Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 156 157 158 159 160 161 162 163 164 » #
    Tələbələr arasında “Breyn-rinq” intellektual oyunu keçirilir
    Bu gün “Hyatt-Regency” otelində faşizm üzərində Qələbənin 65 illiyi münasibətilə Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə “Breyn-rinq” intellektual oyunu keçirilir. KƏLAMİNFO xəbər verir ki, tədbirdə 10-a yaxın Böyük Vətən Müharibəsi iştirakçısı, gənclər və idman nazirinin müavini İntiqam Babayev və gənclər iştirak edir. İntellektual oyunda iştirak üçün 8 ali məktəbin eyni sayda komandası seçilib. İntellektual oyunun sualları Böyük Vətən müharibəsində ölkəmizin və azərbaycanlıların xidmətindən bəhs edir. Suallar “Atəşgah İntellektual Oyunu” İctimai Birliyi tərəfindən hazırlanıb. Qeyd edək ki, tədbirin açılışında bildirilib ki, oyunda iştirak edəcək ali məktəb komandasının biri qeyri-müəyyən səbəbdən oyuna qatılmayıb. Oyun davam edir. Nəticədə 3 komanda seçiləcək. Qaliblərə diplom və hədiyyələr təqdim olunacaq.
    07.05.10 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyi ümummilli liderə həsr olunan inşa yazı müsabiqəsi qaliblərini mükafatlandırdı
    Bu gün “Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasnın 87-ci ildönümü münasibətilə orta məktəblilər arasında təşkil olunan inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. KƏLAMİNFO xəbər verir ki, mərasim Yeni Azərbaycan Partiyası (YAP), Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib.
    07.05.10 Məqaləni oxumaq
     
    Avropa Şurası parlament seçkiləri ilə bağlı yardım planı hazırlayıb
    Avropa Şurası tərəfindən Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı müxtəlif sahələri əhatə edən yardım planı hazırlanıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Avropa Şurası Baş katibinin Azərbaycandakı nümayəndəsi Veronika Kotek söyləyib. Təmsil olunduğu qurumun qanunvericiliyin təkmilləşdirilməsi, media, vətəndaş cəmiyətini təmsil edən qurumlarla münasibətlər, seçkilərdə seçicilərin iştirakı məsələsinə diqqət yetirdiklərini vurğulayan V.Kotek əlavə edib ki, bir sıra tədbirlər də nəzərdə tutulub və bunlar konkretləşəndə elan oluncaq.
    07.05.10 Məqaləni oxumaq
     
    Ağsuda “Tarixi-mədəni irsə qayğıkeş münasibətin Heydər Əliyev nümunəsi” mövzusunda silsilə tədbirlər keçiriləcək
    Sabah Ağsu şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə “Tarixi-mədəni irsə qayğıkeş münasibətin Heydər Əliyev nümunəsi” mövzusunda silsilə tədbirlər keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) veriblər. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası və Ağsu rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşacaq tədbirin iştirakçıları ulu öndərin şəhərdəki abidəsini və Heydər Əliyev Muzeyini ziyarət etdikdən sonra Ağsu orta əsr şəhər yerində aparılan arxeoloji qazıntılarla tanış olacaqlar.
    06.05.10 Məqaləni oxumaq
     
    “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” mövzusunda publisistik məqalə müsabiqəsinin yekunlarına həsr olunan konfrans keçiriləcək
    Sabah Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” mövzusunda publisistik məqalə müsabiqəsinin yekunlarına həsr olunan konfrans keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AQUPDK-dən veriblər. Konfrans Suraxanı rayonu Heydər Əliyev Mərkəzində təşkil olunacaq.
    06.05.10 Məqaləni oxumaq
     
    Bakıda “Azərbaycan həbsxanalarında islahatlara dəstək” layihəsinin icrasına dair yekun konfrans keçirildi
    Bu gün “Park-İnn” otelində Azərbaycanın Ədliyyə Nazirliyi və Avropa Şurasının birgə həyata keçirdiyi “Azərbaycan həbsxanalarında islahatlara dəstək” layihəsinin icrasına dair yekun konfrans keçirildi. KƏLAMİNFO xəbər verir ki, konfransda çıxış edən Avropa Şurası Baş katibinin Azərbaycandakı nümayəndəsi Veronika Kotek təmsil olunduğu qurumun məhkumların şəraitinin yaxşılaşdırılmasına böyük önəm verdiyini söyləyib.
    06.05.10 Məqaləni oxumaq
     
    Gənc Vətənpərvərlər Birliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünü qeyd edib
    Gənc Vətənpərvərlər Birliyi (GVB) ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar “Vətən torpağını müdafiə etmək hər bir gənc üçün müqəddəs vəzifə olmalıdır” mövzusunda tədbir keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya İB-dən veriblər. Tədbirdə Birliyin İdarə Heyətinin üzvləri, yerli şöbələr, üzv olan İdman Federasiyaları, idman klubları və QHT-lərin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan birliyin sədri Müqamət Əliyev Azərbaycana və onun qüdrətli xalqına bəxş olunan görkəmli dövlət xadimi ümummilli lider Heydər Əliyevin hayat yolundan bəhs edib. “Bu böyük şəxsiyyət Azərbaycanın ən cətin və mürəkkəb dövrlərində hakimiyyətə gələrək dövləti xilas edib, millətin gələcəyini təmin edib. Onun idarəçiliyi müstəqillik, azərbaycançılıq, dövlətçilik, respublikaçılıq, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik, vətəndaş cəmiyyətinin qurulması və s. ümumbəşəri dəyərlər olan yeni bir ideologiyanın əsasını qoydu”,-deyə M.Əliyev vurğulayıb. Tədbirdə İdarə Heyətinin üzvüləri, GVB sədrinin müşaviri N.Niftiyev, Cü-Citsu Karate-do Fedrasiyasının nümayəndəsi Azad Quliyev, VCK üzrə Azərbaycan Karate-do Federasiyasının prezidenti Nurəddin Quliyev və digər qonaqlar çıxış ediblər. Tədbir mayın 10-na kimi davam edəcək.
    06.05.10 Məqaləni oxumaq
     
    “Qadınların ön və arxa cəbhədə rolu” mövzusunda elmi-praktik konfrans keçirilib
    Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Respublika Veteranlar Şurasının birgə təşkilatçılığı ilə “Qadınların ön və arxa cəbhədə rolu” mövzusunda elmi-praktiki konfrans keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Hicran Hüseynova konfransın faşizm üzərində qələbəninin 65 illik yubileyinə həsr olunduğunu bildirib. Komitə sədrinin sözlərinə görə, qələbənin əldə edilməsinin əsas səbəbkarlarından biri də məhz qadınlar olub. “Müharibə dövründə kənd təsərrüfat sahəsində çalışan insanların 70%-dən çoxunu qadınlar təşkil edib. Respublikamızı təmsil edən 170 mindən çox qadın müharibədə ön və arxa cəbhədə fədəkarcasına döyüşüblər”,-deyə H.Hüseynova vurğulayıb.
    05.05.10 Məqaləni oxumaq
     
    Sahil bağında gül bayramı təşkil olunub
    Bu gün Səbail rayonundakı Sahil bağında ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunan gül bayramı təşkil olunub. KƏLAMİNFO xəbər verir ki, Səbail rayonu və ARDNŞ-in nəzdində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, bələdiyyələrin kollektivləri, təhsil, səhiyyə və mədəniyyət işçilərinin gül-çiçəkdən hazırladıqları rəngarəng tablolar öz görünüşü və ifadəliyi ilə diqqəti cəlb edib, gözəlliyin, insan təxəyyülünün hədsiz imkanlarını nümayiş etdirir, hər kəsdə xoş ovqat yaradır. Ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın tər çiçəklərdən “toxunmuşâ€ť portret xalçası da, Qız qalası, Mömünə Xatın türbəsi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin güllərdən hazırlanmış maketləri də tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
    05.05.10 Məqaləni oxumaq
     
    Ombudsman Şağan qəsəbəsində yerləşən 3 saylı İnternat Evində olub
    Ombudsman Elmira Süleymanova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Bakı şəhəri Əhalinin Sosial Müdafiəsi İdarəsinin Şağan qəsəbəsində yerləşən 3 saylı İnternat Evinə növbəti baxış keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ombudsman Aparatından veriblər. O, İnternat Evindəki əqli qüsurlu uşaqların saxlanma şəraiti, qida təminatı, yataq yerləri, məşğələ otağı və digər obyektləri yoxlayıb, internat evinin direktoru, tərbiyəçilər, habelə buradakı uşaqlarla söhbət aparılıb, onların problemləri öyrənilib. İnternat Evinə əvvəlki baxışlar zamanı aşkar edilən bəzi nöqsanların artıq aradan qaldırıldığı müəyyənləşdirilib. Artıq hər bir uşaq ayrıca çarpayı və yataq ləvazimatı ilə təmin olunub. Ombudsman buradakı əlil uşaqlar üçün gətirdiyi hədiyyələri təqdim edib. Ombudsmana ƏƏSMN-in 3 saylı və Saray qəsəbəsindəki 7 saylı internat evlərinin binalarında Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir-bərpa işlərinin aparılması barədə məlumat verilib.
    05.05.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 156 157 158 159 160 161 162 163 164 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30