Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 130 131 132 133 134 135 136 137 138 » #
    Hərbi prokurorluq orqanlarında yeni təyinatlar olub
    Azərbaycanın hərbi prokurorluq orqanlarında yeni təyinatlar olub. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun KƏLAMİNFO-ya verdiyi məlumata görə, Baş prokuror Zakir Qaralovun əmri ilə Yaşar Həsənov ikinci səlahiyyət müddətinə Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru vəzifəsinə təyin edilib. Onun sözlərinə görə, Baş prokurorun digər əmri ilə İmran Əhmədov Lənkəran şəhərinin hərbi prokuroru təyin edilib.
    19.10.10 Məqaləni oxumaq
     
    DSMF-yə 40 014 müraciət ünvanlanıb
    Cari ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun "190" nömrəli telefon məlumat xidmətinə ("Call-center") ümumilikdə 40 014 müraciət ünvanlanıb. DSMF-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məluymata görə, aparılan araşdırmalara əsasən, telefon məlumat xidmətinə ünvanlanan müraciətlər daha çox maarifləndirici xarakter daşıyıb. Sorğu və müraciətlərin 52%-i canlı rejimdə, birbaşa olaraq məsləhətçi-operatorlar tərəfindən cavablandırılıb. Telefon məlumat xidmətinə ünvanlanan müraciətlərin 48%-i isə qeyri-iş günlərinə təsadüf edib və bu zaman suallara avtomatik olaraq robot tərəfindən standart formada cavablar verilib. Hesabat dövründə “190" nömrəli telefon məlumat xidmətinə canlı rejimdə daxil olan sorğuların 48,8%-i (10 161) bilavasitə pensiya məsələlərinə aid olub. Müraciətlərin 25,4%-ni (5297) məcburi dövlət sosial sığortasına dair sorğular əhatə edib. Məlumat xidmətinə ünvanlanan müraciətlərin 25,8%-i (5377) isə fərdi uçotun təşkili və digər məsələlərlə bağlı olub.
    19.10.10 Məqaləni oxumaq
     
    Azərbaycanda 216 860 nəfər FACEBOOK sosial şəbəkəsindən istifadə edir
    Azərbaycanda hazırda 216 860 nəfər Facebook sosial şəbəkəsindən istifadə edir. KƏLAMİNFO Facebakers şirkətinin rəsmi məlumatına istinadən xəbər verir ki, istifadəçilərin 133 860 nəfəri kişi, 80 00 nəfəri isə qadındır. Azərbaycan 96-cı yeri tutaraq siyahıda Latviya, Çernaqoriya, Belarus, Qazaxıstan, Ermənistan və Moldova kimi ölkələri geridə qoyub. Azərbaycanda son 6 ayda Facebook istifadəçilərinin sayı 50 000 nəfər artıb. Qeyd edək ki, siyahıya liderliyi yenə də ABŞ edir. İndoneziya, Böyük Britaniya, Türkiyə və Fransa isə növbəti yerləri bölüşürlər. MDB ölkələrindən Rusiya 1 818 860 nəfərlə 46-cı, Ukraynay 625 500 nəfərlə 76-cı, Ermənistan isə 84 980 nəfərlə 124-cü yerlə kifayətlənib.
    16.10.10 Məqaləni oxumaq
     
    Cenevrədə Vətəndaşsızlığın azaldılması ilə bağlı Beynəlxalq Konvensiyaya üzv ölkələrinin iclası keçiriləcək
    Gələn il dekabrın 10-da Cenevrədə Vətəndaşsızlığın azaldılması ilə bağlı Beynəlxalq Konvensiyaya üzv ölkələrinin birgə iclası keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığının (QAK) Azərbaycan nümayəndəsi Arun Sala Ngarm verib. O, qeyd edib ki, toplantı hökumət nümayəndələri səviyyəsində baş tutatacaq. “Birgə iclas bu sahədə 50 illik yubileyi qeyd etmək məqsədi ilə bu ilin dekabrından başlanmış tədbirlərin nəticəsi olaraq keçiriləcək. Tədbirdə üzv ölkələrin vətəndaşsızlıqla bağlı götürdükləri öhdəlikdən irəli gələn məsələlərin həlli müzakirə ediləcək. Görüş çərçivəsində yeni layihələrin ortaya çıxması gözlənilir”,-deyə A.S. Ngarm vurğulayıb.
    15.10.10 Məqaləni oxumaq
     
    AMEA Radiasiya Problemləri İnstitutunun direktoru A.Qəribov Belarusa gedir
    AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Adil Qəribov oktyabr ayının 18-də Belarusun paytaxtı Minsk şəhərinə səfərə gedəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Səfərdə məqsəd Müstəqil Dövlətlər Birliyinin (MDB) atom enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə dövlətlərarası komissiyasının iclasında iştirak etməkdir. Qeyd edək ki, səfər oktyabrın 21-nə kimi davam edəcək.
    15.10.10 Məqaləni oxumaq
     
    “ELS” ölkənin 34 rayonunda intervüerlər üçün təlimləri başa çatdırıb
    “ELS” Müstəqil Araşdırmalar Mərkəzi noyabrın 7-də Milli Məclisə 4-cü çağırışla bağlı keçiriləcək seçkilərdə “Ekzitpol” tədqiqatını reallaşdırmaq məqsədilə cari il oktyabrın 8-dən başlayaraq respublikanın bir sıra rayonlarında təlimlərə start verib. KƏLAMİNFO xəbər verir ki, Araşdırmalar Mərkəzi Azərbaycanın 34 rayonunda Cəlilabad, Masallı, Lənkəran, Lerik, Yardımlı, Biləsuvar, Şirvan və digər bölgələrdə intervüerlər üçün təlimləri başa çatdırıb. Təlimlər zamanı intervüerlərə “ekzitpol” tədqiqatı apararkən görüləcək işlər, tədqiqatın mövcud qaydaları, eyni zamanda informasiya kommunikasiya texnalogiyalarından istifadə, məlumatların ötürülməsi kimi qaydalar ziah olunub.
    15.10.10 Məqaləni oxumaq
     
    Bakıda “Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya” mövzusunda III Beynəlxalq konfrans keçirilir
    Bu gün Bakıda Təhsil, Sənaye və Energetika, İqtisadi İnkişaf nazirlikləri, Türkiyə Cümhuriyyəti Baş nazirliyi, Türk Əməkdaşlıq və İnkişaf İdarəsi Başqanlığı (TİKA) Bakı Koordinatorluğu, Azərbaycan-Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyəti (TUSİAB), Türkiyə İsrafi Önləmə Vəqfi, TROY, Azərbaycan Dövlət İqtisad və Qafqaz universitetlərinin birgə təşkilatçılığı ilə “Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya” mövzusunda III Beynəlxalq konfrans işə başlayıb. KƏLAMİNFO xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən konfransda çıxış edən Qafqaz Universitetinin rektoru Ahmet Saniç bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağı tərəfindən 2003 və 2007-ci illərdə sözügdən mövzuda konfrans təşkil edilib.
    15.10.10 Məqaləni oxumaq
     
    Niderlandda üzərində Heydər Əliyev Fondunun embleminin təsvir olan poçt markaları dövriyyəyə buraxılıb
    Niderland Krallığının Rotterdam şəhərində fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) fəxri sədri Sahil Qasımovun təşəbbüsü və təklifi ilə qurumun sifarişi əsasında ölkənin rabitə nazirliyi rəsmi olaraq üzərində Heydər Əliyev Fondunun embleminin təsvir olunduğu poçt markalarını dövriyyəyə buraxıb. Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) KƏLAMİNFO-ya verilən məlumata görə, markaların üzərində emblemanın təsviri ilə yanaşı ingilis dilində” Heydar Aliyev Foundation” sözləri yazılıb. Zərflərin üzərinə yapışdırılması nəzərdə tutulan bu markalı məktublar bütün Avropa ölkələrinə yayılacaq. Azərbaycanın Niderland Krallığındakı səfirliyi də yeni markanın buraxılması ilə bağlı öz tövsiyələrini verib. Yaxın vaxtlarda yeni markanın təqdimatının keçirilməsi planlaşdırılır.
    15.10.10 Məqaləni oxumaq
     
    Tanınmış telejurnalist Sevil Nuriyevanın namizədliyi təsdiq olunmayıb
    ANS telekanalının aparıcısı Sevil Nuriyevanın namizədliyi qeydə alınmayıb. KƏLAMİNFO MSK-nın rəsmi saytına istinadən xəbər verir ki, imza vərəqələrini oktyabrın 7-də təqdim edən Sevil Nuriyevanın namizədliyi təsdiq edilməyib. Qeyd edək ki, Asiya Dialoqu İctimai Birliyinin sədri Sevil Nuriyeva namizədliyini Gəncənin 40 saylı Kəpəz seçki dairəsindən irəli sürüb. ANS-in digər aparıcısı Samir (Turan) İbrahimovun isə 25 saylı Nizami ikinci seçki dairəsindən namizədliyi qeydə alınıb.
    15.10.10 Məqaləni oxumaq
     
    Bakıda Beynəlxalq Hərbi İdman Şurasının Avropa ölkələrindən olan üzvlərinin iştirakı ilə konfrans keçiriləcək
    Oktyabrın 24-dən 28-dək Bakıda Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) Avropa ölkələrindən olan üzvlərinin iştirakı ilə konfrans keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər. Konfransda hansı ölkələrdən nümayəndələrin iştirak edəcəyi barədə məlumat verilməyib. Nazirlikdən həmçinin bildirilib ki, Azərbaycan hərbçiləri oktyabrın 17-dən 24-dək Türkiyənin Ankara şəhərində CİSM kursantları arasında keçirilən birinci Dünya Oyunlarına qatılacaqlar.
    14.10.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 130 131 132 133 134 135 136 137 138 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30