Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 136 137 138 139 140 141 142 143 144 » #
    Azərbaycanlı tələbələrindən erməni tələbələrə tutarlı cavab
    Ötən həftə İrəvan Dövlət Universitetinin tələbə şurası ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayevə, ATƏT-in katibi Marc Perrin de Brichambautə və ATƏT-in İrəvan ofisinə Qarabağ münaqişəsi ilə bağlı etiraz məktubu ünvanlayıb. Məktubda Azərbaycanın təcavüzkar siyasət yeritdiyi və regional təhlükəsizliyinə maneə törətdiyi qeyd edilib. Həmçinin, İrəvan Dövlət Universitetinin tələbə şurasının prezidenti Tsolak Hakobyan qeyd edib ki, biz tələbələr sülhü dəstəkləyirik, amma lazım gələrsə düşmənimizə qarşı adekvat cavab verəciyik. Bütün bunları nəzərə alan və ermənilərin əvvəlcədən hadisələri qabaqlayaraq qorxaq bəyanatlar verən tələbə təşkilatlarına Azərbaycan Tələbələr Birliyi (ATB) bu gün etiraz bəyanatı hazırlayıb. ATB-dən KƏLAMİNFO-ya verilən məlumatda bildirilir ki, bəyanatda ermənilərin yaydıqları yalan məlumatlara etiraz bildirilib və bunun qarşısının alınması istənilib.
    20.09.10 Məqaləni oxumaq
     
    E.Quliyev: “Bəzi mətbuat orqanlarında sərhəd hadisələri şişirdilir”
    Hər hansı sərhəd hadisəsini birtərəfli və qərəzli formada ictimaiyyətə çatdırmağa heç bir mətbuat orqanının haqqı yoxdur. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə Dovlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev İran səfəri zamanı yerli mətbuat nümayəndələrinə müsahibəsində çıxış edib. “Azərbaycan-İran dövlət sərhədinin mühafizəsinin vəziyyəti müsbət istiqamətdə inkişaf edir. Təəssüf ki, bəzi mətbuat orqanlarında sərhəd hadisələri şişirdilir, faktlar təhrif edilir, həqiqətdən uzaq və yalan informasiyalar yayılır. Belə hallar azad mətbuatın prinsiplərinə, jurnalist etikasına və ziyalılıq mədəniyyətinə uyğun deyil”,-deyə E.Quliyev bildirib.
    18.09.10 Məqaləni oxumaq
     
    Mətbuat xidmətlərinin fəaliyyətində şikayətlər hələ də eşidilir
    Əksər dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyət sahəsində ciddi boşluqlar hələ də mövcuddur. Bu fikirləri Beynəlxalq Mətbuat Klubunun keçirdiyi sorğuya cavabında Demokratik Jurnalistlər Liqasının (DJL) sədri Yadigar Məmmədli bildirib. Məlumatı KƏLAMİNFO-ya BMK-dan veriblər. Y.Məmmədlinin sözlərinə görə, hazırda qurumlarda mətbuat xidmətlərinin fəaliyyəti qurum rəhbərlərinin xidmətə münasibətindən irəli gəlir. “Bəzi qurumlar istisna olmaqla təəssüf ki, əksər müəssisə rəhbərləri bu xidmətə ciddi əhəmiyyət vermirlər və həmin qurumda da mətbuat xidmətlərinin fəaliyyəti axsayır. Bəzən də başqa cür olur. Yəni, bir sıra qurumlarda müxtəlif yollarla mətbuat xidmətinin başına özünü jurnalist kimi yox, məmur kimi aparan şəxslər gətirilir. Təbii ki, belə olan halda da bu kimi şəxslər təmsil olunduqları qurumda jurnalistlərin yox, məmurların tərəfində olacaq.
    17.09.10 Məqaləni oxumaq
     
    “Hazırda jurnalistikanın seçki prosesinə təsiri güclü deyil”
    Hazırda Azərbaycan jurnalistikasının seçki prosesinə təsiri o qədər də güclü deyil. Ən azı mətbuatın seçkinin nəticələrini dəyişmək imkanları yox dərəcəsindədir. Bu fikirləri Beynəlxalq Mətbuat Klubunun keçirdiyi sorğuya cavabında Jurnalist Araşdırmaları Mərkəzinin (JAM) sədri Seymur Verdizadə bildirib. Məlumatı KƏLAMİNFO-ya BMK-dan veriblər. Onun sözlərinə görə, 10 il əvvəl mətbuat seçki prosesinə indkindən daha intensiv təsir edə bilirdi, nəinki indi. “Hətta bu, o vaxt nəticələrə də öz təsirini göstərirdi. Amma, bu gün mətbuatın seçki prosesinə təsir imkanlarının məhdud olması o demək deyil ki, mətbuat bu prosesdən kənarda qalmalıdır. Azərbaycanda seçki prosesinin işıqlandırılması ilə bağlı uzun illər problemlər mövcud olub. Bu da ondan irəli gəlir ki, ölkədə qəzetlər müxtəlif qütblərə bölünüb.
    17.09.10 Məqaləni oxumaq
     
    MŞ-da seçkilərlə bağlı kitabların təqdimatı olub
    Bu gün Mətbuat Şurasında, Avropa Şurası (AŞ) və Azərbaycan Mətbuat Şurasının (MŞ) birgə əməkdaşlığı çərçivəsində Avropa Şurası tərəfindən nəşr edilən “Media və seçkilər” və “Seçkilərin ədalətli və balanslı işıqlandırılması” adlı kitabların təqdimatı keçirilib. KƏLAMİNFO xəbər verir ki, MŞ sədri Əflatun Amaşov çıxış edərək bildirib ki, kitablar Azərbaycanda noyabr yında keçiriləcək parlament seçkisinə dəstək məqsədilə AŞ-ın Fəaliyyət Planı çərçivəsində nəşr olunub. O, seçki öncəsi kitabların tərcümə olunaraq yayılacağını vurğulayıb. AŞ Baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek seçkilərin işıqlandırılmasında medianın böyük rolunun olduğunu bildirib. O, AŞ bu kitablardan əlavə olaraq, Azərbaycan jurnalistləri üçün seçkilərin işıqlandırılması ilə bağlı Bakı və regionlarda xüsusi təlimlərin keçirilməsini nəzərdə tutduğunu vurğulayıb.
    17.09.10 Məqaləni oxumaq
     
    “Irəli”-nin nümayəndəsi ölkəmizi ABŞ-da təmsil edcək
    “Irəli” İctimai Birliyinin Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Ayxan Mustafayev Azərbaycanı 18 sentyabr 9 oktyabr tarixlərində ABŞ Dövlət Departamentinin “Beynəlxalq Liderlik Proqramı”nda (İnternational Visitor Leadership Program) təmsil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya “Irəli”-dən veriblər. Tədbir Vaşinqton şəhərini, Kentukki, Oreqon, Arkanzas və Ogayo ştatlarını əhatə edəcək. Proqramda iştirak edəcək 17 müxtəlif ölkənin təmsilçiləri arasında dövlət məmurları, qeyri-hökumət təşkilatlarının liderləri, siyasi partiya fəalları, millət vəkilləri və elmi-araşdırma mərkəzlərinin rəhbərləri var.
    17.09.10 Məqaləni oxumaq
     
    Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən aksiya başa çatıb
    Heydər Əliyev Fondunun dəstəyi ilə “Worldmed” klinikasında həyata keçirilən humanitar aksiya həftəsi başa çatıb. Fonddan KƏLAMİNFO-ya verilən məlumata görə, sayca üçüncü olan bu xeyriyyə həftəsində 43 uşaq üzərində əməliyyat aparılıb. Fonddan bildirilib ki, artıq ikinci ildir, bu klinikada aztəminatlı ailələrdən olan “dovşan dodaq” və “qurd ağzı” diaqnozlu uşaqlar üzərində bərpa əməliyyatları keçirilir. Bu məqsədlə indiyədək 400 uşaq müayinədən keçirilib, 200 uşaq üzərində əməliyyat aparılıb. Əməliyyatlar üz-çənə cərrahı, tibb elmlər doktoru “Worldmed” klinikasının baş həkimi Əziz Əliyev və Amerikanın Smile Train təşkilatının həkimləri tərəfindən həyata keçirilib. İki əməliyyat otağında paralel aparılan cərrahiyyə əməliyyatları gündə 5-7 uşağın fiziki qüsurunu aradan qaldırmağa imkan verib. Fondun dəstəyi ilə klinikada gerçəkləşən əməliyyatlar tam pulsuz aparılıb.
    17.09.10 Məqaləni oxumaq
     
    Azərbaycan-Ermənistan sərhəddində zəlzələ olub
    Dünən yerli vaxtla saat 18:12:12-də Azərbaycan-Ermənistan sərhəddində, Naxçıvan şəhərindən 77-km şimali-qərbdə zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən KƏLAMİNFO-ya bildiriblər ki, zəlzələnin manitudası 3,60, dərinliyi 2 km olub. Zəlzələ hiss olunmayıb.
    17.09.10 Məqaləni oxumaq
     
    Binəqədi qəsəbə bələdiyyəsi sosial yardımları dayandırıb
    Binəqədi qəsəbə bələdiyyəsi büdcədə yaranan maliyyə çətinliyi ilə bağlı müvəqqəti olaraq əhaliyə göstərilən sosial yardımları dayandırıb. Bu barədə KƏLAMİNFO-ya Binəqədi qəsəbə bələdiyyəsinin Sosial məsələlər üzrə daimi komissiyasının sədri İlhamə Şeydayeva məlumat verib. İ.Şeydayevanın sözlərinə görə, iki aya yaxındır ki, əhaliyə heç cürə yaxından kömək edə bilmirlər. Komissiya sədri ötən 5 ildə Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən əhaliyə ay ərzində 3-4 min manat sosial yardım edildiyini vurğulayıb. “Ötən dövrlər ərzində Binəqədi qəsəbə bələdiyyəsinin də gəlirləri yaxşı idi. Qəsəbə ərazisində torpaqlar əhaliyə paylanırdı. Bunun da nəticəsi olaraq əhali qəsəbə bələdiyyəsinə torpaq pulu köçürürdü. Amma indi qəsəbədə torpaq satışı dayandırıldığına görə, əhalidən yığılan torpaq vergisi hesabına bələdiyyə aparatı idarə edilir. Büdcədə yığılan pullar işçilərin məvacibinə, qəsəbənin abadlaşdırılmasına və digər məsələlərə xərclənir.
    17.09.10 Məqaləni oxumaq
     
    M.Ələsgərli: “KİV-in peşəkarlığında ənənəvi problemlər var”
    Seçkilər prosesində KİV-in peşəkarlığı ilə bağlı Azərbaycanda ənənəvi olan problemlər var. Bu fikirləri Beynəlxalq Mətbuat Klubunun keçirdiyi sorğuya cavabında Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşviq Ələsgərli bildirib. Məlumatı KƏLAMİNFO-ya BMK-dan veriblər. O, izah edir ki, seçkilər özlüyündə siyasi prosesləri aktivləşdirən hadisədir və mətbuatda da problemlər bu aktivlik zamanı ortaya çıxır. “Artıq bu vəziyyətlərdə bizdə ənənəvi olan problemləri iki-üç qrupa bölmək olar. Bunlardan biri elə mediada “qara piarı”ın artması məsələsidir. Yəni, təbii olaraq siyasi nativi olan şəxslər rəqib tərəfi gözdən salmaq üçün etdikləri cəhd əksər zamanlarda bir sıra mətbu səhifələrdə yer tutur. Bunun nə dərəcədə siyasi mədəniyyətə düz gəlib-gəlmədiyi ayrı mövzudur, amma şərt odur ki, bu hal artıq Azərbaycan üçün xarakterikdir.
    16.09.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 136 137 138 139 140 141 142 143 144 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30