Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 153 154 155 156 157 158 159 160 161 » #
    Bakıda “Sənətşünaslıq və fəlsəfə: fənlərarası metodologiya” mövzusunda ikigünlük beynəlxalq elmi konfrans işə başlayıb
    Bu gün Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda “Sənətşünaslıq və fəlsəfə: fənlərarası metodologiya” mövzusunda ikigünlük beynəlxalq elmi konfrans işə başlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə verib.
    İ.Məmmədzadə bildirib ki, AMEA-nın Memarlıq və İncəsənət İnstitutu ilə birgə keçirilən konfransın ilk günündə Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Türkmənistan, Misir və digər ölkələrin alimləri mövzu ilə bağlı fikir mübadiləsi aparıblar.
    25.05.10 Məqaləni oxumaq
     
    Bakıda “Gender bərabərliyi: de-yure və de-fakto bərabərliyinin təmin olunması” mövzusunda VII konfrans işə başladı
    Bu gün Bakıda, “Gülüstan” sarayında Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin “Gender bərabərliyi: de-yure və de-fakto bərabərliyinin təmin olunması” mövzusunda VII konfransı işə başladı. KƏLAMİNFO-ya xəbər verir ki, Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə prezident İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxudu. Sonra Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva çıxış etdi. M.Əliyeva Azərbaycan hökuməti və Avropa Şurasının birgə təşkilatçılığı ilə keçirilən ikigünlük konfransda qadınlar və kişilər arasında bərabərliyin təmin olunması məsələləri müzakirə olunacağını bildirdi.
    25.05.10 Məqaləni oxumaq
     
    Mənəviyyatsız verilişlər bizləri hara sürükləyir…
    Hər bir ölkədə müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı nə qədər müsbət keyfiyyətlər əxz etsə də, onun mənfi təsirlərindən də yan keçmək olmur. İnsanlar öz mənəvi dəyərlərini və mental əxlaqi prinsiplərini müasirliklə əvəzləyərək zamanın acımasız qasırğasına qurban veririrlər.

    Tarixə ekskurs etsək heç zaman adət ənənələrimizin və milli mənəvi dəyərlərimizin son illərdəki kimi sürətlə müasirləşməyə meyilləndiyini müşahidə edə bilmərik. Bəlkə də bu daha çox keçmişdə informasiya-kommunikasiya texnologiyalarının olmaması ilə əlaqədar idi. 
    Əlbətdə, indi gözəl zamanda yaşayırıq. Zamanın günahı nədir ki? İnsan yalnız aciz olanda uğursuzluğunu zamanın, mühitin və nə bilim daha nələrin üzərinə atır. Amma... Hə, deyirəm, kaş bu əmma olmasaydı…
    22.05.10 Məqaləni oxumaq
     
    “İRƏLİ” və AESMF “22 May Biomüxtəliflik Günü” ilə əlaqədar aksiya keçirəcək
    “İRƏLİ” İctimai Birliyi və Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu mayın 22-də “22 May Biomüxtəliflik Günü” ilə əlaqədar aksiya keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İRƏLİ”-dən veriblər. “İRƏLİ” İctimai Birliyinin məqsədi ictimaiyyət arasında bu istiqamətdə geniş ekoloji maarifləndirmə işini həyata keçirməkdir. “İRƏLİ” dünyada Ekologiya ilə bağlı gedən proseslərə fəal qoşularaq maarifləndirmə məqsədilə bu istiqamətdə minlərlə buklet çap etdirib. Bukletlərin əhaliyə paylama aksiyasını başlamazdan əvvəl tədbirin rəsmi açılış mərasiminin keçirilməsi nəzərdə tutulub. Tədbirin rəsmi açılışında Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, BMT və KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.
    21.05.10 Məqaləni oxumaq
     
    BİQ Cəlilabadda seminar-müşavirə keçirib
    İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu (BİQ) Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Erkən nigah və qan qohumluğu sosial problem kimi” layihəsi çərçivəsində Cəlilabad rayonunda təlim xarakterli seminar-müşavirə keçirib. Təlimi BİQ-in həmsədri Şahin Camalov, layihənin koordinatoru Ramiz Sevdimaliyev, hüquqşünas Ehtibar Abdullayev və həkim-terapevt Şəfiqə Əliyeva aparıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya BİQ-dən veriblər. Təlimdə Cəlilabad rayonunun bir sıra kəndlərinin icra nümayəndələri, bələdiyyə üzvləri, məktəb direktorları və onların tərbiyə məsələləri üzrə müavinləri, müəllimlər, polis əməkdaşları, həkimlər, Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialının tələbələri iştirak edib. Təlim zamanı erkən nigahın və qan qohumluğunun sosial xarakteri, hüquqi və tibbi fəsadlarından danışılıb, mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
    21.05.10 Məqaləni oxumaq
     
    “Yaşıl Yaşa” velosiped turu zamanı ekoloji maarifləndirmə işləri aparılacaq
    Aqro İnformasiya Mərkəzi (AİM) may ayının 22-də Beynəlxalq Bioloji Müxtəliflik Günündə Mərkəzi Aranda ilk dəfə olaraq geniş miqyaslı “Yaşıl Yaşa” velosiped turu keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AİM-dən veriblər. “Yaşıl Yaşa” velosiped turunun keçirilməsində məqsəd yerli əhalinin diqqətini ətraf mühitin mühafizəsinə cəlb etmək və ekoloji nəqliyyat vasitəsi olan velosipedi əhali arasında təbliğ etməkdir. Tura təşkilatın heyət üzvləri, Amerika Sülh Korpusunun Könüllüləri və digər təşkilatların nümayəndələri, eləcə də regionda yaşayan gənclər dəstək verəcək.
    21.05.10 Məqaləni oxumaq
     
    BMT Baş katibinin nümayəndəsi Füzuli və Beyləqanda məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə olub
    BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi V Kalin bu gün məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları bölgələrdə olub. KƏLAMİNFO xəbər verir ki, V.Kalin və onu müşayiət edənlər əvvəlcə havadan Füzuli rayonunda məcburi köçkünlər üçün salınmış Zobucuq qəsəbələrinə baxıblar. Qonağa məlumat verilib ki, bu beş qəsəbədə rayonun işğal altında olan yaşayış məntəqələrinin sakinləri məskunlaşıblar. Qəsəbələrdə 4179 ev var. Sonra V.Kalin Beyləqan rayonu ərazisində “Xocavənd-500” qəsəbəsində sakinlərlə görüşüb. Qonaqları Xocavənd və Beyləqan rayonları İcra hakimiyyətlərinin başçıları Eyvaz Hüseynov və İrşad Əliyev qarşılayıblar. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov V.Kalinə qəsəbələr barədə məlumat verib.
    21.05.10 Məqaləni oxumaq
     
    DQMK sədri Bəhram Xəlilov Türkiyənin Dövlət Kadrlar İdarəsinin nümayəndə heyəti ilə görüşüb
    Türkiyənin Dövlət Kadrlar İdarəsinin nümayəndə heyəti Azərbaycanda səfərdədir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) mətbuat katibliyindən veriblər. “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2010-2011-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı” çərçivəsində reallaşan səfər təcrübə mübadiləsi, dövlət qulluqçularının qarşılıqlı səfərləri və digər məsələlərlə əlaqədar olub. Səfər çərçivəsində qonaqları qəbul edən DQMK-nin sədri Bəhram Xəlilov bildirib ki, iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi, dövlət qulluğu məsələlərində də əməkdaşlıq yüksək səviyyədədir. Onun sözlərinə görə, qarşılıqlı səfərlər mövcud əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.
    21.05.10 Məqaləni oxumaq
     
    Milli Məclisin növbəti iclasında Azərbaycanın 2009-cu il dövlət büdcəsinin icrası müzakirə olunacaq
    Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib. KƏLAMİNFO xəbər verir ki, iclasda ”Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsi müzakirə olunub. Komitə sədri Ziyad Səmədzadə dünyanı bürümüş iqtisadi və maliyyə böhranına baxmayaraq, Azərbaycanda həyata keçirilmiş düşünülmüş siyasət tədbirləri nəticəsində ötən il əldə olunmuş nailiyyətlər barədə məlumat verib. Maliyyə naziri Samir Şərifov 2009-cu il dövlət büdcəsinin icrası ilə bağlı geniş məlumat verib. Çıxış edən deputatlar və aidiyyatı nazirliklərin nümayəndələri qanun layihəsi ilə əlaqədar təkliflərini verib və sənədin Milli Məclisin mayın 25-də keçiriləcək iclasında müzakirəyə çıxarılmasını tövsiyə edib.
    21.05.10 Məqaləni oxumaq
     
    GTM “Ekoloji yay məktəbləri” təşkil edəcək
    Gənclər üçün Təhsil Mərkəzi cari ilin iyul və avqust aylarında “Ekoloji yay məktəbləri” təşkil edəcək. Mərkəzdən KƏLAMİNFO-ya verilən məlumata görə, əsas məqsəd gənclərin ekoloji biliklərinin artmasını və tərbiyə olunmasını təşviq etməkdir. Yay məktəbləri zamanı gənclərə ətraf mühitlə bağlı praktiki biliklər veriləcək, onlarla birgə müxtəlif ekoloji aksiyalar, ekskursiyalar və digər tədbirlər təşkil olunacaq.
    20.05.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 153 154 155 156 157 158 159 160 161 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30