Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 142 143 144 145 146 147 148 149 150 » #
    Növbəti 5 bələdiyyəyə “Məlumat lövhəsi” veriləcək
    Azad İstehlakçılar Birliyi (AİB) Hacıqabul, Neftçala, Salyan, Saatlı və Sabirabad rayonları ərazisində fəaliyyət göstərən növbəti 5 bələdiyyəyə “Məlumat lövhəsi” verəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində AİB sədri Eyyub Hüseynov verib. E.Hüseynov bildirib ki, sözügedən lövhələri Avropa Komissiyasının dəstəyi və AİB-in həyata keçirdiyi “Bələdiyyələrin sosial sahədə və əhalinin ekoloji hüquqlarına dair imkanlarının artırılmasına dəstək” layihəsi çərçivəsində “Konterpark İnternational” təşkilatı verəcək. Onun sözlərinə görə, “məlumat lövhələri“ndə AİB-in treninq keçmiş əməkdaşları ilə birlikdə bələdiyyələrin sosial inkişaf planları, büdcəsi, iclasları, ümumilikdə onların fəaliyyəti haqqında məlumatlar yerləşdiriləcək. Xatırladaq ki, bundan əvvəl AİB adı çəkilən rayonların digər 5 bələdiyyəsinə “məlumat lövhələri“, 10 bələdiyyəyə isə kompüter dəsti hədiyyə edib.
    17.08.10 Məqaləni oxumaq
     
    Telefon Məlumat Mərkəzinə 4100-dən çox müraciət daxil olub
    Cari ilin iyul ayı ərzində İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə 430-dan çox müraciət daxil olub. İİN-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, müraciətlər əsasən, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilən güzəştli kreditlər, sahibkarlıq fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də nazirliyin səlahiyyətlərinə aid olan digər məsələlərilə bağlı olub. Ümumilikdə isə, bu ilin əvvəlindən Telefon Məlumat Mərkəzinə 4100-dən çox müraciət daxil olub. Telefon Məlumat Mərkəzinə daxil olan müraciətlər operativ şəkildə cavablandırılıb, şikayət xarakterli müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, Nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunan müddətdə baxılıb və nəticəsi barədə müraciətçilərə məlumat verilib. Qeyd edə ki, Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi 2009-cu ilin 1 sentyabr tarixində fəaliyyətə başlayıb.
    16.08.10 Məqaləni oxumaq
     
    Hansı jurnalistə mənzil verilməsini müəyyən edən komissiya yaradılacaq
    Jurnalistlər üçün evlərin tikilməsi prosesi üzərində iş gedir. Bu fikirləri KƏLAMİNFO-ya müsahibəsində Mətbuat Şurasının sədri Əflatun Amaşov söyləyib.
    Ə.Amaşov tikiləcək mənzillərin kimlərə verilməsinə də münasibət bildirib. O qeyd edib ki, müəyyən prosedur qaydalar var və onlar həll olunandan sonra mənzillərin kimlərə veriləcəyi məlum olacaq. Onun sözlərinə görə, bu barədə ümumi rəyə gəlmək lazımdır. O, sözügedən məsələ ilə bağlı hələlik hər hansı təkliflərin hazırlanmadığını da vurğulayıb.
    Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə deyib ki, sözügedən məsələ ilə bağlı hazırda müzakirələr gedir.
    14.08.10 Məqaləni oxumaq
     
    “Ərzaq təhlükəsizliyi haqqında” qanun layihəsi hazırlanır
    Milli Məclisdə “Ərzaq təhlükəsizliyi haqqında” qanun layihəsi hazırlanır. KƏLAMİNFO xəbər verir ki, bu barədə parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib.
    E.İbrahimov bildirib ki, sənəd tam hazırlandıqdan sonra Milli Məclisin payız sessiyasının müzakirəsinə çıxarıla bilər.
    Hazırda belə bir qanunun qəbuluna ciddi ehtiyac olduğunu qeyd edən komitə sədrinin sözlərinə görə, bir sıra hallarda əhaliyə keyfiyyətsiz qida məhsulları satılır. E.İbrahimovun fikrincə, belə halların qarşısını daha səmərəli almaq üçün yeni qanun təsirli ola bilər.
    13.08.10 Məqaləni oxumaq
     
    Bu gün Beynəlxalq Gənclər Günüdür
    Bu gün Beynəlxalq Gənclər günüdür. KƏLAMİNFO xəbər verir ki, 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Azərbaycanda gənclərlə bağlı dövlət siyasətini 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi həyata keçirir. 1996-cı ildən başlayaraq Azərbaycan Gənclərinin Forumları keçirilir. Ölkəmizdə isə Gənclər günü ümummilli lider Heydər Əliyevin qərarı ilə fevralın 2-i qeyd olunur. Hazırda Azərbaycanda dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının sayı 170-dən artıqdır.
    13.08.10 Məqaləni oxumaq
     
    BQXK: “M.İbrahimovun meyitinin geri qaytarılmasıüçün iş aparılır”
    Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun meyitinin geri qaytarılması üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisi mütəmadi iş aparır. Bu barədə məlumatı KƏLAMİNFOy-a müsahibəsində BQXK-nin Bakı ofisinin şöbə müdiri İlahə Hüseynova verib. “Şəhidin meyitinin geri qaytarılması ilə bağlı Azərbaycanın müvafiq dövlət orqanları bizə müraciət edib. Biz həmin müraciəti Ermənistan tərəfinə ötürmüşdük və aldığımız cavabı da müvafiq dövlət orqanlarına çatdırmışıq. Bundan sonra da gündəlik işimizi davam etdirəcəyik”,-deyən İ.Hüseynova bildirib ki, məsələ ilə bağlı onlara yenidən müraciət olmayıb, ancaq bu məsələ ilə bağlı gündəlik və ardıcıl məşğul olurlar.
    11.08.10 Məqaləni oxumaq
     
    DİN-də Anlaşma Memorandumu imzalanıb
    Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Niderland Krallığının ədliyyə naziri Ernst Xirş Ballinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, R.Usubov qonağa nazirliyin funksiyası və fəaliyyət istiqamətləri, eləcə də müstəqilliyimizin ilk illərində hökm sürən gərgin ictimai-siyasi və kriminogen durum barədə məlumat verib. R.Usubov əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayına görə ölkəmizin MDB məkanında sonuncu yerlərdən birini tutduğunu xatırladıb, bildirib ki, kriminogen durumun nəzarətdə olması, sabitliyin dönməzliyinin təmini ilk növbədə vətəndaşların, eləcə də əcnəbilərin təhlükəsizlik şəraitində yaşayıb fəaliyyət göstərmələrinə, iqtisadiyyatımıza külli miqdarda xarici sərmayənin yatırılmasına əlverişli şərait yaradıb. Daxili işlər orqanları əməkdaşlarının xidməti fəaliyyətdə üzləşdikləri problemlər barədə danışan R.Usubov, transmilli mütəşəkkil cinayətkarlığın qanunsuz miqrasiya, insan alveri, narkotiklərin dövriyyəsi və digər bu kimi təhlükəli növləri ilə mübarizənin bütün dünya ölkələri üçün aktual olduğunu, getdikcə qlobal miqyas alan belə cinayətlərə qarşı dünya dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların birgə mübarizə aparmalarının əhəmiyyətini vurğulayıb.
    11.08.10 Məqaləni oxumaq
     
    Ombudsman Gəncədə 2 saylı İstintaq Təcridxanasında olub
    Ombudsman Elmira Süleymanova Gəncəyə səfəri çərçivəsində təsisatın əməkdaşları ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin bu şəhərdə yerləşən 2 saylı İstintaq Təcridxanasına baxış keçirib. Ombudsman Aparatının mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, başçəkmənin məqsədi Fakültativ Protokolun tələblərinə uyğun olaraq, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar hallarının qarşısının alınması üçün mövcud vəziyyətin öyrənilməsi və qabaqlayıcı tədbirlərin görülməsindən ibarət olub. Ombudsman burada saxlanılan bir sıra şəxslərlə, o cümlədən qadın və uşaqlarla söhbət aparıb, onlara hüquqlarını və Ombudsman haqqında Konstitusiya Qanununun müddəalarını izah edib. Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyib, barələrində çıxarılan məhkəmə qərarlarından və istintaqın qeyri-obyektiv aparılmasından narazılıqlarını bildiriblər.
    10.08.10 Məqaləni oxumaq
     
    DİN-in idarə rəisi: “Azərbaycanda bu ilin birinci yarısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 27 nəfər xarici ölkə vətəndaşı məsuliyyətə cəlb edilib”
    Azərbaycanda 2010-cu ilin birinci yarısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 27 nəfər xarici ölkə vətəndaşı məsuliyyətə cəlb edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov deyib. Onun sözlərinə görə, bu ilin birinci yarısında daxili işlər orqanları tərəfindən narkotiklərlə bağlı 1801 fakt aşkar edilib ki, nəticədə 317 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb. Götürülmüş narkotik vasitələrdən 211 kiloqramı marixuana, 126 kiloqramı həşiş, 20 kiloqramı tiryək, 57 kiloqramı isə heroin olub. H. Aslanov keçən dövr ərzində Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 10 nəfər İran İslam Respublikası, 4 nəfər Rusiya Federasiyası, 12 nəfər Gürcüstan və 1 nəfər Ukrayna vətəndaşının saxlanıldığını və həmin şəxslərdən ümumilikdə 21 kiloqrama yaxın narkotik vasitə müsadirə edildiyi bildirib. İdarə rəisi, həmçinin bu ilin birinci yarısında ölkədə 453,1 hektar ərazidən 213 ton 812 kiloqram narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edildiyini də deyib.
    06.08.10 Məqaləni oxumaq
     
    Ombudsman DİN-ə müraciət edib
    Ombudsman yanında yaradılan İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Milli Preventiv Mexanizm (MPM) Qrupunun əməkdaşları Bakı şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanma məntəqəsində (İHOSM) saxlanılan şəxslərlə görüşüb. Ombudsman Aparatının mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, baş çəkmə zamanı müəyyən olunub ki, burada 10 nəfər saxlanılır. Həmin şəxslər Səbail rayon Məhkəməsinin qərarı ilə 7-10 gün müddətinə inzibati qaydada həbs edilib və 31 iyul 2010-cu il tarixdə İHOSM-nə yerləşdiriliblər.
    06.08.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 142 143 144 145 146 147 148 149 150 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30