Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 128 129 130 131 132 133 134 135 136 » #
    Bakıda “Gənclər ekoloji inkişaf uğrunda” adlı Beynəlxalq konfrans keçiriləcək
    Bakıda noyabrın 11-12-də Gənclər və İdman Nazirliyi (GİN), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Milli Elmlər Akademiyasının və BMT-nin Uşaq Fondunun (UNİCEF) təşəbbüsü ilə “Gənclər ekoloji inkişaf uğrunda” şüarı altında Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya GİN-nin mətbuat xidmətindən veriblər. Konfrans Ekologiya İli çərçivəsində, eyni zamanda 2010-cu ilin BMT tərəfindən Beynəlxalq Gənclər İli kimi elan edilməsi, bununla yanaşı MDB iştirakçı dövlətlərinin Gənclərlə iş üzrə Şurasının 2010-cu il üçün nəzərdə tutulmuş İş Planına müvafiq olaraq keçirilir. Tədbirdə ABŞ, Almaniya, Avstriya, İsveçrə, Kazaxstan, Pakistan, Rusiya, Tacikistan, Türkiyyə və başqa xarici ölkələrdən olan gənc alimlər, tədqiqatçılar, istehsal şirkətlərinin tədqiqatçı-mütəxəssisləri, müvafiq ixtisaslar üzrə magistr və ali məktəb tələbələri, eləcə də ekologiya sahəsində işləyən QHT nümayəndələri iştirak edəcək. Konfransın işində UNİCEF-in İqlim üzrə Gənc səfirləri də iştirak edəcək.
    03.11.10 Məqaləni oxumaq
     
    Ermənilər Ağdamın adını dəyişdirdilər
    Qondarma Dağlıq Qarabağ rejiminin qərarı ilə Azərbaycanın Ağdam şəhəri Akna adlandırılıb. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, qərar separatçı rejim tərəfindən gecə saatlarında verilib. Akna vaxtilə Əsgəran rayonunda məhəllərdən birinin adı olub. Separatçı rejimin məlumatına görə, hazırda Ağdamda 360 nəfər yaşayır. İşğal altındakı şəhərdə su və elektrik enerjisi belə yoxdur. Qeyd edək ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Erməni mənbələri Ağdamın adının dəyişdirilməsi ilə bağlı məlumatı gecə saatlarında yaydığından məsələyə Azərbaycan tərəfinin mövqeyi hələ açıqlanmayıb.
    02.11.10 Məqaləni oxumaq
     
    Oqtay Şirəliyev Zaqatalada yeni xəstəxananın açılışında olub
    Zaqatala rayonu Muxax kəndində səhiyyə naziri Oqtay Şirəliyevin iştirakı ilə Zaqatala Vərəm Xəstəxanasının açılış mərasimi olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər. Bakterioloji və klinik laboratoriyadan ibarət olan 2 mərtəbəli, 50 çarpayılıq xəstəxana tam olaraq müasir tibbi avadanlıqlarla, bərk və müasir inventarlarla təmin olunub. Mərkəzləşdirilmiş istilik və qida sistemi habelə hər mərtəbədə xüsusi mətbəx, camaşırxana, qazanxana və s. müalicə alacaq xəstələrin müalicəsinin effektivliyinə müsbət təsir göstərəcək. 115 min nəfər yerli əhali üçün nəzərdə tutulmuş xəstəxanada rentgen, fizioterapiya, bronxoskopiya otaqları həmçinin xəstələrin tibbi personalla əlaqə yaratması üçün xüsusi pult sistemi də quraşdırılıb.
    02.11.10 Məqaləni oxumaq
     
    RİTN seçkilərlə bağlı elektron səsvermə sistemi hazırlayıb
    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) parlament seçkilərində ictimai rəyin öyrənilməsi məqsədilə elektron səsvermə sistemi hazırlayıb və bu sistemi işlədə biləcək qeyri-hökumət təşkilatı axtarır. Bu barədə məlumatı KƏLAMİNFO-ya RİTN-nin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev verib.
    02.11.10 Məqaləni oxumaq
     
    Misirdə “Mən Azərbaycan haqqında nə bilirəm?” müsabiqəsinə start verilib
    Misirdə Azərbaycanın bu ölkədəki səfirliyi, Gənclər və İdman Nazirliyi (GİN) və Misirin Qahirə universitetinin birgə layihəsi olan “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinə start verilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya GİN-nin mətbuat xidmətindən veriblər. Layihə çərçivəsində Misirin ali təhsil müəssisələrinin tələbələrinin ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığı, Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti, iqtisadiyyatı, beynəlxalq münasibətlərdə rolu və digər mövzularda inşa yazmaları nəzərdə tutulur. Layihə Misir gəncləri arasında Azərbaycan haqqında məlumatlandırılmanın artırmaq, Misirli tələbələri və gənc elm xadimlərini Azərbaycanı daha yaxından öyrənməyə və ölkəmiz barəsində gələcək elmi-tədqiqat fəaliyyətinə həvəsləndirmək məqsədi daşıyır. İnşa müsabiqəsi Misirin Qahirə, Ayn-Şəms, Əl-Azhar, İsgəndəriyə, Qahirə Amerika universiteti və digər nüfuzlu ali təhsil müəssisələrini əhatə edəcək.
    02.11.10 Məqaləni oxumaq
     
    ETSN Kür çayında apardığı ölçmə işlərinin nəticəsini açıqlayıb
    Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) əməkdaşlarının cari ilin 26 may tarixində apardıqları ölçmə işlərinin nəticəsinə görə, Kür çayının Bankə məntəqəsində suyun səviyyəsi 4,46 m və ya 24,62 mBS, ümumi su sərfi 920 m3/s, axının orta sürəti 1,20 m/s, suyun maksimal sürəti isə 1,92 m/s təşkil edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ETSN-nin mətbuat xidmətindən veriblər. Araşdırmalara görə, Mərkəzi Aran rayonlarında yağıntıların miqdarı aprel ayında normadan 2-4, may ayında 1,5 dəfə çox müşahidə edilib. Ölçmələr nəticəsində Kür çayına daxil olan ümumi suyun (292 m3/s) paylanma sərfinin yeni qolda 165 m3/s, Bala Kürdə 114 m3/s, Ana Kürdə isə 8 m3/s olduğu qeydə alınıb.
    01.11.10 Məqaləni oxumaq
     
    ETSN-nin “Qaynar xətt”inə yaşıllıqların mühafizəsi ilə əlaqədar 95 müraciət daxil olub
    Cari ilin III rübü ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən “Qaynar xətt”inə yaşıllıqların mühafizəsi ilə əlaqədar 95 sayda müraciət daxil olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindən veriblər. Müraciətlər ETSN-nin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb. Ağacların kəsilməsi ilə bağlı daxil olmuş 9 şikayət ilə əlaqədar qeyd olunan ərazilərə baxış keçirilib və heç bir ağac qırıntısı faktı aşkar olunmayıb.
    29.10.10 Məqaləni oxumaq
     
    Ünvanlı dövlət sosial yardımların birdəfəlik verilməsi nəzərdə tutulub
    Azərbaycanda 127 634 ailə ünvanlı dövlət sosial yardımından bəhrələnir. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Elnur Kələntərli bildirib. Onun sözlərinə görə, həmin ailələrin hər birinə ayda orta hesabla 108,38 manat ünvanlı yardım ödə¬nilib. E.Kələntərli bildirib ki, ölkəmizdə ünvanlı yardım alan hər bir ailə üzvünə isə 23,96 manat ünvanlı dövlət sosial yardım düşüb. O əlavə edib ki, yardım alanların 41,1%-i tərkibində 3 və daha çox uşaq olan ailələrdir. E.Kələntərli həmçinin əlavə edib ki, nazirlik tərəfindən Azərbaycanda aztəminatlı ailələr üçün özünə dəstək monitorinqi keçirilir. Onun sözlərinə görə, apardığımız araşdırmalar nəticəsində məlum olub ki, ünvanlı dövlət sosial yardımlarını alan ailələrin gəlirlərinin 50%-i dövlət hesabından gələn gəlirlərdir. “Bunun üçün nazirlik tərəfindən ünvanlı dövlət sosial yardımından bəhrələn Azərbaycan vətəndaşları üçün yardımın birdəfəlik 1 illik məbləğinin verilməsi nəzərdə tutulub. Birdəfəlik məbləğ ailələrə verildikdən sonra pulları hara xərcləmələri haqqında da məlumat alınacaq. Sosial yardımların verilməsi ilk öncə 3 pilot rayonda həyata keçirilməsi planlaşdırılır. Bu 3 pilot rayonun adları dəqiqləşdirilir”,-deyə E.Kələntərli söyləyib.
    28.10.10 Məqaləni oxumaq
     
    “ELS” “ekzitpol” tədqiqatına hazırlıq işlərini başa vurub
    “ELS” Müstəqil Araşdırmalar Mərkəzi noyabrın 7-də keçiriləcək parlament seçkilərində “ekzitpol” tədqiqatına hazırlıq işlərini başa vurub. Bu barədə məlumatı KƏLAMİNFO-ya “ELS”dən veriblər. Hazırlıq işləri çərçivəsində intervüerlər üçün təşkil edilən təlimlər başa çatıb. “Bu təlimlərdə onlara tədqiqat müddətində həyata keçirəcəkləri işlər barədə məlumat verilib. Parlament seçkilərində “ekzitpol” həyata keçirən yeganə təşkilat kimi bu dəfəki seçkidə informasiya kommunikasiya texnologiyalarına geniş yer ayrılıb. Bir sıra Avropa ölkələrinin nümayəndələri ilə görüşlərimizdə onlar tədqiqatın aparılmasında informasiya kommunikasiya texnologiyalarından istifadəni xüsusi vurğulayırlar. Qafqaz regionu ölkələri içərisində lider dövlət kimi yeni texnologiyalaların “ekzitpol”da tətbiq edilməsi biz qeyri-hökumət təşkilatların üzərinə düşür”,-deyə məlumatda əlavə edilib/ Qeyd edək ki, 118 dairə üzrə 1180 məntəqədə həyata keçiriləcək “ekzitpol” tədqiqatında iştirak edəcək intervüerlərin həm Bakı, həm də regionlar üzrə təlimlərinin başa çatıb.
    27.10.10 Məqaləni oxumaq
     
    BŞBPİ-də parlament seçkiləri ilə əlaqədar “qaynar xətt” xidməti yaradılıb
    Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) parlament seçkiləri ilə əlaqədar “qaynar xətt” xidməti yaradılıb. İdarədən KƏLAMİNFO-ya verilən məlumatda bildirilir ki, noyabrın 7-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar ictimaiyyətlə işgüzar əlaqələrin möhkəmləndirilməsi, vətəndaşların təklif və şikayətlərinin qəbul edilməsi və müraciətlərin operativ cavablandırılması məqsədilə yaradılan “qaynar xətt”ə (012) 590-96-80, (012) 590-91-15 nömrəli telefonlarla gün ərzində müraciət etmək olar.
    27.10.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 128 129 130 131 132 133 134 135 136 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30