Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  144 145 146 147 148 149 150 151 152  #
    Ünvanlı sosial yardımın verilməsində yeniliklər gözlənilir
    Gələn ildən etibarən aztəminatlı ailələrə sosial xidmətin göstərilməsi, məşğulluğun artırılması, yardımların daha effektiv xərclənməsinə şəraitin yaradılması məqsədilə vətəndaşlarla sosial müaqavilələrin bağlanması nəzərdə tutulub. KƏLAMİNFO xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov söyləyib. O qeyd edib ki, müqavilə əsasında hökumət, həm də aztəminatlı ailələr öhdəliklər götürməldir. Onun sözlərinə görə, bu öhdəliklərdən biri şərtləşdirilmiş yardım, digəri isə özünü təminat proqramıdır. “Biz öhdəliklər üçün ailələrlə sosial müqavilələr bağlamağı planlaşdırırıq. Bu sosial müqavilələrdə ailələr və biz, birgə öhdəlik götürəcəyik, bu öhdəliklərin yerinə yetirilməsinin müntəzəm monitorinqini aparacağıq”,-deyən N.Qasımov əlavə edib ki, Dünya Bankı ilə birgə bir sıra ölkələrdə uğurla həyata keçirilən özünütəminetmə proqramı hazırlanır. Bu proqram üzərində iş getdiyini xatırladan N.Qasımov bildirib ki, bu proqram Rusiyanın 5 vilayətində də uğurla həyata keçirilib.
    29.07.10 Məqaləni oxumaq
     
    Türkiyənin dövlət naziri Zəfər Çağlayan ümummilli liderin məzarın ziyarət edib
    Azərbaycanda səfərdə olan Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayəndə heyəti bu gün Fəxri Xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb. Qonaqlar Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Sonra dövlət naziri Şəhidlər Xiyabanında şəhid türk əsgərlərinin xatirəsini yad edib, abidə önünə əklil qoyub. Zəfər Çağlayan xatirə kitabına ürək sözlərini yazıb.
    28.07.10 Məqaləni oxumaq
     
    140 min ailə ünvanlı sosial yardım ala bilər
    Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 20 iyulda keçirilən kollegiyasının yekunlarına həsr olunan zona-müşavirəsi keçirildi. KƏLAMİNFO xəbər verir ki, müşavirədə çıxış edən ƏƏSMN Yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov bildirdi ki, tədbirdə ünvanlı sosial yardımla bağlı məsələlər müzakirə olunacaq. Ünvanlı sosial yardımın uğurla davam etdirildiyini diqqətə çatdıran N.Qasımov bildirdi ki, son 4 ildə həyata keçirilən ünvanlı sosial yardım proqramının təhlili göstərir ki, həssas qrupdan olan insanların daha fəal sosial yönümlü proqramlara cəlb olunmasına ehtiyac var. Onun sözlərinə görə, bu məqsədlə aztəminatlı alilələrin sosial reablitasiyası ilə də məşğul olunmasına ehtiyac var. Hazırda 133 min ailənin bu yardımdan bəhrələndiyini diqqətə çatdıran N.Qasımov qeyd etdi ki, hər bir ailəyə ayda orta hesabla 113 manat vəsait ödənilir. Onun sözlərinə görə, ilin sonuna kimi 140 min ailənin bu yardımdan bəhrələnməsi gözlənilir. O, ünvanlı sosial yarıdım alanların əsasən çoxuşaqlı və əlil üzvü olan ailələrdən ibarət olduğunu xatırlatdı.
    28.07.10 Məqaləni oxumaq
     
    Azərbaycanda əhalinin 44.4%-i internetdən istifadə edir
    Azərbaycanda 3 389 000 internet istifadəçisi var. KƏLAMİNFO “İnternet World Stats” (İWS) beynəlxalq təşkilatının araşdırmalarına istinadən xəbər verir ki, 2009-cu ildə bu rəqəm 2 mln. olsa da hazırda Azərbaycanda əhalinin 44.4%-i internetdən istifadə edir. Qeyd edək ki, Azərbaycanda internet istifadəçilərin sayı Gürcüstandan 3 dəfə, Ermənistandan isə 18 dəfə çoxdur. Ermənistanda cəmi 208200 nəfər inetrnetdən istifadə edir.
    28.07.10 Məqaləni oxumaq
     
    Ekoloji qanunvericiliyi pozanlar cəzalandırılıb
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları cari ilin altı ayı ərzində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər.
    Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 1601 akt və protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 497 göstəriş verilib. Ümumilikdə 437 iş üzrə 2241593,17 manat məbləğində cərimə tətbiq edilib, ondan 114968 manat ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 317 iş üzrə 633422,18 manat məbləğində iddia qaldırılıb, ondan 48824 manatın ödənilməsi təmin edilib. İdarə və müəssisələrə 1780 iş üzrə 904737,31 manat məbləğində ödəmə tətbiq edilib, ondan 346058 manatın ödənilməsi təmin olunub.
    27.07.10 Məqaləni oxumaq
     
    Hərbi Prokurorluq 1090 qanun pozuntusu aşkar edib
    Cari ilin birinci yarımilliyində Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ağır və xüsusilə ağır, mürəkkəb və aktual xarakterli cinayət işlərinin istintaqı tamamlanaraq, baxılması üçün məhkəməyə göndərilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı altı ayın yekunlarına dair keçirdiyi kollegiya iclasında Baş prokurorun müavini, hərbi prokuror Xanlar Vəliyev söyləyib.
    X.Vəliyev bildirib ki, təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına dair 86 yoxlama keçirilib, nəticədə 1090 qanun pozuntusu aşkar edilib, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 94 təqdimat göndərilib, 51 nəfərə xəbərdarlıq edilib, 37 cinayət işi başlanılıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 70 yazılı göstəriş verilib.
    Hesabat dövründə dövlət ittihamının müdafiəsi üzrə şöbənin fəaliyyəti səmərəli olub. Şöbə tərəfindən birinci instansiya məhkəmələrinin hökm və qərarlarından verilən 21 apelyasiya protestinin 79 faizi təmin olunub.
    Hesabat dövründə 130 məhkəmə prosesinin səyyar qaydada keçirilməsi təmin edilib.
    26.07.10 Məqaləni oxumaq
     
    Hərbi Prokurorluq 286 şəxs barəsində axtarış elan edib
    Cari ilin birinci yarısında Azərbaycanın hərbi prokurorluq orqanlarında vətəndaşların 806 müraciəti müsbət həllini tapıb, 2396 vətəndaş müxtəlif məsələlərlə bağlı Hərbi Prokurorluq əməkdaşları tərəfindən qəbul edilib. Bu barədə məlumatı altı ayın yekunlarına dair keçirdiyi kollegiya iclasında Baş prokurorun müavini, hərbi prokuror, ədliyyə general-leytenatı Xanlar Vəliyev söyləyib.
    X.Vəliyev bildirib ki, Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşən şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri AR Cinayət Məcəlləsinin soyqırıma görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələrinə tövsif edilib, iş üzrə 286 təqsirləndirilən şəxs barəsində axtarış elan edilib. Onun sözlərinə görə, hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
    26.07.10 Məqaləni oxumaq
     
    Bu gün Azərbaycanda Milli mətbuat günü qeyd olunur
    Bu gün Azərbaycanda Milli mətbuatın yaranmasından 135 il ötür. KƏLAMİNFO xəbər verir ki, 135 il öncə dövrünün görkəmli ziyalısı Həsən bəy Zərdabi 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib. “Əkinçi” qəzeti xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Qəzet öz ətrafında Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və digər qabaqcıl fikirli, demokratik əqidəli maarifçiləri toplamışdı. Azərbaycanın milli mətbuatı XIX əsrin sonunda, XX əsrin əvvəlində milli şüurun formalaşmasına əhəmiyyətli təsir göstərib ki, bu da əlbəttə ki, öz növbəsində Şərqdə ilk demokratik respublikanın yaradılmasına təkanverici bir qüvvə olub. Çox ciddi senzura altında cəmi 56 nömrəsi çapdan çıxan “Əkinçi” qəzetinin nəşrinə 1877-ci ildə qadağa qoyulub. Buna əsas səbəb kimi Rusiya-Türkiyə müharibəsinin başlanması və qəzetin siyasi mövzulara da toxunması olub.
    23.07.10 Məqaləni oxumaq
     
    Əmək qanunvericiliyi ilə bağlı 5031 qanun pozuntusu aşkar olunub
    Cari ilin ilk 6 ayı ərzində Dövlət Əmək Müfəttişliyi (DƏM) tərəfindən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq 1561 müəssisə, idarə və təşkilatda keçirilmiş dövlət nəzarəti zamanı əmək qanunvericiliyinə əməl olunmasına dair 5031 qanun pozuntusu aşkar olunub. KƏLAMİNFO xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində cari ilin 6 ayının yekunlarına həsr olunan kollegiya iclasında bildirilib. İqtisadiyyatın sahələri üzrə bu pozuntulara ticarət və ictimai iaşədə (1532), sənayedə (862), mənzil-kommunal və xidmətdə (429), elm, təhsil, mədəniyyətdə (547), tikintidə (359) daha çox rast gəlinib. Hesabat dövründə əmək müqaviləsi olmadan işə cəlb edilmiş 2718 nəfər fiziki şəxslə əmək müqaviləsinin bağlanılması təmin edilib. DƏM-in vəzifəli şəxsləri tərəfindən aşkar olunmuş inzibati xətalara görə işəgötürənlər 302 600 manat məbləğində cərimə olunublar.
    22.07.10 Məqaləni oxumaq
     
    ABŞ Senatı bu həftə Azərbaycana səfir təyinatını nəzərdən keçirəcək
    ABŞ Senatının Xarici Münasibətlər üzrə Komitəsi iyulun 22-dəki dinləmələrində senator Cin Şahinin sədrliyi ilə bir sıra ölkələrə göndəriləcək səfir namizədlərini nəzərdən keçirəcək. KƏLAMİNFO xəbər verir ki, bunların arasında Bosniya və Herseqovina, İslandiya və Yunanıstanla yanaşı, Azərbaycana təyin ediləcək namizəd də var. Xatırladaq ki, cari il mayın 26-da prezident Barak Obama Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini, ATƏT-in Minsk Qrupunun sabiq həmsədri Metyu Brayzanı Azərbaycana səfir kimi namizəd görüb.
    21.07.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  144 145 146 147 148 149 150 151 152  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30