Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 147 148 149 150 151 152 153 154 155 » #
    Almaniyada jurnalistlər üçün seminar keçiriləcək
    Cari ilin 20 sentyabr 1 oktyabr tarixlərində Laypsiq şəhərində Mərkəzi və Şərqi Avropadan olan jurnalistlər üçün seminar keçirilməsi nəzərdə tutulub. Seminar Almaniyanın Kommunikasiya üzrə Zaksen-Vestfaliya Təşkilatının Bürosunda (SWOK-Sächsisch-Westfälisches Organisationbüro für Kommunikation) Media Təlimi üzrə Zaksen Fondunun təşkilatçılığı ilə keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyindən veriblər.
    07.07.10 Məqaləni oxumaq
     
    Mərkəzi Seçki Komissiyasında şikayət və müraciətlərə baxılmasında dəyişiklik edilməyəcək
    Mərkəzi Seçki Komissiyasında şikayət və müraciətlərə baxılmasında dəyişiklik edilməyəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı MSK-nın katibi Natiq Məmmədov verib. N.Məmmədov bildirib ki, Azərbaycanda şikayət və müraciətlərə baxılması həm Seçki Məcəlləsində, həm də MSK-nın müvafiq təlimatı ilə tənzimlənir. N.Məmmədov söyləyib ki, bu təlimat Venesiya Komissiyası ilə birgə hazırlanıb. “Son nəticədə qüvvədə olan təlimat dəyişdirilməyəcək”-deyə, N.Məmmədov əlavə edib.
    07.07.10 Məqaləni oxumaq
     
    Jurnalistlər niyə kredit ala bilmir? (ARAŞDIRMA)
    İyulun 22-də Azərbaycan mətbuatının 135 yaşı tamam olur. Bu müddətdə, xüsusəndə müstəqilliyin ilk illərində Azərbaycan mətbuatının formalaşmasında xidmətləri olan jurnalistlərin sosial-iqtisadi vəziyyətlərinin normallaşdırılması prosesində irəliləyiş əldə olunmayıb. Dövlətin bu və ya digər mənada atdığı addımlar jurnalistlərin problemlərinin qismən də olsa həlli ilə nəticələnib. Cəmiyyətin güzgüsü hesab edilən media və onun sükanı arxasında əyləşənlərin problemlərinin həllində, dövlətlə yanaşı digər strukturların da ən azı dəstək göstərmələri lazım olub.  Təəssüf ki, bizlər bütün sahələrin işıqlandırılmasında və onların uğurlarının cəmiyyətə obyektiv çatdırılmasında canla-başla çalışsaq da onlar media işçilərinin problemlərinə biganə yanaşıblar. Bu sahələrdən biri də bank sektorudur.
    06.07.10 Məqaləni oxumaq
     
    Qəbələdə Nazirlər Konfransı çərçivəsində Biomüxtəlifliyə Sərmayələrlə bağlı ekspertlər səviyyəsində tədbir keçirilib
    Bu gün Qəbələdə Nazirlər Konfransı çərçivəsində Biomüxtəlifliyə Sərmayələr və yaşıl təssərrüfata yardımın artırılması ilə bağlı tədbir öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, konfransda Azərbaycan tərəfdən çıxış edən ekologiya və təbii sərvətlətr nazirinin müavini Firdovsi Əliyev qonaqlara ölkənin ekosistemindəki biomüxtəliflik üzrə aparılan işlər barədə məlumat verib. O, qeyd edib ki, atıq bu sahədə Azərbaycanda fəaliyyət proqramı da təsdiq edilib. “Planda nəzərdə tutulan bioloji müxtəlifliyin qorunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi, prioritet ekosistemlərin müəyyən edilməsi və digər bu kimi işlərin aparılmasına ölkəmizdə ciddi surətdə təkan verilib.
    06.07.10 Məqaləni oxumaq
     
    Azərbaycanda Qəbələ Bəyannaməsi imzalanacaq
    İyulun 7-də Azərbaycanda Biomüxtəliflik üzrə Yüksək Səviyyəli Nazirlər Konfransı çərçivəsində Qəbələ Bəyannaməsi imzalanacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmisi Hikmət Əlizadə bildirib. Onun sözlərinə görə, Bəyannamənin qəbulunda 40-dan çox ölkənin nazir və nazir müavinləri ilə yanaşı, BMT-nin Ətraf Mühit üzrə Avropa Bürosunun direktoru Kristof Buvye də qatılacaq. “Qəbul olunacaq Bəyannamə iştirakçı ölkələr arasında Bioloji müxtəlifliyin qorunması ilə bağlı görüləcək yeni tədbirlərə böyük təkan verəcək”-deyə, H.Əlizadə vurğulayıb.
    05.07.10 Məqaləni oxumaq
     
    “EKO-2010” Gənclər Koalisiyası 22 iyul Milli Mətbuat Günü ilə bağlı jurnalist yazı müsabiqəsini davam etdirir
    “Eko–2010“ Gənclər Koalisiyası “Ekologiya ili” çərçivəsində həyata keçirdiyi silsilə tədbirlərin davamı olaraq növbəti tədbirini “Yaşıl Turizm hədəfimizdir” adı ilə 22 iyul Milli Mətbuat Gününə həsr edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya “Eko-2010“ Gənclər Koalisiyasından veriblər. Məqalə müsabiqəsi formatında reallaşacaq tədbirin başlanğıcı 24 iyun 2010-cu ildə tarixdən başlanıb. Müsabiqədə “Heydər Əliyev irsi və Azərbaycanda ekoloji siyasət”, “Ekologiyanın qorunmasında və ekoloji təbliğatda KİV-lərin rolu”, “Ekologiyamızı qoruyaq: hər yeni fikir, hər yeni ideya bizi uğura daha da yaxınlaşdırır” istiqamətli mövzular yer alıb. Məqalələri hər jurnalist çalışdığı və yaxud da əməkdaşlıq etdiyi mətbuat orqanında çap edə bilər. Məqalənin sonunda “bu məqalə “Eko-2010” Gənclər Koalisiyasının elan etdiyi müsabiqəyə təqdim olunmaq üçün verilir” sözlər yazılmalıdır. Məqalələr çap olunduqdan sonra Koalisiyaya bu barədə məlumat verilməlidir. Həmçinin məqalələr elektron variantda Koalisiyanın e-mail ünvanına göndərilməlidir. (Əlaqə vasitələri: (050) 518 34 34; (055) 211 34 37; (012) 511 05 54; eko2010@box.az; ekogencler@mail.ru)
    02.07.10 Məqaləni oxumaq
     
    İstanbulda “Minilliyin inkişaf sammiti: Ana və uşaq ölümünün azaldılması” mövzusunda II Parlament Forumu keçirilir
    Milli Məclisin deputatı Məlahət İbrahimqızı “Minilliyin inkişaf sammiti: Ana və uşaq ölümünün azaldılması” mövzusunda II Parlament Forumunda iştirak etmək üçün İstanbulda səfərdədir. Bu barədə məlumatı KƏLAMİNFO-ya MM-in mətbuat xidmətindən veriblər. Tədbirdə ana və uşaq ölümünün səviyyəsinin azaldılması, gələcək nəsillərin sağlam böyüməsi üçün görülən tədbirlər, bu sahədə parlamentlərin rolu, informasiya, təcrübə mübadiləsi və digər məsələlər ətrafında diskussiyalar aparılacaq. Deputatımız müzakirəyə çıxarılan məsələlər barədə fikirlərini açıqlayacaq, ölkəmizdə ana və uşaq sağlamlığının mühafizəsi sahəsində görülən işlər barədə məlumat verəcək. Səfər iyulun 1-də başa çatacaq.
    01.07.10 Məqaləni oxumaq
     
    YAP-ın Nəsimi rayon təşkilatı “İnsanlara sayğı, təbiətə qayğı” adlı kampaniya keçirir
    Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı “İnsanlara sayğı, təbiətə qayğı” adlı kampaniya keçirir. Bu barədə məlumatı KƏLAMİNFO-ya YAP-ın Nəsimi rayon təşkilatından veriblər. YAP-ın Nəsimi rayon təşkilatı “Ekologiya ili” çərçivəsində həm təbiətimizə, həm də ruhi xəstəlikdən əziyyət çəkən insanlarımıza qayğı göstərmək məqsədi ilə “İnsanlara sayğı, təbiətə qayğı” adlı kampaniyaya start verib. Rayon təşkilatından verilən məlumata görə, kampaniya ərzində artıq bir neçə tədbir keçirilib, Maştağa qəsəbəsində yerləşən Ruhi Əsəb Xəstəxanasında 40 hektardan artıq həyətyanı sahədə ağaclar əkilib və orada müalicə alan insanlarla bədii və sosial proqramlı görüşlər keçirilib.
    30.06.10 Məqaləni oxumaq
     
    ATƏT-in Bakı ofisi parlament seçkilərinə həsr olunan tədbir keçirib
    Bu gün ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə quruma üzv ölkələrin Bakıda akkreditə olunan səfirlikləri və beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə parlament seçkilərinə həsr olunan tədbir keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel deyib ki, növbəti parlament seçkiləri Azərbaycanın demokratik inkişafında böyük rol oynayacaq. O, qeyd edib ki, qarşıdan gələn parlament seçkiləri ilə bağlı təmsil etdiyi qurum seçki komissiyalarının tərkibini, azad toplaşma ilə bağlı vəziyyəti və seçkilərin, o cümlədən namizədlərin kütləvi informasiya vasitələrində geniş təbliğ olunması ilə bağlı olan məsələri diqqətdə saxlayır. Hazırda Azərbaycan höküməti ilə demokratik seçkinin keçirilməsi ilə bağlı intensiv dialoqun aparıldığını xatırladan Ə.B.Cankorel intensiv dialoqun davam etdirildiiyni söyləyib. O, həmçinin bildirib ki, Bakı şəhər İcra Hakimiyyəti ilə danışıqlar aparılıb və nəticədə ATƏT-in Bakı ofisi ilə birlikdə işçi qrupu yaratmağa qərar verilib.
    26.06.10 Məqaləni oxumaq
     
    B.Muradova Silahlı Qüvvələr Günü münasibətilə Füzuli rayonundakı “N” saylı hərbi hissədə olub
    Milli Məclis sədrinin müavini Bahar Muradova 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Füzuli rayonundakı “N” saylı hərbi hissədə olub. KƏLAMİNFO xəbər verir ki, B.Muradova 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə əsgərləri təbrik edib, onlara çətin və şərəfli xidmətdə müvəffəqiyyətlər arzulayıb. Bildirib ki, hazırda ölkə başçısı tərəfindən ordumuzun güclənməsi istiqamətində uğurlu siyasət həyata keçirilir. Vitse-spiker əsgərləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırıb və işğal altındakı torpaqlarımızın azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliyini bildirib. Tədbirdə iştirak edən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Nəbi Muxtarov əsgər və zabitləri bayram münasibətilə təbrik edib. Tədbir konsert proqramı ilə davam edib.
    26.06.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 147 148 149 150 151 152 153 154 155 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30