Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 149 150 151 152 153 154 155 156 157 » #
    Ombudsman “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Fəxri üzvü diplomu ilə təltif edilib
    Bu günlərdə Ombudsman Elmira Süleymanova “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Fəxri üzvü diplomu ilə təltif edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ombudsman Aparatından veriblər. E.Süleymanova bu diploma Azərbaycanda ruhi-əqli, mənəvi və hüquqi mədəniyyətin inkişafına verdiyi töhfəyə, şəxsi mədəniyyətinə və bu assosiasiyanın fəaliyyətinə dəstəyinə görə layiq görülüb. Xatırladaq ki, bundan əvvəl E.Süleymanova Azərbaycan və dünya mədəniyyətinin inkişafı, demokratiya, sülh və vətəndaş cəmiyyəti mədəniyyətinin tərəqqisində fəal iştirakına görə həmin qurumun “Mədəniyyət səfiri” ictimai fəxri adına və “Simurq” Xatirə medalına layiq görülüb.
    23.06.10 Məqaləni oxumaq
     
    Azərbaycan təbitənin müxtəlifliyində Hirkan möcüzəsi
    Azərbaycan tarixən öz təbii müxtəlifliyinə görə də diqqət mərkəzində olub. Respublika ərazisində təşkil olunan qoruqların ciddi əhəhmiyyətliliyi də məhz ölkə təbitətinin zənginliyindən xəbər verir. KƏLAMİNFO xəbər verir ki, təbitəin belə zənginliklərindən biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) media nümayəndələri üçün ekskursiya təşkil etdiyi Lənkəran rayonunda yerləşən Hirkan Milli Parkıdır. Lənkəran ovalıqlarının və Talış dağlarının meşə qurşaqlarında yerləşən Park 1936-cı ildə yerli landşaftın öyrənilməsi və qorunması məqsədi ilə sahəsi 2,91 min ha. olmaqla qoruq kimi yaradılıb. Ərazidə buzlaşmalar olmadığına görə, çoxlu miqdarda qədimi növlər mövcuddur. 2004-cü ildən etibarən isə, ərazi ETSN nəzdində Hirkan Milli Parkı kimi fəaliyyətə başlayır. Park yaranan zaman ərazisi 21435 ha olmuşdusa, hazırda parkın ərazisi genişləndirilərək 40358 ha-ya çatdırılıb.
    22.06.10 Məqaləni oxumaq
     
    AVCİYA Lənkəran və Lerikdə seminar keçirdi
    Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı Milli Məclisə seçkilərlə əlaqədar Lənkəran və Lerik rayonlarında növbəti tədbir keçirib. AVCİYA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, hər iki tədbirdə AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı və Seçki Qərargahının əməkdaşı Osman Ağayev məruzə ilə çıxış ediblər. Onlar seminar iştirakçılarına AVCİYA Seçki Qərargahının parlament seçkiləri ilə əlaqədar hazırladığı fəaliyyət proqramı haqqında ətraflı məlumat verib və seçkilərlə bağlı hazırlanmış kirabçaları onlara təqdim edib.
    21.06.10 Məqaləni oxumaq
     
    Komitə sədri: “Qaçqın və məcburi köçkünlərin problemlərinin aradan qaldırılması üçün donorların yardımına ehtiyac var”
    Ermənistan işğalı nəticəsində qaçqın və məcburi köçkün həyatı yaşayan soydaşlarımızın hələ də həll olunmalı xeyli problemləri var. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Bakıda 20 iyun-Ümumdünya Qaçqınlar Gününə həsr olunan tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib. Ə.Həsənov bildirib ki, bu problemlərin həlli üçün hazırda səhiyyə, təhsil, reabilitasiya, inkişaf və digər sosial proqramların həyata keçirilməsinə ehtiyac var. Bu günə kimi 300 min iş qabiliyyəti olan məcburi köçkünün 100 mininin işlə təmin olunduğunu diqqtə çatdıran Ə.Həsənov yeni iş yerlərinin açılmasına ehtiyac olduğunu vurğulayıb. Onun sözlərinə görə, sözügedən problemlərin aradan qaldırılması üçün beynəlxalq donor təşkilatları müvafiq layihələrin həyata keçirilməsinə yardım etməlidirlər. Ə.Həsənov əlavə edib ki, Azərbaycan hökuməti beynəxalq təşkilatların burada fəaliyyəti üçün hər cür şərait yaradıb və bundan sonra da yaradacaq.
    19.06.10 Məqaləni oxumaq
     
    Komitə sədri Əli Həsənov: “Ermənilər işğal olunan ərazilərində terror qrupları yaradır”
    Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərində terror qrupları yaradılır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Bakıda 20 iyun-Ümumdünya Qaçqınlar Gününə həsr olunan tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyəyib. Komittə sədri bildirib ki, işğal altında olan Dağlıq Qarabağda ermənilər tərfindən narkotika əkilir, satılır və tranzit ərazi kimi istifadə olunur. Onun sözlərinə görə, narkotik maddələrin satışından əldə olunan gəlirlərin hesabına isə silah-sursat alınır, terror qrupları təşkil olunur. Ə.Həsənov ermənilərin Dağlıq Qarabağdakı nəzarətsiz ərazidə yeni beynəlxalq narkomarşrut da yaratdıqlarını vurğulayıb.
    18.06.10 Məqaləni oxumaq
     
    SAM-da “Türkiyə-Azərbaycan münasibətlərində medianın rolu” mövzusunda Dəyirmi masa keçirildi
    Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində “Türkiyə-Azərbaycan münasibətlərində medianın rolu” mövzusunda Dəyirmi masa keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən SAM-ın direktoru Elxan Nuriyev Türkiyə-Azərbayacan mətbuatının rolu və önəmindən danışıb. O bildirib ki, iki ölkə arasında bütün sahələrdə olduğu kimi, KİV-lər arasında da münasibətlər yüksək səviyyədədir. SAM rəhbəri Azərbaycan mətbuatında hər iki dövlətin siyasətinin düzgün qiymətləndirilməsi və işıqlandırılması, bu istiqamətdə mövcud problemlər, onların həlli yollarının media təmsilçiləri arasında əməkdaşlığın artırılması ilə həll olunmasının zəruriliyini vurğuladı. Tədbirdə SAM-ın dəvəti ilə Azərbaycanda səfərdə olan Hürriyet Daily News & Esonomic Review qəzetinin baş redaktoru Devid Din Cadson Türkiyə-Azərbaycan mediasının oxşar və fərqli cəhətlərindən danışdı.
    18.06.10 Məqaləni oxumaq
     
    Bakıda Ümumdünya Qaçqınlar Gününə həsr olunan tədbir keçirildi
    Bu gün Bakıda “Hyatt Regency” otelində 20 iyun-Ümumdünya Qaçqınlar Gününə həsr olunan “Onlar mənim evimi əlimdən aldılar, amma gələcəyimi ala bilməzlər” mövzusunda tədbir keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbir BMT-nin Azərbaycandakı nümayəndəliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunub. Tədbirdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonino Quterreşin, xoşməramlı səfir Anjelina Jolinin videomüraciətləri, Qaçqınkomun hazırladığı “Vətən həsrəti və sönməyən ümidlər” adlı 13 dəqiqəlik film nümayiş olunub.
    18.06.10 Məqaləni oxumaq
     
    Azərbaycanda 2600 nəfər üçüncü ölkədən olan qaçqın var
    Azərbaycanda üçüncü ölkədən olanların sayı 2600 nəfərdir. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib. Komitə sədri qeyd edib ki, 10 il bundan əvvəl isə bu rəqəm 10 minə yaxın olub. Ölkəmizdə olan üçüncü ölkədən olan qaçqınların əkəsəriyyətinin çeçenlərdən ibarət olduğunu diqqətə çatdıran Ə.Həsənov bildirib ki, bu qaçqınlar arasında əfqan, iraq, fələstinli və digər ölkələrin vətəndaşları da olub.
    18.06.10 Məqaləni oxumaq
     
    Qubada 11 ölkə gənclərinin iştirakı ilə layihə həyata keçiriləcək
    Gənclər və İdman Nazirliyi (GİN) və Avropa Şurasının Avropa Gənclər Fondu birgə “Dinc Yanaşı Yaşama üçün Gənclərin Həmrəyliyi” adlı Mədəniyyətlərarası və Dinlərarası Beynəlxalq tədbir təşkil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya GİN-nin mətbuat xidmətindən veriblər. Layihə Gürcüstanın “Ertoba” İctimai Birliyi, Rumıniyanın “Gənclər və Regional İnkişaf Assosiasiyası” və İtaliyanın “Centro Solidarietà Terzo Settore” təşkilatı ilə partnyorluq çərçivəsində həyata keçirilir. Layihənin məqsədi Azərbaycan, Gürcüstan, Türkiyə, Estoniya, İtaliya, Rumıniya, Yunanınstan, Litva, Albaniya, Moldova və İsrail gəncləri arasında ictimai fəaliyyətin gücləndirilməsi, millətlər arasında qarşılıqlı anlaşmanın inkişaf etdirilməsi və əlaqələrin gücləndirilməsidir.
    18.06.10 Məqaləni oxumaq
     
    Deputat F.Muradov Parisdə Qərbi Avropa İttifaqı Assambleyasının 58-ci sessiyasında iştirak edir
    Milli Məclisin deputatı Fuad Muradov Qərbi Avropa İttifaqı Assambleyasının 58-ci sessiyasında iştirak etmək üçün Parisə səfər edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya parlamentin mətbuat xidmətindən veriblər. Assambleyanın gündəliyinə qurumun sədr müavinlərinin seçilməsi, Lissabon razılaşması çərçivəsində əlaqələrin qurulması, Avropada silahlı qüvvələr arasında əməkdaşlıq və bir sıra digər məsələlər daxil edilib. Sessiyada həmçinin “Dondurulmuş münaqişələr və Avropanın təhlükəsizliyi” mövzusunda diskussiyalar keçiriləcək. Deputatımız müzakirəyə çıxarılan məsələlər barədə fikirlərini açıqlayacaq. Səfər iyunun 18-də başa çatacaq.
    17.06.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 149 150 151 152 153 154 155 156 157 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30