğata inandıra bilir və saxta iddiaları parlamentlərin müzakirəsinə çıxarılmasına nail olurlar. Ermənilərin saxta uydurmalarına qarşı və həqətlərimizi dünyaya çatdırmaqla bağlı milli Konsepsiyanın hazırlanmasının zəruri olduğunu diqqətə çatdıran A.Məhərrəmov əlavə edib ki, həmin sənəd dövlət tərəfindən təsdiq olunmalı və onun önündə siyasətçilər durmalıdır. Onun sözlərinə görə, sözügedən Konsepsiya dövlətin strateji xətti olmalıdır. “Bu istiqamətdə gücümüzü birləşdirərək yeni düşüncə ortaya qoymalıyıq”,-deyə A.Məhərrəmov təklifini səsləndirdi.
    21.04.10 Məqaləni oxumaq
     
    “Mominun” və “Nur” İlahi Nəğmələr Qrupları ABŞ mətbuatında İslam Peyğəmbərinin (s) təhqir olmasını pisləyən bəyanat yayıb
    “Mominun” İlahi Nəğmələr Qrupunun bədii rəhbəri Hacı Məhdi Dərbəndi və “Nur” İlahi Nəğmələr Qrupunun bədii rəhbəri Məşhədi Rahim Dərviş ABŞ mətbuatında İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) təhqir olunması ilə bağlı bəyanat yayıblar. KƏLAMİNFO xəbər verir ki, bəyanatda bildirilir ki, ABŞ mətbuatında İslam dini müqəddəslərinə qarşı təhqir kuliminasiya həddinə çatıb. Amerika telekanallarının birində “South Park” animasiya serialında İslam Peyğəmbərinin (s) təhqirinə yol açan kadrlar nümayiş olunub. “South Park” animasiya serialı bir neçə il öncə də Həzrət Musa (ə), Həzrət İsa (ə) və Həzrət Muhəmmədin (s) təhqrinə yol açan filmlər yayımlayıb. Bu dəfə İslam Peyğəmbəri (s) ilə yanaşı, dinimizin ehtiramını qorumağı hər bir müsəlmana əmr etdiyi məsum peyğəmbərlərdən Həzrət İsanı (ə) da ayı kostyumu geyinmiş vəziyyətdə ekranlarda nümayiş etdirib. Bəyanatda qeyd olunur ki, bu kimi halları kəskin tənqid edərək biz bir daha bu cür halların yolverilməz olduğunu bildirərək demokratik dəyərlərilə dünyaya meydan oxuyan ABŞ-a mövcud aşağılamalara son qoymağı tələb edirik.
    20.04.10 Məqaləni oxumaq
     
    Bakıda “Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf” mövzusunda beynəlxalq konfrans başlayıb
    Bu gün Avropa otelində, “Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, konfrans Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Fransanın “Avrasiya - Yeni Üfüqlər” təşkilatı tərəfindən təşkil edilib. Tədbirdə çıxış edən “Avrasiya Yeni Üfüqlər” Təşkilatının sədri Tyeri Mariani bildirib ki, son illər Azərbaycanın bir sıra sahələrdə olduğu kimi, ictimai-siyasi həyatında da müvəffəqiyyətləri var. O, payızda keçiriləcək parlament seçkilərinin də demokratik başa çatacağına inandığını vurğulayıb.
    17.04.10 Məqaləni oxumaq
     
    Sosial müdafiəyə ehtiyacı olan uşaqlar İstanbulda “IV Beynəlxalq Gülən Uşaq Festivalı”nda iştirak edəcəklər
    Aprelin 17-21-i tarixlərində Gənclər və İdman Nazirliyi sosial müdafiəyə ehtiyacı olan uşaqların 9 nəfərdən ibarət nümayəndə heyətini “IV Beynəlxalq Gülən Uşaq Festivalı”nda iştirak etmək məqsədilə Türkiyənin İstanbul şəhərinə ezam edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindən veriblər. Festivalda dünyanın 10 ölkəsindən 100-dən artıq nümayəndənin iştirakı nəzərdə tutulub. Festival çərçivəsində iştirakçıların müxtəlif göstərişləri, ağacəkmə şənliyində iştirakı, İstanbulun tarixi və mədəni yerlərilə tanışlığı nəzərdə tutulub.
    17.04.10 Məqaləni oxumaq
     
    Ombudsman Aparatının əməkdaşları 11 saylı Cəzaçəkmə Müəssisəsinə baxış keçiriblər
    Ombudsman Aparatının əməkdaşları İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizmin (MPM) funksiyalarının icrası məqsədilə 11 saylı Cəzaçəkmə Müəssisəsinə baxış keçiriblər. Ombudsman Aparatından KƏLAMİNFO-ya verilən məlumata görə, MPM qrupunun üzvləri Müvəkkilin ünvanına daxil olan müraciəti araşdırıblar. Onlar bu müəssisədə saxlanılan şəxslərlə görüşərək söhbət aparıb, həmin şəxslərə hüquqlarını və Ombudsman haqqında Konstitusiya Qanununun müddəalarını izah ediblər. Məhkumlar saxlanma şəraitindən, müəssisənin rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan narazı olmadıqlarını söyləyiblər. Müəssisənin yataq korpuslarına, məhkumların yaxınları ilə görüş yerlərinə, tibb hissəsinə, istehsalat yerlərinə, mətbəxə, yeməkxanaya və hamama baxış zamanı pozuntu halları aşkar edilməyib. Qeyd olunub ki, yataq korpuslarının dam örtüyü təzələnir, görüş yerləri və hamam təmir olunmaqdadır. Müvəkkilin nümayəndələri müəssisənin cərimə təcridxanasına baxış keçirib, orada saxlanılan məhkumlarla söhbət aparıblar.
    16.04.10 Məqaləni oxumaq
     
    Kitabxana Direktorlar Şurası seminar təşkil edəcək
    Cari il aprelin 16-da Kitabxana Direktorlar Şurası Nərimanov və Binəqədi rayonlarının kitabxana işçilərinə metodiki kömək məqsədilə “Kitabxanalarda oxuculara biblioqrafik xidmətin təşkili” mövzusunda seminar keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Şuradan veriblər. Seminarda soraq-biblioqrafiya aparatına daxil olan kataloq və kartotekalar sisteminin əhəmiyyəti və təşkili, onların tərkib hissələri haqqında müzakirələr olacaq. Oxucuların müxtəlif sorğuların biblioqrafik üsullarla ödənilməsi, aktual mövzuların kataloq və kartotekalarda əks etdirilməsi, biblioqrafik biliklərin təbliği və s. məsələlərlə əlaqədar məruzələr dinləniləcək, tövsiyyələr veriləcək.
    14.04.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 158 159 160 161 162 163 164 165 166 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30