Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 137 138 139 140 141 142 143 144 145 » #
    Bakının erməni-bolşevik işğalından azad olunmasından 92 il ötür
    Bu gün Bakının erməni-bolşevik işğalından azad olunduğu gündür. KƏLAMİNFO xəbər verir ki, 91 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi.
    15.09.10 Məqaləni oxumaq
     
    ACİ YF-nin seçkilər üçün maliyyə dəstəyi nəzərdə tutub
    Açıq Cəmiyyət İnstitutu- Yardım Fondunun (ACİ YF) 2010-cu ilin strategiyasında vətəndaş cəmiyyətinin seçkilərdə iştirakının təmin edilməsi üçün maliyyə dəstəyi nəzərdə tutulub. Bu barədə məlumatı ACİ YF-dən veriblər. Müvafiq proqramın tərkibi 3 istiqamətdən ibarətdir. Birinci istiqamət seçkilərin mediada obyektiv işıqlandırılması məqsədini güdür. Fondun təşəbbüsü ilə bir sıra hazırlıq görüşlərin keçirilməsi nəticəsində “Demokratik Jurnalistika Məktəbi” İctimai Birliyi tərəfindən göndərilən layihə təklifi qəbul olunub.
    15.09.10 Məqaləni oxumaq
     
    İcra strukturlarının KİV-lə əməkdaşlığı hansı səviyyədədir?
    Azərbaycanda icra strukturlarının KİV və ictimaiyyətlə əməkdaşlığı sahəsində problemlərin olmasının başlıca səbəblərindən biri, ölkədə bu sahənin ənənə halını almamasıdır. Bu fikirləri Beynəlxalq Mətbuat Klubunun keçirdiyi sorğuya cavabında Beynəlaxlq Avrasiya Mətbuat Mərkəzinin (BAMM) sədri Umud Rəhimoğlu bildirib. Məlumatı KƏLAMİNFO-ya BMK-dan veriblər. Onun sözlərinə görə, Sovetlər dönəmində bu sahə işlək olmadığı üçün, indiyə qədər ənənə halını almayıb. “Müstəqillik qazandıqdan sonra, xüsusilə də son dövrlər bu sahədə əvvəlki illərdən fərqli olaraq uğurlar nəzərə çarpmaqdadır. Artıq bir sıra dövlət qurumları mətbuatla ünsiyyətə kifayət qədər çevik və operativ yanaşırlar.
    15.09.10 Məqaləni oxumaq
     
    YAP namizədlərin siyahısını yaxın günlərdə açıqlayacaq
    Yaxın günlərdə Yeni Azərbaycan Partiyası (YAP) seçkilərdə iştirakı ilə bağlı qərarını və namizədlərin sayını elan edəcək. YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev KƏLAMİNFO-ya bildirib ki, Yeni Azərbaycan Partiyası parlament seçkilərinə hazırlıq prosesinə cari ilin fevral ayından başlayıb. “Partiyanın bütün strukturları parlament seçkiləri ilə əlaqədar təlimatlandırılıb. Partiyanın rayon təşkilatlarında bu barədə bir neçə seminarlar keçirilib və artıq seçki qərargahları fəaliyyətə başlayıb. Seçkilərə hazırlıqla əlaqədar partiya daxili müxtəlif sosioloji sorğular da keçirilib və YAP hər bir dairə üzrə öz namizədini irəli sürəcək”,-deyə H.Paşayev əlavə edib. Hüseyn Paşayev həmçinin bildirib ki, YAP MSK-ya namizədlərin siyahısı haqqında heç bir sənəd təqdim etməyib.
    15.09.10 Məqaləni oxumaq
     
    Ən peşəkar rabitəçi yarış-müsabiqə keçirilir
    Rabitəçilər arasında “ən peşəkar” adı uğrunda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi üzrə yarış-müsabiqə keçirilir. RİTN-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, müsabiqənin məqsədi ən peşəkar əməkdaşların müəyyən olunması, onların həvəsləndirilməsi, eləcə də gənclər arasında rabitəçi peşəsinə marağın artırılmasıdır. İki hissədən (nəzəri və praktiki) ibarət müsabiqədə paytaxtın 6 rabitə qovşağı və Kabel qovşağının mütəxəssisləri iştirak edir. Qaliblər BTRİB-də yaradılan Müsabiqə Komissiyası tərəfindən müəyyən edilir. Qeyd edək ki, bu gün elan olunacaq qaliblər ümumrespublika yarışında iştirak edəcəklər.
    14.09.10 Məqaləni oxumaq
     
    Kim necə səs verə bilər?
    Parlament seçkiləri yaxınlaşdıqca seçicilər səsvermək üçün hansı sənədlər lazımdır sualına cavab axtarırlar. Mərkəzi Seçki Komissiyasından (MSK) KƏLAMİNFO-ya bildiriblər ki, 18 yaşı tamam olmuş hər bir Azərbaycan vətəndaşı seçkidə iştirak edə bilər. Səsvermə günü ölkə vətəndaşları şəxsiyyət vəsiqəsi və ya müvəqqəti şəxsiyyət vəsiqəsindən istifadə edə bilərlər. Qaçqın və məcburi köçkünlərin şəxsiyyətlərini təsdiq edən sənəd yoxdursa, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müəyyənləşdirilmiş formalı vəsiqə, həqiqi və ya müddətli hərbi xidmətdə olan hərbi qulluqçular zabitin şəxsi vəsiqəsi və hərbi biletdən istifadə edə bilərlər. Məhbuslar isə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən verilmiş təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənəd, azadlıqdan məhrumetmə yerlərində və xüsusi müəssisələrdə cəza çəkən məhkumlar sözügedən qurum tərəfindən verilmiş məhkumun şəxsiyyətini təsdiq edən sənədlə səsvermə prosesində iştirak edə bilərlər.
    14.09.10 Məqaləni oxumaq
     
    Azər Həsrət DSK-dan imza vərəqələrini alıb
    Parlament seçkilərinə 34 saylı Xətai II seçki dairəsindən namizədliyi irəli sürülmüş Azər Həsrət Dairə Seçki Komissiyasından imza vərəqlərini alıb. A.Həsrətin seçki qərargahından KƏLAMİNFO-ya verilən məlumata görə, artıq A.Həsrətin Beynəlxalq Bankın Nizami Filialında hesabı da açılıb. Seçki qərargahından bildiriblər ki, imza toplama kampaniyasına bu gündən başlamağı nəzərdə tutan A.Həsrətin komandası ən qısa zamanda bu prosesi başa vuraraq sənədləri DSK-ya təqdim etməyi planlaşdırır. 450 keçərli imza tələb olunduğu halda 500 imza toplamağı nəzərdə tutan qərargah üzvləri dairənin hər tərəfini əhatə etməyə çalışacaq.
    14.09.10 Məqaləni oxumaq
     
    Səhiyyə Nazirliyi sünnət mərasimi keçirib
    Bu gün Səhiyyə Nazirliyi M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müqəddəs Ramazan bayramı münasibəti ilə sünnət mərasimi keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindən veriblər. Əsasən qaçqın və imkansız ailələrin övladlarından ibarət 100 uşaq xəstəxananın peşəkar mütəxəssisləri tərəfindən sünnət olunublar. Uzun illərdir ənənəvi xarakter daşıyan xeyriyyə aksiyasından sonra uşaqlara hədiyyələr də bağışlanıb.
    14.09.10 Məqaləni oxumaq
     
    Azər Həsrət seçki qərargahının üzvlərini elan etdi
    Parlament seçkilərində namizədliyi 34 saylı Xətai II seçki dairəsindən irəli sürülmüş Azər Həsrətin seçki qərargahı əsas və əlavə heyətinin tam tərkibi müəyyən edilib. A. Həsrətin KƏLAMİNFO-ya verdiyi məlumata görə, seçki dairəsində 33 seçki məntəqəsinin olduğunu nəzərə alaraq 33 əsas və 7 əlavə üzvdən ibarət seçki qərargahının tərkibi artıq fəaliyyətə başlayıb. Qərargahın ilkin məqsədi imza toplama kampaniyasını ən qısa zamanda həyata keçirmək, ardından da digər texniki məsələlərin həllini təmin etməkdir. Sonrakı mərhələdə qərargah üzvləri səlahiyyətli nümayəndə, vəkillər və müşahidəçiləri müəyyən edəcək. Təşviqat kampaniyası dövründə isə qərargahın bütün üzvləri səfərbər edilərək ən uyğun seçki kampaniyasını həyata keçirəcək. Qeyd edək ki, Azərbaycan Jurnalistlər Birliyinin baş katibi, Ramiz Əskər seçki qərargahının rəhbəri təyin edilib. Təbliğat üçün tədbiq ediləcək plan haqqında yalnız oktyabrın 15-dən sonra məlumat veriləcək.
    14.09.10 Məqaləni oxumaq
     
    A.Həsrət: “BBQ-nın hesabatlarının necə hazırlandığını gözəl bilirik”
    Son zamanlar ictimaiyyət arasında ən çox müzakirə olunan mövzu Beynəlxalq Böhran Qrupunun (BBQ) Azərbaycanla bağlı açıqlamaları idi. Hakimiyyət bu qərarın qərəzli olduğunu və buna qarşı etiraz bildirərkən, müxalifət isə qərarın ədalətli olduğunu bildirdi. Beynəlxalq insan haqları, jurnalist qurumları sahəsində uzun müddət işləyən Azər Həsrət KƏLAMİNFO-ya bu cür hesabatların necə hazırlandığını çox gözəl bildiyini bildirib.
    13.09.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 137 138 139 140 141 142 143 144 145 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30