Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 11 12 13 14 15 16 17 18 19 » #
    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilib
    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2012-ci ilin 9 ayının yekunlarına dair kollegiya iclası keçirilib. “KƏLAMİNFO”ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, iclasda nazir Əli Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda nitqindən irəli gələn vəzifələr barədə danışıb, ölkə başçısının sərəncam və fərmanları, dövlət proqramlarının iqtisadiyyatın bütün sahələri, o cümlədən rabitə və informasiya texnologiyalarının inkişafı üçün geniş imkanlar yaratdığını bildirib, həmçinin, İKT sahəsində uğurla həyata keçirilən islahatlar, gələcək böyük layihələr və perspektivlərdən söz açıb. Bu sürətli inkişafda qeyri-neft sektorunun aparıcı sahəsi olan İKT-nin müstəsna yeri olduğunu qeyd edən nazir, sektora göstərilən hərtərəfli dövlət qayğısı sayəsində dinamik inkişafa nail olunduğunu, yola saldığımız 2012-ci ilin III rübündə bu sahədə müsbət nəticələr əldə olunduğunu vurğulayıb.
    01.11.12 Məqaləni oxumaq
     
    “Təmiz Şəhər” ASC-nin şöbə müdiri ADNA tələbələri üçün mühazirə oxuyub
    “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə ekoloji təhsilin və yeni sahə olan tullantıların düzgün şəkildə idarəolunmasını təbliğ etmək məqsədilə Azərbaycan Dövlət Neft Akademiyası tələbələrinə mühazirələr oxunub. ASC-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, mühazirələr ADNA-nın “Dağ-mədən mühəndisliyi” ixtisasında və “Tempus” proqramı çərçivəsində “Ətraf mühit və neft sənayesi” ixtisası üzrə təhsil alan tələbələri üçün təşkil edilib. “Təmiz Şəhər” ASC-nin Ətraf Mühitin Mühafizəsi şöbəsinin müdiri Sabit Zeyniyev tələbələrə tullantıların idarəolunması sahəsində ətraflı məlumat verib və onları maraqlandıran sualları cavablandırıb. Mühazirələr gənclər arasında böyük marağa səbəb olub və bu cür mühazirələrin davamlı olaraq keçirilməsinin vacibliyini vurğulanıb. Qeyd edək ki, 2012-ci ilin noyabr ayından Azərbaycan Diplomatik Akademiyasının “Yaşıl klubu” ilə birgə Akademiyada, dekabr ayından etibarən isə Bakı Dövlət Universitetinin Ekologiya fakültəsində tələbələr üçün seminarlar keçiriləcək.
    01.11.12 Məqaləni oxumaq
     
    Hərbçilərimiz hərbi əməkdaşlıq proqramları çərçivəsində bir sıra tədbirlərdə iştirak edəcəklər
    Azərbaycan hərbçiləri hərbi əməkdaşlıq proqramları çərçivəsində keçirilən bir sıra tədbirlərdə iştirak edəcəklər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər. Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən noyabrın 2-dən 7-dək Bolqarıstanın paytaxtı Sofiya şəhərində Qara Dəniz Rotasiya Qüvvələrinin 2013-cü il üzrə təliminin əsas planlaşdırma konfransı, noyabrın 4-dən 22-dək Qətərin paytaxtı Dohada “Yırtıcı Şahin-3” təlimi, noyabrın 5-dən 16-dək İtaliyada Beynəlxalq hərbi kurs, noyabrın 11-dən 17-dək Bakıda Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) nümayəndələrinin hərbçilər arasında futbol üzrə 1-ci dünya kubokunun təşkili ilə əlaqədar koordinasiya görüşü, noyabrın 12-dən 23-dək Niderlandın Brunsum şəhərində Açılan birgə qüvvələrin qərargah təlim kursu, noyabrın 12-dən 16-dək Almaniyanın Ştutqard şəhərində «Combined Endevor 2013» təliminin konsepsiya planlaşdırma konfransı, Azərbaycan-Çex Respublikası ikitərəfli əməkdaşlıq proqramına əsasən noyabrın 12-dən 16-dək Bakıda Kütləvi Qırğın Silahlarından müdafiə üzrə ekspert görüşü, eyni tarixdə Almaniyanın Drezden şəhərində NATO-nun arxa cəbhə idarəsinin tərəfdaşların arxa cəbhə ekspertlərinin işçi qrupunun növbəti görüşü keçiriləcək.
    01.11.12 Məqaləni oxumaq
     
    Səhiyyə Nazirliyi 49 obyekti bağladı
    Səhiyyə Nazirliyinin sanitariya-epidemioloji xidmət orqanları tərəfindən bu ilin sentyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 67 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər.
    30.10.12 Məqaləni oxumaq
     
    Ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 2139 cinayət faktı aşkar edilib
    Cari  ilin 9 ayı ərzində ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 2139 cinayət faktı aşkar edilib. Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan “KƏLAMİNFO”ya verilən məlumata görə, qeyd olunan faktlar üzrə 1707 nəfər cinayət məsuliyyətinə cəlb edilib, şəxslərdən ümumi çəkisi 1 ton 20 kq-dan artıq müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları müsadirə edilib. Müsadirə olunan narkotik vasitələrin tərkibində həşiş 477 kq ( 46,16 %)  təşkil edib.
    30.10.12 Məqaləni oxumaq
     
    Avropanın gənc alimləri Azərbaycana toplaşacaq
    Gələn ilin may-iyun aylarında Avropa Gənc Alimlərinin Bakı Forumunun  keçirilməsi nəzərdə tutulub. Bu barədə açıqlamanı “KƏLAMİNFO”ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Oruov deyib.

    İ.Orucov bildirib ki, cari il noyabr ayının sonunda bir qrup nümayəndə heyətinin Avropa Gənc Alimlər Şurasının Brüsseldə yerləşən ofisinə səfəri olacaq. Onun sözlərinə görə, səfərdə məqsəd forumun vaxtını dəqiqləşdirmək, proqramını müzakirə etmək, tədbirin formatını razılaşdırmaqdan ibarətdir. Hazırda proqramın layihəsi üzərində iş aparıldığını açıqlayan İ.Orucov qeyd edib ki, belə böyük tədbirə Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin elmi və gənc alimləri üçün mühüm əhəmiyyət kəsb edəcək. İ.Orucov vurğulayıb ki, tədbirdə müxtəlif elmi istiqamətlər üzrə gənc alimlərin əməkdaşlığının qurulması, elmlərarası əlaqələrin yaradılması, Azərbaycan elminin dünyaya inteqrasiyası, vahid Avropa elmi məkanının formalaşdırılması və digər məsələlər müzakirə olunacaq. Bu forum Azərbaycanın tanıdılması üçün də müsbət addımdır. 
    30.10.12 Məqaləni oxumaq
     
    SAM-ın elmi işçisi MDB-nin "14-cü Neft və Qaz İxracı Konfransı"nda iştirak edəcək
    30 oktyabr - 1 noyabr 2012-ci il tarixlərində İstanbulda (Türkiyə) "MDB-nin 14-cü Neft və Qaz İxracı Konfransı" keçiriləcək. Konfrans Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə “Energy Ex” tərəfindən təşkil olunacaq. Öz 14-cü ilində MDB-nin Neft və Qaz İxracı Konfransının Avropa və eləcə də Asiyanın istehlak bazarında ən effektiv, sərfəli və siyasi baxımdan həyat qabiliyyətli marşrutların (məsələn, Nabucco, TANAP, TAP, Cənub Cərəyanı və Nord Cərəyanı) təyin edilməsində MNŞ və BNŞ, istehlakçı və tranzit ölkələr üçün ən vacib sənaye görüşməsi olacağı gözlənilir. Strateji Araşdırmalar Mərkəzindən “KƏLAMİNFO”ya verilən məlumata görə, konfransda Azərbaycanın mövqeyini SAM-ın aparıcı elmi işçisi Gülmira Rzayeva təmsil edəcək. O, “Azərbaycanın Cənub Dəhlizinə baxışı: milli prioritetlər və beynəlxalq öhdəliklər” mövzusunda məruzə ilə çıxış edəcək. Konfransda Rusiya və MDB və digər ölkələrdən olan 120 şirkətdən 180 nümayəndənin iştirakı nəzərdə tutulub.
    29.10.12 Məqaləni oxumaq
     
    Sabirabad RİH: “Rayon rəhbərliyi barədə məlumatlar kiminsə qeyri-sağlam fantaziyasının məhsuludur”
    Bəzi kütləvi informasiya vasitələrində Sabirabad rayon rəhbərliyi barədə məlumatlar yer alıb. Bildirilir ki, naməlum şəxs tərəfindən rayon rəhbərliyinə qarşı hörmətsizliyə yol verilib. “KƏLAMİNFO” adıçəkilən rayonun icra hakimiyyəti ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirib. İH-in mətbuat xidmətindən bildirilib ki, məqaləni dərc edən qəzet heç bir fakta əsaslanmadan, qarşı tərəfin fikrini öyrənmədən qanunvericiliyi kobud şəkildə pozaraq vəzifəli şəxsə qara yaxmağa çalışıb: “Həmin məqalənin müəllifi əslən rayonun Xəlfəli kəndindən olsa da, kənd əhalisi arasında heç bir nüfuzu olmayan birisidir. Hətta vaxtilə törətdiyi bəd əməlinə görə məhkum da olunub. Bu gün Sabirabad ölkə rəhbərinin diqqət və qayğısı ilə yenidən qurulur. Özünü həqiqətən sabirabadlı hesab edən hər bir kəs bu inkişafa sevinməli və aparılan işlərə dəstək olmalıdır. Bir daha bildiririk ki, məqalədə göstərilən gülünc doğuran məlumat yalan və böhtan xarakterli olması ilə yanaşı, kiminsə qeyri-sağlam fantaziyasının məhsuludur”.
    29.10.12 Məqaləni oxumaq
     
    Rəbiyyət Aslanova: “Cərimələrin artırılması ilə bağlı təklif insan hüquqlarının qorunmasına xidmət edir”
    “Tək indi yox, “Sərbəst toplaşmaq haqqında” qanunda qəbul olunandan sonra qanunda bir çox dəyişiklik olunub ki, onlar da insan hüquqlarının qorunmasına xidmət edir. Hazırkı cərimələrin artırılması ilə bağlı olunan təklif də bu silsilədəndir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib. O qeyd edib ki, cəmiyyətdə gedən demokratikləşmə prosesi bu qanunlara dəyişikliklərin edilməsini şərtləndirir. Onun sözlərinə görə, Azərbaycan vətəndaşı qanunun aliliyini rəhbər tutarsa, heç bir cərimələrdən söhbət gedə bilməz.
    23.10.12 Məqaləni oxumaq
     
    Əli Hüseynli: “Deputatların sayının artırılması gündəmdə deyil”
    Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin Əli Hüseynli son günlər parlamentdə deputatların sayının artırılması ilə bağlı edilən təkliflərə münasibət bildirib. “KƏLAMİNFO” xəbər verir ki, Ə.Hüseynli belə bir dəyişikliyə ehtiyac olmadığını bildirib. O qeyd edib ki, hazırda komitənin gündəliyində bununla bağlı heç bir məsələ yoxdur: “Deputatların sayının artırılması kimi məsələ bizim hüquq ictimaiyyətində, Konstitusiya qanunvericiliyilə məşğul olan təşkilatlar arasında gündəmdə deyil, müzakirə olunmur”. Qeyd edək ki, Azərbaycan millət vəkillərindən bir qismi Milli Məclisdə deputatların sayının 150-yə çatdırılması ilə bağlı təkliflər ediblər.
    23.10.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 11 12 13 14 15 16 17 18 19 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30