Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 141 142 143 144 145 146 147 148 149 » #
    Seçkilərdə beynəlxalq müşahidəçilərin iştirakı Bakının uğurudur
    ATƏT-in Bakı ofisi noyabrda Azərbaycanda keçiriləcək parlament seçkilərində çoxlu sayda beynəlxalq müşahidəçinin iştirakını rəsmi Bakının uğuru kimi qiymətləndirir. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı bu gün MSK-da Azərbaycanın dairə seçki komissiyalarının sədrləri üçün ixtisaslaşdırılmış kursların açılış mərasimində ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel bildirib.
    ATƏT rəsmisi qeyd edib ki, qarşıdan gələn parlament seçkilərində ATƏT-dən 450 nümayəndə müşahidə edəcək ki, onların 45 nəfəri uzunmüddətli müşahidəçidir.
    24.08.10 Məqaləni oxumaq
     
    AVCİYA fəaliyyət proqramını təqdim edəcək
    Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının seçki qərargahı Milli Məclisə keçiriləcək seçkilərlə bağlı fəaliyyət proqramının ikinci mərhələsinin yekunlarına həsr olunan təqdimat mərasimi keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AVCİYA-nın mətbuat xidmətindən veriblər.
    Tədbirdə AVCİYA-nın reqional nümayəndəliklərinin rəhbərləri, rayonlar üzrə koordinatorları, həmçinin siyasi partiya, QHT, habelə beynəlxalq təşkilatların Bakı nümayəndəliyinin təmsilçiləri, KİV nümayəndələri və müstəqil ekspertlər iştirak edəcəklər.
    Qeyd edək ki, təqdimat mərasimi avqustun 27-də saat 12-00- da “Ambassador” otelinin konfrans zalında keçiriləcək.
    24.08.10 Məqaləni oxumaq
     
    Azərbaycanda 57 insan alveri cinayət faktı aşkarlanıb
    Bu il Azərbaycanda 57 insan alveri cinayət faktı aşkarlanıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə Bakıda Beynəlxalq insan alverinə qarşı mübarizə gününə həsr olunmuş tədbirdə çıxışı zamanı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşı Araz Babayev bildirib.
    A.Abdullayev qeyd edib ki, aşkar olunmuş 57 cinayət faktı nəticəsində 21 nəfər cinayət məsuliyyətinə cəlb olunub. “27 nəfər insan alveri qurbanı aşkar olunub. Qurbanlardan 11 nəfərə sığınacaq verilib, 5 nəfər işlə təmin olunub, 21 nəfər isə müvafiq peşə kurslarına cəlb olunub”,-A.Babayev vurğulayıb.
    Dünyada hər il avqustun 23-ü Beynəlxalq insan alverinə qarşı mübarizə günü kimi qeyd olunur.
    23.08.10 Məqaləni oxumaq
     
    “Azərbaycan Media Kataloqu”nun yeni nəşri hazırlanır
    Söz Azadlığını Müdafiə Fondu (SAMF) “Azərbaycan Media Kataloqu”nun yeni nəşrini çapa hazırlayır. Bu barədə məlumatı KƏLAMİNFO-ya SAMF-dan bildirilib. Yeni nəşr forma və məzmununa görə, əvvəlkindən xeyli fərqlənəcək. Belə ki, bu nəşrə regionlarda çap olunan və ya informasiya texnologiyaları vasitəsilə yayımlanan bütün informasiya daşıyıcıları haqqında məlumatlar daxil ediləcək. Bununla yanaşı, ilkin nəşrə daxil edilən materialların zənginləşdirilməsi, mərkəzi mətbu orqanların regional büroları haqqında məlumatların əlavə edilməsi, həmçinin KİV sahəsində fəaliyyət göstərən QHT-lər haqqında informasiyaların yeni nəşrə daxil edilməsi nəzərdə tutulur. Kataloqda nəşrin fəaliyyət tarixi barədə qısa məlumat, baş redaktorları və struktur bölmələri haqqında məlumatlar Azərbaycan, ingilis və rus dillərində olacaq. SAMF materialların zənginləşdirilməsinə yardımçı olacaq hər bir media təmsilçisinə əvvəlcədən öz təşəkkürünü bildirir.
    21.08.10 Məqaləni oxumaq
     
    BQP parlament seçkilərinə 70-ə yaxın namizədlə qatılacaq
    Böyük Quruluş Partiyasının (BQP) qarşıdan gələn parlament seçkilərinə hazırlığı normal şəkildə gedir. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində BQP-nin sədri Fazil Mustafa söyləyib. Millət vəkili qeyd edib ki, seçkilərə partiyadan 70-ə yaxın namizəd qatılacaq. Seçkilərdə hansı polatforma ilə çıxış edəcəklərinə münasibət bildirən F.Mustafa qeyd edib ki, seçkilərdə blok şəklində çıxış etməklə bağlı danışıqlar getdiyi üçün konkret platforma hazırlanmayıb. Onun sözlərinə görə, platforma blok şəklində çıxış etməklə bağlı aparılan danışıqların nəticəsindən sonra məlum olacaq.
    20.08.10 Məqaləni oxumaq
     
    DİP seçkilərdə iştirak edəcək namizədlərini dəqiqləşdirir
    Demokratik İslahatlar Partiyası (DİP) növbəti parlament seçkilərində iştirak edəcək namizədlərin dəqiqləşdirilməsi üzərində iş aparır. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində DİP-in mətbuat xidmətinin rəhbəri Ülkər İsmayılqızı söyləyib. O qeyd edib ki, partiya çalışacaq ki, seçkidə iştirak edəcək namizədlər seçki dairələrinin çoxunu əhatə etsin. Seçkilərlə əlaqədar müşavirə, görüşlər və digər aksiyaların keçirildiyini diqqətə çatdıran Ü.İsmayılqızının sözlərinə görə, çalışırlar ki, seçkidə xalq arasında tanınmış, xüsusilə vətəndaşların etimadını qazana biləcək namizədlər iştirak etsin. Parlament seçkilərində namizədlərin vahid platforma ilə çıxış edəcəklərini açıqlayan Ü.İsmayılqızı hazırda sözügedən platforma, plakatlar, bukletlər, onların dizayn işi, media ilə əlaqələrin necə qurulması üzərində iş aparıldığını qeyd edib. Seçkidə nə qədər namizədin iştirak edəcəyinə gəlincə, Ü.İsmayılqızı bildirib ki, bu barədə hələlik dəqiq məlumat yoxdur. O, hazırda yerlərdən namizədlərin adlarının Mərkəzi Aparata daxil olduğunu vurğulayıb.
    19.08.10 Məqaləni oxumaq
     
    Bakıda kibernetik təhlükəsizlik məsələləri ilə bağlı seminar keçiriləcək
    Sentyabrın 7-də və 8-də Bakıda kibernetik təhlükəsizlik məsələləri üzrə milli ekspertlərin seminarı keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, tədbir ATƏT-in Azərbaycan nümayəndəliyi tərəfindən təşkil edilir. Milli ekspertlərin seminarı Azərbaycan tərəfindən bu il iyulun 1-də ratifikasiya edilmiş Kibernetik Cinayətkarlıq haqqında Konvensiyanın həyata keçirilməsinə kömək məqsədi ilə kibernetik təhlükəsizlik üzrə davamlı siyasətin işlənib hazırlanmasına yönəlib.
    18.08.10 Məqaləni oxumaq
     
    DSX-nin əksər şəxsi heyəti müqaviləli xidmətdən ibarət olacaq
    Sərhəd mühafizəsinin təşkili və şəxsi heyətin komplektləşdirilməsi ilə bağlı Dövlət Sərhəd Xidmətinin (DSX) heç bir problemi yoxdur. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə DSX rəisi, general-leytenant Elçin Quliyev verib. Sərhəd xidmətində mühafizənin yüksək səviyyədə təşkil olunduğunu vurğulayan E.Quliyev əlavə edib ki, 2013-cü ilədək DSX-nin əksər şəxsi heyəti tam müqaviləli xidmətdən ibarət olacaq.
    18.08.10 Məqaləni oxumaq
     
    “Azərbaycan viza rejimi ilə bağlı işləri sona çatdırmaq niyyətindədir”
    Türkiyə Azərbaycanla viza rejiminin ikitərəfli əsasda aradan qaldırılmasında maraqlıdır. Hazırda bu proses Azərbaycanda daxili prosedurlar səbəbindən uzanır. KƏLAMİNFO türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu bildirib. O, qeyd edib ki, Ankara müxtəlif ölkələrlə viza rejiminin ləğv edilməsi üçün səylər göstərir və indi Azərbaycanla bu istiqamətdə işləri sona çatdırmaq niyyətindədir. “İki il bundan öncə Türkiyə türkdilli ölkələr üçün birtərəfli qaydada viza rejimini aradan qaldırıb. Bundan sonra Qazaxıstan bizim vətəndaşlarımız üçün viza rejimini aradan qaldırdı. Yaxın vaxtlarda Qırğızıstanla bu sahədə işlər yekunlaşdırılacaq. Azərbaycanla da bu istiqamətdə danışıqlar davam etdirilir”,- deyə nazir açıqlayıb.
    18.08.10 Məqaləni oxumaq
     
    FHN yanğın təhlükəsizliyi tədbirlərini davam etdirir
    Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun bağ massivlərində yanğın təhlükəsizliyi tədbirlərini davam etdirir, yay mövsümü ilə əlaqədar əhalinin böyük bir hissəsinin bağ evlərində istirahət etdiyini nəzərə alaraq əhali arasında yanğına qarşı təbliğat xarakterli söhbətlər aparır. FHN-dən KƏLAMİNFO-ya verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidmətinin bağ massivlərində apardığı növbəti yanğın təhlükəsizliyi tədbirində yaşayış evlərinin, mülkiyyət formasından asılı olmayaraq obyektlərin ərazilərinin saxlanılmasında yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl olunmasına baxış keçirilib, həyətyanı sahələrin yanar materiallardan daim təmizlənməsinə, yana bilən tullantıların xüsusi meydançalarda quraşdırılan konteynerlərə yığılmasına və vaxtında daşınıb aparılmasına diqqət yetirilib, bu istiqamətdə maarifləndirici söhbətlər aparılıb.
    17.08.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 141 142 143 144 145 146 147 148 149 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30