Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 139 140 141 142 143 144 145 146 147 » #
    SMPDK-nin yeni nəşrləri çapdan çıxıb
    Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəsmi nəşrləri olan “İxtiralar, Faydalı modellər, Sənaye nümunələri” və “Əmtəə nişanları və coğrafi göstəricilər” bülletenlərinin yeni sayı çapdan çıxıb. Dövlət Komitəsinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, bülletenlərə Azərbaycanın reyestrinə daxil edilmiş əmtəə nişanları, ixtira, sənaye nümunəsi, faydalı model patentləri haqqında ətraflı məlumatlar daxil edilib.
    Qeyd edək ki, cari ilin aprel-avqust ayları ərzində Komitə tərəfindən 39 ixtiraya, 7 sənaye nümunəsinə patent verilib, 764 əmtəə nişanı qeydiyyatdan keçib.
    06.09.10 Məqaləni oxumaq
     
    Bakıda “Kibernetika və informatika problemləri” konfransı başlayıb
    Bu gün Bakı şəhərində “Kibernetika və informatika problemləri” (PCİ 2010) III Beynəlxalq konfransı öz işinə başladı. KƏLAMİNFO xəbər verir ki, konfransda rabitə və informasiya texnologiyalar naziri Əli Abbasov və Türkiyə, Rusiya, Gürcüstan, İran, ABŞ, Almaniya, İtaliya, İspaniya, Koreya, Polşa, Belarus, Ukrayna, Latviya, Yeni Zelandiya, Sinqapur, Qazaxıstan və Özbəkistandan olan 40-dan çox alim və mütəxəssis iştirak edirdi.
    06.09.10 Məqaləni oxumaq
     
    Bakıda mediaya həsr olunan konfrans keçirilib
    Bu gün  Bakıda “Medianın özünütənzimləməsi vasitəsilə ifadə azadlığının qorunması” mövzusunda konfrans keçirilib. KƏLAMİNFO xəbər verir ki, konfrans çərçivəsində “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın yeni variantı təqdim olunub.
    Əlavələr edilmiş sənədin məqsədi jurnalistlərin təcrübəsini institusional səviyyədə təkmilləşdirmək və media mənsublarının gündəlik fəaliyyətində etik standartların tətbiqini təşviq etməkdir. Mətbuat Şurasının əvvəlki Peşə Davranışı Qaydalarına əsaslanan yeni sənəddə məlumatların toplanması və açıqlanması, cinayət hadisələri haqqında məlumatların verilməsi və təqsirsizlik prezumpsiyası, eləcə də medianın müstəqilliyi və jurnalistlərin hüquqlarına dair məsələlərə xüsusi diqqət yetirilib.
    06.09.10 Məqaləni oxumaq
     
    DSMF əhalini sosial sığorta haqlarının ödənməsinə çağırır
    Dövlət Sosial Müdafiə Fondu Azərbaycanda sığorta münasibətlərinə əsaslanan sığorta-pensiya sisteminin qurulması məcburi dövlət sosial sığortasının əhalinin sosial müdafiəsi sahəsindəki rolunu daha da artırıb. Fondun mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, mövcud sığorta-pensiya sisteminin dayanıqlı inkişafı məcburi dövlət sosial sığorta haqları ilə sosial sığorta ödənişləri arasında birbaşa əlaqənin təmin edilməsindən bilavasitə asılıdır.
    06.09.10 Məqaləni oxumaq
     
    AQUPDK Bərdədə regional görüş keçirib
    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Bərdədə “XXI əsrdə zorakılıq əleyhinə - əsas amil kimi daxili mədəniyyətin möhkəmləndirilməsi” mövzusunda regional görüş keçirib. KƏLAMİNFO xəbər verir ki, görüşdə Bərdə, Ağdam, Tərtər və Yevlax rayonlarının fəal qadınları iştirak ediblər.

    Tədbirdə çıxış edən  Bərdə rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayev tədbirin əhəmiyyətindən, ölkəmizdə ailənin inkişafına göstərilən diqqət və qayğıdan danışıb, məişət zorakılığına qarşı mübarizənin vacibliyini vurğulayıb.
    05.09.10 Məqaləni oxumaq
     
    QHT rəhbərləri deputatlığa namizədliklərini irəli sürəcək
    Bu gün "Azərbaycanda 2010-cu il parlament seçkiləri: problemlərin həlli yolları" mövzusunda Dəyirmi massa keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, bu il keçiriləcək parlament seçkilərində iştirak etmək üçün 10-a yaxın QHT rəhbəri deputatlığa namizədliyini irəli sürəcək.
    A.Quliyev qeyd edib ki, seçkilərin başlanması elan edildikdən sonra onlardan bəziləri koalisiya tərkibində çıxış edə bilərlər.
    Şura sədri bildirib ki, qanunvericiliyə görə Azərbaycanda QHT-lər siyasi fəaliyyətlə məşğul ola bilməzlər və bu təşkilatın nümayəndələri namizədliklərini fərdi qaydada irəli sürə bilərlər.
    04.09.10 Məqaləni oxumaq
     
    Hacı Surxay: “Ramazan insanların barışıq ayıdır”
    Ramazan ayının ilk günündə İçəri Şəhərdə yerləşən Cümə məscidi bayram havası var idi. KƏLAMİNFO xəbər verir ki, məsciddə insanlar kütləvi şəkildə şam namazı qılırdılar. Oruc tutan insanlar üçün təqribən 150 nəfərlik iftar süfrəsi açılvışdı. İftar süfrəsindən sonra xüsusi olaraq Ramazan ayının özünə məxsus duaları oxundu.

    Cümə məscidinin axundu Hacı Surxay Məmmədli Ramazan ayının fəzilətlərindən danışdı, insanlara dəyərli məsləhətlər verdi. Onun sözlərinə görə, on bir ayın sultanı olan Ramazan ayı insanların dostluq, barışıq, dözümlülük, saflıq və paklıq ayıdır.
    04.09.10 Məqaləni oxumaq
     
    MŞ sədri: “Düşünürük ki, bir neçə evin tikilməsinə nail olaq”
    Düşünürük ki, juranalistlər üçün bir deyil, bir neçə evin tikilməsinə nail olaq. KƏLAMİNFO xəbər verir ki, bunu Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov jurnalistlər üçün evlərin tikilməsilə bağlı hansı işlərin görüldüyü məsələsinə münasibət bildirəkən söyləyib. O qeyd edib ki, jurnalistlər üçün tikiləcək evlərin yeri bəllidir və hazırda sənədləşmə işi gedir. Onun sözlərinə görə, yaxın vaxtlarda sənədləşmə işi yekunlaşacaq və binanın tikintisinə başlanacaq. “Çalışmalıyıq ki, bu işlər şəffaf olsun”,-deyən Ə.Amaşov evlərin paylanması üçün hər hansı tələblərin müzakirə olunub-olunmamasına da münasibət bildirib və qeyd edib ki, hələlik yerin rəsmiləşdirilməsi üzərində iş getir. Onun sözlərinə görə, sonrakı mərhələdə isə hansı tələblərin irəli sürüləcəyi müzakirə olunacaq.
    03.09.10 Məqaləni oxumaq
     
    BMT Azərbaycan hökumətinə minətdarlıq edib
    Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycan hökümətinə Haitidə baş vermiş zəlzələ ilə əlaqədar Haiti Təcili Yardım Fonduna ayırdığı 500 000 min ABŞ dolları məbləğində maliyyə və böyük həə humanitar ehtiyaclara kömək etdiyinə görə öz minnətdarlığını bildirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya XİN-nin mətbuat xidmətindən veriblər. Qeyd edək ki, Haiti Təcili Yardım Fondu - hər hansı bir qarşısı alınmaz fövqəladə hadisələr zamanı ölkədə fəaliyyət göstərən təşkilatlar və agentliklərə çevik şəkildə maliyyə yardımı göstərən birləşmiş fonddur. Baş vermiş zəlzələ ilə əlaqədar Fonda 82 milyon ABŞ dolları həcmində maliyyə yardımı edilib və həmin məbləğin 65 mln. ABŞ dolları insan həyatının xilas edilməsi əməliyyatlarında istifadə edilib.
    02.09.10 Məqaləni oxumaq
     
    MSK regionlarda ixtisaslaşdirilmiş kurslara start verib
    Mərkəzi Seçki Komissiyası (MSK) bu gündən sentyabrın 3-dək prezident İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar olaraq regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayıb. MSK-nın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, kurslar dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün nəzərdə tutulub. Üç gün davam edəcək kurslarda MSK-nın üzvləri, məsul işçiləri, müvafiq şəhər, rayon icra hakimiyyətlərinin səlahiyyətli şəxsləri, rayon prokurorları, məhkəmə sədrləri və polis idarələrinin rəisləri mühazirələr oxuyacaq, DSK sədrləri seminarlar keçirəcəklər.
    01.09.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 139 140 141 142 143 144 145 146 147 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30