Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 152 153 154 155 156 157 158 159 160 » #
    Dubay: Bu şəhəri ancaq görməklə kəşf etmək olar. II yazı
    Səfərimizin ikinci günü qrupa rəhbərlik edən Tatyana Mikayılova və Tarıyel Cəlallı proqramda nəzərdə tutulduğu kimi bizi “Playnation” Mərkəzi, “Mirdiff City center” Ticarət Mərkəzi və “I-FLY Dubai”-də maraqlı əyləncənin gözlədiyini bildirdi. 

    Qeyd olunan əraziyə yollanarkən yol boyu Dubayın digər gözəlliklərinin də şahidi oluruq. Şəhərdəki göydələnləri görəndə heyrətlənməyə bilmirsən. Müasir üslubda tikilən hündür və göz oxşayan binalar, rahat yollar, yol kənarında, səhrada yaradılan yaşıllıq zolaqları Dubayı turistlər üçün daha da cəlbedici edir. Təsadüfü deyil ki, məhz bu gözəllikləri seyr etmək üçün gün ərzində Dubaya 1 milyona yaxın turist gəlir. Dünyanın ən hündür binası olan “Bürc Xəlifə” (826 metr. bu barədə bir qədər sonra) və Fars körfəzində əsrarəngiz bir guşədə salınmış yelkənli qayığı xatırladan "Bürc əl-Ərəbi" oteli isə Dubayın simvolları hesab olunur.  Qısası qaldığımız oteldən “Mirdiff City center”ə necə çatdığımızı hiss etmədik. 
    02.06.10 Məqaləni oxumaq
     
    Bu gün Ümumdünya Tütünlə Mübarizə Günü kimi qeyd olunur
    Bu gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Ümumdünya Tütünlə Mübarizə Günü kimi qeyd olunur. KƏLAMİNFO xəbər verir ki, ilk dəfə bu gün beynəlxalq ictimaiyyətin diqqətini tütün epidemiyası və onun ölümcül təsirlərinə cəlb etmək məqsədi ilə 1987-cü ildə qeyd olunub. Hər il bu gün müxtəlif mövzu altında keçirilir. Cari ilin mövzusu isə “Gender və tütün”dür. ÜST bu gün əsas diqqəti tütün marketinqi və tütünçəkmənin qadın və qızlara törətdiyi zərərli təsirlərinə yönəltməyə cəhd göstərəcək. Tütünlə mübarizənin bütün vacibliyi və əhəmiyyətini nəzərə alaraq Azərbaycan hökuməti 1993-cü ildə öz üzərinə bir sıra öhdəliklər götürərək tütünlə mübarizədə Avropa strategiyası üzv ölkələrlə birləşdi. 1995-ci ildə ÜST Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə Səhiyyə Nazirliyi nəzdində tütünlə mübarizə Koordinasiya Şurası yaradılıb. 2000-ci ildə Milli Məclisi “Reklam” haqqında Qanuna tütün məhsullarının kütləvi informasiya vasitələri və ictimai yerlərdə reklamını qadağan edən dəyişikliyi qəbul edib.
    01.06.10 Məqaləni oxumaq
     
    Əlil və kimsəsiz uşaqlar üçün kiçik toy məclisi keçiriləcək
    Sabah, 1 iyun Beynəlxalq Uşaq Günü ilə bağlı “Dünya Azərbaycanlıları” İctimai Mərkəzi “Həyat” şadlıq sarayında əlil və kimsəsiz uşaqlar üçün kiçik toy məclisi keçirəcək. KƏLAMİNFO-nun məlumatına görə, mərkəzin sədri Zaur Mirzə-zadə bildirib ki, kiçik toy məclisi 3 saylı Uşaq Evinin uşaq sakinləri və kimsəsiz əlil uşaqlar üçün olacaq. Onun sözlərinə görə, ““Dünya Azərbaycanlıları” İctimai Mərkəzi “Zümrüd Production” ilə Azərbaycanın milli adət-ənənələrinə uyğun möhtəşəm kiçik toy məclisi keçirəcək. Kiçik toy məclisində Azərbaycanın ictimai-siyasi xadimləri, millət vəkilləri, tanınmış elm adamları, diplomatik korpusun nümayəndələri və estrada ulduzları iştirak edərək, əlil, yetim və kimsəsiz uşaqları sevindirəcəklər.
    31.05.10 Məqaləni oxumaq
     
    Jurnalistlərin ilk mənbədən informasiya almalarına dəstək layihəsi çərçivəsində sorğulara başlanılıb
    Zərdabi Mətbuat Mərkəzi (ZMM) Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı “Jurnalistlərin ilk mənbədən informasiya almalarına dəstək: media monitorinqi və sorğuların təşkili başlıca amil kimi” layihəsi çərçivəsində sorğuların keçirilməsinə başlayıb. ZMM-dən KƏLAMİNFO-ya verilən məlumata görə, sorğu iki istiqamətdə aparılacaq.
    31.05.10 Məqaləni oxumaq
     
    ADU-da “2010 - Ekologiya ilidir” adlı tədbir keçirilib
    Mübariz Aslanov/AZADİNFORM. Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) Mülki müdafiə kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı ilə ADU-nun İnformasiya Resurs Kompleksində (İRK) “2010 - Ekologiya ilidir” adlı tədbir keçirilib. AZADİNFORM xəbər verir ki, tədbirdə adıçəkilən kafedranın müəllimləri və 1 Âąli İngilis dili fakültəsinin II kurs tələbələri iştirak edib.
    28.05.10 Məqaləni oxumaq
     
    Səbail rayonunda 28 May - Respublika Günü münasibəti ilə tədbir keçirilib
    Səbail rayonu 190 saylı orta məktəbdə Milli Təhlükəsizlik orqanları veteranları və gənclərin nümayəndələrinin iştirakı ilə 28 May – Respublika gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səbail rayon İH-dən veriblər. Tədbiri 190 saylı məktəbin direktoru, əməkdar müəllim Afət Bakıxanova açaraq 1918-ci il mayın 28-də müsəlman dünyasında ilk olaraq Azərbaycan Demokratik Respublikasının yaranmasının elan olunduğunu bildirib. O, əlavə edib ki, Tiflis şəhərində keçirilən Milli Şuranın ilk toplantısında Müstəqillik Bəyannaməsi qəbul olunub, daha sonra Milli hökumət Gəncə şəhərinə köçərək fəaliyyətə başlayıb. Tədbirdə Milli Təhlükəsizlik orqanlarının veteranları, istefada olan polkovniklər Ş.Hacıkərimov və A.Zeynalov, Səbail rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ö.Ağayev, Dövlət İdarəçilik Akademiyasının tələbəsi B.Budaqlı çıxış ediblər.
    27.05.10 Məqaləni oxumaq
     
    Ombudsman Avropa Şurası Baş katibinin müavini ilə görüşüb
    Ombudsman Elmira Süleymanova ölkəmizdə səfərdə olan Avropa Şurası (AŞ) Baş katibinin müavini Mod de Bur Bukikkio ilə görüşüb. Ombudsman Aparatından KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə Ombudsman AŞ ilə Azərbaycan arasında səmərəli tərəfdaşlıq münasibətlərini diqqətə çatdırıb, təsisatın bu nüfuzlu beynəlxalq qurumun struktur bölmələri ilə qarşılıqlı əməkdaşlıq əlaqələri qurduğunu vurğulayıb. O, ölkəmizdə uğurla tətbiq olunan İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) həyata keçirilməsi ilə bağlı Ombudsmanın fəaliyyəti, bu planın icrası vəziyyəti barədə məlumat verib. E.Süleymanova qonağın nəzərinə çatdırıb ki, cari ilin iyununda keçiriləcək “İnsan hüquqları və ətraf mühit: iqlim dəyişmələrinin hüquqi və etik aspektləri” mövzusunda Ombudsmanların VIII Beynəlxalq Bakı konfransında Avropa Şurasının nümayəndəsinin iştirakı mühüm əhəmiyyət kəsb edərdi.
    26.05.10 Məqaləni oxumaq
     
    “İnformasiya cəmiyyətinin jurnalisti” layihəsinin yekunlarına həsr olunan təqdimat mərasimi keçiriləcək
    Sabah Multimedia Mərkəzi tərəfindən həyata keçirilən “İnformasiya cəmiyyətinin jurnalisti” layihəsinin yekunlarına həsr olunan təqdimat mərasimi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Multimedia Mərkəzindən veriblər. Mərasimdə layihə çərçivəsində keçirilən treninqlərdə iştirak edən Jurnalistlərə Sertifikatlar təqdim olunacaq. Həmçinin “İnformasiya cəmiyyətinin jurnalisti” mövzusunda keçirilən müsabiqənin qalibləri elan olunacaq və onlara diplomlar, hədiyyələr təqdim olunacaq. Qeyd edək ki, bu il keçirilən “İnformasiya cəmiyyətinin jurnalisti” layihəsi çərçivəsində 6 gün treninq keçirilib, 8 ekspert tərəfindən təlimlər aparılıb, 20 nəfər treninqləri uğurla başa vurub, Müsabiqəyə 14 yazı təqdim olunub.
    26.05.10 Məqaləni oxumaq
     
    Heydər Əliyev Fondu Səbail rayonundakı 236 saylı orta məktəbdə əsaslı təmir işlərinə başlayır
    Heydər Əliyev Fondu Səbail rayonu 236 saylı məktəbin əsas təhsil korpusunun əsaslı surətdə təmir olunması barədə qərar qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səbail rayon İH-dən veriblər. İlk növbədə məktəbin 2600 kv. metrlik dam örtüyü, buradakı bütün siniflər, yardımçı otaqlar və fənn kabinələri, idman və akt zallarının əsaslı təmiri, qapı və pəncələrərin yeniləri ilə əvəz olunması, döşəməsinin yenisi ilə əvəzlənməsi işləri aparılacaq. Məktəbin həyətində də təmir-abadlıq işləri görüləcək, yeni ağac və kollar əkiləcək, həyətə asfalt örtüyü çəkiləcək. Təmirdən sonra sinif otaqları və fənn kabinələri hər cür avadanlıqlarla təmin olunacaq. Görülən işlərin yeni dərs ilinin başlanğıcında başa çatdırılması nəzərdə tutulub.
    26.05.10 Məqaləni oxumaq
     
    “İRƏLİ” Media Akademiyanın yaranmasını elan edib
    “İRƏLİ” İctimai Birliyi Media Akademiyanın yaranmasını elan edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İRƏLİ”dən veriblər.
    Akademiya nativ jurnalistika–peşə kursu formatında fəaliyyət göstərəcək. Akademiyanın tərkibində fəaliyyət göstərən “Radio”da və “İRƏLİ Prodakşn”da gənclər arzusunda olduqları layihələri gerçəkləşdirmək, ölkənin irəlidə gedən xəbər agentlikləri, qəzetləri, radio və televiziyalarında staj keçmək, jurnalistikanın bütün sirlərini sektorun tanınmış simalarından öyrənmək imkanı əldə edəcəklər.
    Layihə gələcəyini mediada görən, karyerasını KİV-də qurmaq istəyən, jurnalistikaya meyl edib bunu keçici bir həvəs hesab etməyən, nəhəng media strukturunda “mən də varam” iddiası ilə professional jurnalist olmağa qərar verən gənclərin layihəsidir.
    26.05.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 152 153 154 155 156 157 158 159 160 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30