Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 157 158 159 160 161 162 163 164 165 » #
    Mətbuat Şurasında Beynəlxalq Mətbuat Azadlığı Gününə həsr olunan konfrans keçirilib
    Bu gün Mətbuat Şurasında Beynəlxalq Mətbuat Azadlığı Gününə həsr olunan konfrans keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Ümumdünya Söz Azadlığı Gününün tarixi barədə toplantı iştirakçılarına məlumat verib. O, mətbuat azadlığı sahəsində Azərbaycanda mövcud olan vəziyyətdən danışıb. Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev isə ölkədə həm elektron, həm də yazılı media üçün bərabər səviyyəli iş imkanlarının yaradıldığını söyləyib. O, Azərbaycan mətbuatının MDB ölkələrindən geri qalmadığını bildirib. “Hazırda ölkədə 4200-dən artıq kütləvi informasiya vasitəsi qeydiyyata alınıb. Ölkə mediasında müəyyən problemlər var ki, bu da tədricən aradan qalxacaq”,-deyə V.Əliyev vurğulayıb. Mili Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli hazırda ölkədə KİV-in probleminin daha çox peşəkarlıqla bağlı olduğunu bildirib. Onun sözlərinə görə, mətbuatda peşəkarlığın təmin olunması bir sıra çatışmazlıqları aradan qaldıra bilər: “Son illər dövlətin dəstəyi ilə həyata keçirilən bir sıra layihələr mətbuatın inkişafına böyük dəstək olub”,-deyə N.Məhərrəmli əlavə edib.
    04.05.10 Məqaləni oxumaq
     
    Hadı Rəcəbli: “Ölkədə 840 minə yaxın talassemiya və hemofiliya xəstəliyinin daşıyıcısı var”
    Hazırda ölkədə 840 minə yaxın talassemiya və hemofiliya xəstəliyinin daşıcıyısı var. KƏLAMİNFO xəbər verir ki, bu barədə Milli Məclisi Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib. Onun sözlərinə görə, bu xəstəliklərin artmasına səbəb olan başlıca amillərdən biri də qohum nigahların artmasıdır. H.Rəcəbli bununla bağlı ciddi tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. “Hazırda biz komitənin iclaslarında nigahın bağlanması zamanı tibbi arayışın tələb olunması məsələsinin əlavə olunması bəradə müzakirələr aparırıq. Hesab edirəm ki, bunun tətbiq olunması zəruri haldır. Çünki hər bir nigahın bağlanmasından da vacib hal ilk növbədə ailə quran gənclərin sağlamlığının təmin olunmasıdır”,-deyə millət vəkili əlavə edib.
    01.05.10 Məqaləni oxumaq
     
    Hacı Əbdülrza Musayev: “Binəqədinin toy axşamı adətlərinin bəziləri bu gün də qalır”
    “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycan xalqının unudulmuş və unudulmaqda olan milli adət-ənənələrinin öyrənilməsi və təbliği” layihəsini həyata keçirir. Layihə çərçivəsində Bakı kəndlərində adət-ənənələrin yaşadılması ilə bağlı araşdırma aparılır. Bu kəndlərdən biri də Binəqədidir.
    30.04.10 Məqaləni oxumaq
     
    “Ana - müqəddəslik zirvəsi” mövzusunda inşa müsabiqəsinin yekunu ilə bağlı tədbir keçirilib
    Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının birgə təşkilatçılığı ilə təşkil olunan görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş paytaxt məktəbliləri arasında “Ana-müqəddəslik zirvəsi” mövzusunda inşa müsabiqəsinin yekunu ilə bağlı tədbir keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə müsabiqənin Təşkilat Komitəsinə 55 işin daxil olduğu bildirilib. Onlardan 3-ü Münsiflər Heyəti tərəfindən ən yaxşı inşa seçilib. Tədbirdə çıxış edən AQUPDK-nın sədri Hicran Hüseynova görkəmli alimin mənalı ömür yolundan və yorulmaz fəaliyyətindən söz açıb. Tədbirdə I, II və III yerləri tutanlara diplom və qiymətli hədiyyələr, fərqlənən 8 məktəbliyə isə həvəsləndirici mükafatlar təqdim olunub.
    29.04.10 Məqaləni oxumaq
     
    Akademik Zərifə Əliyevanın 87-ci ildönümünə həsr olunmuş beynəlxalq elmi konfrans işə başlayıb
    Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 87-ci ildönümünə həsr olunmuş beynəlxalq elmi konfrans işə başlayıb. KƏLAMİNFO xəbər verir ki, konfrans iştirakçıları və Azərbaycanın tibb ictimaiyyətinin nümayəndələri Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Sonra konfrans iştirakçıları görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri düzüblər. Konfransda Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan, Misir, İtaliya, Ukrayna və İsraildən mütəxəssislər iştirak ediblər. Konfransda səhiyyə naziri Oqtay Şirəliyev, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov, Türk Cümhuriyyəti Oftalmoloji Dərnəyinin sədri Sunay Duman, Rusiya Tibb Elmləri Akademiyasının akademiki Alevtina Brovkina və digərləri çıxış ediblər.
    28.04.10 Məqaləni oxumaq
     
    "İRƏLİ"də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hüquqşünası ilə görüş keçirilib
    "İRƏLİ" Hüquq Mərkəzində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hüquqşünası Zaur Nağıyevin iştirakı ilə görüş keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya "İRƏLİ" İB-dən veriblər. Ekspert BMT QAT-ın səlahiyyətləri, fəaliyyətini tənzimləyən normativ aktlar, yaradılmasının məqsədi haqqında ümumi məlumat verib. O, təmsil etdiyi qurumun Azərbaycandakı fəaliyyətinin əsas istiqamətlərinə aydınlıq gətirib. Tədbirin ikinci hissəsində Çeçenistan, Əfqanıstan, İran gənclərinin beynəlxalq münaqişələrə və praktikaya əsaslanaraq hüquqi statusu, onların təhsil və digər hüquqlarının realizəsi ilə əlaqədar, o cümlədən ölkəmizdə qarşılaşdıqları müxtəlif çətinliklərlə bağlı verdikləri suallar cavablandırılıb. Həmin problemlərin Azərbaycan dövləti və BMT QAT-ın hansı hüquq sənədləri ilə tənzimlənməsi və yardım prosedurları sxematik olaraq ətraflı şərh edilib.
    28.04.10 Məqaləni oxumaq
     
    Diplomat T.Musayev Nyu-York Universitetində Dağlıq Qarabağ problemi ilə bağlı mühazirə oxuyub
    Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin müşaviri Tofiq Musayev Nyu-York Universitetinin dəvəti ilə beynəlxalq hüquq və münasibətlər üzrə təhsil alan tələbələr qarşısında “Ermənistan və Azərbaycan arasında silahlı münaqişə: köklü səbəblər, nəticələr və həll üçün beynəlxalq hüquqi əsas” mövzusunda mühazirə ilə çıxış edib. Daimi nümayəndəlikdən KƏLAMİNFO-ya bildiriblər ki, mühazirədə Cənubi Qafqazda davamlı münaqişələrin bölgə dövlətlərinin təhlükəsizliyinə, müstəqilliyinə və demokratik inkişafına mane olan, bütün regionun qeyri-sabitliyinin əsas mənbəyi kimi siyasi-tarixi, hüquqi tərəflərinə toxunulub.
    27.04.10 Məqaləni oxumaq
     
    Katolikos II Qaregin: “Dağlıq Qarabağ münaqişəsinin həlli uzaqda deyil”
    Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin istəyirik. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Bakıda keçirilən Dünya dini liderlərinin sammitində bütün ermənilərin katalikosu II Qaregin söyləyib. “Münaqişə həll olunduqdan sonra Ermənistanla Azərbaycan arasında yeni sülhün bərqərar olunması təmin olunacaq. Düşünürəm ki, o gün uzaqda deyil. Regionda bütün bağlı qalan sərhədlər açılacaq və insanlar əvvəlki kimi yenə mehriban yaşayacaqlar. Necə ki, bizə şərait yaradıldı, azad şəkildə Bakıya gəldik”,-deyən Qaregin təklif edib ki, növbəti sammit Ermənistanda keçirilsin. “Əgər bu təklif qəbul olunarsa, Şeyxülislam Hacı Allahşükür Paşazadənin də Ermənistana gəlməsindən məmnunluq duyarıq”,-deyə katolikos vurğulayıb.
    27.04.10 Məqaləni oxumaq
     
    Hər gün yeni adətlərlə rastlaşan Bakı kəndləri
    “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı “Azərbaycan xalqının unudulmuş və unudulmaqda olan milli adət-ənənələrinin öyrənilməsi və təbliği” layihəsini həyata keçirir. Layihə çərçivəsində Bakı kəndlərində adət-ənənələrin yaşadılması ilə bağlı araşdırma aparmışıq. 
    25.04.10 Məqaləni oxumaq
     
    Hüseyn Bağırov “Ekologiya ili” çərçivəsində görülən işlərlə bağlı mətbuat konfransı keçirib
    Bu gün ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında ölkədə “Ekologiya ili” çərçivəsində görülən işlərlə bağlı mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, konfransda H.Bağırov bildirdi ki, cari ilin “Ekologiya ili” elan olunması son 4-5 ildə bu sahədə olan inkişafın məntiqi nəticəsidir. O, qeyd edib ki, artıq əvvəlki illərdən fərqli olaraq bu sahədə həyata keçirilən layihələrin sayında və mahiyyətində xeyli artım var. “Artıq ölkədə yaşıllaşdırma prossesi irimiqyaslı xarakter alıb. “Ekologiya ili”ndə Azərbaycanda görülən işlər təkcə acərbaycanlılar üçün deyil, bu dünyada gedən yaşıl hərəkata böyük töhfədir. Atmosfer sərhəd tanımır. Bunu son zamanlar baş verən qlobal hadisələr də təsdiq edir. Bunun üçün də suların təmizlənməsi, ətraf mühütin yaşıllaşdırılması və digər prosseslər qlobal mühitə təsir edəcək amillərdir”,-deyə nazir vurğulayıb.
    24.04.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 157 158 159 160 161 162 163 164 165 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30