Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 148 149 150 151 152 153 154 155 156 » #
    “Kütləvi informasiya vasitələrinin dili” mövzusunda respublika elmi konfransı işə başlayıb
    Bu gün AMEA Nəsimi adına Dilçilik İnstitutu və Azərbaycan Mətbuat Şurasının birgə təşəbbüsü ilə “Kütləvi informasiya vasitələrinin dili” mövzusunda respublika elmi konfransı işə başlayıb. KƏLAMİNFO xəbər verir ki, konfransı giriş sözü ilə AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik katibi, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Ağamusa Axundov və Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu açıblar. Tədbirdə Azərbaycanda mətbuat və dil xüsusiyyətləri, mediada söz yaradıcılığının inkişafı, kütləvi informasiya vasitələrində alınma sözlərin işlənmə məqamları, idman leksikası və digər məsələlərlə bağlı məruzələr dinlənilib, mövzular ətrafında fikir mübadiləsi aparılıb. Konfransda ölkədə KİV sahəsində fəaliyyət göstərən tanınmış alim və mütəxəssislər, media qurumlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
    25.06.10 Məqaləni oxumaq
     
    PA-nın şöbə müdiri: “Dövlətin QHT-lərə Dövlət Dəstəyi Şurasına lazımi dəstəyi davam etdiriləcək”
    Azərbaycan dövlətinin qeyri-hökumət təşkilatlarına yönəlik vahid siyasəti var və onun da mahiyyəti ölkədə QHT hərəkatının stimullaşması, getdikcə müstəqilləşməsi, vətəndaş təşəbbüslərinin daha dolğun əks etdirilməsindən ibarətdir. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov söyləyib. Ə.Həsənov bildirib ki, hazırda dövlət QHT-lərə Dövlət Dəstəyi Şurasına lazımi dəstəyi verir və bundan sonra da bu dəstək davam etdiriləcək.
    25.06.10 Məqaləni oxumaq
     
    Milli Məclis “Yol hərəkəti haqqında” Qanuna edilən dəyişikliklə bağlı məsələyə aydınlıq gətirdi
    Milli Məclis son vaxtlar bəzi KİV-lərdə “Yol hərəkəti haqqında” AR Qanununa və AR “İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” qanuna istinad edilərkən yanlışlıqlara yol verilməsi ilə bağlı açıqlama yayıb. Milli Məclisin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumatda bildirilir ki, qanunda nəzərdə tutulmadığı halda bəzi KİV-lər qeyd edirlər ki, guya avtobusların və minik avtomobillərinin arxa yan şüşələrinə pərdə və ya plyonka vurula bilər. Bu tam yanlış fikirdir. Belə bir hal qanunda nəzərdə tutulmayıb.
    25.06.10 Məqaləni oxumaq
     
    GVB Silahlı Qüvvələr Günü münasibətilə elmi konfrans keçirib
    Gənc Vətənpərvərlər Birliyi (GVB) 26 İyun - Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə “Güclü Azərbaycan Ordusu ölkədə həyata keçirilən dövlət quruculuğunun ən böyük uğurlarından biridir” mövzusunda elmi konfrans keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya GVB-dən veriblər. Tədbirdə GVB-nin İdarə Heyətinin üzvləri, yerli şöbələri, müxtəlif idman federasiyalarının məşqiçiləri, idmançılar və QHT nümayəndələri iştirak ediblər.
    25.06.10 Məqaləni oxumaq
     
    ATƏT-in Bakı ofisi parlament seçkilərinə həsr olunan tədbir təşkil edəcək
    Sabah ATƏT-in Bakı ofisi Landmark Biznes Mərkəzində Azərbaycanda keçiriləcək parlament seçkilərinə dair tədbir təşkil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya ATƏT-in Bakı ofisindən veriblər. Tədbirdə ATƏT-ə üzv olan ölkələrin Azərbaycanda akkreditə olunan səfirlikləri və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.
    25.06.10 Məqaləni oxumaq
     
    Vüqar Səfərli: “Mətbuatın 135 illiyi ilə əlaqədar regionlarda silsilə tədbirlər keçiriləcək”
    Mətbuatın 135 illiyi ilə əlaqədar Prezident yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu gələn ayın əvvəlindən etibarən bölgələrdə tədbirlərə başlayacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində Fondun sədri Vüqar Səfərli bildirib. V.Səfərli qeyd edib ki, ilk tədbir Zərdab rayonunda keçiriləcək. “Ardıcıl olaraq gələn ay Yevlax, Gəncə, Zaqatala, Xaçmaz, Lənkəran və Naxçıvanda da tədbirlər təşkil olunacaq. İyulun 22-də Bakıda Milli Mətbuatın 135 ili günündə bu qəbildən olan sonuncu tədbir keçiriləcək”,-deyə V.Səfərli vurğulayıb. V.Səfərli bildirib ki, təşkil olunacaq tədbirlərdə ölkədə fəaliyyət mətbuat oqrqanlarının mövcud vəziyyəti və inkişaf yolları müzakuirə olunacaq. Qeyd edək ki, Azərbaycanda Milli Mətbuatın 135 illiyinin keçirilməsi ilə əlaqədar ölkə prezidenti İlham Əliyev tərəfindən Sərəncam imzalanıb.
    25.06.10 Məqaləni oxumaq
     
    Azərbaycan AŞ-nin “Kibercinayətkarlıq haqqında” Konvensiya üzrə Komitəsinin iclasında iştirak edəcək
    İyunun 24-25-də Fransa paytaxtı Paris şəhərində Avropa Şurasının “Kibercinayətkarlıq haqqında” Konvensiya üzrə Komitənin (T-CY) 5-ci iclası keçiriləcək. Azərbaycanı tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov təmsil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya RİTN-nin mətbuat xidmətindən veriblər. B.Məmmədov ölkəmizdə bu istiqamətdə görülən işlər barədə iclas iştirakçılarına məlumat verəcək. İclasın gündəliyinə internetdə yurisdiksiya məsələləri, dövlətlərin birgə kibercinayətkarlıqla mübarizəsi, məlumatların qorunması və s. məsələlər daxildir. Həmçinin kibercinayətlərin qarşısının alınması istiqamətində müxtəlif strategiyalar ətrafında fikir mübadilələri aparılacaq. Bundan əlavə iclasda komitənin rəhbəri, onun müavinləri və büro üzvləri seçiləcək.
    24.06.10 Məqaləni oxumaq
     
    Bakıda “Azərbaycanda dövlət qulluğunun hüquqi, mənəvi-psixoloji əsasları” mövzusunda elmi-parktiki konfrans keçirildi
    Bu gün Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) dövlət qulluqçularının peşə bayramı və Beynəlxalq Dövlət Qulluğu Günü münasibətilə “Azərbaycanda dövlət qulluğunun hüquqi, mənəvi-psixoloji əsasları” mövzusunda elmi-parktiki konfrans keçirildi. KƏLAMİNFO xəbər verir ki, konfransda çıxış edən DİA-nın rektoru, professor Seyfəddin Qəndilov Azərbaycanda bayram kimi qeyd olunan bu günun əhəmiyyətindən danışıb. Müstəqilliyimizin ilk illərində dövlət qulluğuna, dövlət qulluqçularına münasibətdə çox böyük yanlışlığa yol verildiyini diqqətə çatdıran S.Qəndilov bildirdi ki, bu da, o zamanlar Azərbaycana rəhbərlik edənlərin təcrübəsizlik və səriştəsizliyindən irəli gələn münasibət olub. S.Qəndilov qeyd etdi ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələndən sonra bir çox istiqamətdə olduğu kimi, dövlət qulluğu sahəsində də səliqə-səhman yaradıldı, dövlət qulluğu sistemi və onun hüquqi bazası formalaşdırlıdı.
    24.06.10 Məqaləni oxumaq
     
    ADP sədri ATƏT-in Seçkiqabağı Qiymətləndirmə Missiyasının nümayəndələri ilə görüşüb
    Bu gün Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Azərbaycanda səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçkiqabağı Qiymətləndirmə Missiyasının nümayəndələri ilə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADP-dan veriblər. Görüşdə ölkədəki seçkiqabağı ictimai-siyasi vəziyyət, seçki qanunvericiliyi və ona edilən son əlavə və dəyişikliklər müzakirə predmeti olub. Müzakirələrdə qarşıdan gələn parlament seçkilərinin azad, ədalətli və bərabər şəkildə keçirilməsinin Azərbaycanın milli maraqları, demokratiyanın inkişafı və ölkəmizin Avropa məkanına inteqrasiyası baxımından zəruriliyi vurğulanıb. Görüşdə həmçinin qarşıdan gələn parlament seçkiləri ilə bağlı qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunub.
    23.06.10 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Milli mətbuatın 135 illiyi ilə əlaqədar xüsusi tədbirlər planı təsdiq olunaraq icraya yönəldilib”
    Azərbaycan hökuməti mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, mətbuatda çalışan insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində bəzi tədbirlər həyata keçirməyi düşünür və bunlar, tədricən həyata keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının (PA) İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov söyləyib. Ə.Həsənov Azərbaycan Prezidentinin milli mətbuatın 135 illiyinin geniş qeyd olunması ilə bağlı imzaladığı Sərəncamdan sonra Prezident Administrasiyasına, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna və Mətbuat Şurasına birgə tədbirlər planı hazırlamaq, mətbuat sahəsində xüsusi seçilən mətbuat orqanlarına və nümayəndələrinə prezident mükafatının verilməsi ilə bağlı tapşırıqların verildiyini bildirib.
    23.06.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 148 149 150 151 152 153 154 155 156 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30