Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 146 147 148 149 150 151 152 153 154 » #
    “SOS-uşaq kəndi internat məktəbində ekoloji maarifləndirmə tədbiri keçirilib
    “Ekosfera” Sosial-Ekoloji Mərkəzi tərəfindən 2010-cu il üçün uşaq və gəncləri nəzərə alaraq xüsusi proqram hazırlanıb

    Azərbaycandakı Amerika Ticarət Palatasının və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin təşkilatçılığı ilə Bakı şəhəri məktəblərində ekoloji maarifləndirmə tədbirlərinə başlanılıb. ARDNŞ-nin Ekologiya İdarəsinin xarici əlaqələr şöbəsindən verilən məlumata görə, ilk tədbir mayın 18-də “SOS – uşaq kəndi internat məktəbində tədbir həyata keçirilib. Tədbirdə ARDNŞ-nin Ekologiya İdarəsinin Ekoloji təbliğat və sosial məsələlər şöbəsinin rəisi Füzuli Hacıyev, Azərbaycandakı Amerika Ticarət Palatasının və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbər işçiləri, mütəxəssislər, məktəbin müəllim heyəti və şagirdləri iştirak ediblər.
    13.07.10 Məqaləni oxumaq
     
    YAP-ın gənclər üçün təşkil etdiyi yay istirahət düşərgəsinin ikinci mərhələsi başa çatıb
    Yeni Azərbaycan Partiyasının (YAP) Oğuz şəhərində gənclər üçün təşkil etdiyi yay istirahət düşərgəsinin ikinci mərhələsi başa çatıb. Partiyanın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən xəbərə görə, düşərgədə YAP Gənclər Birliyinin müxtəlif şəhər və rayon təşkilatlarını təmsil edən 70 fəal gənc iştirak edib. Düşərgənin ilk günü gənclər əvvəlcə Şəkiyə səfər edib, şəhərin tarixi abidələri və muzeyləri ilə tanış olublar. Sonra iştirakçılar düşərgədə təşkil olunmuş əyləncəli proqramlarda iştirak edib, intellektual oyunlar üzrə yarışıblar. Düşərgənin proqramına uyğun olaraq gənclər arasında “Vətənpərvərlik: gənclərin baxışı” mövzusunda diskussiya keçirilib. Sonra gənclər Milli Məclisin deputatları ilə görüşüblər. YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzovun təklifi ilə gənclər 3 qrupa bölünərək müxtəlif mövzular ətrafında diskussiyalar aparıblar.
    12.07.10 Məqaləni oxumaq
     
    Hindistanın səfiri Debnat Şou Qubadakı soyqırımı məzarlığını vandalizmin real nişanəsi adlandırıb
    Bu gün Hindistanın ölkəmizdəki səfiri Debnat Şou Quba rayonuna səfər edib. KƏLAMİNFO səfirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfir rayonun ümumi təsərüfat sistemi ilə yaxından tanış olub. O, soyqırım məzarlığını da ziyarət edib. Ermənilərin 1918-ci ildə Qubada törətdiyi soyqırım hadisəsi ilə maraqlanan diplomat bu məzarlığı vandalizmin real nişanəsi adlandırıb. “Məsum insanlara işgəncə vermək, onları qətlə yetirmək vəhşilikdir. Xüsusilə də qadınlara, uşaqlara qarşı törədilən vəhşilik məni çox kədərləndirir. Mən bu hadisə barəsində təmsil etdiyim ölkənin ictimaiyyətini məlumatlandıracağam”-deyə, səfir bəyan edib.
    10.07.10 Məqaləni oxumaq
     
    YAP-ın gənclər üçün təşkil etdiyi yay istirahət düşərgəsinin ikinci turuna start verildi
    Yeni Azərbaycan Partiyasının (YAP) gənclər üçün təşkil etdiyi yay istirahət düşərgəsinin ikinci turuna start verilib. YAP-ın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, bu gün Bakıdan avtobusla yola düşən 50 nəfər tələbə gəncə yol boyu bələdçi vasitəsilə Azərbaycanın tarixi yerləri haqqında məlumat veriləcək. Istirahət düşərgəsinin proqramına uyğun olaraq Qəbələ şəhəri və köhnə Qəbələ qala divarı ilə tanışlıqdan sonra, gənclər arasında intellektual oyunlar təşkil olunacaq. Iyulun 10-də gənclərin Milli Məclisin deputatları ilə görüşü keçiriləcək. Yay düşərgəsi iyulun 11-də başa çatacaq.
    09.07.10 Məqaləni oxumaq
     
    Arif Paşayev kosmik məsələlər üzrə Şuranın sədri təyin edilib
    Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Rabitə və İnformasiya Texnolgiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər. Azərbaycanın telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi ilə əlaqədar “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” Azərbaycan Prezidentinin 3 may 2010-cu il tarixli Sərəncamı RİTN-nin qarşısında bir sıra vəzifələr qoyub. Sərəncamdan irəli gələn məsələlərlə əlaqədar kosmik sənayenin yaradılması və uğurlu inkişafında beynəlxalq təcrübədən istifadə etmək, kosmik fəaliyyət sahəsində elmi-texniki nailiyyətləri və qabaqcıl təcrübəni öyrənmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə dair müvafiq tədbirlərin görülməsində iştirak etmək və həmin sahənin inkişafı ilə bağlı təklifləri hazırlamaq məqsədilə Kosmik məsələlər üzrə Şura yaradılıb. Arif Mir Cəlal oğlu Paşayev kosmik məsələlər üzrə Şuranın sədri təyin edilib.
    09.07.10 Məqaləni oxumaq
     
    Azərbaycanda 76,3 min körpə dünyaya gəlib
    Cari il iyul ayının 1-i vəziyyətinə Azərbaycan Respublikası əhalisinin sayı ilin əvvəlindən 50 min nəfər artaraq 9047 min nəfərə çatıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dövlət Statistika Komitəsindən veriblər. Əhalinin 54 faizi şəhər, 46 faizi kənd yerlərində yaşayır. Ölkə əhalisinin 49 faizini kişilər, 51 faizini qadınlar təşkil edir, əhalinin 22 faizi 0-14 yaşda, 71 faizi 15-64 yaşda, 7 faizi 65 və yuxarı yaşda olanlardır. Ölkə əhalisinin 31 faizini isə 14-29 yaşlı gənclər təşkil edir. Hesablamalara görə, cari ildə doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 73,5 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,1 yaşdır. Cari ilin birinci yarısında Azərbaycanda 76,3 min, gündə təxminən 421 körpə doğulub, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 16,3-dən 17,2-dək artıb.
    09.07.10 Məqaləni oxumaq
     
    Vətəndaş ekoloji maarifsizlikdən əziyyət çəkir
    Azərbaycan müstəqillik əldə etdikdən sonra, ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində yeni ekoloji siyasət formalaşmağa başladı. Bu həm də ekoloji məsələlərin ümumbəşəri bir problem kimi qəbul edilməsi ilə də izah edilə bilər. Ümummilli lider Heydər Əliyevin şəxsi iradəsinin nəticəsi olaraq 23 may 2001-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldı. 2003-cü ildə  ümummilli lider Heydər Əliyevin müvafiq fərmanı ilə “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” AR Qanunu qəbul edildi.
    08.07.10 Məqaləni oxumaq
     
    Bakıda “Şikayət və müraciətlərə baxılması ilə əlaqədar” seminar-treninq keçirilir
    Bu gün Bakıda, Mərkəzi Seçki Komissiyası və Avropa Şurası Venesiya Komissiyasının təşəbbüsü ilə “Şikayət və müraciətlərə baxılması ilə əlaqədar” seminar-treninq öz işinə başladı. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən MSK-nın katibi Natiq Məmmədov tədbirin iki gün keçiriləcəyini söylədi. Seminar-treninqdə ölkənin 125 seçki dairəsinin hər birindən nümayəndə təmsil olunduğunu diqqətə çatdıran N.Məmmədov onlara ölkədə seçki şikayətlərinə baxılması üsulları və strategiyaları barədə məlumat verdi. N.Məmmədov vurğuladı ki, qurum şikayətlərə baxılması qaydaları ilə bağlı beynəlxalq təşkilatlar və Venesiya Komissiyası ilə daim əməkdaşlıq edir. Avropa Şurası Baş katibinin xüsusi nümayəndəsi Veronika Kotek isə bildirdi ki, Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi üçün birgə səylə çalışmalıyıq. “Seçki prosesi ilə bağlı şikayətlərə qısa müddətdə baxılmalıdır ki, bütövlükdə seçki prosesində ləngimələr baş verməsin.
    08.07.10 Məqaləni oxumaq
     
    N.Məmmədov: “MSK seçki və referendumlarda bütün tərəfləri nəzərə almağa çalışır”
    Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) seçki və referendumlarda bütün tərəfləri nəzərə almağa çalışır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə MSK-nın katibi Natiq Məmmədov şikayət və müraciətlərin baxılması ilə əlaqədar keçirilən seminar-treninqdə verib.
    07.07.10 Məqaləni oxumaq
     
    “İctimai Elmlər Yay Məktəbi” adlı layihəyə start verilib
    “İrəli” İctimai Birliyi Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi ilə birgə həyata keçirdiyi “İctimai Elmlər Yay Məktəbi” adlı layihəyə start verib. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İrəli” İctimai Birliyindən veriblər. Layihənin keçirilməsində əsas məqsəd ictimai fənlər üzrə biliklərin artmasına töhfə vermək, elmə marağı olan gənc tədqiqatçıların təhlillər, analizlər aparmaq bacarığını və məqalələr yazmaq, müzakirələr keçirmək qabiliyyətlərini inkişaf etdirməkdir. Layihə çərçivəsində “İctimai elmlərdə metodologiya” adlı ilk akademik mühazirə QAF və SAM-ın əməkdaşı Nazim Cəfərov tərəfindən keçirilib. Mühazirədə elmə marağı olan və intervyu vasitəsi ilə seçilmiş 30 gənc iştirak edib.
    07.07.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 146 147 148 149 150 151 152 153 154 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30