Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 131 132 133 134 135 136 137 138 139 » #
    Ermənistan transsərhəd çaylarda çirklənməni davam etdirir
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə oktyabrın I ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ETSN-nin mətbuat xidmətindən veriblər. Oktyabr ayının I ongünlüyündə Kür çayında suyun sərfi sentyabrın III ongünlüyünə nisbətən 63 m3/san artaraq 180 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.
    14.10.10 Məqaləni oxumaq
     
    Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Xəzəryanı ölkələrin səlahiyyətli orqan rəhbərləri Həştərxana toplaşıblar
    Bu gün Həştərxanda qanunsuz narkotik dövriyyəsi ilə mübarizə üzrə Rusiya, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistanın səlahiyyətli orqan rəhbərlərinin beynəlxalq görüşü başlayır. Həştərxan vilayətinin hakimiyyət orqanlarına istinadən KƏLAMİNFO xəbər verir ki, görüş iki gün davam edəcək. Görüş “Xəzər dənizi akvatoriyasından əfqan narkotiklərinin kontrabanda tədarükünün qarşısının alınması üzrə əməkdaşlıq məsələsi” mövzusunda keçirilir.
    13.10.10 Məqaləni oxumaq
     
    “Qloballaşan Dünyaya İnteqrasiya” İB gəncləri təlimatlandırır
    “Qloballaşan Dünyaya İnteqrasiya” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə sistemli çatdırılmasında gənclərin və digər vacib tərəflərin virtual məkanda səfərbər edilməsi” layihəsi çərçivəsində “Sosial şəbəkələrdə aktiv olan gənclərin Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün hazırlanması” mövzusunda təlimlər başlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya İctimai Birlikdən veriblər.
    12.10.10 Məqaləni oxumaq
     
    Qazaxda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib
    İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Qazax rayonunda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya İİN-dən veriblər. Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb və Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Qazax rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. İntensiv bağçılıq və tərəvəzçilik, Meyvə (üzüm və digər meyvələr, o cümlədən meşə meyvələri və giləmeyvələri) və tərəvəz məhsullarının emalı müəssisəsinin yaradılması.
    12.10.10 Məqaləni oxumaq
     
    DSMF-da qeydiyyata alınan əcnəbilərin sayı 9430 nəfərə yüksəlib
    Bu ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 17,4% artıb. Fondun mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, car ilin oktyabrın 1-nə olan statistikaya əsasən DSMF tərəfindən əlavə olaraq 1 401 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb. Beləliklə, fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 9430 nəfərə yüksəlib. Ümumilikdə 91 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında Türkiyə vətəndaşları çoxluq təşkil edir- 5318 nəfər. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı isə 1334 nəfərə çatıb. Üçüncü yerdə gələn Rusiya Federasiyasınin vətəndaşlarının sayı isə hazırda 598 nəfər təşkil edir. Sonrakı yerlərdə İran İslam Respublikası (306), Hindistan (248), Çin Xalq Respublikası (141), Bosniya və Hersoqovina (125), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (90), Ukrayna (86), Filippin (84), Pakistan İslam Respublikası (81), Malayziya (80), Qazaxıstan (73), Özbəkistan (71), Almaniya (61), Türkmənistan (55), İtaliya (50), ABŞ (49) və s. ölkələr gəlir.
    12.10.10 Məqaləni oxumaq
     
    “Qarabağ” Seçki Blokundan 20 namizəd qeydə alınıb
    Mərkəzi Seçki Komissiyası “Qarabağ” Seçki Blokundan bu günə qədər 20 namizədi qeydə alıb. ADP-dən KƏLAMİNFO-ya verilən məlumata görə, proses davam edir. Yaxın günlərdə blokdan neçə namizədin qeydə alınması ilə bağlı dəqiq məlumat veriləcək.
    11.10.10 Məqaləni oxumaq
     
    GVB məktəblərlə bağlı daha bir layihəsini reallaşdırıb
    Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Məktəblərdə fiziki hazırlıq üzrə tədrisin keyfiyyətinin yüksəldilməsi üzrə yeni təşəbbüslər” adlı layihə əsasında Təhsil Nazirliyinin Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq Gənclər Məktəbində “İdman texnikası təliminin fizioloji cəhətdən əsaslandırılması prinsipləri” mövzusunda elmi-praktik konfrans keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya GVB-dən veriblər. Tədbirdə çıxış edən İB-in fiziki və psixoloji hazırlıq şöbəsinin müdiri, idman ustası İskəndər Əliyev bildirib ki, idman texnikası təliminin səmərəliliyi bir sıra pedoqoji prinsiplərin təlimi ilə sıx əlaqədardır. Onun sözlərinə görə, bunlara riayət etmək üçün orqanizmin fizioloji qanunauyğunluqları, xususilə, sinir əzələ sistemləri ilə əlaqədar onları nəzərə almaq lazımdır.
    11.10.10 Məqaləni oxumaq
     
    “ELS” MAM seçkilərdə qadınların fəallığını artırmağa çalışır
    “ELS” Müstəqil Araşdırmalar Mərkəzi oktyabrın 12-də “Caspian Plaza” Biznes mərkəzində ABŞ-ın Azərbaycandakı səfirliyinin Demokratiya Komissiyasının Kiçik Qrantlar Proqramının dəstəyi ilə həyata keçirdiyi “2010-cu il parlament seçkiləri ərəfəsində qadınların seçici fəallığının artırılması” layihəsinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirəcək. “ELS” MAM-dən KƏLAMİNFO-ya verilən məlumata görə, tədbirdə Prezident Administrasiyası, Milli Məclis üzvləri, Mərkəzi Seçki Komissiyası, Ombudsman Aparatı, yerli QHT-lərin, beynəlxalq təşkilatların rəsmiləri, habelə KİV təmsilçilərinin iştirakı nəzərdə tutulub. Tədbirin keçirilməsində məqsəd seçicilərin hüquqi maarifləndirilməsi, bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq təşkilatların təcrübəsindən bəhrələnməklə Azərbaycanda vətəndaş fəallığının stimullaşdırılması və qadınların ictimai həyatda iştirak səviyyəsinin artırılmasına həsr olunan layihənin yekunları barədə məlumatın verilməsidir. Qeyd edək ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi artıq 5 ildir ki, Azərbaycanda keçirilən seçkilərlə bağlı fəaliyyət göstərir. Seçki zamanı “exit-poll” və “quick count” tədqiqatları, seçicilər tərəfindən seçkilərə marağın artırılması, seçkilərdə daha fəal iştirak etmələri məqsədilə seçki ərəfəsində maarifləndirmə işləri aparılır.
    09.10.10 Məqaləni oxumaq
     
    Bu gün imzatoplama kampaniyası başa çatır
    Noyabrın 7-də keçiriləcək parlament seçkilərində iştirak etmək istəyən namizədlər üçün imzatoplama kampaniyası bu gün saat 18-00 da başa çatacaq. KƏLAMİNFO MSK-nın saytına istinadən xəbər verir ki, Seçki Məcəlləsinin 58.1 , 94.3.1 maddələrə əsasən sentyabrın 18-dən başlanan imzatoplama kampaniyası bu gün sona çatır. Namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin və birinci ilkin maliyyə hesabatının təqdim edilməsi üçün cəmi bir neçə saat qalıb. Sənədləri və seçici imzalarını namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi DSK-lara təqdim edə bilərlər. Qeyd edək ki, bu günədək 125 seçki dairəsi üzrə 1 369 nəfər dairə seçki komissiyalarından imza vərəqələri götürüb. İndiyədək 392 nəfərin namizədliyi qeydə alınıb. Növbəti parlament seçkilərinə isə cəmi 29 gün qalıb.
    08.10.10 Məqaləni oxumaq
     
    ABŞ rəsmiləri AVCİYA-nın Şirvan ofisində olublar
    Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin II katibi Reyl Kembel AVCİYA-nın Şirvan şəhərindəki regional nümayəndəliyinə gələrək təşkilat təmsilçiləri ilə görüşüb. AVCİYA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə iştirak edən regional nümayəndəliyin rəhbəri Hafis Bağırov qonaqlara regiondakı ictimai-siyasi vəziyyət, Milli Məclisə seçkilərlə əlaqədar AVCİYA-nın fəaliyyət proqramına uyğun olaraq Şirvan, Hacıqabul, Sabirabad və Saatlı rayonlarında görülən işlər barədə geniş məlumat verib. R. Kembeli Şirvan şəhərinə səfərdə ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri müşayət edib.
    08.10.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 131 132 133 134 135 136 137 138 139 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30