Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 155 156 157 158 159 160 161 162 163 » #
    ABŞ-dakı səfirliyimiz “Azərbaycan: ən cəlbedici faktlar və nailiyyətlər” adlı inşa müsabiqəsi keçirib
    Prezident İlham Əliyev tərəfindən ölkədə elan olunmuş “Ekologiya ili” çərçivəsində Azərbaycanın ABŞ-dakı səfirliyi Merilend Universitetində “Azərbaycan: ən cəlbedici faktlar və nailiyyətlər” adlı inşa müsabiqəsi keçirib. Müsabiqənin məqsədi Azərbaycanın zəngin təbiəti, ətraf mühiti, ekologiyası, həmçinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, adət-ənənələri ilə bağlı araşdırmalara amerikalı tələbələri sövq etmək olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya ABŞ-dakı səfirliyimizdən veriblər.
    14.05.10 Məqaləni oxumaq
     
    Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 239 akt və protokol tərtib olunub
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar. Nazirliyin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 239 akt və protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 102 göstəriş verilib. Ümumilikdə 43 iş üzrə 46900 manat məbləğində cərimə tətbiq edilib, ondan 7562,54 manat ödənilib.
    14.05.10 Məqaləni oxumaq
     
    BDU-da “Ekologiya ili” çərçivəsində görüş keçirilib
    Ölkə prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin “Ekologiya ili” elan olunması çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ekoloji maarifləndirmə istiqamətində müəyyən tədbirlər həyata keçirilir. KƏLAMİNFO xəbər verir ki, bu tədbirlərin davamı olaraq Bakı Dövlət Universitetinin müəllim və tələbə kollektivi ilə nazirliyin mütəxəssislərinin görüşü keçirilib.
    13.05.10 Məqaləni oxumaq
     
    İçməli su
    Ekologiyanın ən başlıca komponentlərindən biri kimi…

    Prezident İlham Əliyev 2010-cu il Azərbaycanda “Ekologiya ili” edib. İçməli su amili isə ekologiyanın ən başlıca komponentlərindən biridir. İçməli su neftdən sonra ilahi varlığın insanlara verdiyi ən qiymətli nemətdir. Bu isə təbii ki, tükənmək üzrədir. Bunun qarşısını almaq üçün ilk növbədə şirin yeraltı sulardan içmək və məişətdə işlətmək üçün istifadə olunmalıdır. İnsanlar əsrlər böyü bizə gəlib çatmış bu neməti dəyərləndirməli və gələcək nəsillər üçün qoruyub saxlamalıdılar. Bu gün təbii nemətlərin qorunması və balanslaşdırılmış istifadəsi üçün güclü ictimai nəzarətə ehtiyac duyulur. Lakin respublikada istismarda olan yeraltı suların 70-75% suvarma üçün istifadə edilir. Bundan başqa, təəssüf ki, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və bir sıra iri şəhər və qəsəbələrdə içməli su ilə avtomobil yuyulur. 
    13.05.10 Məqaləni oxumaq
     
    Qızıl Aypara Cəmiyyəti zərərçəkənlərə humanitar yardım etməyi qərara alıb
    Kür çayında suyun səviyyəsinin qalxması ilə bağlı baş verən təbii fəlakət nəticəsində zərər çəkən insanlara yardım göstərilməsi üçün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (QAC) rəhbərliyi və yerli bölmələri tərəfindən qiymətləndirmə işləri aparılaraq, fövqəladə vəziyyətdən zərər çəkən insanlara humanitar yardım edilməsi qərara alınıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan QAC-dan veriblər. Bu gün QAC-ın nümayəndə heyəti Zərdab rayonuna səfər edib. Səfərin məqsədi təbii fəlakətin baş verdiyi ərazidə zərər çəkən insanlara humanitar yardım göstərməkdir.
    13.05.10 Məqaləni oxumaq
     
    SAMF “Həsənbəy Zərdabi və “Əkinçi” adlı yeni kitab hazırlayır
    Söz Azadlığını Müdafiə Fondu (SAMF) milli mətbuatımızın qaranquşu sayılan “Əkinçi”nin çapdan çıxmasının 135 illiyi münasibətilə “Həsənbəy Zərdabi və “Əkinçi” adlı yeni kitabı çapa hazırlayır. SAMF-dən KƏLAMİNFO-ya verilən məlumata görə, kitabda xalqımızın qiraət müəllimi kimi yaddaşlarda yaşayan H.Zərdabi haqqında ayrı-ayrı mənbələrdən toplanan məlumatlar, xatirələrlə yanaşı, “Əkinçi” haqqında da indiyədək Azərbaycan dilində çap olunmayan yazılar oxucuların ixtiyarına veriləcək. Kitabın ön sözünün müəllifi Fodun sədri, şair Musa Yaqub, redaktoru əməkdar jurnalist Tahir Aydınoğlu, tərtibçiləri Vüqar Tofiqli və Nəzirməmməd Quliyevdir. Kitabda Zərdabi haqqında ötən əsrdə yazılanlarla bərabər, ədibin müasir tədqiqatçıları - professor İzzət Rüstəmov və Vəli Məmmədovun da araşdırmaları yer alıb.
    12.05.10 Məqaləni oxumaq
     
    SAM-da “Rusiya və Azərbaycanın Yaxın və Orta Şərqdə rolu” mövzusunda Dəyirmi masa keçiriləcək
    Bakıda Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Rusiya Strateji Araşdırmalar İnstitutunun (RSAİ) birgə layihəsi əsasında “Rusiya və Azərbaycanın Yaxın və Orta Şərqdə rolu” mövzusunda Dəyirmi masa keçiriləcək. SAM-dan KƏLAMİNFO-ya verilən məlumata görə, tədbirdə iştirak etmək üçün RSAİ direktoru Leonid Reşetnikovun başçılığı ilə nümayəndə heyəti mayın 13-15-də Azərbaycanda səfərdə olacaq. Azərbaycan və Rusiyanın tanınmış siyasi ekspertləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislərinin də iştirak edəcəyi toplantıda iki ölkə arasında mövcud siyasi, iqtisadi və mədəni əlaqələrə nəzər yetiriləcək və münasibətlərin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq.
    12.05.10 Məqaləni oxumaq
     
    UNİCEF-in regional direktoru Steven Allen ölkəmizdə səfərdədir
    Bu gün UNİCEF-in Mərkəzi və Şərqi Avropa, Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə regional direktoru Steven Allenin ölkəmizə səfəri başlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya UNİCEF-in Bakı ofisindən veriblər. Səfərin əsas məqsədi səhiyyə, təhsil və müdafiə sahəsində uşaqlar üçün əldə olunan nəticələrin təhlil edilməsindən ibarətdir. Səfər çərçivəsində S.Allen yüksək səviyyəli hökumət rəsmiləri, o cümlədən Baş nazirin müavini, xarici işlər, səhiyyə, sosial müdafiə, təhsil, gənclər və idman nazirləri, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Milli Məclisin sədri və vətəndaş cəmiyyətinin, beynəlxalq təşkilatların və Birləşmiş Millətlər Təşkilatının nümayəndələri ilə görüşü gözlənilir. Görüşlər zamanı S.Allen Azərbaycan uşaqlarının üzləşdikləri çətinliklər, Azərbaycan hökuməti və UNİCEF təərfindən onlara yardım etmək üçün görülən və “Uşaqlar üçün tam yararlı Azərbaycanın qurulması” təşəbbüsünə xidmət edən işlər barədə daha yaxşı məlumatlandırılacaq. Qeyd edək ki, mayın 13-də S.Allenin səfəri ilə bağlı mətbuat konfransı keçiriləcək.
    11.05.10 Məqaləni oxumaq
     
    Ombudsman Elmira Süleymanova Çinin Azərbaycandakı səfiri ilə görüşüb
    Ombudsman Elmira Süleymanova Çinin ölkəmizdəki səfiri Can Yannyanı qəbul edib. Ombudsman Aparatından KƏLAMİNFO-ya verilən məlumata görə, tanışlıq məqsədi daşıyan görüşdə E.Süleymanova ölkəmizlə Çin arasında dostluq münasibətləri, iqtisadiyyat, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb. E.Süleymanova rəhbərlik etdiyi qurum haqqında səfirə ətraflı məlumat verib. O qeyd edib ki, Azərbaycan Ombudsmanının fəaliyyətinin əsas strategiyasını heç bir ayrı-seçkiliyə yol vermədən hər kəsin əsas beynəlxalq müqavilələrdə təsbit olunan hüquq və azadlıqların səmərəli müdafiəsi təşkil edir.
    08.05.10 Məqaləni oxumaq
     
    Toy və yas
    Hər ikisində adət-ənənələr unudulur

    “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı “Azərbaycan xalqının unudulmuş və unudulmaqda olan milli adət-ənənələrinin öyrənilməsi və təbliği” layihəsini həyata keçirir. Layihə çərçivəsində Bakı kəndlərində adət-ənənələrin yaşadılması ilə bağlı araşdırma aparmışıq. 
    Uzun illər ərzində müstəqilliyini itirmiş xalqın milli-mənəvi dəyərləri deformasiyaya məruz qalmış, tarixin yalnız şifahi yaddaşına çevirilmişdir. Bu ənənələrin şifahi daşıyıcılarının böyük əksəriyyəti dünyadan köçmüş, bəziləri isə unutmuşlar. İndi biz keçmiş ənənələri ən yaxşı halda kitablarda, bu və ya digər tədqiqatçıların əsərlərindən oxuya bilirik.   
    07.05.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 155 156 157 158 159 160 161 162 163 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30