Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 135 136 137 138 139 140 141 142 143 » #
    Lənkəranda seçki kampaniyası ilə bağlı seminar keçirilib
    Bu gün Lənkəran şəhərində “Sərbəst toplaşmaq azadlığı və seçki kampaniyası” mövzusunda seminar keçirilib. KƏLAMİNFO xəbər verir ki, 13 rayonun icra hakimiyyəti başçıları və polis şöbəsi rəislərinin birinci müavinləri, KİV-lərin təmsilçilərinin iştirak etdikləri tədbirdə çıxış edən Lənkəran şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov noyabrın 7-də Milli Məclisə keçiriləcək seçkilərə hazırlıqla əlaqədar rayonda görülən işlər barədə məlumat verib. O, bildirib ki, rayonda fəaliyyət göstərən 4 seçki dairəsini əhatə edən 114 seçki məntəqəsində 109 min seçici qeydə alınıb. Deputatlığa namizədlərlə görüşlərin və digər tədbirlərin keçirilməsi üçün rayonun ərazisində 49 açıq və 46 qapalı yer müəyyənləşdirilib.
    22.09.10 Məqaləni oxumaq
     
    Azərbaycanlı tələbələr Avropa Gənclər Parlamentində
    Azərbaycan Tələbələr Birliyinin üzvləri Elçin Ağai və Ataxan Həsənov Avropa Gənclər Parlamentinin II Beynəlxalq Forumunda iştirak edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ATB-dən veriblər. Beş gün davam edən Forum Gürcüstanın Batumi şəhərində keçirilib. Forum Avropa Gənclər Parlamenti və Gürcüstan hökümətinin dəstəyilə həyata keçirilib. Forum iştirakçılarına təcrübəli təlimçilər tərəfindən müxtəlif təlimlər və seminarlar təşkil edilib. Həmçinin, tədbirdə Gürcüstan hökumətinin nümayəndələri də qonaq qismində iştirak edib. Forumda Azərbaycan Tələbələr Birliyi üzvlərinin əldə etdikləri təcrübənin digər tələbələrimizlə bölüşməsi üçün müvafiq fəaliyyətlərin də həyata keçirilməsi planlaşdırılır.
    22.09.10 Məqaləni oxumaq
     
    AŞ PA-nın 30 nəfərlik müşahidəçisi gələcək
    Avropa Şurasının Parlament Assambleyasının təxminən 5 nəfər üzvü oktyabrın ortalarında Azərbaycana gələcək. Onlar burada hakimiyyətin və siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirəcəklər. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek deyib. “Seçkilərə 2 gün qalmış isə təxminən 30 nəfərlik nümayəndə heyəti Azərbaycanda olacaq. Azərbaycanda sərbəst toplaşmaq haqqında Qanuna bəzi dəyişikliklər edilib. Dəyişikliklər müsbət xarakter daşıyır. Bu dəyişikliklər vasitəsilə milli qanunvericilik beynəlxalq qanunvericiliyə uyğunlaşdırılıb”,-deyə V.Kotek əlavə edib.
    22.09.10 Məqaləni oxumaq
     
    MSK-ya müşhaidə aparmaq üçün 255 nəfər müraciət edib
    Bu günə qədər Mərkəzi Seçki Komissiyasına 255 nəfər müraciət edərək bütün ölkə ərazisi üzrə müşahidə aparmaq arzusunda olduğunu bildirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya MSK-nın mətbuat xidmətindən veriblər. Bütün müraciətlərə müsbət cavab verilib. MSK-da qeydə alınmış müşahidəçilərdən 27-si xüsusi icazə almış müşahidəçilərdir. Müşahidəçilərin 190-ı öz təşəbbüsü, 35-i siyasi partiyalar, 3-ü isə QHT-lərin təşəbbüsü ilə müşahidəçilik muissiyasını həyata keçirəcəklər. Bütün ölkə ərazisi üzrə müşahidə aparılmasına dair ərizələrin qəbul olunması oktyabrın 28-dək davam edəcək. Hər hansı bir seçki dairəsinin ərazisində müşahidə aparmaq istəyən şəxslər isə səsvermə gününə 5 gün qalanadək, yəni noyabrın 2-dək müvafiq seçki dairəsinin dairə seçki komissiyasına müraciət edə bilərlər.
    22.09.10 Məqaləni oxumaq
     
    E.Süleymanova Aİ-nin monitorinq qrupunun nümayəndəsini qəbul edib
    Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Avropa İttifaqının monitorinq qrupunun nümayəndəsi, Cənubi Qafqaz ölkələri, Ukrayna və Moldova respublikalarında kobud rəftar və cəzasızlığa qarşı mübarizə proqramının təmsilçisi Aleksandra Xudokormoffla görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ombudsman Aparatının mətbuat xidmətindən veriblər. Görüş zamanı E.Süleymanova Ombudsman tərəfindən 254 azadlıqdan məhrumetmə və məhdudlaşdırma yerinin, o cümlədən penitensiar müəssisələrin, müvəqqəti saxlama təcridxanalarının, habelə sosial obyektlərin, pansionatların, ahıllar və əlillər üçün internat evlərinin, psixiatriya xəstəxanalarının siyahısının tərtib olunduğunu, bu müəssisələrdə mütəmadi olaraq monitorinqlər aparıldığını bildirib. Qeyd edib ki, ötən il müvəkkilin MPM (İşgəncələr əleyhinə milli preventiv mexanizmlər) qrupunun səlahiyyətlərinə şamil olunduğu müəssisələr üzrə 416, 2010-cu ilin doqquz ayı ərzində isə 314 baxış keçirilib, müvafiq orqanlara sorğular göndərilib və tədbirlər görülüb.
    22.09.10 Məqaləni oxumaq
     
    “Bəzi strukturların mətbuat xidməti rəhbərləri telefona yaxın gəlmirlər”
    “Azərbaycanda elə icra strukturları var ki, onların mətbuat xidmətləri KİV-lə əməkdaşlıqda, əlaqədə heç telefona belə yaxın gəlmirlər”. Bu fikirləri Beynəlxalq Mətbuat Klubunun keçirdiyi sorğuya cavabında “Olaylar” qəzeti və “Olaylar” İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuz söyləyib. Məlumatı KƏLAMİNFO-ya BMK-dan veriblər. Y.Oğuz bildirir ki, həmin strukturların mətbuat xidmətləri yalnız özlərinə xidmət edən informasiyaları, özlərinə lazım olan anda yazılı şəkildə informasiya agentliklərinə ötürməklə kifayətlənirlər. “Lakin, yaxşı ki, bu bütün qurumları əhatə etmir. Məsələn, Xarici İşlər, Mədəniyyət və Turizm, Müdafiə, Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, o cümlədən bəzi mərkəzlər səmimi şəkildə KİV-lə əməkdaşlıqda aktivdirlər. Bunu mən öz rəhbərlik etdiyim qurumun fəaliyyətində də hiss edirəm. Yəni, ümumi götürdükdə bəzi strukturların ictimaiyyətlə əlaqəli şöbəsi qapalıdır, bəzilərində isə açıqdır. Qapalı olan, KİV-lə əməkdaşlıqda axsayan mətbuat xidmətlərinin bu cür fəliyyətinin səbəbi onların rəhbər postlarında duran şəxslərdə peşəkarlığın olamamasıdır. Mən səbəbi yalnız bunda görürəm”, - deyə Y.Oğuz vurğulayıb.
    21.09.10 Məqaləni oxumaq
     
    Ə.Həsənov: ”YAP-ın namizədlər siyahısı kifayət qədər yenilənib”
    “Düşünürəm ki, Yeni Azərbaycan Partiyasının açıqlanmış olan namizədlər siyahısı kifayət qədər yenilənib”. KƏLAMİNFO xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. Ə.Həsənov qeyd edib ki, siyahıda partiyanın gənc üzvlərinə, təhsil, səhiyyə sahələrində, digər intellektual fəaliyyətlə məşğul olan sahələrdə çalışan gənclərə böyük etimad göstərilib: “Amma bilirsiniz ki, bu bir yarışdır. Hər bir partiya üz namizədini irəli sürür. Kimin qalib gəlməsini isə xalq müəyyən edir. Bütün partiyalara, o cümlədən YAP-a uğurlar arzu edirəm”,-deyə PA-nın rəsmisi vurğulayıb.
    20.09.10 Məqaləni oxumaq
     
    Bakıda BQXK-nin Bakı ofisi tərəfindən seminar keçiriləcək
    Sentyabrın 28-29-da Bakıda Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisi tərəfindən “Humanitar prinsiplərin qərargah işinə inteqrasiyası” mövzusunda seminar təşkil olunacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Nazirliyi mətbuat xidmətindən veriblər. Sentyabrın 27-dən 30-dək isə Azərbaycan Ali Hərbi Məktəbi ilə tanış olmaq üçün Qazaxıstan Müdafiə Nazirliyinin nümayəndəsi Bakıda səfərdə olacaq.
    20.09.10 Məqaləni oxumaq
     
    “Namizədlərə seçicilərlə görüş üçün bütün şərait yaradılacaq”
    Bakı şəhərində və rayonlarda namizədlərin öz seçiciləri ilə görüş keçirmələri üçün bütün lazımi şərait yaradılacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə Prezident Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edib. “Əlbəttə bu, kiminsə arzu eləmədiyi, kiminsə ürəyincə olmayan yer də ola bilər. Amma bütövlükdə bütün namizədlər üçün eyni şərait yaradılacaq. Hər bir namizəd üçün yaradılan şərait bütün namizədlər üçün məqbul hesab olunacaq və beləliklə, seçkiqabağı yarış mühiti təmin olunacaq”,-deyən Ə.Həsənov əlavə edib ki, parlament seçkilərinin daha ədalətli və şəffaf keçirilməsi üçün bütün əsaslar var.
    20.09.10 Məqaləni oxumaq
     
    Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasının ildönümüdür
    Bu gün Azərbaycanda neft-qaz sənayesi işçilərinin peşə bayramı – “Neftçilər günü”dür KƏLAMİNFO xəbər verir ki, artıq 16 ildir ki, ardıcı olaraq bu gün ölkəmizdə qeyd edilir. 1994-cü il sentyabrın 20-də “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında sazişin imzalanmasının on altıncı ildönümü tamam olur. Bu haqlı olaraq “Əsrin müqaviləsi” adlanır. Sonrakı illərdə Azərbaycanın neft-qaz sahəsində çoxlu əlamətdar hadisələrin olmasına, müxtəlif yataqlar və perspektiv strukturlar üzrə orta hesabla 30 sazişin imzalanmasına, yeni terminalların inşasına, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin və s. işə salınmasına baxmayaraq, “Əsrin müqaviləsi” haqlı olaraq ölkənin iqtisadi siyasətinin əsasını təşkil edir, belə ki, bu sənəd respublikanın bütün iqtisadiyyatının inkişafına təkan verib.
    20.09.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 135 136 137 138 139 140 141 142 143 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30