Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 150 151 152 153 154 155 156 157 158 » #
    BAMM sədri: “Mətbuat xidmətlərinin ictimaiyyətlə əməkdaşlığı ənənə halını almayıb”
    Azərbaycanda dövlət qurumlarının mətbuat xidmətlərinin ictimaiyyətlə əməkdaşlığı sahəsində problemlərin olmasının başlıca səbəblərdən biri ölkədə bu sahədə ənənənin olmamasıdır. Bu barədə Beynəlxalq Mətbuat Klubunun (BMK) Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yardımı ilə “Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə KİV-lərin əməkdaşlığının gücləndirilməsi” layihəsi çərçivəsində jurnalist təşkilatlarının rəhbərləri ilə aparılan sorğuya cavabında Beynəlaxlq Avrasiya Mətbuat Mərkəzinin (BAMM) sədri Umud Rəhimoğlu söyləyib. Məlumatı KƏLAMİNFO-ya BMK-dan veriblər.
    16.06.10 Məqaləni oxumaq
     
    YAP Xətai rayon təşkilatı 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirdi
    Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən YAP üzvü, parlamentin vitse-spikeri Bahar Muradova müstəqilliyin ilk illərində Azərbaycandakı vəziyyətdən bəhs etdi. B.Muradova bildirdi ki, 1993-cü ilə qədər ölkədə ictimai-siyasi, iqtisadi tənəzzül, xaos, Azərbaycanı çökdürmüşdü. Onun sözlərinə görə, müstəqilliyimizə qarşı əl uzadanların artması ilə paralel Ermənistanın Azərbaycana təcavüzü də xalqı çətin durum qarşısında qoymuşdu. B.Muradova qeyd etdi ki, bu vaxt xalqın tələbi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev mövcud vəziyyəti təhlil etdi, xalqı ağır vəziyyətdən çıxarmaq üçün ciddi səy göstərdi və buna da nail oldu. YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva isə bildirdi ki, o dövr hakimiyyətdə olanların siyasi iradələrindəki boşluqlar xalqı ağır durama salmışdı. Ümummlli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi isə xalq üçün böyük ümidlər oldu, bu günkü Azərbaycanın inkişafı və çiçəklənməsinə zəmin yaratdı.
    12.06.10 Məqaləni oxumaq
     
    “RESURS” İB “Bakı şəhərinin məhəllələrində ekoloji vəziyyətin monitorinqi” layihəsinin birinci mərhələsini başa çatdırıb
    “RESURS” Gənclərin İnkişafı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Bakı şəhərinin məhəllələrində ekoloji vəziyyətin monitorinqi” layihəsinin birinci mərhələsini uğurla başa çatdırıb. Bu barədə məlumatı “RESURS” Gənclərin İnkişafı İctimai Birliyinin sədri Samir Mehdi-zadə verib. S.Mehdi-zadə bildirib ki, layihənin başlıca məqsədi Bakı şəhərinin məhəllələrində ekoloji vəziyyətə təsir edən amillərin müəyyənləşdirilməsi, məişət tullantılarının toplanması və daşınması sahəsində həyata keçirilən fəaliyyətlərin dəstəklənməsidir.
    12.06.10 Məqaləni oxumaq
     
    “Qızılbaşâ€ť GMİB “Qloballaşan dünyada ekoloji tərbiyə” layihəsi çərçivəsində idman yarışı təşkil edib
    “Qızılbaşâ€ť Gəncləri Maarifləndirmə İctimai Birliyi “Qloballaşan dünyada ekoloji tərbiyə” layihəsi çərçivəsində Füzuli və Beyləqan rayonlarında yerləşən məcburi köçkün qəsəbələrində məktəblilər arasında idman yarışı təşkil edib. Bu barədə məlumatı QGMİB-dən veriblər. Yarışmaya Füzuli rayonunun Qayıdış qəsəbəsində yerləşən 9 məktəbin və Beyləqan rayonunda yerləşən Xocavənd qəsəbəsinin orta məktəblərinin şagirdləri qatılıb.
    11.06.10 Məqaləni oxumaq
     
    “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” mövzusunda respublika elmi konfransı keçiriləcək
    İyunun 16-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” mövzusunda respublika elmi konfransı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Tədbirdə respublikada fəaliyyət göstərən muzeylərin əməkdaşları iştirak edəcəklər və mövzu ilə bağlı müzakirələr aparacaqlar.
    11.06.10 Məqaləni oxumaq
     
    Qafqaz Universiteti 13-cü məzun buraxılışını qeyd edəcək
    Bu gün axşam Qafqaz Universitetində məzun gecəsi keçiriləcək. Qafqaz Universitetinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, məzun gecəsi “İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya” devizi altında reallaşacaq. Qeyd edək ki, bu il Qafqaz Universtetinin 13-cü məzun buraxılışıdır. Bu ali təhsil ocağını 500-ə yaxın tələbə başa vurur.
    11.06.10 Məqaləni oxumaq
     
    “AZADİNFORM” İA “KİV-də ekoloji maarifçiliyin dəstəklənməsi” layihəsinin birinci mərhələsini başa çatdırıb
    “AZADİNFORM” İnformasiya Agentliyi Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirdiyi “KİV-də ekoloji maarifçiliyin dəstəklənməsi” layihəsinin birinci mərhələsini uğurla başa çatdırıb. Bu barədə məlumatı “AZADİNFORM” İA-nın redaktoru, layihə rəhbəri Niyaz Niftiyev verib. N.Niftiyev bildirib ki, layihənin əsas məqsədi “Ekologiya ili” çərçivəsində ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işini təşkil etməkdən ibarət olub. Layihənin icrası çərçivəsində ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəldilmiş Dövlət və Milli proqramların yerinə yetirilməsi ilə bağlı görülən işlər və mövcud problemlərin mətbuatda təbliğ etdiklərini bildirən N.Niftiyev birinci mərhələdə AZADİNFORM İA-da 35 informasiya, digər KİV-lərdə isə 10-dan çox maarifçilik xarakterli məqalə yaydıqlarını bildirib.
    11.06.10 Məqaləni oxumaq
     
    YAP Qadınlar Şurası “Ölkəni xilas edən böyük qayıdışâ€ť adlı tədbir keçirəcək
    Sabah Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası 15 iyun Milli Qurtuluş Günü münasibətilə “Ölkəni xilas edən böyük qayıdışâ€ť adlı tədbir keçirəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva verib. N.Əliyeva bildirib ki, tədbirdə Milli Qurtuluş Gününün Azərbaycan tarixində yeri və rolu, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası haqqında çıxışlar olacaq.
    11.06.10 Məqaləni oxumaq
     
    JAM Tərtərdə “Jurnalistlər və insan hüquqlarının işıqlandırılması” mövzusunda seminar keçirib
    Jurnalist Araşdırmaları Mərkəzi (JAM) Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdirdiyi “İnsan hüquq və azadlıqlarının müdafiəsində region mətbuatının rolunun artırılmasına yardım” adlı layihə çərçivəsində Tərtər şəhərində “Jurnalistlər və insan hüquqlarının işıqlandırılması” mövzusunda seminar keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya JAM-dan veriblər. Seminarı giriş sözü ilə açan layihənin koordinatoru Seymur Verdizadə insan hüquq və azadlıqları anlayışının geniş məhfum olduğunu bildirərək, vətəndaş cəmiyyəti quruculuğunda mətbuatın üzərinə düşən vəzifələrdən danışıb. KİVDF-nin Müşahidə Şurasının üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli insan hüquq və azadlıqlarının müdafiəsində region mətbuatının rolunun artırılmasının vacibliyini qeyd edib. Tərtərdə işıq üzü görən “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Hüseynov region mətbuatının üzləşdiyi problemlərdən danışaraq bu problemlərin həlli yönündə KİV DF-nin fəaliyyətinə ciddi ümid bəslədiklərini dilə gətirib.
    11.06.10 Məqaləni oxumaq
     
    QMİ-də Alman jurnalistləri ilə görüş keçirilib
    Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Almaniyadan gəlmiş bir qrup tanınmış jurnalistin Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə görüşü keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya QMİ-nin mətbuat xidmətindən veriblər. “Redaktoin und Alltag” İnformasiya Agentliyi, “Neue Zürcher Zeitung” və “Berliner Zeitung” qəzetinin redaktorları və “WDR”, “Deutsche Welle” kimi tanınmış media qurumları ilə əməkdaşlıq edən bir qrup jurnalist QMİ sədrinin birinci müavini Salman Musayevlə görüş keçiriblər. Görüşdə Bakı və Xəzəryanı bölgənin Yepiskopu Aleksandr, Dağ Yəhudiləri İcmasının başçısı Semyon İxiilov, Avropa Yəhudiləri İcmasının başçısı Gennadi Zelmanoviç və Bakıdakı Katolik İcmasının rəhbəri Vladimir Fekete alman jurnalistlərini Azərbaycanda mövcud dini durumla bağlı məlumatlandırıblar. Görüş iştirakçıları Almaniyalı yazarları maraqlandıran sualları ətraflı cavablandırıblar. Alman jurnalistləri səfərdə əsas məqsədlərinin Almaniya mətbuatında Azərbaycan haqqında müfəssəl məlumat yaymaq olduğunu bildiriblər.
    10.06.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 150 151 152 153 154 155 156 157 158 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30