Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 151 152 153 154 155 156 157 158 159 » #
    AVCİYA parlament seçkilərilə əlaqədar Xaçmazda tədbir keçirib
    Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı ölkədə keçiriləcək parlament seçkilərilə əlaqədar regionlarda fəaliyyətini daha da gücləndirib. Bunula bağlı ilk tədbir AVCİYA-nın Xaçmaz şəhərində yerləşən regional ofisində keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya AVCİYA-nın mətbuat xidmətindən veriblər. Tədbirdə AVCİYA Seçki Qərargahının cari ildə regionlarda görəcəyi işlər müzakirə edilib. Seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, AVCİYA bununla bağlı işini üç mərhələdə qurmağı planlaşdırıb. İlk növbədə Assosiasiyanın regional ofislərinin işinin parlament seçkilərinə uyğunlaşdırılması, növbəti mərhələdə regionlarda seçici fəallığının artırılması üçün seminarların keçirilməsi nəzərdə tutulub. Üçüncü mərhələdə isə müşahidəçilər üçün treniqlər keçiriləcək. Tədbrlərin digər regional ofislərdə də keçirilməsi nəzərdə tutulub. Növbəti mərhələdə isə seçki müşahidəçiləri üçün Yaddaş kitabçalarının nəşr olunub yayılması planlaşdırılıb.
    10.06.10 Məqaləni oxumaq
     
    Sumqayıtda I Şəhər Ekoloji Forumu keçirilir
    Sumqayıtda ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyi şəhər Təhsil şöbəsi ilə birgə təşkil etdiyi I Şəhər Ekoloji Forumu başlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Sumqayıt şəhər İcra Hakimiyyətindən veriblər. Forum çərçivəsində Sumqayıt şəhər ümumtəhsil məktəbliləri arasında “Ekologiya və ətraf mühitin qorunması, təbiət bizim sərvətimizdir” rəsm sərgisi, “Tullantıların ikinci həyatı” sərgi-müsabiqəsinin və “Ekologiya və elmi-texniki tərəqqi’ mövzusunda inşa müsabiqəsi keçirilib. Ekoloji Forumun məqsədi ekologiya və təbiətin mühafizəsi sahəsində müxtəlif təşkilatlar arasında təcrübə mübadiləsi, əməkdaşlığın inkişafı və gücləndirilməsi, şəhərin ekoloji problemlərinə geniş ictimaiyyətin diqqətini cəlb etməkdir.
    09.06.10 Məqaləni oxumaq
     
    Dubay: Bu şəhəri ancaq görməklə kəşf etmək olar. III yazı
    Dünyanın ən hündür binasında

    Səhəri gün səfər proqramına uyğun olaraq dünyanın ən hündür binasına - “Burc Xəlifə”yə yollanırıq. Açılışı cari ilin yanvarın 4-də olan binanın hündürlüyü 830 metrə yaxındır. Mərtəbələrin sayı 160-dır. Bina 95 km məsafədən görünür. Binanın inşasına 2004-cü ildə Dubay iqtisadiyyatın çiçəkləndiyi bir vaxtda başlanıb və tikinti işləri 6 il davam edib. Əvvəlcə  "Bürc Dubay" olan bu tikilinin adı açılış günü dəyişdirilərək Birləşmiş Ərəb Əmirliklərinin əmiri Xəlifə Min Zahid əl-Nahyanın şərəfinə "Bürc Xəlifə" adlandırılıb. Smeta dəyəri 4,1 milyard dollar olan binanın tikintisində 330 min kubmetr betondan, 39 min ton armaturdan istifadə olunub. Binanın ərsəyə gəlməsi üçün hər gün 12 min işçi 22 milyon saat çalışılıb.
    08.06.10 Məqaləni oxumaq
     
    Avropa Şurası ölkələri parlament sədrlərinin konfransı keçiriləcək
    İyunun 10-12-də Kiprin Limassol şəhərində Avropa Şurası ölkələri parlament sədrlərinin konfransı keçiriləcək. KƏLAMİNFO Avropa Şurasının mətbuat xidmətinə istinadən xəbər verir ki, konfransda “Parlamentdə müxalifətin hüquq və vəzifələri”, “Milli parlamentlər və beynəlxalq insan hüquqları: Diskriminasiyaya qarşı prinsiplərin həyata keçirilməsi” mövzularında müzakirələr keçiriləcək. Tədbirdə AŞ PA prezidenti Mövlud Çavuşoğlu və AŞ-nin insan haqları üzrə komissarı Tomas Hammarberq də iştirak edəcək.
    05.06.10 Məqaləni oxumaq
     
    ATƏT-in Bakı ofisi parlament seçkiləri ilə bağlı Fəaliyyət Planı hazırlayıb
    ATƏT-in Bakı ofisi Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı Fəaliyyət Planı hazırlayıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı ATƏT-in Bakı ofisinin rəhbəri, Əli Bilge Cankorel jurnalistlərə bildirib. Plan çərçivəsində iyun ayında medianın seçkilərdə roluna həsr olunan tədbirin təşkil olunacağını açıqlayan səfir qeyd edib ki, bundan başqa, seçkilərə qədər televiziyalarda bir sıra proqramlar, tok-şoular hazırlanacaq. Bütün regionlarda müşahidəçilərin təlimi, seçki komissiyalarının rəhbərləri və icra başçıları ilə toplantıların keçirilməsinin nəzərdə tutulduğunu vurğulayan Ə. B.Cankorel regionlarda siyasi partiyaların təmsilçiləri ilə də görüşlərin təşkil olunacağını söyləyib. Onun sözlərinə görə, bu tədbirlər noyabra qədər davam edəcək. Ə.B.Cankorel sərbəst toplaşmaq azadlığı ilə bağlı görüşləri də davam etdirəcəklərini vurğulayıb.
    04.06.10 Məqaləni oxumaq
     
    Azəri-Türk Qadınlar Birliyi İsrailin ədalət məhkəməsi qarşısına çıxarılmasını tələb edir
    Azəri-Türk Qadınlar Birliyi Türkiyənin təşkilatçılığı ilə Qəzzaya humanitar yardım aparan yük gəmi karvanının İsrailin hərbi qüvvələri tərəfindən hücuma məruz qalması ilə bağlı bəyanat yayıb. KƏLAMİNFO xəbər verir ki, bəyanatda İsrailin Türk bayrağına və vətəndaşlarına qarşı sayğısızlığı, xüsusilə silahsız, insani yardım daşıyan insanlara qarşı qətliam törətməsinin qəbul edilməz olduğu vurğulanıb. Bəyanatda hadisə şiddətlə pislənir və canilərin ədalət məhkəməsi qarşısına çıxarılması, bütün əsirlərin tezliklə vətənlərinə qayıtmaları tələb edilir.
    03.06.10 Məqaləni oxumaq
     
    UTQC “Qadın və bələdiyyə” mövzusuna aid 3-cü layihəsinin icrasına başlayır
    Universitet Təhsilli Qadınlar Cəmiyyəti (UTQC) Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə “Yeni seçilmiş qadın bələdiyyə üzvlərinin peşəkarlığını artırmaq məqsədilə maarifləndirmə təlimlərinin keçirilməsi” adlı layihə həyata keçirməyə başlayıb. Cəmiyyətdən KƏLAMİNFO-ya verilən məlumata görə, layihə çərçivəsində yeni seçilən qadın bələdiyyə üzvləri üçün Bakı və bölgələrdə təlimlər keçiriləcək. İlk təlim 4-5 iyun tarixlərində Bakıda reallaşacaq. Layihənin məqsədi bələdiyyə üzvlərinin peşəkarlıqları və hüquqi biliklərinin artırılmasıdır. Xatırladaq ki, bu, qurumun “Qadın və bələdiyyə” mövzusunda keçirdiyi 3-cü layihəsidir.
    03.06.10 Məqaləni oxumaq
     
    Hüseyn Bağırov: “Təbii fəlakət zonasında böhran vəziyyəti aradan qalxır”
    Çayların ətrafında bəndlərin tikintisi olmasaydı, evlərin tikintisi və yaxud əkin sahələrinin ərazilərinin istifadəsi mümkünsüz olardı. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, çayların ətrafında sahil bərkitmə işləri aparılmasaydı, çaylar çoxdan məcrasından çıxıb ətrafı sel suları basardı. Ekologiya naziri söyləib ki, təbii fəlakət zonasında böhran vəziyyəti aradan qalxır. Nazir vurğulayıb ki, indi əsas amil dağlarda qalan qarın əriməsidir:
    03.06.10 Məqaləni oxumaq
     
    Bakıda “Yerli özünüidarəetmədə qadınların təmsilçiliyi” mövzusunda tədbir keçirilib
    Bu gün Bakıda “Ambassador” otelində “Yerli özünüidarəetmədə qadınların təmsilçiliyi” mövzusunda tədbir keçirilib. KƏLAMİNFO xəbər verir ki, ATƏT-in Bakı ofisi, “Lider Qadınlar” İctimai Birliyi və “Demokratik İnkişaf İnstitutu” ilə birgə keçirilən tədbirdə çıxış edən səfir Əli Bilge Cankorel bildirib ki, Azərbaycanın siyasi həyatında qadın fəallığı artmaqdadır. Ötən ilin dekabrında keçirilən bələdiyyə seçkilərində yerlərin 26 faizinə qadınların seçildiyini xatırladan səfir ümid etdiyini bildirib ki, qarşıdan gələn parlament seçkilərində də qadınlar fəal iştirak edəcək.
    03.06.10 Məqaləni oxumaq
     
    Azərbaycan İnternet Forumunun növbəti toplantısı keçirilib
    Azərbaycan İnternet Forumunun növbəti toplantısı keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya AİF-dən veriblər. Toplantıda AİF tərəfindən RİTN və Delta-Telekom şirkətinə göndərilən sorğulara verilən cavablar, Milli Net-Milli İnternet Mükafatının Əsasnaməsinə edilən dəyişiklik, “Google” şirkətinə məxsus resurslarda Azərbaycanla bağlı qeydi-dəqiq informasiyaların yayılması haqqında məsələlər müzakirə edilib. Toplantıda ölkədə ADSL istifadəçilərinin sayı ilə bağlı AİF tərəfindən edilən müraciətə RİTN-nin verdiyi cavab müzakirə olunub. Cavabda bir sıra informasiyalar açıqlansa da, internetin keyfiyyətinə ictimai nəzarəti gerçəkləşdirmək üçün gərəkli olan əsas informasiyanın-Provayderlərin istifadə etdikləri ATS-lərin resursları haqqında məlumatı verməkdən RİTN-nin imtina etməsi təəssüflə qarşılanıb.
    03.06.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 151 152 153 154 155 156 157 158 159 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30