Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 134 135 136 137 138 139 140 141 142 » #
    MSK-da kimlər qeydə alınıb?
    Parlament seçkiləri yaxınlaşdıqca namizədlər də öhdəliklərinə düşən işləri tezləşdirib seçki kompaniyasına başlamaq istəyirlər. KƏLAMİNFO “Seçkilər” İnformasiya Mərkəzindən bu günə qədər qeydiyyatdan keçən namizədlərin siyahısını araşdırıb. Məlum olub ki, 23 namizədin imza vərəqəsi qeydə alınıb. Qeydə alınmış namizədlər arasında bitərəf olanlar çoxluq təşkil etsələr də, hazırda millət vəkili olan bir çox tanınmış simaların adına da rast gəlmək mümkündür. YAP-dan 14 saylı Binəqədi birinci seçki dairəsindən Mehriban Əliyeva, 8 saylı Binəqədi birinci seçki daisrəsindən Oktay Əsədov, 19 saylı Nərimanov birinci seçki dairəsindən Əli Əhmədov, 99 saylı Şəmkir kənd seçki dairəsidən Məlahət İbrahimqızı, 113 saylı Şəmkir şəhər seçki dairsəindən Yaqub Mahmudov və başqa namizədlər qeydə alınıb. 35 saylı Xətai üçüncü seçki dairəsindən Ümid partiyasının sədri, “Qarabağ” blokundan İqbal Ağazadə, 37 saylı Nizami birinci (Gəncə) seçki darəsindən Tərəqqi partiyasının sədri Çingiz Sadiq, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən “İslahat” blokundan İlyas İsmayılov da qeydə alınmış namizədlər siyahısındadır.
    28.09.10 Məqaləni oxumaq
     
    YUNESKO beynəlxalq müsabiqə elan edib
    YUNESKO təhsildə informasiya və kommunikasiya texnologiyalarının istifadəsinə dair Kral Hamad Bin İsa Əl-Xəlifə mükafatı üçün beynəlxalq müsabiqə keçirir. Müsabiqə Azərbaycana da şamildir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətindən veriblər. Təlim, tədris və ümumi elmi fəaliyyətin keyfiyyətini yüksəltmək üçün İKT-nin tətbiq edilməsini nəzərdə tutan ən yaxşı layihələrə şamil ediləcək mükafat 12 yanvar 2011-ci il tarixində Parisdə, YUNESKO-nun Baş Qərargahında təqdim olunacaq. Mükafat diplom və 2 qalib arasında bölünəcək 50 min ABŞ dolları məbləğində pul vəsaitindən ibarətdir. Qaliblər 5 müxtəlif milliyyətdən olan müstəqil üzvlərdən təşkil olunmuş beynəlxalq münsiflər heyətinin tövsiyələri əsasında YUNESKO-nun baş direktoru tərəfindən seçiləcək. Azərbaycandan müsabiqədə iştirak etmək üçün RİTN-ə müraciət etmək lazımdır.
    27.09.10 Məqaləni oxumaq
     
    GVB elmi-praktik konfrans keçirib
    Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Məktəblərdə fiziki hazırlıq üzrə tədrisin keyfiyyətinin yüksəldilməsi üzrə yeni təşəbbüslər” adlı layihə əsasında DİN-nin İdman Cəmiyyətində “Yeniyetmə və gənclər arasında idmanın əhəmiyyəti, zərərli vərdişləri, ziyanlı cəhətləri” mövzusunda elmi-praktik konfrans keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya GVB-dən veriblər.
    27.09.10 Məqaləni oxumaq
     
    Vakant vəzifələrin tutulmasına 353 namizəd iddialıdır
    Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən müsabiqə davam edir. DQMK-nin mətbuat katibliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, 5 dövlət orqanında 32 vakant vəzifənin tutulması üçün bu günə qədər 353 namizəd sənədlərini təqdim edib. Xatırladaq ki, DQMK tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə sentyabrın 1-də elan edilib. Qaydalara görə, müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları sənədlərini setyabrın 30-dək şəxsən, yaxud poçtla təqdim etməlidirlər.
    27.09.10 Məqaləni oxumaq
     
    Narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair konfrans keçirilib
    Bu gün Baş Prokurorluğun Elm-Tədris Mərkəzində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Baş Prokurorluqdan veriblər. Konfransda çıxış edən Baş prokurorunun birinci müavini Rüstəm Usubov ölkədə narkomanlığın ümumi vəziyyəti, profilaktikası və onunla mübarizə sahəsində görülən tədbirlərə toxunub, prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyi üçün zəruri şəraitin yaradıldığını vurğulayıb.
    27.09.10 Məqaləni oxumaq
     
    Qəzaya uğrayan hərbçilərimiz dünyasını dəyişib
    Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus hərbi maşının qəzaya uğraması nəticəsində yaralanan iki hərbçimiz dünyasını dəyişib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər.
    Qəza nəticəsində ağır yaralanan Azərbaycan Ordusunun hərbçiləri, Bərdə rayon sakini, 1975-ci il təvəllüdlü Məzahir Soltan oğlu Qasımov və Masallı rayon sakini, 1978-ci il təvəllüdlü Səbuhi Balağa oğlu Şirinov həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişiblər.
    Digər hərbçi Bakı şəhəri, Yasamal rayon sakini, 1975-ci il təvəllüdlü Elşad Yaşar oğlu Məmmədov isə qəza zamanı hadisə yerində keçinib.
    Qeyd edək ki, hadisə sentyabrın 23-ü saat 14.30 radələrində Sumqayıt-Xızı yolunda qeydə alınıb.
    25.09.10 Məqaləni oxumaq
     
    “İcra aparatlarının KİV-i cavablandırmaması aktual problemdir”
    Hansısa bir dövlət aparatının qanunauyğun qaydada ictimaiyyətə və KİV-ə informasiya ötürmə prinsipi tələblər səviyyəsində deyilsə, deməli, o orqanın mətbuat xidməti yerində deyil və bu ictimai faciədir. Bu fikirləri Zərdabi Mətbuat Mərkəzinin (ZMM) sədri Rəhim Hüseynzadə bildirib. Məlumatı KƏLAMİNFO-ya BMK-dan veriblər. O, qeyd edir ki, bu sahədə əvvəllər daha ciddi problemlər yaşansa da, hazırda omların bəziləri öz həllini tapmaqdadır. “Bunu biz şahidi olduğumuz monitorinqlərdə də görürük. Məsələn, elə qurumlar var ki, bir müddət əvvəl orada ictimaiyyətlə əlaqəli şöbə passiv işləyirdisə, artıq onların əksəriyyətində bu problem aradan qalxır. Yəni, o qurumlarda bu xidmətə rəhbərliyə peşəkarların gətirilməsinə üstünlük verilməyə başlanılıb. Əslində bu sahədə irəliləyişlərin olması zəruri haldır. Çünki, hansısa bir icra aparatının mətbuat xidməti KİV-in sorğusunu cavablandırmırsa, bu artıq cəmiyyətin aktual problemidir. Bu sahədə ölkə qanunvericiliyində kifayət qədər şərait var. Sadəcə bu xidmətdə çalışan insanların özlərində məsuliyyət hiss eləməsinə ehtiyac var.
    24.09.10 Məqaləni oxumaq
     
    Azay Quliyev imza vərəqələrini DSK-ya təhvil verdi
    Azay Quliyev parlament seçkilərində iştirak etmək üçün hazırda deputat olduğu 46 saylı Şirvan seçki dairəsində imza toplama kampaniyasını başa vurub. Bu barədə məlumatı KƏLAMİNFO-ya A.Quliyevin seçki qərargahından veriblər. Müstəqil namizəd kimi seçkilərə qatılan A.Quliyevin seçki qərargahının üzvləri qısa müddət ərzində topladıqları imzaları bu gün dairə seçki komissiyasına təqdim ediblər. Azay Əjdər oğlu Quliyev 1971-ci il iyunun 23-də Zəngəzur mahalında doğulub. Həqiqi hərbi xidmətdə olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə başa vurub. Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutu və Harvard Universitetinin “Strateji idarəetmə” proqramının məzunu olub.
    23.09.10 Məqaləni oxumaq
     
    Binəqədi RİH-də payız-qış mövsümünə hazırlıq müzakirə olunub
    Binəqədi rayon İcra Hakimiyyətində RİH başçısı yanında Şuranın “Rayon təsərrüfatının 2010-2011-ci illərin payız-qış mövsümünə hazırlığı ilə əlaqədar görülmüş işlər”ə həsr olunan iclası keçirilib. Bu barədə məliumatı KƏLAMİNFO-ya Binəqədi RİH-in İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Natiq Əliyev verib. Bakı Şəhər İcra Hakimiyyəti, “Azərsu” ASC, ARDNŞ, Bakı Şəhər MKTD, “Azəristiliktəchizat” ASC və Bakı Kanalizasiya Xidməti İdarəsinin nümayəndələrinin və rayonun idarə, təşkilat, müəssisə və təsərrüfat rəhbərlərinin qatıldığı iclasda RİH başçısı Alı Qocayev rayonda payız-qış mövsümünə aparılan işlərlə bağlı ümumi məlumat verib.
    23.09.10 Məqaləni oxumaq
     
    Ombudsmanın əməkdaşları məhkumlarla görüşüb
    Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Vüqar Məhərrəmov və Absələddin Əliyev Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində (CÇM) uzunmüddətli başçəkmə həyata keçiriblər. Ombudsman Aparatından KƏLAMİNFO-ya verilən məlumata görə, başçəkmənin məqsədi işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar hallarının qarşısının alınması üçün mövcud vəziyyətin öyrənilməsindən və qabaqlayıcı tədbirlərin görülməsindən ibarət olub. Başçəkmə zamanı 2 saylı CÇM-nin rəhbərliyi və əməkdaşları tərəfindən MPM Qrupunun üzvləri üçün lazımi şərait yaradılıb. Həmin müəssisəyə əvvəllər keçirilən baxışlarla müqayisədə hazırkı başçəkmə zamanı xeyli müsbət işlərin görüldüyü müşahidə edilib. Söhbət zamanı məhkumlar saxlanma şəraiti və onlarla rəftardan narazı olmadıqlarını bildiriblər.
    23.09.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 134 135 136 137 138 139 140 141 142 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30