Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 140 141 142 143 144 145 146 147 148 » #
    Bakıda kibernetik təhlükəsizlik üzrə seminar keçiriləcək
    Sentyabrın 7-8-də Bakıda kibernetik təhlükəsizlik məsələləri üzrə milli ekspertlərin iştirakı ilə seminar keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə keçiriləcək seminar Azərbaycan tərəfindən cari il iyulun 1-də ratifikasiya edilmiş Kibernetik Cinayətkarlıq haqqında Konvensiyanın həyata keçirilməsinə kömək məqsədilə kibernetik təhlükəsizlik üzrə davamlı siyasətin işlənib hazırlanmasına yönəlib.
    01.09.10 Məqaləni oxumaq
     
    Ermənilər Qubadlının flora və faunasını məhv edib
    Bu gün Qubadlı rayonunun ermənilər tərəfindən işğalından 17 il keçir. Sahəsi 80250 hektar olan rayon 31 avqust 1993-cü il tarixində erməni işğalçıları tərəfindən zəbt olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, Qubadlı zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik olub.
    31.08.10 Məqaləni oxumaq
     
    Bu gün Qubadlının işğalından 17 il ötür
    Bu gün Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 17 il ötür. KƏLAMİNFO xəbər verir ki, ərazisi 826 kv.km olan Qubadlı rayonu 1993-cü il avqustun 31-də ermənilər tərəfindən işğal edilib.Qubadlının işğalı nəticəsində 445 min kvadrat metr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumi təhsil məktəb, 10 mədəniyyət evi, 24 klub, 1 tarix – diyarşünaslıq muzeyi , 60 kitabxana dağıdılıb, işğalçılar 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni isə yandırıb,talan ediblər. Qubadlını itirməklə Azərbaycan iqtisadi, mədəni, tarixi itkilərlə də üz-üzə qalıb. Aşağı Mollu və Həmzəli kəndlərinin hər birində 9, Əliquluuşağı kəndində 5, “Gavur dərəsi” deyilən ərazidə isə 4-cü əsrə aid 1 qədim mağara, 5-ci əsrdə tikilmiş Göy qala, Muradxanlıda “Qalalı” qalası, Xocamsaxlı kəndindəki tarixi abidələrin hamısı düşmən tapdağı altında qalıb.
    31.08.10 Məqaləni oxumaq
     
    Xəzər dənizində zəlzələ olub
    Xəzər dənizində zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən KƏLAMİNFO-ya verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 03:40-da Xəzər dənizində, Bakı şəhərindən 155 km cənubi-şərqdə qeydə alınıb.
    Zəlzələnin maqniturası 3.30, dərinliyi 50m olub.
    31.08.10 Məqaləni oxumaq
     
    Xüsusi mühafizə olunan təbiət əraziləri ölkənin 10,3 faizini təşkil edir
    Azərbaycanda xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini təşkil edir. KƏLAMİNFO xəbər verir ki, bu barədə yap.org.az saytına müsahibəsində ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov məlumat verib. H.Bağırov bildirib ki, bioloji müxtəlifliyin qorunub saxlanılması və inkişaf etdirilməsi nazirliyin fəaliyyətində əsas istiqamətlərdən biridir. Onun sözlərinə görə, aparılmış tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 2003-cü ildən etibarən 478 min hektardan 890 min hektaradək artırılıb və hazırda 8 Milli Park, 11 Dövlət Təbiət Qoruğu və 24 Dövlət Təbiət Yasaqlığından ibarət şəbəkə ölkə ərazisinin 10,3 %-ni təşkil edir.
    28.08.10 Məqaləni oxumaq
     
    O.Zalov: “Bütün hallarda qanunsuz aksiyaların qarşısı alınacaq”
    Yerli polis orqanlarına noyabrın 6-dək 18 yaşı tamam olan şəxslərin şəxsiyyət vəsiqəsi ilə təmin olunması tapşırılıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Oruc Zalov jurnalistlərə müsahibəsində bildirib. O.Zalov seçki ərəfəsində kütləvi aksiyaların keçirilməsinə də münasibət bildirib. “Seçki kampaniyası zamanı kütləvi aksiyalar yerli icra orqanlarına xəbərdarlıq edildikdən sonra və həmin qurumların göstərdiyi konkret yerlərdə keçirilə bilər. Qalan bütün hallarda qanunsuz aksiyaların qarşısı alınacaq”-deyə O.Zalov vurğulayıb. O, sentyabrın 1-dən 9-dək Gəncə, Yevlax, Mingəçevir, Xaçmaz, Mingəçevir, Şirvan və Bakı şəhərinin Nərimanov rayonunda seçkilərlə bağlı polislər üçün zona seminar-məşğələləri keçiriləcəyini söyləyib.
    27.08.10 Məqaləni oxumaq
     
    DİN-də seçkilərlə bağlı xüsusi tədbirlər planı hazırlanıb
    Daxili İşlər Nazirliyində cari il noyabr ayının 7-də keçiriləcək parlament seçkisi ilə bağlı xüsusi tədbirlər planı hazırlanaraq təsdiqlənib. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə daxili işlər nazirinin müavini Oruc Zalov verib. O.Zalov bildirib ki, həmin tədbirlər planı artıq yerli polis orqanlarına göndərilib. “Tədbirlər planında seçki prosesi zamanı asayişin qorunması, seçkinin gedişinə, seçkinin gedişi zamanı “exit-poll” keçirilməsinə müdaxilənin və digər qanunazidd halların qarşısının alınması yer alıb”,-deyən O.Zalov tədbirlər planının 2-ci bəndində noyabrın 5-dək 9-dək Azərbaycan polisinin gücləndirilmiş iş rejimində çalışmasının nəzərdə tutulduğunu vurğulayıb. Nazir müavini onu da qeyd edib ki, Azərbaycan polisi həmişə gücləndirilmiş rejimdə işləyir.
    27.08.10 Məqaləni oxumaq
     
    ETSN Binəqədi, Novxanı, Goradil və Fatmaidə cərimə tətbiq edib
    Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Binəqədi rayonu Xəzər sahili ərazilərdə bərk məişət tullantılarının qanunamüvafiq qaydada idarə olunması vəziyyətini yoxlamaq məqsədilə reyd keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ETSN-nin mətbuat xidmətindən veriblər. Binəqədi rayonu Novxanı çimərliyində bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə iş icraçısı Ş.Umudov, S.Allahverdiyev və İ.Əzimov hər biri fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunublar. Goradil çimərliyində olan iaşə obyektində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə iş icraçısı T.Abdullayev fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə edilib.
    27.08.10 Məqaləni oxumaq
     
    Bu gün Azərbaycanın birinci xanımının ad günüdür
    Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva ad günüdür. KƏLAMİNFO xəbər verir ki, Mehriban xanım Əliyeva Bakıda ziyalı ailəsində dünyaya gəlib. Atası Milli Elmlər Akademiyasının akademiki, fizika-riyaziyyat elmləri doktoru, professor, Milli Aviasiya Akademiyasının rektoru Arif Mir Cəlal oğlu Paşayev, anası şərqşünas alim, filologiya elmləri doktoru, professor, Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru olmuş, ərəb ədəbiyyatı sahəsində mütəxəssis Aida Nəsir qızı İmanquliyevadır. Mehriban xanım Əliyeva 1982-ci ildə Bakıda 23 saylı orta məktəbi qızıl medalla bitirib, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə işi fakültəsinə daxil olub. İkinci kursdan təhsilini İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda davam etdirib, 1988-ci ildə bu institutu fərqlənmə diplomu ilə bitirib. 1988-92-ci illərdə Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.
    26.08.10 Məqaləni oxumaq
     
    Azərbaycan ən çox kompüter virusuna məruz qalan ölkələrdəndir
    Dünya ölkələri arasında kompüter virusunun hücumuna ən çox məruz qalan ölkələrdən biri də Azərbaycandır. KƏLAMİNFO xəbər verir ki, bunu beynəlxalq AVG İnternet təhlükəsizliyi şirkəti bəyan edib. Şirkətin apardığı yeni təhqiqat göstərib ki, Türkiyə, Rusiya, Ermənistan və Azərbaycan onlayn təhlükələrə ən çox məruz qalan ölkələrdir. İnternetdən ən təhlükəsiz istifadə edən ölkələr isə Yaponiya və Tayvandır. Ancaq internetdən istifadə üçün ən təhlükəsiz 10 ölkədən yeddisi Afrikadadır. Qitələrdən isə Cənubi Amerika ən təhlükəsiz, Şimali Amerika isə ən təhlükəlisidir. Bütün dünya üzrə isə onlayn olarkən virus hücumlarına məruz qalma riski bir gündə hər 73 halda 1 dəfədir.Bu tədqiqat 144 ölkə üzrə və 100 mliyon kompüter üzərində aparılıb.
    25.08.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 140 141 142 143 144 145 146 147 148 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30