Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 132 133 134 135 136 137 138 139 140 » #
    AŞ PA Ermənistanı azərbaycanlı hərbçilərin meyitlərini Azərbaycana qaytarmağa çağıran sənəd qəbul edib
    AŞ PA-nın payız sessiyasının üçüncü iş günüdə Ermənistanın Azərbaycan ordusunun giziri Mübariz İbrahimov və zabit Fərid Əhmədovun cəsədlərinin Azərbaycana qaytarılmasına çağıran sənəd qəbul edilib. KƏLAMİNFO xəbər verir ki, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva tərəfindən hazırlanan və yazılı bəyannamə şəklində tərtib olunmuş "Azərbaycan hərbçiərinin cəsədlərinin ölkələrinə qaytarılmasının vacibliyi" adlanan bu sənəd ingilis, fransız dillərində nəşr edilərək Avropa Şurasında yayılıb. Sənədi AŞ -yə üzv olan müxtəlif ölkələrin millət vəkilləri imzalayıb. AŞ PA-nın nizamnaməsinə uyğun olaraq, yazılı bəyannamələr yalnız nəşr edilərək yayılmır, həm də Rəyasət Heyəti tərəfindən plenar iclasda elan edilir.
    07.10.10 Məqaləni oxumaq
     
    Müstəqil jurnalist Azər Həsrətin namizədliyi qeydə alındı
    34 saylı Xətai II seçki dairəsindən deputatlığa iddia edən müstəqil jurnalist, Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrətin namizədliyi qeydə alınıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azər Həsrətin Seçki Qərargahından veriblər. Namizədin müdafiəsi üçün toplanan imza vərəqələrini oktyabrın 1-də dairə seçki komissiyasına təqdim edən iddiaçının məsələsinə dünən baxılıb və onun təqdim etdiyi imzalar etibarlı hesab edilərək namizədliyi qeydə alınıb. Bununla da Azər Həsrətin builki parlament seçkilərində iştirakına rəsmən şərait yaranıb. Namizədliyinin qeydə alınmasına münasibət bildirən Azər Həsrət isə deyib ki, hazırkı ana qədər seçkilərlə bağlı proseslərdən çox razıdır: “İstər namizədliyimin irəli sürülməsində, istər imza toplanmasında, istər toplanan imzaların dairə seçki komissiyasına təqdim edilməsində, istərsə də namizədliyimin qeydə alınmasında hər hansı inzibati və ya süni əngəllə qarşılaşmadım. Ümumiyyətlə isə, bizim seçki dairəmizdə proseslər sakit axarda və qanunlar çərçivəsində gedir.
    07.10.10 Məqaləni oxumaq
     
    “Demokratiya” Seçki Blokundan daha bir namizəd qeydə alınıb
    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) təşkilat şöbəsinin müdiri Samir Əsədlinin namizədliyi qeydə alınıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya VHP-dən veriblər. 64 saylı Sabirabad ikinci seçki dairəsindən namizədliyini irəli sürən “Demokratiya” Seçki Blokunun nümayəndəsi S.Əsədli dairəyə 500 imza təqdim edib və DSK bütün imzaların həqiqiliyini təsdiqləyib. Xatırladaq ki, hazırda “Demokratiya” Seçki Blokunun 7 namizədi qeydə alınıb.
    06.10.10 Məqaləni oxumaq
     
    “Qarabağ bizimdir” yazısı azərbaycanlıların etirazına səbəb oldu
    Tümendə azərbaycanlı və erməni gənclər arasında toqquşmanın qarşısı alınıb. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb erməni gəncin üzərində “Qarabağ bizimdir” yazılmış köynəyi geyib dərsə gəlməyidir. Bu hadisə azərbaycanlı gənclərin xoşuna gəlməyib. Gənclər bir-birlərinə qarşı ox və silahdan istifadə ediblər. Rusiyada yaşayan digər millətlər üzrə iş komitəsinin rəhbəri Azərbaycan və erməni diasporlarının liderlərinə bu barədə məlumat verərək hadisənin genişlənməsinin qarşısını alıb.
    06.10.10 Məqaləni oxumaq
     
    Sentyabrda Azərbaycanda 966 əcnəbi tərəfindən qanunvericiliyin tələblərinin pozulması halı qeydə alınıb
    Cari ilin sentyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, bərpa, xitam, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 3.329 müraciət daxil olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya DMX-dən veriblər. Müraciətlərin hər biri ayrı-ayrılıqda ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Həmçinin DMX-nin əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın, o cümlədən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib.
    06.10.10 Məqaləni oxumaq
     
    Ermənistan transsərhəd çaylarda çirklənməni artırıb
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə sentyabr ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ETSN-nin mətbuat xidmətindən veriblər.
    05.10.10 Məqaləni oxumaq
     
    Media Akademiyasında “İdman həftəsi”nə yekun vuruldu
    Media Akademiyasında “İdman həftəsi”-nə yekun vurulub. “İRƏLİ”-dən KƏLAMİNFO-ya verilən məlumata görə, bu dəfə karate üzrə 9 qat dünya çempionu Zülfiyyə Hüseynova, 4 qat Avropa çempionu Etibar Bağırov və Azərbaycan Karate Federasiyasının vitse prezidenti Füzuli Musayev Akademiya tələbələri ilə görüş keçirib. Z.Hüseynova tələbələrə məşğul olduğu idmanın spesifik xüsusiyyətlərindən, qadın olmağın idmançı olmağa heç bir maneəçilik törətmədiyindən söz açıb. Karatenin döyüş qanunlarından, növlərindən danışan və sözügedən idman növünün dərin fəlsəfəsini tələbələrə aşılayan Azərbaycan Karate Federasiyasının vitse prezidenti F.Musayev hər bir idman növündə təhsil almağın mütləq olduğunu bildirib.
    05.10.10 Məqaləni oxumaq
     
    “Müridlik-müdrikliyin gənclik sədasıdır” adlı tədbir keçiriləcək
    Bu gün Gəncliyin Elmi Mədəni İnkişafı İctimai Birliyi (GEMİ) və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu (BPKİYİ) tərəfindən Beynəlxalq Müəllimlər Günü münasibəti ilə “Müridlik-müdrikliyin gənclik sədasıdır” adlı tədbir keçirəcək. Tədbir YUNESKO-nun qərarı ilə bütün dünyada qeyd olunan 5 oktyabr Beynəlxalq Müəllimlər Gününə həsr olunacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Gəncliyin Elmi Mədəni İnkişafı İctimai Birliyindən veriblər. Tədbirdə Bakı Pedaqoji Kadrların İxtisasartırma İnstitutunun rektoru, professor Asəf Zamanov, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Fuad Məmmədov, Gəncliyin Elmi Mədəni İnkişafı İctimai Birliyinin rəhbəri Sərdar Yusifoğlu, ömrünü minlərlə gəncin yetişməsinə həsr etmiş müəllimlərimizlə Azərbaycanın Əməkdar müəllimləri və gənclər iştirak edəcək.
    05.10.10 Məqaləni oxumaq
     
    Azərbaycanda “Ümumdünya Quşların Müşahidəsi Günü” keçirilir
    Bu gün “Birdlife İnternational” təşkilatının təklifi ilə bütün dünyada, o cümlədən Azərbaycanda “Ümumdünya Quşların Müşahidəsi Günü” kimi keçirilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən veriblər. Oktyabrın 4-ü 1931-ci ildə İtaliyanın Florensiya şəhərində keçirilmiş təbiətsevərlərin Beynəlxalq Konqresində “Ümumdünya Heyvanların Mühafizəsi Günü”nün təsis olunması barədə qərar qəbul edilib. Həmin tarixdən etibarən hər il bu gün bir çox dünya ölkələrində təbiətsevərlər tərəfindən qeyd olunur. Ümumdünya Vəhşi Təbiət Fondunun məlumatına əsasən hər saat Yer üzündən 3 növ silinir, o cümlədən dəniz heyvanlarının 35 faizi artıq tamamilə məhv olub. Bu tədbirlərin də məqsədi məhz ictimaiyyətin diqqətini heyvanlar aləminin problemlərinə yönəltməkdir.
    05.10.10 Məqaləni oxumaq
     
    ABŞ Dövlət Departamenti Şuşada əzəldən azərbaycanlıların yaşadığını təsdiq edib
    ABŞ Dövlət Departamenti ermənilərin işğal etdiyi Şuşa şəhərində əzəldən azərbaycanlıların yaşadığını təsdiq edib. KƏLAMİNFO xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında qeyd olunub. Məqalədə deyilir ki, 1992-ci ilin mayında erməni qoşunları Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlılar yaşayan tarixi paytaxtı Şuşa şəhərini və Laçın rayonunu işğal etmişlər. Məqalədə qeyd olunur ki, işğalı genişləndirən erməni ordusu 1993-cü ilin oktyabrında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafındakı yeddi rayonunu da zəbt edərək nəzarətə götürmüşdür.
    04.10.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 132 133 134 135 136 137 138 139 140 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30