Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 10 11 12 13 14 15 16 17 18 » #
    Tağı Əhmədov: Stansiyaların sayı 76-ya çatacaq
    Bu gün Bakı Metropoliteni işçilərinin peşə bayramıdır. Metronun fəaliyyətə başlamasından 45 il keçir. “KƏLAMİNFO”nun məlumatına görə, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov peşə bayramı münasibətilə metropoliten işçilərinə müraciət edib. “Azərbaycanda metronun tarixi 1967-ci il noyabrın 6-da başlayıb” deyən T.Əhmədovun sözlərinə görə, uzunluğu 6,5 km olan xətt üzərində 5 stansiya istifadəyə verilib: “Hazırda isə Bakı Metropoliteni ümumi uzunluğu 34,56 km olan 2 xətt üzərindəki 23 stansiyadan və 266 vahidlik vaqon parkından ibarətdir. 45 illik fəaliyyəti dövründə metropoliten böyük inkişaf yolu keçib. Stansiyaların sayı 4 dəfədən çox artıb. İstismarda olan yolların ümumi uzunluğu 86,71 km-ə, tunellərin ümumi uzunluğu isə 91,36 km-ə çatıb. Ümumiyyətlə, Bakı Metropoliteni MDB ölkələrinin metropolitenləri arasında qabaqcıl yerlərdən birini tutur”.
    08.11.12 Məqaləni oxumaq
     
    Ali Məhkəmənin sədri hakimlərə sərt irad bildirdi
    Bu gün Azərbaycan Ali Məhkəməsinin növbəti iclası keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, iclasda səhiyyə, ədliyyə nazirliklərinin nümayəndələri, məhkəmə sədrləri iştirak edib. Ali Məhkəmənin sədri Ramiz Rzayev iclasın gündəliyini elan edib. Gündəliyə məhkəmələr tərəfindən tibbi xarakterli qərarların verilməsi, Cinayət Prosessual Məcəlləsinə dəyişiklik edilməsi barədə Milli Məclisə təkliflərin verilməsi və digər məsələlər daxilidir. R.Rzayev çıxışında məhkəmələr tərəfindən bəzi qanun pozuntularına yol verdiyini deyib: “Bəzən həkim-psixiatrın verməli olduğu rəy aidiyyəti olmayan şəxslər tərəfindən verilir. Bir çox halda həkim-psixiatrın rəyi nəzərə alınmır və azadlığa buraxılan şəxslər tərəfindən təkrar cinayətin törətməsi faktları aşkar olunub.
    08.11.12 Məqaləni oxumaq
     
    Ali Məhkəmənin sədri koreyalı hakimlərlə görüşüb
    Bakıda səfərdə olan Koreya Respublikası Ali Məhkəməsinin hakimi Li Sang Hun Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayevlə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ali Məhkəmədən veriblər.

    Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanla Koreya arasında müxtəlif sahələri əhatə edən əlaqələrin, o cümlədən məhkəmə hüquq sahəsində mövcud olan əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. R.Rzayev həmçinin Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti, respublikamızda elektron məhkəmələrin yaradılmasına hazırlıqla bağlı görülən işlər barədə qonağa ətraflı məlumat verib.
    07.11.12 Məqaləni oxumaq
     
    SAM-ın aparıcı elmi işçisinin Moldovada yeni kitabı çap edilib
    SAM-ın aparıcı elmi işçisi Kamal Makili-Əliyev Moldovanın Elmlər Akademiyasında Beynəlxalq və Konstitusiya Hüququ haqqında yeni kitabını çap etdirib. SAM-dan “KƏLAMİNFO”a verilən məlumata görə, kitab beynəlxalq hüquq, onun insan hüquqları və dövlət administrasiyası ilə əlaqələri ilə maraqlananlar üçün nəzərdə tutulub.

    Kitabın toxunduğu əsas ideyalar beynəlxalq insan hüquqları, onun inkişaf tarixi, insan hüquqlarının əsas mənbələri, əsas prinsiplər kimi bərabərlik məsələləri və diskriminasiya, həyata keçirilmə sistemləri və beynəlxalq insan hüquqlarının icbari tətbiqi, əsas və prosessual hüquqlar, habelə beynəlxalq insan hüquqları daxil olmaqla bu növ monitorinq və tətbiqetmə hüquqlarıdır. Kitabın ixtisaslaşdırılmış hissəsi isə beynəlxalq insan hüquqları ilə konstitusiya hüququnun milli filialının müqayisəli təhlilini aparır.
    Kamal Makili-Əliyevin bu kitabı bir çox elmi işçilər, tədqiqatçılar, dövlət işçiləri, akademiya işçiləri, hüquq tələbələri və başqalarının maraq dairəsini əhatə edəcək.
    07.11.12 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Azərbaycanda internet fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur”
    “Azərbaycanda internet istifadəçilərinin sayı sürətlə artır. Bu sahəyə yönəldilən vəsait, xüsusən də dövlət başçısı İlham Əliyevin internetin inkişafına və ölkədə daha geniş coğrafiyanı əhatə etməsinə göstərdiyi diqqət informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırır”. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda keçirilən VII İnternet İdarəçilik Forumunda jurnalistlərə müsahibəsində deyib. Əli Həsənov bildirib ki, internet ölkəmizin həm siyasi, həm ictimai, həm də vətəndaşların ümumi həyatına elə daxil olub ki, artıq bundan sonra Azərbaycanı internetsiz təsəvvür etmək mümkünsüzdür. “Beynəlxalq İnternet İdarəçilik Forumunun Bakıda keçirilməsi də ölkəmizdə bu sahənin inkişafını daha da sürətləndirəcək. Azərbaycan gələn il süni peykini buraxmaq istiqamətində fəaliyyət göstərir. İnternet provayderlərinin sayının gündən-günə artması, süni peykimizin buraxılması gələcəkdə sektoru daha da gücləndirəcək və bu da digər sahələrdə olduğu kimi, Azərbaycanı dünyanın qabaqcıl ölkələrindən birinə çevirəcək” deyən PA-nın rəsmisi qeyd edib ki, dünyada internetdən həm faydalı, həm də ziyanlı məqsədlər üçün istifadə edilir.
    07.11.12 Məqaləni oxumaq
     
    Aytən Mustafayeva: Azərbaycanda insan hüquqları ölkə rəhbərliyi səviyyəsində qorunur
    Azərbaycanda əsas insan hüquqları və azadlıqları ölkə rəhbərliyi səviyyəsində qorunur. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq elmləri üzrə fəlsəfə doktoru Aytən Mustafayeva deyib. Daxili İşlər Nazirliyinin Polis Akademiyasında İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatı, Azərbaycan Hüquqşünasları Konfederasiyası, AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Qloballaşma şəraitində insan və vətəndaş hüquq və azadlıqlarının mühafizəsinin aktual problemləri: nəzəriyyə və təcrübə” mövzusunda elmi-praktiki konfransda çıxış edən A.Mustafayeva bildirib ki, demokratik dövlət quruculuğu yolu ilə irəliləyən Azərbaycanda bütün sahələrdə hüquqi bazanın möhkəmləndirilməsi və təkmilləşdirilməsi üçün müvafiq islahatlar aparılmaqdadır.
    06.11.12 Məqaləni oxumaq
     
    Gələn il TÜRKPA-nın Baş Katibliyinin yeni binası istifadəyə veriləcək
    Gələn il Bakıda TÜRKPA-nın Baş Katibliyinin yeni binası istifadəyə veriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakıda keçirilən TÜRK PA-nın Hüquq Komissiyasının iclasında qurumun baş katibi Ramil Həsənov məlumat verib. O bildirib ki, 2013-cü ildə hazır olacaq binanın açılışında Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək: “Bu, Azərbaycan Prezidentinin TÜRKPA-ya göstərdiyi önəmin bariz nümunəsidir”. Qeyd edək ki, TÜRKPA hazırda Milli Məclisin binasında fəaliyyət göstərir.
    06.11.12 Məqaləni oxumaq
     
    Polis Akademiyasının rəisi: “Ölkəmizdə azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılıb”
    “Ölkəmizdə demokratik cəmiyyətlərə xas olan institutların formalaşdırılması və azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılıb”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Daxili İşlər Nazirliyi Polis Akademiyasının rəisi, hüquq üzrə fəlsəfə doktoru, polis general-mayoru Nazim Əliyev deyib.
    05.11.12 Məqaləni oxumaq
     
    ATƏT-in Media azadlığı üzrə nümayəndəsi və AŞ insan haqları komissarı Azərbaycana gəlib
    ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç və Avropa Şurasının insan haqları komissarı Nils Muyjnieks Azərbaycana səfərə gəlib. ATƏT-in Bakı ofisindən “KƏLAMİNFO”ya verilən məlumata görə, D.Miyatoviç və N.Muyjnieks Bakıda keçiriləcək İnternet İdarəetməsi Forumu çərçivəsində “Təhlükəsizlik və onlayn KİV” forumunda iştirak edəcək. Səfər çərçivəsində Azərbaycanın dövlət və hökumət rəsmiləri ilə görüşlər də planlaşdırılır. Səfər noyabrın 7-də başa çatacaq.
    05.11.12 Məqaləni oxumaq
     
    “Dağlıq Qarabağda mümkün müharibə Rusiya üçün çox ciddi hərbi təhlükəyə çevrilə bilər”
    “Dağlıq Qarabağda mümkün müharibə Rusiya üçün çox ciddi hərbi təhlükəyə çevrilə bilər”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Rusiyanın “Versiya” qəzeti yazıb. Qəzet yazır ki, Qarabağda hərbi əməliyyatlar başlarsa, onun coğrafiyası tək mübahisəli ərazilərlə məhdudlaşmayacaq, bu, ölkələrin sərhədlərinə doğru yaxınlaşacaq. Bununla bağlı Rusiya nəşri Ermənistandakı Rusiya hərbi bazasını xatırladıb: “Bu gün Rusiya hərbçiləri Ermənistanı xarici qüvvələrdən qorumaq üzrə üzərlərinə öhdəlik götürüblər. Düzdür, bu, Dağlıq Qarabağa aid deyil. Lakin ekspertlərin proqnozlarına görə, hərbi əməliyyatlar başlarsa, Rusiya qoşunları Ermənistan sərhədlərini qoruyacaq. Bununla da milli ordunun böyük bir hissəsinin işini azaldacaqlar. Bu da erməni qoşunlarının Dağlıq Qarabağda effektiv istifadəsinə imkan yaradacaq”.
    02.11.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 10 11 12 13 14 15 16 17 18 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30