Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 154 155 156 157 158 159 160 161 162 » #
    MŞ-da informasiya almaq və yaymaq hüququnu məhdudlaşdıran qanunvericilik aktları ilə bağlı seminar keçirildi
    Bu gün Mətbuat Şurasında (MŞ) Jurnalistlərin Həmkarlar İttifaqı (JHİ) KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşən “İnformasiya almaq və yaymaq hüququnu məhdudlaşdıran qanunvericilik aktları barədə jurnalistlərin məlumatlandırılması” layihəsi çərçivəsində seminar keçirdi. KƏLAMİNFO xəbər verir ki, seminarda çıxış edən JHİ-nin sədri Müşfiq Ələsgərli layihənin həyata keçirilməsini zəruri edən səbəblərdən bəhs etdi. O qeyd etdi ki, Azərbaycanda jurnalistlərin sərbəst şəkildə informasiya toplaması və yayması üçün müvafiq qanunvericilik bazası yaradılsa da, ölkədə bu sahədə problemlər hələ də qalmaqdadır. Ay ərzində MŞ-nin Şikayətlər üzrə Komissiyasına 30-a yaxın şikayətin daxil olduğunu vurğulayan M.Ələsgərli qeyd etdi ki, bunun da 60 faizi şəxsi həyatın toxunulmazlığı ilə bağlıdır. Bəzən jurnalistlərin fəaliyyəti zamanı yanlışlığa yol verildiyini diqqətə çatdıran M.Ələsgərli bunun da müəyyən problemlər və məhkəmə çəkişmələrinə gətirib çıxardığını söylədi.
    20.05.10 Məqaləni oxumaq
     
    Bu gün Laçının ermənilər tərəfindən işğalından 18 il ötür
    Bu gün Azərbaycanın Laçıb rayonunun erməni işğalçıları tərəfindən işğalından 18 il ötür. KƏLAMİNFO xəbər verir ki, 1992-ci il mayın 18-də erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan edib. Laçının işğalı nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb. 1835 kvadrat kilometr ərazisi olan rayonun 121 kəndi var. Laçının işğalı zamanı 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal altında 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi qalıb. 1992-ci ilin mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Laçın ətrafında yerləşən rayon və yaşayış məntəqələrini işğal edən erməni silahlı qüvvələri intesiv olaraq ağır artileriya silahlarından rayon mərkəzini atəşə tutublar. 1992-ci il may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu Laçını işğal edib.
    19.05.10 Məqaləni oxumaq
     
    “Azərbaycan Dəmir Yolları” QSC üzrə 2010-cu ilin yaz əkin mövsümündə 22 min ədəd ağac və kol bitkiləri əkilib
    Sumqayıt-Baş Güzdək mənzilində ting yetişdirmə məntəqəsinin yaradılması məqsədilə müəyyən edilən sahədə dəmir yolu müəssisələri və idarə aparatı işçilərinin iştirakı ilə keçirilən ağac əkmə kampaniyasında 4500 ağac əkilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nəqliyyat Nazirliyindən veriblər. Artıq 12,6 ha qoruyucu meşə zolağı bərpa edilib və işlər hazırda da davam etdirilməkdədir. Bu ərazinin qorunub saxlanması və suvarılması üçün 2 ədəd su maşını, 2 ədəd arx qazan traktorun alınması üçün hazırda lazımi tədbirlər həyata keçirilir. Ümumilikdə “Azərbaycan Dəmir Yolları” QSC üzrə 2010-cu ilin yaz əkin mövsümündə 22 min ədəd müxtəlif növdə ağac və kol bitkiləri əkilib.
    18.05.10 Məqaləni oxumaq
     
    Kür və Araz çaylarında monitorinq keçirilib
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə may ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ETSN-nin mətbuat xidmətindən veriblər. Cari ayın I ongünlüyündə Kür çayında suyun sərfi aprel ayının III ongünlüyünə nisbətən 11 m3/san artaraq 915 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.
    18.05.10 Məqaləni oxumaq
     
    “İRƏLİ” İtaliyada gənclər mübadiləsi və təlim proqramında iştirak edəcək
    18-28 may tarixləri arasında İRƏLİ İctima Birliyinin Gənclər Fəaliyətdə proqramı üzrə koordinatoru Nərmin Əhmədli Avropa Şurası, Gənclər Fəaliyyətdə proqramı, Genti de Mesu, İmpronta Giovani və “Youth for Exchanging and Understanding” beynəlxalq gənclər təşkilatlarının dəstəyilə İtaliyanın Bari şəhərində keçiriləcək “Konfliktlərin həlli” üzrə beynəlxalq gənclər mübadiləsi və təlim proqramında iştirak edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İRƏLİ”-dən veriblər. Təlim proqramı gənc transformatorlar müxtəlifliyin və gənc liderlər müxtəlif mədəniyyətlərə mənsub olan gənclər işində konfliktlərin idarə olunması istiqamətlərində aparılacaq. Tədbirdə Albaniya, Azərbaycan, Belarus, Bosniya və Hersoqovina, Kipr, Çexiya, Misir, Estoniya, Fransa, Makedoniya, Almaniya, Yunanıstan, İtaliya, Latviya, Litva, Moldova, Malta, Mərakeş, Fələstin, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, İspaniya, Tunis, Ukrayna, Birləşmiş Krallıq, Avstriya və Niderlanddan 60 gənc iştirak edəcək.
    17.05.10 Məqaləni oxumaq
     
    “EKO-2010” Ekologiya Koalisiyası Nizami rayonunda ilk tədbirini keçirib
    “EKO-2010” Ekologiya Koalisiyası Nizami rayon Gənclər və İdman İdarəsi ilə birgə, “Azərsun Holdinq” və “Mətanət A“ şirkətinin maliyyə dəstəyi ilə Nizami rayonunda tədbir keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya “EKO – 2010” Ekologiya Koalisiyasından veriblər. Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibəti ilə reallaşıb. Aksiya yarış marafonu çərçivəsində keçirilib. Yarış orta məktəblərin yuxarı sinif şagirdlərindən ibarət 200-300 gənc arasında təşkil olunub. Aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin ekologiyamızın qorunması ilə bağlı dediyi kəlamlardan ibarət şüarlar yazılmış köynəklər geyiniblər.
    17.05.10 Məqaləni oxumaq
     
    Lənkəranda region jurnalistləri üçün İnformasiya Mübadilə Şəbəkəsi yaradılıb
    Lənkəranda Azərbaycan Jurnalistlər Birliyinin Media Resurs Mərkəzi nəzdində “Jurnalistlərin İnformasiya Mübadilə Şəbəkəsi” fəaliyyətə başlayıb. Lənkəran Media Resurs Mərkəzindən KƏLAMİNFO-ya bildiriblər ki, şəbəkə Prezident Yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi verdiyi “Jurnalistlərin İnformasiya - Mübadilə Şəbəkəsi” layihəsi çərçivəsində fəaliyyət göstərəcək. Layihənin koordinatoru, Media Resurs Mərkəzinin rəhbəri Xaqani İbadov Azərbaycan Jurnalistlər Birliyinin yeni layihəsi barədə məlumat verib. Bildirib ki, İnformasiya-Mübadilə Şəbəkəsinin yaradılması cənub bölgəsində fəaliyyət göstərən jurnalistlər ücün faydalı olacaq. Onun sözlərinə görə, layihənin əsas məqsədlərindən biri bölgədə baş verən hadisələrin, prosseslərin işıqlandırılması üçün birgə informasiya mübadilə şəbəkəsinin qurulmasına nail olmaqdır. “Mübadilə şəbəkəsinə qoşulan yerli jurnalistlər regional, ölkə əhəmiyyətli məlumatların əldə edilməsi və mübadiləsi üçün vacib meydan əldə edəcəklər.
    15.05.10 Məqaləni oxumaq
     
    Naxçıvan MR Ali Məclisinin deputatı: “Bəzi qəzetlər Naxçıvan adı altında “alver” edirlər”
    Mətbuat Şurası tərəfindən “reketçilik” fəaliyyətlərinə görə adları “qara siyahıya” düşən mətbu orqanları sırasında “Böyük Naxçıvan”, “Naxçıvan press”, “Müasir Naxçıvan”, “Naxçıvanın səsi” qəzetləri də var. Bu qəzetlərin Naxçıvan Muxtar Respublikası ilə heç bir əlaqəsi olmayıb. Sadəcə bir qrup “mətbuat dəllalı” bu adda qəzetlər təsis etməklə öz çirkin məqsədlərini həyata keçirməyə çalışıblar. Bu barədə açıqlamanı KƏLAMİNFO-ya Naxçıvan MR Ali Məclisinin deputatı, əməkdar jurnalist Məmməd Məmmədov verib. 
    M.Məmmədov bildirib ki, bu günədək Naxçıvan adı ilə bağlı 15-ə yaxın adda qəzet rəsmi qeydiyyatdan keçib, ara-sıra mətbu bazarımızdakı çoxçeşidli məhsullar sırasında  görünə biliblərsə, onda onu necə də qınayasan? Onun sözlərinə görə, “Ulu Naxçıvan”, “Böyük Naxçıvan”, ”Müasir Naxçıvan”, “Yeni Naxçıvan”, “Naxçıvanın səsi”, “Naxçıvan bu gün”, “ Naxçıvan press” və s. adda qəzetlərin hansı amal və məzhəbə qulluq etmələri də heç kəsə aydın olmayıb.
    15.05.10 Məqaləni oxumaq
     
    Binəqədidə “Ailə, sağlamlıq və məktəb” mövzusunda tədbir keçirilib
    Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən Beynəlxalq Ailə Günü münasibətilə “Ailə, sağlamlıq və məktəb” mövzusunda tədbir keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya rayon İcra Hakimiyyətinin İctimai-siyasi şöbənin müdri Natiq Əliyev verib.
    Tədbir YAP-ın Binəqədi Raoynu təşkilatında baş tutub.
    Təbiri giriş sözü ilə rayon İcra başçısının müavini Eldar Ağayev açıb. O qeyd edib ki, Ailə cəmiyyətin əsas təsisatlarından biri olaraq bəşəri dəyərlərin, mədəniyyətin  və nəsillərin tarixi varisliyinin qoruyucusudur. “İnsan həyatı ailədən başlayır. Burdan da onun bir vətandaş kimi formalaşması prossesi baş verir. Ailənin müvəffəqiyyəti, firavanlığı və xöşbəxtliyi ölkənin tərəqqisisinin əsas göstəricisidir. Azərbaycanda bu gün ailə dəyərlərinə böyük önəm verilir. Məhz bu problemlərlə məşğul olmaq üçün Ailə, qadın və uşaqlara dair dövlət siyasətinin daha mütəşəkkil həyata keçiriliməsi məqsədilə ölkə prezidentin Sərancamı ilə Dövlət Komitəsi yaradılıb”,-deyə E.Ağayev vurğulayıb.
    15.05.10 Məqaləni oxumaq
     
    “EKO 2010” Ekologiya Koalisiyası ilin sonuna kimi müxtəlf səpkili layihələr həyata keçirəcək
    “EKO 2010” Ekologiya Koalisiyası ilin sonuna kimi müxtəlf səpkili layihələr həyata keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində “EKO 2010” Ekologiya Koalisiyasının koordinatoru Ramiz Alıyev verib. O, bildirib ki, layihənin yaradılmasının əsas səbəbi, ölkə prezidentinin Səracamı ilə 2010-ci il ölkəmizdə “Ekologiya ili” elan olunmasıdır. “Cənab Prezidentin dövlətimizin çiçəklənməsi üçün apardığı hərtərəfli uğurlu siyasətin tərkib hissəsi olan insan kapitalı, ekoloji problemlərin həlli üçün apardığı məntiqli siyasət gənclər və ictimaiyyət tərəfindən dəstəklənir. Məhz elə bu məqsədlə Azərbaycan Gənclər Mərkəzi İctimai Birliyinin təşəbbüsü ilə dövlət, özəl və QHT-lərdən ibarət “EKO 2010” Ekologiya Koalisiyası yaradılıb”,-deyə R.Alıyev bildirib.
    14.05.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 154 155 156 157 158 159 160 161 162 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30