Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  145 146 147 148 149 150 151 152 153  #
    DJHAM sədri: “Ölkədə mətbuat xidmətlərinin fəaliyyəti dünya ölkələri ilə müqayisədə mənfi xarakter daşıyır”
    Azərbaycanda qurumların mətbuat xidmətlərinin KİV-lə əməkdaşlıq səviyyəsi dünya ölkələri ilə müqayisədə kifayət qədər mənfi xarakter daşıyır. Bu barədə Beynəlxalq Mətbuat Klubunun (BMK) Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yardımı ilə “Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə KİV-lərin əməkdaşlığının gücləndirilməsi” layihəsi çərçivəsində jurnalist təşkilatlarının rəhbərləri ilə aparılan sorğuya cavabında “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin (DJHAM) sədri Cəsur Sümərinli söyləyib. Məlumatı KƏLAMİNFO-ya BMK-dan veriblər. C.Sümərinlinin sözlərinə görə, təkcə Gürcüstan və Ukrayna ilə müqayisədə Azərbaycan bu sahədə xeyli geridə qalıb. “Məsələn, Ukraynada ictimai nəzarətlə bağlı qanun qəbul olunub və bu qanuna əsasən güc strukturlarının üzərində KİV və QHT-lərlə əməkdaşlığın dərinləşdirilməsi öhdəliyi nəzərdə tutulub.
    17.07.10 Məqaləni oxumaq
     
    “Təmiz Şəhər” ASC məktəblilər üçün yay məktəbi keçirəcək
    Prezident İlham Əliyev tərəfindən elan edilmiş “Ekologiya İli” çərçivəsində “Təmiz Şəhər” ASC tərəfindən iyulun 26-dan 31-dək məktəblilər üçün “Təmiz şəhər naminə” adlı yay məktəbi təşkil ediləcək. Bu barədə məlumatı ASC-nin mətbuat xidmətinin rəhbəri Leyla Osmanova verib. Yay məktəbinin təşkilində məqsəd orta məktəb şagirdlərinin tullantıların düzgün idarə edilməsi, ətraf mühitin mühafizəsi sahəsində bilik və dünya görüşünü genişləndirmək və ətraf mühitin mühafizəsi mövzusunda ictimai müzakirələrin keçirilməsidir. Məktəbin təşkili həmçinin, ekoloji mədəniyyətin inkişafı və ətraf mühitin mühafizəsinə gənclərin diqqətini yönəltmək məqsədi daşıyır. Yay məktəbində Bakı şəhər orta məktəblərinin 14-17 yaşlı şagirdləri iştirak edə bilərlər.
    16.07.10 Məqaləni oxumaq
     
    Avropa Məhkəməsində Azərbaycana qarşı 120-ə yaxın şikayət var
    Avropa Məhkəməsində Azərbaycana qarşı 120-ə yaxın şikayət var və o, kommunikasiyadadır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə Azərbaycanın Avropa Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov söyləyib. O qeyd edib ki, həmin şikayətlərin icraatına başlanılıb və baxılmaq ərəfəsindədir.
    16.07.10 Məqaləni oxumaq
     
    Türkiyədə İRƏLİ-çi gənclərin yay düşərgəsinə start verildi
    Türkiyənin Karabak Gənclər və İdman Müdürlüyü və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə 13-20 iyul tarixlərində “Türkiyə-Azərbaycan Gənclik Dəyişimi Fəaliyyət Proqramı” çərçivəsində Azərbaycan gənclərinin Türkiyənin Karabük, Ankara, Safranbolu və Amasya bölgəsinə tanışlıq səfərləri həyata keçirilir. İRƏLİ-dən KƏLAMİNFO-ya verilən məlumata görə, hazırda keçirilən 1 həftəlik düşərgənin məqsədi Türkiyənin gənclər siyasəti ilə tanışlıq, qarşılıqlı təcrübə mübadiləsi və ölkələrin mədəniyyət gecələrini keçirməklə gənclərin ölkələr haqqında məlumatlarını genişləndirməkdir. Bundan əlavə düşərgə iştirakçıları ilə Karabük şəhərinin rəsmiləri arasında görüşlər keçirilməsi də planlaşdırılır. Düşərgədə “İRƏLİ” İB-nin 30 fəal gənci iştirak edir.
    16.07.10 Məqaləni oxumaq
     
    Bu gün ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 41 ili tamam olur
    Bu gün ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 41 ili tamam olur. KƏLAMİNFO xəbər verir ki, Heydər Əliyev 1969-cu ilin iyulunda Azərbaycan Kommunist Partiyasının birinci katibi, respublikanın rəhbəri olub. Ulu öndən 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinə üzv seçilib, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunub və SSRİ-nin rəhbərlərindən olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı və beş il SSRİ Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
    15.07.10 Məqaləni oxumaq
     
    V.Mövsümov: “Yerlərdə məmurlar tərəfindən özəl sahibkarların fəaliyyətinə qeyri-qanuni müdaxilələr var”
    Bir sıra yerlərdə məmurlar, ayrı-ayrı hüquq-mühafizə orqanları, reyestr, vergi xidmətləri, bələdiyyələr, memarlıq idarələri, sanitar xidmət şöbələri tərəfindən özəl sahibkarların fəaliyyətinə qeyri-qanuni müdaxilələr edilir. Bu barədə açıqlamanı KƏLAMİNFO-ya müsahibəsində Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov söyləyib. O, sözügedən problemlə bağlı sahibkarlar tərəfindən rəhbərlik etdiyi quruma kifayət qədər şikayətlərin daxil olduğunu vurğulayıb. V.Mövsümovun sözlərinə görə, Korrupsiyaya Qarşı Mübarizə Fondu “Özəl sahibkarların fəaliyyətinə qeyri-qanuni müdaxilələrin qarşısının alınmasına dəstək” layihəsini həyata keçirir və layihə çərçivəsində Sumqayıtda keçirilən ilk tədbirdə sahibkarlar bu problemlərlə üzləşdiklərini bildiriblər.
    15.07.10 Məqaləni oxumaq
     
    Azərbaycan jurnalistləri İrəvanda “Qafqazda informasiya azadlığı” adlı beynəlxalq konfransda iştirak edir
    İrəvanda “Qafqazda informasiya azadlığı” adlı beynəlxalq konfrans keçirilir. Amerikanın Milli Təhlükəsizlik Arxivinin təşəbbüsü ilə artıq ikinci ildir təşkil olunan konfransda Rusiya, Gürcüstan, Azərbaycan, Ermənistan və ABŞ-dan olan bir qrup jurnalist iştirak edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya tanınmış jurnalist Babək Göyüş verib. Konfransa Azərbaycan jurnalistlərindən Qulu Məhərrəmli, Arif Əliyev, Xoşqədəm Baxşəliyeva, Asəf Quliyev və Rəşid Hacılı qatılıblar. Xatırladaq ki, bu tədbir ötən il Tiflis şəhərində keçirilmişdi. Gələn il isə həmin tədbirin Bakıda keçirilməsi nəzərdə tutulub. İrəvanda aparılan müzakirələr zamanı qərara alınıb ki, növbəti ildə keçiriləcək toplantıda türkiyəli jurnalistlər də iştirak etsin.
    14.07.10 Məqaləni oxumaq
     
    Ekoloji maariflənmə kimlər arasında aparılmalıdır
    Təmiz və sağlam mühitdə yaşamaq hər bir insanın hüququdur. İstəyirik ki, yediyimiz qida, içdiyimiz su, gəzdiyimiz küçələr, istirahət etdiyimiz parklar, bir sözlə, hər bir şey gözəl və təmiz olsun. Lakin təəssüflə qeyd etmək lazımdır ki, çox vaxt istəyimizlə əməlimiz üst-üstə düşmür. Belə olmasaydı, bir vaxtlar dünyanın ən təmiz və gözəl şəhərlərindən olan Bakı indi zir-zibil içində olmazdı. Söhbət açacağım mövzunun aktuallıq kəsb etməsinə əsas səbəblərdən biri paytaxtımızın günü-gündən böyüməsi, gözəlləşməsi və aparılan abadlıq işləri  ilə yanaşı, onun ekoloji təmizliyinin get-gedə pisləşməsidir. Bu isə həm xəstəliklərin artmasına, ekosistemin pozulmasına səbəb olur, həm də şəhərimizə təşrif buyurmuş qonaqlarda xalqımız və onun mədəniyyəti haqqında mənfi rəy formalaşdırır. Bunda isə ilk növbədə günahkar özümüzük.
    13.07.10 Məqaləni oxumaq
     
    Region şagirdləri daha çox layihə təqdim edib
    Məlum olduğu kimi Prezident İlham Əliyev 2010-cu ili Ekologiya ili elan edib. ARDNŞ bu məqsədlə geniş miqyaslı ekoloji layihələrin həyata keçirilməsi sahəsində işləri davam etdirir. Bu layihələrdən biri də ARDNŞ-nin maliyyə dəstəyi ilə 7-11 apreldə Bakıda keçirilən “INEPO-AVRASİYA” Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasıdır. Qeyd edək ki, tədbirdə 33 ölkənin şagird komandaları artıq qeydiyyatdan keçib.
    13.07.10 Məqaləni oxumaq
     
    Yaşil dünya və biz
    Reyhan Əliyeva: “Ekoloji durumla bağlı ümidə məsələlər dünya birliyi qarşısında da çox kəskin şəkildə dayanıb”

    Bu gün Azərbaycanda gənclərin cəmiyyətin inkişafında, problemlərinin həllində rolunu artırmaq, ölkənin inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə bir sıra müsbət tədbirlər həyata keçirilir. Bu istiqamətdə işlərin aparılmasında  Qeyri Hökumət Təşikalatlarının (QHT) da rolu danılmazdır. Onların fəaliyyətinin gənclər siyasətinin məqsəd və prinsiplərinin reallaşdırılması üçün yönəldilməsi müsbət qarşılanan bir işdir. Bu baxımdan “Evrika” İstedadlı Gənclərə Yardım İctimai Birliyinin də (İGYİB) fəaliyyətini uğurlu saymaq olar.
    13.07.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  145 146 147 148 149 150 151 152 153  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30